Ərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası



Yüklə 3,66 Mb.
Pdf görüntüsü
səhifə121/145
tarix15.03.2018
ölçüsü3,66 Mb.
#32220
1   ...   117   118   119   120   121   122   123   124   ...   145

Qeydl

ər, şərhlər və monoqrafik məlumat 

452 

tutmuşdu.



60

  Urm


əvinin yaşadığı Abbasilər dövründə də ərəb dili öz hakim 

mövqeyini saxlamaqda davam edirdi. Odur ki, ömrünü, h

əyatını  elmə, 

s

ənətə  həsr etmək  əzmində  olan Urməvi də  istər-istəməz  ərəb dilinə 



mük

əmməl surətdə yiyələnməli idi. 

  Dig

ər tərəfdən, gənc, lakin fərasətli və  fikriaçıq  Səfiəddin  yaxşı 



bilirdi  ki,  o,  öz  görüş  üfüqünü,  fəhm və  bilik dairəsini həqiqətən kamil 

s

əviyyəyə  çatdırmaq  və  fəzilətini sözün əsil mənasında  bir  əllamə, bir 



ensiklopedist d

ərəcəsinə  qaldırmaq  istəyirsə, hikmət, nücum, riyaziyyat, 

m

əntiq, musiqi elmlərini mümkün qədər dərindən mənimsəməlidir.  Bu  iş 



üçün is

ə  başlıca  olaraq  ərəb alimlərinin məlum  əsərlərindən  əlavə, ilk 

m

ənbələrdən də geniş istifadə etmək zəruri şərtlərdən biri idi. Burada əsas 



m

ənbə  isə  qədim yunan alimlərinin  əsərlərindən ibarətdir. Urmiya hər nə 

q

ədər özlüyündə  mədəniyyət mərkəzi olsa da, bu cəhətdən  şübhəsiz 



Bağdada çata bilməzdi. 

  M


əlumdur ki, hələ Abbasilər xilafətinin əsas banisi sayılan

61

  x



əlifə 

əl-Mənsurun (754-775) hakimiyyəti  zamanından  başlayaraq  onun  saldığı 

Bağdad  şəhərində  təsis  olunmuş  “Elmlər evi”  qədim yunan elm-fənn və 

f

əlsəfə  kitabları  geniş  miqyasda  ərəb dilinə  tərcümə  edilməkdə  idi.  Əl-



M

ənsurdan sonra gələn xəlifə Mömin (813-833) və xəlifə Vasiq (842-847) 

dövründ

ə əlavə olaraq, həm də İran və Hind mədəniyyətinin nailiyyətləri də 



ətraflı  surətdə  öyrənilirdi

62

.  O  zaman  Bağdadda  olan  mədəniyyət 



ocaqlarından  “Fəlsəfə  evi”  adlanan  kitabxanada  çalışan  xəttatlar qədim 

yunan dilind

ən ərəbcəyə tərcümə olunmuş əsərlərin üzünü köçürürdülər. 

 

*** 



Görk

əmli Hollandiya ərəbşünası  de  Bur  (T.Y.  de  Boer,  1866-1942) 

q

ədim yunan elm-fənn kitablarının Abbasilər dövründə ərəb dilinə tərcüməsi 



m

əsələsinə  dair  yazdığı  böyük  məqaləsində

63

 

bu  xüsusda  geniş  məlumat 



                                                           

60

 Az



ərbaycan tariхi, I cild, Azərbaycan SSR ЕA Nəşriyyatı, Bakı, 1958, səh.143; 

Az

ərbaycan ədəbiyyatı tariхi, I cild, Bakı, 1960, səh.41-42. 



61

 

Беляев Е.А. Арабы, Ислам и арабский халифат в раннее средневековье. Изд-во 



Наука”, М., 1965, стр. 213. 

62

 Yen


ə orada, səh. 215-217. 

63

 Enzyklopädie 



dеs Islam, Lеyden, I, s.450-451 


Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

453 


verir. O, X 

əsr məşhur ərəb biblioqrafı ən-Nədimin

64

 

“Əl-Fehrist” kitabının 



alman 

ərəbşünası  Q.L.Flüqel  (1802-1870) tərəfindən Almaniyada nəşr 

olunmuş  nüsxəsi

65

; m



əşhur  ispan-ərəb  alimi  Əhməd ibn Məhəmməd ibn 

Əhməd əl-Maqqari ət-Tilimsaninin (1591-1632) “Əndəlisin təzə budağından 

qoxuyan 

ətir və  onun  ədibi Lisan-əddin ibn-əl-Xatib  haqqında  rəvayət” 

kitabının II hissəsi və başqa mənbələrdən topladığı səhih məlumat əsasında 

q

ədim yunan elm və fənni üzə əsərlərin ərəbcə olan biblioqrafiyasını tərtib 



etmişdir.  Həmin biblioqrafiyadan aydın  surətdə  məlum olur ki, Orta 

əsərlərdə xüsusi ilə Bağdadda ərəb dilinə tərcümə edilən qədim yunan alimi 

v

ə  mütəfəkkirləri  əsərlərinin  sayı  çox-çoxdur.  Ərəbistanda qədim yunan 



elmi 

əsərlərin tərcümə  və  yayılması  tarixi  görkəmli  sovet  şərqşünası 

akademik 

İ.Y.Kraçkovski  (1883-1951) tərəfindən  olduqca  geniş  və  dəqiq 

işlənmişdir

66



*** 

Urm


əvi  qarşısına  qoyduğu  əsas həyat hədəfinə  nail olmaq üçün 

mütl


əq  Bağdada  getməli idi. Tarix Urməvinin bütün ailəliklə, yoxsa tək 

özününmü  Bağdada  getdiyi  haqqında  aydın  bir  məlumat vermir. Lakin 

burası məlumdur ki, Urməvi Bağdadda az zaman ərzində nəinki lazımi elm 

v

ə fənləri mənimsəyir, eləcə də əlavə hünərlər, o cümlədən xəttatlıq sənəti 



üzr

ə də böyük müvəffəqiyyətlər əldə edir. 

İnsanlar hər bir yazılı əsəri çoxlu miqdarda nəşr etmək üçün hələ çap 

maşınlarını icad etməzdən əvvəl yazıların üzünü yalnız əllə yazıb köçürməli 

                                                           

64

 



Əbül-Fərəc Məhəmməd ibn Isaq ən-Nədim əl-Varraq əl-Bağdadi (995-ci ildə ölmüşdür) 

Bağdadda yaşayan bir əntiqəçinin оğludur. Əntiq kitablar almaq məqsədi ilə ən-Nədim atası 

il

ə  bərabər  Ərəbistanın  bir  çох  şəhərlərini gəzmiş,  nadir  tapılan  qiymətli kitablar 



tоplamışdır.  Tərtib  еtdiyi  “Əl-Fеhrist”  bibliоqrafik  məcəlləsinin müqəddiməsində:  “Ərəb 

dilind


ə оlan kitabların mükəmməl siyahısı, tədrisi və şərhidir” sözlərini yazmışdır. 

    


Ən Nədimdən  sоnra  gələn  Şərq  bibliоqrafları  öz  əsərlərində  tеz-tеz  “əl-Fеhrist”ə 

müraci


ət  еtmişlər.  Tariх  göstərir  ki,  kitabşünaslıq  üzrə  bu qiymətli  əsər  “İslamın  birinci 

dörd 


əsrindəki  еlm  və  ədəbiyyat  haqqında  həmişəlik  оlaraq  əsas məlumat mənbəyi kimi 

daim  yaşayacaqdır”.  (В.Бартольд.  “Мусульманский  мир”,  Сочинения,  т.VI,  стр.255; 

З.М.Буниятов. Обзор источников по истории Азербайджана. Изд-во АН Азерб.ССР, 

Баку, 1964, стр.15-16). 

65

 Kitab al-Fihrist. Mit Anmerküngen hrsg.von G.Flügel Nach desen Tode besorgt von 



J.Roediger und A.Müller, Leipzig, 1871-1872, s.266, 269, 270 

66

 



И.Ю.Крачковский. Избранные сочинения. Том II, стр. 582-584, Том IV, стр. 75-115.  


Yüklə 3,66 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə