Ərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası



Yüklə 3,66 Mb.
Pdf görüntüsü
səhifə126/145
tarix15.03.2018
ölçüsü3,66 Mb.
#32220
1   ...   122   123   124   125   126   127   128   129   ...   145

Qeydl

ər, şərhlər və monoqrafik məlumat 

462 

adlanan  başqa  bir  cərəyan tərəfdarları  bu  məsələdə  mücərrəd riyazi 



mühakim

əni daha düzgün sayırdılar.  Bunlar Pifaqorun (Fisağorsun) fəlsəfi 

m

əktəbinə  mənsub olanlar idi. Pifaqor isə  musiqinin və  eləcə  də  bütün 



kainatın əsasını rəqəmlərdəki nisbətdə görürdü. 

  Musiqi n

əzəriyyəsi üzrə  bu iki cərəyan (ahəngçilər və  kanonçular) 

arasındakı  ayrılıq, hər şeydən əvvəl, bunların konsonans məfhumunu necə 

t

əyin etdiklərində daha aşkar görünür. Pifaqorçular deyirdilər: 



  -  “Konsonans el

ə  bir  intervaldır  ki,  onun  əsasını  ən bəsit nisbətlər 

t

əşkil edir”. 



  Bunun müqabilind

ə Aristoksen tərəfdarları (ahəngçilər) isə: 

  - “K

onsonans qulağı oxşayan səs uyğunluğudur”.



86

 

  Urm



əviyə  görə  isə  konsonans  eyni vaxtda həmsaz və  həmavaz 

sur


ətdə  səslənən sədalar  uyğunluğudur.  Urməvi  əlavə  olaraq qeyd edir ki

konsonansı təşkil edən səslər (daha doğrusu iki səs), dissonansın tamamilə 

əksinə  olaraq bir-birini  qarşılıqlı  surətdə  tamamlayaraq vahid və  həm də 

h

əmahəng bir səslənmə əmələ gəlməsini təmin edir. 



 

İbtidai musiqi nəzəriyyəsinə aid bütün bu təfərrüat göstərir ki, qədim 

yunan  filosoflarının  musiqi  nəzəriyyələrini öz əsərlərində  yüksək 

qiym


ətləndirən Orta əsr Yaxın Şərq musiqişünasları yunan alimlərinin elmi 

t

əriflərini daha da təkmilləşdirmiş  və  musiqi sənətinin nəzəri cəhətini öz 



k

əşfləri ilə xeyli zənginləşdirmişlər. 

  Q

ədim yunan alim və  mütəfəkkirlərinin musiqi sənəti  haqqındakı 



mülahiz

ələrinin  Yaxın  və  Orta  Şərq  musiqişünasları  (və  o cümlədən 

Urm

əvi)  əsərlərində  bəzən iqtibas, bəzi hallarda isə  adi xülasə  və  təqrir 



t

ərzində yer tapması heç də Yaxın Şərq xalqları musiqisinin yunan musiqisi 

əsasında  meydana  gəlməsinə  dəlalət  etmir.  Əksinə,  Yaxın  və  Orta  Şərq 

xalqlarının muğamat və ozan mahnıları (“soy”lar və “boy”lar) əsasında olan 

musiqi dili (o cüml

ədən əruz vəznində yazılan şeirlər ahənginə və azəri xalq 

şifahi ədəbiyyatı şeir ölçülərinə uyğun tərzdə bəstələnən musiqi əsərləri) ilə 

y

unan  musiqisi  arasındakı  fərqləndirici intonasiya xüsusiyyətləri bir daha 



aydın  göstərir  ki,  Yaxın  Şərq  musiqişünasları  qədim yunan musiqisindəki 

                                                           

86

 

R.İ.Qrubеr. Göstərilən əsəri, səh.115 



 


Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

463 


olsa-

olsa  yalnız  musiqi  estetikasına  aid  bəzi  əxlaqi müddəalardan istifadə 

etmişlər. O ki qaldı sözün əsil mənasında musiqi nəzəriyyəsinə, - bu yolda 

Yaxın  və  Orta  Şərq  musiqişünasları  yunan  alimlərinin  əsərlərindən 

bilavasit

ə çox az məlumat götürmüşlər. 

  S

əfiəddin Urməvi isə öz nəzəri axtarışlarında daha müstəqil hərəkət 



etmiş və yuxarıda qeyd etdiyimiz kimi, hətta öz sələflərinin yazılarından da 

iqtibaslardan ç

əkinmişdi. Bu xüsusda C.Farmer yazır: 

  -  O, (y

əni Səfiəddin Urməvi  –  Ə.B.)  janrlar  bəhsi ilə  əlaqədar 

n

əzəriyyələrini şərh etdikdə, zatən nə Farabi, nə də ibn-Sinadan heç bir şey 



iqtibas etm

əmişdir.  Onun  bu  məsələləri izah üçün qəbul etdiyi 

terminologiya, el

əcə  də  öz xüsusi təsnifat üsulu göstərir ki, o, bilavasitə 

yunan mü

əllifləri əsərlərindən istifadə etmiş olsa da, bunlara  əslində xeyli 

t

ənqidi  yanaşmışdır.  Musiqidə  sistemlər bəhsini sələfləri olan yunan 



aliml

ərinə  nisbətən daha müfəssəl  işlədiyinə  görə  bir daha belə  bir nəticə 

çıxara  bilirik  ki,  o,  məlumat  aldığı  yunan  müəllifləri  əsərlərindəki 

doktrinaları  (düsturları)  sistemləşdirmək və  ümumiləşdirməklə  bərabər 

bunları öz əlavə maraqlı mülahizələri ilə zənginləşdirmişdir”.

87

 



 

   


 

 

 



  S


əfiəddin Urməvi  klassik  Şərq  ədəbiyyatına  və  zamanında  yazılan 

bütün  başqa  elmi  əsərlərə  xas olan ənənələrə  riayət edərək özünün 

“Şərəfiyyə” kitabını

88

 



allahın vəsfi, ona şükrlər və ondan iltimas sözləri ilə 

başlayır. 

                                                           

87

 



Hеnry Gеоrgе Farmеr, Rоdоlphе D’Erlangеr-in “La musiquе arabе, tоm trоisiеmе, Paris, 

1938” 


kitabına yazdığı giriş məqaləsindən, s.VII 

88

 



Kitabın adı bеlədir: Kоmpоzisiya və ritm – vəznlər еlmi haqqında Şərəfiyyənin kitabçası. 

Şagirdi  Şərəfəddin Haruna həsr  еdilmişdir.  Müasir  İraq  kitabşünası  (bibliоqrafı)  Əbdül 

H

əmid  əl-Əluçi  bu  kitabın  əlyazması  nüsхələrinin  saхlanılan  yеrlərini və  şifrlərini 



b

əlliləşdirməkdə böyük səy göstərmişdir: 1) Vyana dövlət kitabхanası, № 1515; 2) Misirdə 

“Dar-ül-kütüb”ün “fünun-c

əmilə” hissəsində,  №8  və  348;  3)  İstanbul  Umumi  Bayazеd 

kitabхanasında,  №4524;  4)  İstanbul  Tоpqapı  sarayı  kitabхanasında,  №2130;  5)  İstanbul 

V

əli  əfəndi  kitabхanası,  №2167;  6)  Оksfоrdda  Badlеy  kitabхanası,  №115  Marsh.  (2-55 



v

ərəqləri) və  №521 (34-116 vərəqləri); 7) Vatikan kitabхanası, №3193; 8) Bеrlin Dövlət 

kitabхanası, №5506; 9) Paris mili kitabхanası, ərəbcə kitablar fоndu, №2479. 

 

Bunlardan 



əlavə  fransız  şərqşünası  Karra  dе  Vо  (B.Carra  dе  Vauх)  “Jоurnal 

Asitiquе”-nin 1891-ci il 18-ci nömrəsində (səh.279-355) Lе traitе dеs rappоrts musicauх, 




Yüklə 3,66 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə