ƏŞİr bəŞİROĞLU



Yüklə 6,52 Kb.
Pdf görüntüsü
səhifə115/132
tarix15.03.2018
ölçüsü6,52 Kb.
#32171
1   ...   111   112   113   114   115   116   117   118   ...   132

Əşir Bəşiroğlu 
 
335 
 
katibin
ə bildirirlər ki, bəylikdən heç kim və heç nə qalmayıb, burada qalanları da 
bir-bir yoxlaya bil
ərsiz.  Yığışmış  insanlar  bir–bir özlərini təqdim edirlər ki
m
əsələn mən Piçənis kəndindənən, buraya gəlin gəlmişəm, özüm də yetimdaram, 
n
ə ərim qalıb,  nə də ki, ərimin digər qohumları. Amma, bizi də bəy kimi tuturlar
incidirl
ər, heç bir əsas olmadan harasa uzaqlara göndərirlər.  Kiçik  yaşlı  uşağın 
t
əşəbbüsü ilə  və  Bağırovun  göstərişinə  əsasən bu kənddə  xeyli müddət  əmin-
amanlıq olur. Lakin, bu da uzun çəkmir. Ətraf yaşayış yerindəki insanların siyasi 
savadsızlığı  və  ya səviyyəsizliyi  ucbatından  orda-burda gizlənmiş  bəyzadələrin 
əməyə qayıdışı onlara baha başa gəlir. Biri kolxozda biçin biçdiyi yerdən, digəri 
xırman döydüyü yerdən, başqa birisi isə gecələdiyi evdən sorğu-sualsız aparılmış, 
xüsus
əndə oxumuşlar, bir daha ev-eşiklərinə dönməmişlər. Onu da deməliyik ki, 
söyl
ədiyimiz  axırıncı  hadisədən  sonra  Laçında  Müseyib  bəylə  Bağırovun 
münasib
ətləri hər yerə yayılır və Laçına yeni katib gələndə də Müseyib bəyin oğlu 
Kamran b
əyə və qızı Zeynəb xanıma hər hansı qüsurlarına görə cəza verməkdən 
ç
əkinmişlər.  M.C.Bağırovu,  Sultan  bəyi və  Müseyib bəyi ittiham etməyiisə 
buraxırıq oxucunun və zamanın səlahiyyətinə... 
XIX FƏSİL 
XOSROV BƏYİN FƏALİYYƏTİ HAQQINDA 
Qarabağ  bütövlükdə, xüsusən də  dağlıq  əraziləri  dünyanın  möcüzəli 
bölg
ələrindən biridir. Cənublu-Şimallı Bütöv Azərbaycanın hər guşəsində olduğu 
kimi  Qarabağda da  insan  yaşayışının  bütün dövrləri  yaşanmışdır.  Xosrov bəy də 
bel
ə  bir  torpağın  yetişdirməsidir. Xosrov bəy  çox  kiçik  yaşlarından  evlərində 
ail
ələrində  gedən söhbətlərdən  ən  azı  Zəngəzurda  olan  savadlı  ailələr, bəylər, 
mülk
ədarlar və tanınmış din xadimləri haqqında gedən söhbətləri eşitmişdi. Sonra, 
t
əhsil aldı, mütəxəssis oldu, siyasi səhnədə seçilən şəxslərdən birinə çevrildi.  
Bir m
əqamı xatırlatmaq yerinə düşər. XX əsrin əvvəllərində bütün Şərqdən, 
bir neç
ə qitələrdən öncə, Şimali Azərbaycanda qurulan Xalq Cümhuriyyətini quran 
insanlar 
əsilli-nəsilli insanlar olmaqla yanaşı, həm də yüksək mənəviyyatlı ziyalılar 
olmuşlar.  Bunlardan  biri  də  Xosrov bəy idi. Eyni zamanda Xosrov bəyi bu 
v
ətənpərvər insanlardan fərqləndirən cəhətlər də mövcud idi. Çünki o, Zəngəzurlu 


C
əsur qardaşlar 
336 
 
idi, onun bir 
guşəsi olan Hacısamlıdan idi. Bu insanlar erməninin kimliyini, hansı 
xisl
ətin sahibi olduqlarını yaxşı bilirdilər.  
Xosrov b
əy gənc yaşlarında Şuşada, Gəncədə oxuyarkən Qarabağın ayrı-ayrı 
bölg
ələri, sərhədləri, adət-ənənələri,  onun  insanları,  tarixi  keçmişi  ilə  mütəmadi 
maraqlanmışdı. O, tarixçi olmasa da Azərbaycan tarixini, milli xüsusiyyətlərimizi 
bir çox ziyalılarımızdan daha yaxşı bilən əsl vətəndaş idi. 
Xosrov b
əy 1879-cu il martın 10-da Zəngəzur qəzasının Hacısamlı bölgəsində 
işıqlı  dünyaya  göz  açmışdır.  Odessada  –  Cəbrayıl  bəyin  qurtardığı  Tibbi 
Universitetini Paşa bəyin tövsiyəsi ilə bitirmişdir.  
Günümüzd
ə  hamıya  bəlli  olduğu  kimi  AXC-nin ilk müdafiə  naziri-general
AXC-nin ikinci kabinetind
ə əkinçilik naziri, 1919-cu ilin 15 yanvarından 1920-ci 
ilin aprelin son günl
ərinə kimi Şuşada Qarabağın general-qubernatoru olmuşdur. 
Xosrov b
əyin Zəngəzuru, xüsusəndə  Qarabağın  ermənilərdən müdafiə 
edilm
əsində zəhməti heç də qardaşı Sultan bəydən az olmamışdır.  
Bel
ə  ki, o, 1919-cu il 21-30  martında  Əsgəran döyüşündə  daşnak  generalı 
Dronu m
əğlub  edib.  Bu  işdə  Zəngəzurun  Araflı  bəyləri  ona  daha  çox  yardımçı 
olmuşlar.  1919-cu ilin iyununda Azərbaycan Elmlər  Akademiyasının  Xəbərlər 
jurnalının verdiyi arxiv sənədlərinə görə Şuşaya ermənilərin silah gətirənlərini və 
erm
əni  Milli  Şurasının  üzvlərini həbs elətdirib. Burada da Xosrov bəyə 
Z
əngəzurun qəza rəisi Camal bəy  Sultanov,  Laçının  Araflı  bəyləri, Haxnəzər 
k
əndindən olanlar və müavini Çingiz İldırım etibarlı adamları kimi xeyli yardımçı 
olmuşlar. 
Xosrov b
əy, eyni zamanda müstəqilliyimizə,  xalqımıza  sədaqətli,  hər kəsin 
d
əyərini düzgün qiymətləndirməyi sevən  bir  şəxs  olmuşdur.  Bütün çətinliklərə 
baxmayaraq  o,  vaxt  tapıb,  Əhməd  Cavad  şəxsiyyətinə  və  yaradıcılığına  hörmət 
əlaməti olaraq şairin şeirlər kitabını da çap etdirmişdir. 
Tarixi s
ənədlərə  görə, 1919-cu  il  yanvarın  15-də  AzərbaycanDemokratik 
Respublikası Hökumətində keçirilən iclasında əsas  məsələ Zəngəzur və Qarabağda 
yaranmış  ağır  vəziyyət idi. Həm də  hər iki bölgənin  eyni  qubernatorluğunun 
yaradılması  məsələsi gündəmdə  dururdu.  Əsas  səbəb Xosrov bəyin  əslən 
Qarabağın  Zəngəzur bölgəsindən  olması,  bölgələri  yaxşı  tanıması,  ən  əsası  isə 
Xosrov b
əyə  dayaq dura biləcək  qardaşı  Sultan  bəyin  yuxarı  Zəngəzurun 


Əşir Bəşiroğlu 
 
337 
 
Hacısamlı hissəsinin səlahiyyətli bəyi olması, onun xeyli silahlı dəstəsinin olması 
v
ə silah-sursat, nizamlı-təcrübəli orduya malik daşnak-erməni generalı Andranikin 
qarşısında dayana bilməsi idi. İstər Yuxarı Qarabağdakı, istərsə də nisbətən Aşağı 
Qarabağdakı  ermənilər  havadarları  olan  ingilislərin,  rusların,fransızların,  ABŞ-ın 
v
ə  s. köməkliyi sayəsində  azərbaycan hökumətinə  tabe olmaq istəmirdilər. 
Erm
ənilər istəyirdilər ki, ilk növbədə Zəngəzurla Qarabağı, daha sonra Gəncəni ələ 
keçirm
əklə  S.Şaumyan  qüvvələri ilə  birləşib  ümumilikdə  Şimali  Azərbaycanın 
varlığına  son  qoymaqla “Dənizdən-dənizə” “Böyük Ermənistan”  yaratsınlar. 
Z
əngəzurda isə Zəngəzur qəzası üzrə orada ermənilərin törətdiyi faciələri araşdıran 
dövl
ət  komisiyanın  üzvü  Mixaylovun  yazdığı  kimi  Andranikin  Türkiyədən, 
Rusiyadan, Erm
ənistandan, Zəngəzurdan,  İrandan  topladığı  təcrübəli erməni 
qoşunları  ilə  Zəngəzurun 160 kəndini  viran  qoymuş,  insanlara  olmazın  əzablar 
vermiş, insanların mal-mülkünü qamarlamışdı. Növbəti hədəf indiki Laçın bölgəsi 
idi.  
AXC-i özünün h
əm 15, həm də  29  yanvar  tarixli  yığıncaqlarında  Qarabağ 
general-
qubernatorluğunun  yaradılmasını  və  bu vəzifəyə  Xosrov bəyin təyin 
edilm
əsinə  yekdilliklə  qərar  vermişdir.  Bu  qərarla Xosrov bəy Sultanov 
Z
əngəzur,Cavanşir, Şuşa və Cəbrayıl inzibati ərazisinin rəhbəri, Çingiz İldırım isə 
onun  müavini  olmuşdur.Hər  iki  şəxs 1919-cu  il  fevralın  12-də  quberniyanın 
m
ərkəzi  olan  Şuşa  şəhərinə  gəlmiş  və  özlərinin  ilk  müşavirəsini  fevralın  15-də 
keçirmişlər.  Bu  yığıncaqda  polis  təşkilatlarının  fəaliyyətinin gücləndirilməsi
qaçqınların öz torpaqlarında məskunlaşdırılması, əkin sahələrinin gücləndirilməsi, 
t
əhsil, tibbi işlər, poçt və teleqraf, hərbə çağrış və cari məsələlər diqqət mərkəzində 
olmuşdur.  
Xosrov b
əy öz fikrini bildirdikdən sonra müşavirədə Şuşanın qəza rəisi Abış 
b
əy Qalabəyov, Zəngəzurun qəza rəisi Camal bəy Sultanov və Cavanşir əzasının 
r
əisi Bəhram bəy Məlik Abbasov və digərləri çıxış edərək mövcud vəziyyət, ondan 
çıxış yolları haqqında öz fikirlərini bildirdilər. 
Z
əngəzur qəzasının rəisi Camal bəy öz çıxışında qəzada olan ağır vəziyyəti, 
ABŞ-ın, İngiltərənin, Rusiyanın və sair ölkələrin Andranikə həm hərbi, həm pul, 
h
əm də ərzaq yardımlarından danışdı.  


Yüklə 6,52 Kb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə