ƏŞİr bəŞİROĞLU



Yüklə 6,52 Kb.
Pdf görüntüsü
səhifə111/132
tarix15.03.2018
ölçüsü6,52 Kb.
#32171
1   ...   107   108   109   110   111   112   113   114   ...   132

C
əsur qardaşlar 
326 
 
münasib
ətlərindən sonra da XX əsrin əvvəllərinə kimi hakimiyyətlərini qorumaqda 
Ziyadoğulları  və  Qacarlarla  yaxın  qohumluq  əlaqələrinin də  əhəmiyyəti az 
olmamışdır.  Böyük  Zəngəzur Nəbibəylilərdən  sonra  parçalanmış,  yuxarı  hissə 
Hacısamlı (və ya Hacıxanlı) adı ilə fəaliyyətdə olmuş və onun hər iki hissəsi yenə 
d
ə  Qarabağın  tərkibində  olmuşdur.  Elə  həmin illərdə  də  Yuxarı  Qarabağa  yox, 
Yuxarı  Zəngəzura siyasi rəhbərliyi Sultan bəy  Sultanov  etmişdir.  Sultan  bəyin 
dem
ək olar ki, Azərbaycandakı  ömrü  at  belində  və  keşməkeşli  olmuşdur. 
Cümhuriyy
ət dövründə isə onun qardaşı xosrov bəy Qarabağın genera-qubernatoru 
olmuş,  Zəngəzur isə  şimallı-cənublu yenə  də  Qarabağ  tabeçiliyində  fəaliyyət 
göst
ərirdi. Bu dövrlərdə  Nəbibəylilərin  Qarabağda,  Xankəndində, Gorusda, 
Qafanda,  Ağcabədidə(taxta körpü), Zəngilanda, Təbrizdə, Xoyda, Gəncədə, 
Ərdəbildə mülkləri, qohum-qardaşları, çoxlu miqdarda torpaqları, mədənləri və s. 
olsa da, Murtuza b
əyin  öz  övladlarının  törəmələri  Araflı  və  onun  ətrafında  bir-
birin
ə  yaxın  35-dən  artıq  yaşayış  məskənlərində, Kəlbəcərin çox hissəsində 
yaşamaqda  davam  edirdilər.  Bu  yaşayış  məntəqələrindən biri də  Bülövlük kəndi 
idi. Bülövlük k
əndi də XVIII əsrin sonları, XIX əsrin əvvəllərində yurd yerindən 
daimi yaşayış məskəninə çevrilmişdir. XX əsrin əvvəllərinə isə bu kənddə yaşayan 
b
əylər, qədim  qaydalarına  zidd  olaraq  ətraf kəndlərdən  olan  Ərikli,  Piçənis, 
Qurdg
əzi,  Arduşlu,  Ağcakənd,  Qoşasu,  Qaraçanlı,  Alpoud,  Kəlbəcərin bəzi 
k
əndlərindən olan, amma əsilzadə olmayan insanlarla qohumluq əlaqələri qurmuş, 
qız  verib,  qız  almışlar.  Vəziyyət o yerə  çatmışdır  ki,  bu  bəylərdən XX əsrin 
əvvəlinə  əsilzadəliklərini saxlayan, bülövlükdə  Bərxudar bəy və 
onun  xanımı,  Alıquluda  isə  Böyük Zəngəzurun  axırıncı  sultanı  ixtisasca  həkim 
C
əbrayıl bəyin kiçik oğlu Cəlil bəy və onun xanımı yaratdıqları iki ailə istisnalıq 
t
əşkil edirdilər.  
Sultan b
əyə  gəldikdə  isə  babası  çalvadar  olmuş,  sonralar  isə  bu kəndlərlə 
qohumluq  yaratmış,  bu  qohumluqdan  istifadə  edərək Murtuza bəyin  Araflıda 
yaşayan  törəmələrinin köməkliyi ilə  bəylik titulu qazanmışlar.  Sultanlılar 
k
əndindəki bəylərin kökü isə  İrəvanqulu  xanının  və  Nəbibəylilər səcərəsinin (II 
Alm
əmməd bəy) bir qolunun törəmələridir. Son fikirlərin mənbəyi  Araflıda 
yaşamış,  anası  və  arvadı  Qurdgəzi kəndindən  olan  yüzbaşı  və  pristav  işləmiş, 
N
əbibəylilərin səcərə tarixinin 4-cü kitabının bir hissəsini qeydə almış Süleyman 


Əşir Bəşiroğlu 
 
327 
 
b
əy Nəbibəylidir. Belə  məlumatı  ikinci  dəfə  yazıya  alan  beynəlxalq  əlifbanın 

əllifi Əli (4-cü Alməmməd bəy) Nəbibəylidir. Atası gözəl xəttat olub, “Quran” ı 
ərəb dilindən sətri  tərcümə  edib,  yazılarından  Əlyazmalar  institutunda  saxlanılır. 
Sultan b
əyin atası Paşa bəy savadsız olsa da, çox ağıllı insan olub,  oğlu Xosrov 
b
əyi də Cəbrayıl bəy Nəbibəylinin Odessada oxuduğu tibb institutuna da Cəbrayıl 
b
əyin həyat və fəaliyyətindən xoşu gəldiyi üçün göndərmişdir. Xosrov bəy də Paşa 
b
əyin ümidlərini  doğrultmuş,  nəinki Cəbrayıl  bəy kimi Zəngəzurun  sultanı  və 
Qarabağ  xanlığının  baş  sərkərdəsi, o, bütövlükdə  bütöv  Qarabağın  general-
qubernatoru  olmuş,  “İttihad”  partiyası  fraksiyası  kimi  Müsavat hakimiyyətində 
t
əmsil olunmuş, sonralar türkiyədə artıq “İttihad”partiyasının sədri kimi Məmməd 
Əmin Rəsulzadə  ilə  sıx  təmasda  olmuş,  Müsavatın  Azərbaycanda yenidən 
hakimiyy
ətə  gələcəyi təqdirdə  hakimiyyətdə  təmsil  olunacağını  razılaşdırmışdır. 
İkinci Dünya Müharibəsinin  əvvəllərində  Cəbrayıl  bəyin nəvəsi  İsrafil  bəylə 
Almaniyada bir neç
ə  dəfə  görüşmüş,  öz  tərəfdaşları  ilə  birlikdə  bir çox 
az
ərbaycanlıları,  Orta  Asiya  və  digər müsəlman  SSRİ  əsgərlərini Hitler 
konslagerl
ərindən  azad  etmişlər. Bu haqda Milli Təhlükəsizlik Nazirliyinin 
q
əzetində  və  digər qəzetlərdə  məlumatlar  verilmişdir.  1915-20-ci illərədə  Şuşa 
şəhər polisində fəaliyyət göstərən Müseyib bəyin ailəsi Laçın bölgəsinin Bülövlük 
k
əndində  məskunlaşmışdır  və  həm də  Qurdgəzi kəndi  insanları  və  Sultan bəylə 
qohumluqları var idi. Müseyib bəy çox yaraşıqlı, qoçaq, cəngavər, el-obanı istəyən, 
yeri g
ələndə əl tutan və sözübütöv olmaqla öz dövrünün məşhurlarından olmuşdur. 
Yaxşı at, yaxşı silah, xəncər həvəskarı olmuşdur. XX əsrin ilk on illiyində bəylik 
deyil
ən törəmədə və Laçın bölgəsində yaşayanlar arasında II Alməmməd Sultan və 
C
əbrayıl bəydən sonra qızıl alışqan, qızıl qəlyan ancaq Müseyib bəydə olmuşdur. 
El
ə  vaxt  olurmuş  ki,  “Aynalı”  və  “Beşaçılan”ı  eyni  vaxtda  istifadə  edə  bilirmiş. 
Əliaçıq, qonaqpərvər, dost yolunda ölümə hazır adam imiş. Həm də, sadəlövh, hər 
şeyə tez inanan, tez qızışıb-tez də soyuyan adam olmuşdur. Bəzən kasıblar arasında 
b
əy paltarının üstündən köhnə, nümdaş paltarlar geyər, özünü sadə apararmış ki, 
ətrafdakı insanlar narahatlıq keçirməsinlər. Bəzən də kasıbların tərəfini saxladıqda, 
onları müdafiə etdikdə “başağrısı” çəkərmiş. Belə bir hadisəyə görə bir dəfə Pircan 
k
əndində “oturan” (o bina sonralar məktəb oldu) pristav nümayəndəliyi onu tutub 
c
əzalandırmaq  istəyirmiş.  Bu  məqəsdlə  də  Bülövlükdəki evini gecə ikən polislər 


C
əsur qardaşlar 
328 
 
mühasir
əyə  alırlar.  Müseyib  bəy polisləri  inandırır  ki,  özü  sərbəst gəlib rəislə 
danışacaqdır, hər məsələdə  xətir-hörmətlə  bitəcəkdir. O, elə də  edir.  O, hamıdan 
əvvəl Pircana çatır və çox zəhmli və cəld olduğundan onu qarşılayanlar da, rəisin 
özü d
ə tutulur, ona heç nə deyə bilmirlər. Müseyib bəy rəisə müraciət edir ki, məni 
görm
ək istəmirdiniz, mənlik nə qulluğunuz var, buyurun, mən sizin hüzurunuzda. 
R
əis bu gəlişin və müraciətin o dərəcədə gözlənilməz olduğundan, Müseyib bəyin 
z
əhmindən-ancaq “yoxyox, bəy heç nə,  sizin  sağlığınız”  kəlmələrini dil-dodağı 
əsə-əsə deyə bilir. Müseib bəy isə sağollaşıb, cəld də otaqdan çıxır. Rəis  özünə 
g
ələndə Müseyib bəy tək ağac deyilən yeri artıq keçmişdi. Ona nə atılan güllə, nə 
d
ə at çata bilməzdi. Bu hadisədən sonra Müseyib bəy onunla Gorusda görüşür və 
dostlaşırlar.  
Müseyib b
əyin ölümü ilə  nəticələnən  görüş  isə  Şuşada  baş  vermişdir. 
Bolşeviklər çox böyük bir gizli təbliğata  başlamışdılar,  onun  da  mərkəzi Tiflis 
şəhəri  idi.  Ən  çox  Azərbaycan  bolşeviklərinə  göstəriş  oradan  gələrdi. Mir Cəfər 
Bağırov seyid olsa da, qatı bolşevik idi. Kommunist ideyalarına inanırdı, Tiflisdə 
çoxlu gürcü bol şevik dostları da var idi. Çaparidze, Djerjinski, Beriya, Stalin və 
sairl
ər də bu sırada idilər və bu şəxslər bolşeviklər arasında böyük nüfuza malik 
idil
ər.  M.C.Bağırov  heç  də  onlardan  geri  qalmırdı,  bir  çox  məsələlərdə  isə  hətta 
onlardan  qabaqda  idi.  M.C.Bağırov  bir  dəstə  bolşeviklərlə  Qarabağın  bir  çox 
yerl
ərində, gizli təşkilatlarla görüşür, tapşırıqlarını verir. Lakin, o, Şuşa şəhərində 
ələ  keçir. Bir müddət  Şuşa  həbsində  yatdıqdan  sonra  və  Qarabağın  general 
qubernatoru (milliy
ətcə  rus olub) Gəncədə  oturduğundan  göstərişlə  onu 
qubernatora t
əhvil vermək zərurəti  yaranır.  Müseyib  bəy haqqında  yuxarıda 
dediyimiz xüsusiyy
ətləri nəzərə alınaraq, bu işi ona həvalə edirlər və tələb edirlər 
ki,  M.C.Bağırovun  cənab qubernatora təhvil verilməsi  haqqında,  onun  imzası ilə 
s
ənəd gətirməlisən. Qazalaqlar hazır olur, dörd nəfər də polis əməkdaşları Müseyib 
b
əyin rəhbərliyi ilə Gəncəyə üz tuturlar. Yolda imkan düşən kimi Bağırov Müseyib 
b
əyin qoçaq adam olduğunu, bəy oğlu olduğunu eşidib, xasiyyətindən də xəbərdar 
idi,  proletariatı  müdafiə  etdiyini də  bilirdi. Müseyib bəyi  Bağırov  inandırır  ki, 
bolşeviklər mütləq qalib gələcək və  o halda Müseyb bəyə  heç kim heç nə  edə 
bilm
əyəcək, çünki Müseyib bəy  bolşevikləri, Azərbaycan  proletarlarını  müdafiə 
etm
ədə  öz  əməyi və  zəhməti  olmuş  bir  şəxs kimi təqdim edilə  bilər və  sənədli-


Yüklə 6,52 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə