ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə35/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   31   32   33   34   35   36   37   38   ...   95

- 95 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
xəstəlikdən qurtarasan”.
143
 Osroena hökmdarı bir qədər fikirləşir və həvarilər 
Mattanın, Lukanın, Markın gələcəkdə yazacaqları Müjdələrə əsasən guya, İsanın 
ölümünə yəhudilərin bais olacağını öncədən görərək, bunları da əlavə edir: 
“Eşitmişəm, yəhudilər Səni yaman şərləyir, Sənə əzab vermək istəyirlər... 
Mənim balaca, amma çox gözəl şəhərim var. İkimizə də kifayət edər”.
144
 
Diqqət edin, iddialara görə, eramızın əvvəllərində qələmə alınan məktubda 
İsaya xitabən 
“sən ya Rəbbin oğlusan, ya da Rəbbin özüsən” əbədi xristian 
dilemması da öz əksini tapmışdı. Təbii ki, eramızın 30-cu illərinin əvvəllərində, 
hələ İsanın sağlığında bütpərəst V Abqar bunlardan xəbərsiz olmalı idi. Çünki 
İsa Məsihin ilahi və ya bəşəri təcəllasına dair diofizit və monofizit məzhəblər 
arasındakı qarşıdurmalar hələ təqribən 400 il sonra yaranacaq, IV Xalkidon 
Kilsə Məclisində isə xristianlığın cərəyanlara parçalanması ilə nəticələnəcəkdi. 
Digər ziddiyyətli məqam V Abqarın İsa Məsihi böyük ehtiramla “Xristos” 
adlandırmasıdır. Məlumdur ki, Yaxın və Orta Şərqin qədim dövlətlərində 
hökmdarların taxta çıxması mərasimlərində və ya baş kahinlər təyin olunarkən 
onların başına müqəddəs zeytun yağı çəkilərdi. Bu qədim ayin yəhudilərdə 
“maşiah”, ərəblərdə “məsih” adlanır, sonralar iudaizmdə, xristianlıqda və 
islamda “meşah”, “messiya”, “məsih” şəklinə düşərək, “xilaskar, mehdi” anlamını 
verməyə başlamışdı. Eramızın I
  əsrində, o cümlədən “erməni hökmdarı” V 
Abqarın yaşadığı dövrdə “xristos” sözü bütpərəstlərin İsa tərəfdarlarına şamil 
etdikləri təhqiredici ifadə olmuşdu. Roma İmperiyası ərazisində yunanlar İsanın 
ünvanına həqarətlə “Xristos” 
(başı yağlanmış) demiş, onun tərəfdarlarını isə 
“xristianos”
 çağırmışdılar. Yalnız həvari Pavelin səyləri ilə iudaizm, mehranilik 
ehkamlarının, Roma bütpərəstliyi elementlərinin sintezi nəticəsində yeni 
sinkretik dini təlim – xristianlığın yaranmasından, formalaşmasından və 
mövqelərini möhkəmləndirməsindən sonra bu ifadə tədricən müsbət 
kontekstdə işlənməyə başlamışdı. Belə olan təqdirdə, V Abqarın məktubunda 
“Xristos” sözünü yazması mətnin orijinallığını şübhə altına alan məqamlardan 
biridir.
Nə isə, Ananiya məktubu götürüb özünü təcili Yerusəlimə çatdırır. 
M.Xorenatsinin bildirdiyinə görə, mötəbər qonağı həvari Foma qəbul edir, 
“Ermənistan ölkəsinin hökmdarı” V Abqarın məktubu ilə tanış olur. Az sonra 
isə İsa Məsihin diqtəsi ilə yazılmış cavab məktubunu və kətan üzərinə çəkilmiş 
portreti – ilk ikonanı çapara təqdim edir. Lakin burada da təfərrüata varmağa 
ehtiyac duyulur. İncildə ermənilərin nə vaxtsa İsa Məsihlə görüşmələrinə dair 
143 
 Yenə orada
144 
 Yenə orada


- 96 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
məlumatın olmaması Movses Xorenatsini məyus etsə də, onu dolayı yollarla 
Müjdələrin mətnlərində “müvafiq sübutlar” aramağa sövq etmişdi. Nəticədə, 
o, bunları qələmə almışdı: 
“Məktub aparan elçilər İsanı Yerusəlimdə 
qarşıladılar. Bunu Müjdələrin mətnləri də təsdiqləyir: “Onun yanına 
gələnlərin bəziləri BÜTPƏRƏST idilər”.
145
 Bu yerdə Movses 
(bəlkə də 
kitabın sonrakı  redaktoru) bir xristian olaraq, müqəddəs mətnlərdən birini – 
Həvari Yəhyanın Müjdəsini kobud şəkildə təhrif etməkdən çəkinmir. Müjdə 
mətnindən isə məlum olur ki, İsa Məsih həvariləri ilə birlikdə yəhudilərin 
Peysax 
(Pasxa) bayramı günü Vifaniyadan çıxıb Yerusəlimə gəlir və şəhər 
sakinləri də, burada olan əcnəbilər də böyük izdihamla onu qarşılamağa çıxırlar. 
Bu barədə Yəhyanın Müjdəsində belə yazılır: “
Bayramda Ona (İsaya) baş 
əyməyə  (ehtiram göstərməyə) gələnlərin bəziləri ELLİN idilər”.
146
 “Ellin” 
sözünün isə nə ermənilərə, nə də “bütpərəstlərə” aidiyyatı vardı.  Bu, yunanların 
qədim etnik adı idi. 
Movsesin plagiatlığı bununla kifayətlənmirdi. Yəhyanın Müjdəsində “baş 
əyməyə gəlmiş ellinlər” izdihamın içindən çıxaraq Həvari Filipə yaxınlaşıb 
dedilər: 
“Ey cənab! Biz İsanı görmək istəyirik”. Filip gedir və bu barədə 
Andreyə (həvariyə) deyir, sonra Andrey və Filip bunu İsaya çatdırırlar”.
147
 
Məhz bu yerdə Movses nəinki Həvari Yəhyanın müəlliflik hüquqlarını pozur, 
hətta macal taparaq, İsa Məsihin Abqara məktub məsələsini də ortaya atır: 
“Onları (bütpərəst “erməniləri”) eşidənlər İsaya söyləməyə cəsarət etmirlər. 
Filipə və Andreyə deyirlər. Onlar isə İsaya çatdırırlar. Lakin Xilaskarın özü 
o vaxt Abqarın çağırışı ilə getməyə (Osroenaya) razı olmadı, onu (Abqarı) 
məktubla şərəfləndirdi”.
148
İndi də İsanın diktə etdiyi cavab məktubu barədə. Movses Xorenatsi onun 
da mətnini əldə edə bilmiş, lakin orijinalının erməni və ya arami dilində 
yazıldığını vurğulamağı unutmuşdu. Bu məktub İsa Məsihin gələcəkdə onun 
haqqında yazılacaq Müjdələrin mətnlərini əzbər bilməkdə heç də “erməni 
hökmdarından” geri qalmadığını göstərmişdi. “
Məni görmədən Mənə biət 
edən nə bəxtiyardır (müqəddəsdir). Çünki Mənim haqqımda YAZILIB Kİ, 
(Həvari müjdələrinin hələ yazılmadığı vaxtda) Məni görənlər biət etməyəcəklər, 
görməyənlər isə biət edəcək və əbədi həyat qazanacaqlar. Əvvəlcə Mən 
buraya nə üçün göndərilmişəmsə, o işləri yerinə yetirməliyəm. Mən bu 
145 
 Yenə orada
146 
 Новый Завет. От Иоанна святое благовествование, (20). http://days.pravoslavie.ru/Bible/B_in12.htm
147 
 Yenə orada
148 
 Хоренаци M. “История Армении”, перевод с древнеармянского языка, введение и примечания Гагика 
Саркисяна. Ер.: “Айастан”, 1990


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə