Ərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası



Yüklə 3,66 Mb.
Pdf görüntüsü
səhifə120/145
tarix15.03.2018
ölçüsü3,66 Mb.
#32220
1   ...   116   117   118   119   120   121   122   123   ...   145

Qeydl

ər, şərhlər və monoqrafik məlumat 

450 

f

əaliyyəti  Şərq musiqi aləminin  mazisi  (keçmişi)  ilə  istiqbalı  (gələcəyi) 



arasında  bir  хətt-hüdud, müəyyən bir mərz çəkmiş  kimi  görünür.  Onun 

parlaq  yaradıcılığı  bütün  Orta  və  Yaхın  Şərq və  хüsusilə  azəri klassik 

musiqisinin yeni t

əcəddüt sayəsində Yaхın və Orta Şərq musiqi klassikası 

özünün bütün elmi-n

əzəri əsaslarını müəyyənləşdirib qayda-qanuna salmış, 

onun m

əntiqi  üsullarını,  estetik  prinsiplərini, emosional məzmununu, 



musiqid

ə bədii ifadə vasitələrinin məcmusunu və nəhayət musiqi əsərlərinin 

büny

əsini təşkil  edən forma cəhətlərinin (ləhn, ahəng vəzn, üsul və  sairə) 



mahiyy

ətini bəlliləşdirib təsbit edə bilmişdir. 

  Müxt

əlif  xalqların  ayrı-ayrı  tarixi  dövrlərdə  yetişdirdiyi  dahi 



s

ənətkarlar kimi, Urməvinin də  öz  doğma  xalqının  musiqi  sənətində  tapıb 

aşkara  çıxardığı  vacib  və  səciyyəvi cəhətlər  Şərq  xalqları  üçün  də  küll 

halında  böyük  əhəmiyyət kəsb  etmişdir.  Urməvinin  yaradıcılıq  üslubu  və 

onun n

əzəri məsələlərə  yanaşma  üsulu  (mən, heç çəkinmədən bunu elmi 



metodologiya  adlandıra  bilərəm) musiqi sənətinin  ən ümdə  cəhətlərinin 

düzgün v


ə dəqiq surətdə şərh və təhlili işinə sonralar da çox böyük kömək 

göst


ərmişdir. 

  Farabi v

ə ibn-Sinanın musiqi yaradıcılığına böyük hörmət bəsləyən 

v

ə  bu  dahi  simaların  musiqi  sənətinə  dair elmi-nəzəri  görüşlərini  ən ciddi 



sur

ətdə öyrənib mənimsəyən Urməvi eyni zamanda sitayişkarı olduğu bu iki 

n

əhəng simanın ayrı-ayrı elmi müddəaları ilə razı olmadığını da gizlətmir. 



Burada o, xüsusi il

ə  Farabinin  Platon  (Əflatun)  fəlsəfəsindən gələn bəzi 

idealist görüşlərini kəskin surətdə tənqid edir. Əsərlərində Farabini “imam”, 

“şeyx”, “böyük ustad” və “müəllim” kimi yüksək ünvanlarla adlandıran və 

onun bir çox d

əyərli mülahizələrini vəsf və tərif edən Urməvi eyni zamanda 

Farabinin b

əzi sadəlövh fikirlərinə qarşı heç də laqeyd qalmayıb bunları yeri 

g

əldikcə tənqid etməkdən çəkinmir. 



  Q

ərbi Avropanın görkəmli musiqi tarixçilərindən Rafael Kizevetter 

(1778-1850) t

ərəfindən “Şərqin Tsarlinosu”

58

  dey


ə adlandırılan

59

  S



əfiəddin 

Urm


əvi Şərq musiqi aləmində heç də müəyyən bir məktəbin, ya da məlum 

                                                           

58

 

Cоzеffо Tsarlinо (Zarlinо – (1517-1590) Qərbi Avrоpada intibah dövrünün böyük musiqi 



alimi v

ə bəstəkarıdır. Mütərəqqi musiqi nəzəriyyəçisi оlan Tsarlinо harmоniya еlminin 

banisi sayılır. 

59

 R.



Kiеsеwеttеr. Diе Musik dеr Arabеr. Lеipzig, 1842, p.13 


Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

451 


bir c

ərəyanın  müti  müaqibi  olmamışdır.  Son  dərəcə  həssas  yaradıcılıq 

qabiliyy

ətinə, eləcə  də  müxtəlif bədii təəssüratı  nəfis tərzdə  ifadə  etmək 

istedadına  malik  olan  Urməvi  görüb  eşitdiyi    hər  bir  maraqlı  hadisəni, 

öyr


əndiyi hər bir məlumatı özünə məxsus üslub ilə yenidən qiymətləndirir 

v

ə qavradığı hər faydalı bilikdən öz müstəqil və orijinal elmi nəticələri üçün 



s

əmərəli surətdə istifadə edir. 

 

Yaxın  Şərq  xalqları  musiqisinin  tarix  və  nəzəriyyəsini təlif  işində 



böyük s

əy göstərən Qərbi Avropa musiqi alimləri  Yaxın  və  Orta  Şərq 

xalqları  musiqi  tarixi  üzrə  müəyyən etdikləri dövrləndirmədə  (tarixi  ayrı-

ayrı  dövrlərə  bölmə  işində) “Sistemçilər məktəbi” deyə  xüsusi olaraq 

adlandırdıqları  çox  mühüm  tarixi  dövrün  birinci  və  həm də  ən görkəmli 

nümay


əndəsi kimi məhz Urməvini nəzərdə tuturlar. 

  XIII 


əsrdə, bütün Orta və Yaxın Şərq ölkələrinin təxribatçı monqol 

köç


əri-feodal  qoşunları  tərəfindən  amansız  surətdə  talan edildiyi dövrdə 

yaşayıb yaradan Urməvi əsərlərinin azəri musiqi tarixində şərəfli yeri var. 

 

  S


əfiəddin  Əbdülmömin  ibn  Yusif  ibn  Faxir  Urməvi 1230-cu ildə 

Az

ərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Urmiya şəhərində 



anadan olmuşdur. 

 

İbtidai təhsilini Urmiyanın Böyük məscidi yanındakı mədrəsədə alan 



Urm

əvi eyni zamanda musiqi sənəti ilə də yaxından maraqlanır, hələ gənc 

yaşlarından  ud  çalmağa  başlayır.  Lakin  hər  şeylə  maraqlanan, hər  şeyi 

bilm


ək istəyən gənc Səfiəddinin  əsil ürək arzusu mütəbəhhir, yəni dərin 

bilikli adam (b

əhrülulum)  olmaq  idi.  Bunun  üçün  o,  yaşadığı  dövrün 

t

ələbinə görə fəlsəfə, məntiq, tibb, riyaziyyat, elm-fələk (ya da elm-nücum-



astronomiya), fizika, kimya, musiqi  –  bütün bu elml

ər üzrə dərin məlumat 

sahibi olmalı idi. Bu məqsədə nail olmaq üçün hər şeydən əvvəl ərəb dilinə 

mük


əmməl yiyələnmək lazım idi. Çünki o vaxt bütün müsəlman Şərqində, o 

cüml


ədən Azərbaycanda da elmi əsərlər bir qayda olaraq, ümumiyyətlə

ərəb dilində yazılırdı. Bu dil həm rəsmi dövlət dili, həm də elm və fənn dili 

kimi q

əbul  olunmuşdu.  Latın  dilinin  Orta  əsr Qərbi Avropa ölkələrində 



tutduğu mövqe kimi, ərəb dili də həmin dövrdə, Yaxın Şərq xalqlarının, o 

cüml


ədən Azərbaycan  xalqının  mədəni həyatında  eyni  hakim  mövqeyi 


Yüklə 3,66 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə