Ərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası



Yüklə 3,66 Mb.
Pdf görüntüsü
səhifə129/145
tarix15.03.2018
ölçüsü3,66 Mb.
#32220
1   ...   125   126   127   128   129   130   131   132   ...   145

Qeydl

ər, şərhlər və monoqrafik məlumat 

468 

tamamlayıb  başa  çatdırmışdır.  Kitabda  əsərin  779 hicri (=1378 miladi) 



tarixind

ə İranın Müzəffərilər sülaləsinə mənsub Fars, Kirman və Kürdüstan 

hakimi Şah Şücayə həsr olunduğu haqqındca köçürücünün xüsusi bir qeydi 

var. (B


əzi tarixi mənbələrdən  anlaşıldığına  görə  əsəri elm və  incəsənətə 

böyük hamilik göst

ərən  hakim şah Şücayə təqdim edən əl-Cürcaninin özü 

olmamışdır.  Həmin  kitabı  fars  hakimi  Mübarizəddin Məhəmmədin (1354-

1359)  varisi  Şah  Şücayə  (1359-1384) təqdim edən Orta Asiya filoloqu və 

ensiklopedisti 

ət-Təftəzanidir (1322-1389 ya da 1394)). 

  Urm


əvi  bu  kitabını  da  Orta  əsr  Şərq klassik ədəbiyyatına  xas  olan 

ənənəvi müqəddimə  sözlərindən sonra musiqi sənətinin təyin və  tərifi ilə 

başlayır.  O  qeyd  edir  ki,  musiqi  –  yunan sözüdür; -  incə  və  müxtəlif 

yüks


əklikdə olan, həm də məntiqi qaydaya əsaslanan ölçü üzrə tərtib edilmiş 

s

əslərdən ibarət melodiya (əlhan) – musiqinin bünyəsini təşkil edir. Kitabın 



bu f

əslində müəllif yenə də “möhtərəm şeyx, ustad-əzəm” adlandırdığı Əbu 

N

əsr Farabinin musiqi sənəti  haqqındakı  mülahizəsini sitat tərzində  qeyd 



edib bu m

əsələni daha geniş tərzdə şərh edir. 

  “Kitab-

əl ədvar” əslində on beş fəsildən ibarətdir. 

  Birinci f

əsildə musiqi səsinin keyfiyyəti, şiddəti, kəskinlik və ağırlıq 

gücü m

əsələlərindən bəhs edilir. Burada müəllif Farabi ilə yanaşı “şeyx-ər-



r

əis” deyə  böyüdüb, yüksəltdiyi  İbn-Sinanın  da  səs, sövt, səda  haqqındakı 

t

ərif və  təyinlərndən sitatlar gətirir və  bu xüsusda öz mülahizələrini də 



ətraflı surətdə bəyan edir. 

 

İkinci  fəsildə  musiqi pərdələrinin  əbcəd  hesabı  üzrə  kəmiyyət 



xüsusiyy

əti və pərdələrin bölüm qaydaları müəyyən edilir. 

  Üçüncü f

əsildə  intervallar  arasındakı  nisbət məsələləri 

aydınlaşdırılır.  Urməvi  bu  kitabında  intervallar  bəhsi üzrə  özünün 

“Şərəfiyyə” kitabında irəli sürdüyü elmi müddəalarını daha da dəqiqləşdirir. 

Dem

ək olar ki, müəllif bu fəsildə  intervalların  keyfiyyət və  kəmiyyət 



c

əhətlərini (konsonansların birinci və ikinci siniflərə ayrılmaq əlaməti və s.) 

d

ərindən izah etməklə,  kitabının  dördüncü,  beşinci  və  hətta  altıncı 



f

əsillərində geniş və ətraflı surətdə şərh edəcəyi konsonans və dissonanslar 

b

əhsi üçün sanballı bir başlanğıc (mədxəl) tərtib etmiş kimi görünür. 



 

Burada, kitabın xüsusilə beşinci fəslində müəllifin kvarta və kvinta 

intervalları  tərkibində  olan müxtəlif növlər  haqqında  irəli sürdüyü 



Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

469 


mülahiz

ələr ümumən musiqi nəzəriyyəsi üzrə əsil elmi fenomen sayıla bilər. 

Çünki Urm

əvinin bu iki əsas interval daxilində  olan müxtəliflik  haqqında 

elmi müdd

əaları özündən sonra istər Yaxın və Orta Şərq, istərsə də bütün 

Q

ərb musiqi nəzəriyyəçiləri üçün yönəldici bir hökm vəzifəsini daşımışdır. 



 

Kitabın yeddinci fəsli nisbətən ən qısa hissəsidir. Burada müəllif iki 

simli musiqi al

ətlərində  (Xorasan tənburu və  Bağdad  tənburu)  çalğı 

qaydalarından danışır. 

  S


əkkizinci fəsildə  əsas  etibarı  ilə  ud musiqi aləti ilə  əlaqədar 

m

əsələlərdən bəhs olunur. Bu xüsusda, yeri gəlmişkən, bir vacib cəhəti qeyd 



etm

ək lazımdır, o da Urməvinin özünün bir ifaçı kimi çox gözəl sənətkar, ud 

musiqi al

ətində əsil virtuoz olmasıdır. Onun ud çalmaqda məharəti haqqında 

Erlanje bel

ə  yazır:  “Onun  (Urməvi  –  Ə.B.)  bir  instrumentalist  kimi 

virtuozçuluğunu təsdiq edən Taqribardi

93

 



demişdir: “İshaq əl-Mausilidən

94

 



sonra heç k

əs çalğıçılıq sənətində Səfiəddinə  çata bilməmişdir”. 

  S

əfiəddin nəinki ud musiqi alətində çox gözəl çalır (onun məhz bu 



m

əharəti sayəsində  1258-ci ildə  Hülaku  qoşunu  talanından  özünün  və 

ail

əsinin  başını  salamat  qurtara  bildiyini  yuxarıda  göstərmişdik),  eyni 



zamanda bu al

ətin pərdə düzümü və bununla əlaqədar olaraq ümumiyyətlə 

oktava daxilind

ə pillələr intizamı və qamma tərtibi məsələsində də eyni söz 

demişdir. Məsələ burasındadır ki, Urməviyə qədər Zəlzəl 355 senti ilə 853-

l

ük altılığın eyni pərdədə bərqərar olması musiqi nəzəriyyəsində müəyyən 



bir  “vüzuhsuzluq”,  anlaşılmazlıq  meydana  gətirmişdi.  Fizika  və  musiqi 

akustikası  qanunlarına  yaxşı  bələd olan Urməvi  bu  uyğunsuzluğu  aradan 

qaldırdı.  O,  Farabi  zamanında  udun  355  sent  verən Zəlzəl pərdəsini 384 

sent


ə  qədər zilləşdirdi,  daha  doğrusu  tamamilə  yeni bir səsdüzümü 

n

əzəriyyəsini  yaratdı.  Həmin bu müddəaya görə, bir oktava daxilindəki 



s

əsdüzümü limma, limma və komma düzümünə görə 17 pərdəyə bölündü. 

Bu is

ə  882 və  994 sentlər verən pərdələri bir-birinə  yaxınlaşdırmaq 



n

əticəsində 355 və 853 sentlik zil Zəlzəl notlarını da içinə almaq imkanını 

yaratdı.  Məşhur  ingilis  bəstəkarı  və  musiqişünası  Perri

95

  Urm



əvinin tərtib 

                                                           

93

 

Yusif ibn Taqribardi (Əbu-l-Məhasin) – misirli tariхçi (1411-1465 ya da 1469). 



94

 

İshaq əl-Mausili – məşhur ərəb nəğməkarı, musiqiçisi və şairi (767-849). 



95

 

Pеrri  Çarlz  Hubеrt  Hеystinqs  (1848-1918)  –  1891-ci ildən  Lоndоnda  İngiltərə  dövlət 



musiqi kоllеcinin və 1900-1908-ci illərdə еyni zamanda Oksfоrd univеrsitеtinin prоfеssоru. 


Yüklə 3,66 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə