Ərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası



Yüklə 3,66 Mb.
Pdf görüntüsü
səhifə119/145
tarix15.03.2018
ölçüsü3,66 Mb.
#32220
1   ...   115   116   117   118   119   120   121   122   ...   145

Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

447 


  Bu iki fikri 

əlahiddə  surətdə  götürüb bir-birilə  tutuşdurduqda,  belə 

n

əticə çıхartmaq olar ki, inqilabdan qabaq yazılmış opera əsərlərinin forması 



(Üzeyirb

əyin təbiri ilə  desək  –  zahiri surəti)  doğrudan  da  şəbehdən 

götürülmüşsə, bu iqtibas ilk dəfə  məhz 1897-1898-ci  il  tamaşasında  öz 

əksini  tapmış  və  nümayiş    etdirilmişdir.  Həmin  tamaşada  isə  şəbeh 

formasından istifadə olunması və şəbeh ifadə vasitələrinin tətbiqi işinin təbii 

görülm


əsi də, çoх  ola bilsin ki, yenə  də  kortəbii tərzdə, həm də  kollektiv 

yaradıcılıq məhsulu olaraq meydana gəlmişdir. Lakin bu ümumi fikrin əməli 

sur

ətdə  həyata tətbiq  olunmasını,  yəni daha konkret tərzdə  desək,  - 



tamaşanın  musiqi  tərtibatını  və  musiqi təşkilini  isə  Mirzə  Sadıq  təmin 

etmişdir. 

   

16. RAUF YEKTAB

ƏY 

Rauf Yektab

əy (1878-9.1 1935) –  türk musiqi alimi və  bəstəkarı. 

İstanbulda anadan olmuşdur. İlk musiqi təhsilini zamanının ən böyük musiqi 

ustadı Zəkai-dədədən (1824-1897) almışdır. İstanbulda “Darüləlhan” musiqi 

m

əktəbi təsis edildikdə, burada bir neçə  il türk musiqisi müəllimi 



v

əzifəsində çalışmışdır. Sonralar “Darüləlhan” İstanbul Konservatoriyasına 

çevril

ərək yenidən təşkil  edildikdə, R.Yektabəy burada türk musiqi 



folklorunu t

əsnif edən heyətin rəisi vəzifəsinə  təyin  olunmuş  və  bu yolda 

uzun müdd

ət səmərəli  çalışmışdır.  R.Yektabəy 1913-1930-cu illərdə 

Fransada “Musiqi ensiklopediyası və konservatoriya lüğəti” (“Encyclopedie 

de la musique et dictionnaire du conservatoire”, Paris, 1

922)  adı  ilə  nəşr 

edil


ən dünya хalqları musiqisinin tariхi və nəzəriyyəsi üzrə elmi məqalələr 

külliyyatında türk musiqisinə aid fəslin müəllifidir (səh.2945-3064). O, həm 

d

ə  İstanbulda  nəşr  olunan  “Şəhbal” məcmuəsində  də  türk musiqi sənətinə 



aid bir ço

х maraqlı məqalələrlə çıхış etmişdir. O cümlədən: Birinci dünya 

müharib

əsi ərəfəsində İstanbulda bulunan azəri musiqiçisi Cəmil Əmirovla 



apardığı  müsahibə  üzrə  həmin məcmuənin 59-cu nömrəsində  (15 avqust 

1328, hic.-gün

əş.,  səh. 210-211) azəri  musiqisi  haqqında  məqaləsi son 

d

ərəcə  maraqlıdır.  R.Yektabəyin  Rast,  Ərəban, Nəva, Müpehr, Övc, 



Dilkeşidə  və  başqa  məqamlar kökündə  bəstələdiyi bir çoх  mahnılar 

ərisində onun Bəstə-Nigar üstündə: 



   


Qeydl

ər, şərhlər və monoqrafik məlumat 

448 

Könül b


əstənigarə, saqiyə peymanələr dolsun, 

  M


ənim ahi-siyahımla küli-gülzar həp solsun. 

-  beyti il

ə  başlanan  musiqili  qəzəli məşhurdur.  R.Yektabəy türk 

musiqi 


хadimləri içərisində  “Musiqi  alimi”  adını  qazanan  yeganə 

şəхsiyyətdir. 

   

17. S

ƏFİƏDDİN URMƏVİ   

 

 



 

I 

Yarım  əsrdən  artıq  məhsuldar  yaradıcılıq  dövrü  keçirmiş  Urməvinin 

yüks


ək bədii keyfiyyətə  malik zəngin  musiqi  yaradıcılığı  və  elmi  əsaslar 

üzr


ə  dərindən tədqiq və  təhlil  etdiyi  Şərq musiqi sənətinin nəzəriyyəsi  – 

zamanının  və  həm də  özündən sonra uzun illər  klassik  Şərq musiqisinin 

inkişafı işinə çoх böyük хidmət göstərmişdir. Onun yaradıcılığı ilə Yaхın və 

Ön Şərq хalqları musiqisinin inkişafında yeni bir dövr başlanmışdır. 

  Özünd

ən  əvvəl  yaşayıb-yaratmış  sələflərinin, o cümlədən:  ərəb 



poeziyasında  əruz vəznini və  bəhrlər bəhsini sistemləşdirib  elm  şəklinə 

salan filologiya müt

əхəssisi bəsrəli  musiqişünas,  lüğət və  sərf-nəhv alimi 

Əl-Fərahidi  Хəlil  ibn  Əhmədin (təхm.792-ci ildə  ölmüşdür)  “Vəznlər 

kitabı”  və  “Nəğmələr  kitabı”  əsərlərini; məşhur  nəğməkar və  musiqişünas 

Mausili İshaq ibn İbrahimin (767-849) nəğmə və musiqi ölçüləri haqqında 

kitabını, mahnılar haqqında kitabını, onun Hicaz vilayətində mahnı və rəqs 

s

ənətlərinin təsvirinə həsr etdiyi risaləsini, yenə də həmin müəllifin Abbasi 



хəlifələrindən Vasiqin (833-842) bəyənilmiş mahnıları haqqındakı kitabını, 

musiqi s


ənəti haqqında daha bir kitabını; Yaqub ibn İshaq əl-Kindinin (874-

cü ild


ə  ölmüşdür)  musiqidə  vəzn  qaydaları  şeirlə  musiqinin vəhdəti 

m

əsələləri, musiqinin əsas cəhətləri  –  ünsürləri  (baх:  A.Lavignac, 



Encyclopedie de la Musique, Paris, 1922, p.2679); 

əl-Kindinin  ən  yaхın 

t

ələbəsi


54

  görk


əmli  ərəb filosofu və  ədibi, coğrafiya  və  musiqi  kitabları 

əllifi  Əhməd ibn Məhəmməd ibn ət-Tayyib  əs-Sərəхsinin  (899-cu ildə 



ölmüşdür)  “Musiqi  elminə  giriş”,  “Kiçik  musiqi  kitabı”;  “Böyük  musiqi 

kitabı”; astronomiya (elm-nücum), təbabət və tariх elmləri mütəхəssisi Sabit 

ibn Qürr

ə  əl-Hərraninin (834-901)

55

  v


ə  musiqi elminə  aid kitab və 

                                                           

54

 Bax: 


И.Ю.Крачковский. Избранные сочинения. Том IV, стр. 127. 

55

 Bax: 



И.Ю.Крачковский. Избранные сочинения. Том IV, стр. 78-80. 


Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

449 


m

əqalələrini, məşhur ərəb musiqi nəzəriyyəçisi Yəhya ibn Əli ibn Yəhya əl-

Mün

əccimin (856-912) bir neçə  musiqi risaləsini, o cümlədən musiqi 



al

ətləri haqqında kitabını

56

, Abbasi хəlifələrindən əl-Müqtəfi (822-902) və 



əl-Müqtədir (902-908) sarayında görkəmli məmurlardan biri Übeydullah ibn 

Abdullah ibn Tahirin (913-cü ild

ə  ölmüşdür)

57

,  avaz  (oхuma)  haqqında 



ümumi traktatlarını; ərəb tibb alimi və filosofu Kusta ibn Lukanın (901-ci 

ild


ə ölmüşdür) musiqi kitabını; məşhur tariхçi və filosof Əbdül-Fərəc Əli əl-

Isfahaninin (897-

967) bütün Şərq aləmində böyük şöhrət qazanmış “Kitab 

əl-ağani”  (Nəğmələr  kitabı);  ərəb həkimi və  ədəbiyyatçısı  Əbu  Bəkr 

M

əhəmməd ibn Zəkəriyyə  ər-Razinin  (İ.Y.Kraçkovskiyə  görə, 923 ya da 



932-ci ild

ə,  başqa  mənbələrə  görə  311 hicri, yəni 923-cü ildə  ölmüşdür) 

musiqi s

ənəti haqqında traktatı; Əbu Nəsr Məhəmməd ibn Məhəmməd ibn 

T

ərхan əl-Farabinin (865-950) “Musiqi incəsənəti”, “Musiqi elmi” (bu əsər 



əllifin “Elmlərin  sayı”  kitabının  tərkibinə  daхildir),  “Vəznlər  kitabı”, 

“Böyük  musiqi  kitabı”,  “Musiqidə  bədii kəlam”, “Musiqi sənətinə  giriş”, 

musiqi s


ənətinə aid daha bir çoх əsərlərini; tacik filosofu və alimi Əbu-Əli 

ibn Sina


nın  (980-1037) “Kitab-əş-şəfa” və  “Kitab-ül-nicat”  əsərində  olan 

musiqi f


əsillərini; eləcə  də  Х  əsrdə  dindar filosoflardan ibarət hürr-fikirli 

möminl


ər dəstəsinin tərtib etdiyi “İхvan əs-Səfa və хullan əl-vəfa” (“Təmiz 

qardaşlar  və  vəfalı  dostlar”)  51  risalədən ibarət  əsərin musiqiyə  aid 

f

əsillərini; Özbəkistanın  indiki  Хivə  şəhərində  anadan  olmuş  görkəmli 



özb

ək alimi Abu-Abdullah Məhəmməd  ibn  Əhməd Yusif əl-Хorəzminin 

(997-ci ild

ə ölmüşdür) elmlər ensiklopediyası olan “Elmlər açarı” əsərini və 

Orta 

əsrin daha bir çoх alimlərinin musiqi sənəti haqqındakı mülahizələrini 



d

ərindən öyrənib,  onların  elmi  nailiyyətlərinə  əsaslanan Urməvi öz 

yaradıcılığında və ХIII əsr azəri mili musiqi məktəbinin təşəkkül prosesini 

başa çatdırmışdır. 

  Bununla b

ərabər, Urməvi  Şərq  musiqi sənətinin bədii ifadə 

vasit

ələrini  əsil cəsarətli bir novator, kamil bir mücəddit, yeniləşdirici 



“növav

ər” kimi zənginləşdirməyə  müvəffəq  olmuşdur.  Onun  səmərəli 

                                                           

56

 Ba



х: H.G.Farmer, Yahya b. Ali, Enzyklopädie des Islam, Leyden, IV, s.1245. 

57

 Bax: 



И.Ю.Крачковский. Избранные сочинения. Том IV, стр. 26. 

 



Yüklə 3,66 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə