ƏŞİr bəŞİROĞLU



Yüklə 6,52 Kb.
Pdf görüntüsü
səhifə110/132
tarix15.03.2018
ölçüsü6,52 Kb.
#32171
1   ...   106   107   108   109   110   111   112   113   ...   132

Əşir Bəşiroğlu 
 
323 
 
atamın tapşırığını söyləyim. Elə bilirdim elə o dəqiqə şəkli alıb gedəcəm. Amma, 
bel
ə  olmadı.  Sözün  var,  soruşdu.  Əli  müəllim  demişdim  ki,  sözümü kəsdi. 
Darıxma,  gedək  bulvara,  orda  kişilər məni gözləyir,  sözünü onlardan sonra 
dey
ərsən. Mən isə  şəkli  tez  alıb  getmək istəyirdim.  Bilirdim  ki,  Əli  müəllimin 
görüşləri çox olacaq və  bütün gün evə  dönməyəcək.  Bütün  şəhər  onu  tanıyırdı. 
Çar
əsiz qalıb onunla bərabər bulvara yollandıq. Getdiyimiz yol boyu onu tez-tez 
saxlayır, müxtəlif sözlər soruşur, suallar verir, bəzən də zarafatlar edirdilər. Mənsə 
s
əbirsizliklə hər dəfə söhbətlərin sonluğunu gözləməli olurdum. Nəhayət ki, indiki 
Kukla  teatrının  yanına  çatdıq.  Əli  müəllim  ayaq  saxlayıb  əlini gözünün üstünə 
qoyub 
ətrafı seyr etməyə başladı. Bir müddətdən sonra mən tərəfə dönüb gəl dedi
kişilər gəlir.  Kişilərin  kimliyini  bilmirdim,  soruşmamışdım,  mənim üçün tez 
getm
ək vacib idi. Odur ki, heç nəyə fikir vermirdim. 
Bird
ən, Əli müəllim əl çantasını mənə uzadıb, bunu tut dedi.Özü işə Alman 
istehsalı olan şəkilçəni qarşı tərəfə tuşladı. Bu məqamda əli arxasında çarpazlaşmış 
Süleyman R
əhimovu,  solunda  Alı  dayını  (Əli  Vəliyevi) və  Bayram Bayramovu 
c
ərgəylə  dayandıqlarını  gördüm.  Əli  müəllim  onların  şəklini çəkdikdən sonra 
onlarla görüşdü və mənə də onlarla görüşməyə işarə etdi. Əmim nəvəsidir, yaxşı 
oğlandı, tələbədi, başdı oğlandı – dedi. 
Əlbəttə  mən  bu  böyük  şəxsiyyətlərin üçünü də  tanıyırdım,  Süleyman 
R
əhimovun  əsərlərini  yaxşı  bilirdim,  elə  Əli Vəliyevin  əsərlərin də, Bayram 
Bayramovu tanısamda əsərləri haqqında müfəssəl məlumatlı deyildim. Süleyman 
R
əhimov həmin illərdə də çox məşhur idi, onu və əsərlərini tanımayanlar yox idi. 
H
ər yerdə çox hörmətlə qarşılanardı. Zəhmli kişi idi, çox hündür və dolu bədənli 
insan idi. Çox s
əliqəli geyimi, səliqəli saçları, heç kiminkinə bənzəməyən bığları 
var idi. 
Heç  bir  düşünülmüş,  razılaşdırılmış  mövzulardan  söhbət getmirdi, 
zarafatlarından da qalmırdılar. Şuxluq yaradan bu növ söhbət xeyli çəkdi. Mən isə 
içimd
ə  çəkirdim. Elə  ki, bu görkəmli  şəxslərin söhbətləri ciddiləşdi,  onların 
özl
əridə  ciddiləşdi.  Hamı  gözləyirdi ki, mövzuya münasibəti birinci olaraq 
Süleyman R
əhimov bildirsin. Həm də  Əli Vəliyevlə  Bayram Bayramov az 
danışardılar.  Əli  müəllim isə  onlardan  da  az  danışardı.  Bu  söhbət tədricən 
siyas
ətləşdi, cəmiyyətdə olan əyər-əskikdən getdi, hamısı eyni fikirli oldular, biri-


C
əsur qardaşlar 
324 
 
dig
ərini  tamamladı.  Partiya  işçilərinin  qeyri-etik  davranışından,  hədiyyə 
almalar
ından,  qohumbazlıq-yerlibazlıqdan  söhbət  düşəndə  Əli  müəllim  söhbətə 
zarafatyana müdaxil
ə etdi. 
O,  dedi:  –  “Süleyman  mü
əllim  mənim  işim  sizinlədi.  Bax, çox  görkəmli, 
t
əmiz  əqidəli,  hökumətdə  işləmiş,  uzun  müddət  cəmiyyətin  əyrilikləri  ilə 
bar
ışmayan  bir  kommunist  olmusunuz  və  elə  də  var.  İndi  isə  kommunistlərin 
əleyhinə danışırsınız, üstəgəl bəyləri – mülkədarları o ki, var tənqid ləmisiniz. Bu 
Sultan b
əyin günahı nə idi ki, onu o günə salmısınız”. Süleyman Rəhimov daha da 
ciddi  görk
əm  alıb,  bir  addım  qabağa  çıxdı.  Əli  elə  bilirsən  özümü, özümkiləri 
beynimd
ən  keçirmirəm.  Əli  –  sən  öl,  sən  öl  mən  “Şamo”nu  yazanda  bu  günkü 
v
əziyyət olsa idi, ömrümdə heylə bir əsər yarada bilməzdim. Əli biz bu işin dalınca 
ged
əndə elə bilirdik ki, kommunistlər nə deyirlərsə heylədə olacaq. Düzdüyü hamı 
ist
əyir, hətta oğrular – əyrilərdə. Düz deyirsən, mən ömrümdə heç bir əyriliklə, pis 
əməllərlə  barışmamışam.  Elə  indinin  özündə  də  beləyəm, özün  bilirsənki.  Mən 
ömrümd
ə  ağlıma  gətirə  bilməzdim  ki,  cibində  kommunist  partiyasının  sənədini 
g
əzdirəsən, özündə rüşvət alasan, yaxud ayrı yerdə ikinci arvad saxlayasan, bunları 
gördükc
ə dəli oluram. Əli, qaldı ki, Sultan bəyə – onun üçün qəm yemə. Bilirəm 
s
ən  də  bəysən  istəmirəm  ki,  bəylərə  toxunulsun.  Amma,  bil  və  agah  ol.  Əli 
Süleyman  R
əhimov  Sultan  bəyə  elə  bir  əzəmətli  heykəl  qoymuşdur  ki,  belə  bir 
heyk
əli heç kim qoya bilməz. Bir də bil ki, Sultan bəyin bu heykəlini heç kim sökə 
bilm
əyəcək, Şamonu yaxşı oxu, bir də oxu! Bil ki, Süleymanın Şamosu dünyanın 
60 dilin
ə tərcümə olunub, sil görüm bu tarixi necə siləcəksən. Süleymanı çox yaxşı 
ba
şa  düşməyib,  dalımca  danışıblar. Üzbəüz  gələndə  isə  boğazları  quruyub.  İki 
k
əlmə  sözü bir-birinin  ardınca  deyə  bilməyiblər. Belə  adamların  arasında 
Süleymanın boyu hamıdan uzun, üzü hamıdan ağdır. Bax belə işlər əmioğlu.... 
Əli Vəliyev (Alı dayı) söhbətə müdaxilə etdi. Süleyman, çox düz buyurursan. 
S
ən öl, heç sən deyəni mən fikirləşməmişəm, doğrudan da əzəmətli bir heykəldir. 
Bel
əliklə, Bayram Bayramov və  Alməmməd bəy də  Süleyman Rəhimovun 
fikirl
ərini  təsdiqlədilər, bəyəndilər və  bir daha kommunistlərin “əməlləri” 
haqqındakı söhbətlərini davam etdirdilər.  
Biz birlikd
ə  bulvar  boyu  indiki  Muğam  evinə  qədər gəldik. Süleyman 
R
əhimov xeyli müddət  Laçında  işləmişdi.  Gördüklərindən, bildiklərindən, kimin 


Əşir Bəşiroğlu 
 
325 
 
haql
ı,  kimin  qərəzli  olduqlarından  xeyli  danışdı.  Amma,  heç  kim  onun  sözünü 
k
əsmirdi... 
KİM GÜNAHKARDI M.C.BAĞIROV, SULTAN BƏY YOXSA 
MÜSEYİB BƏY? 
Az
ərbaycan tarixinin müxtəlif dövrlərində müxtəlif cür hadisələr yetərincədir. 
T
əəssüf ki, Azərbaycan dövlətinə, onun dövlətçiliyinə  və  Azərbaycanın kütlədən 
ayrılıb qabağa çıxmış insanlarına bu kimi hallar çox baha başa gəlmiş, itkilərimiz 
heç d
ə az olmamışdır. Belə bir namünasib hadisə Zəngəzur qəzasında da olmuşdu. 
Bel
ə  ki, XX əsrin birinci qərinəsində  Zəngəzur qəzasının  torpaqları  əvvəlki 
s
ərhədləri çərçivəsində qalmamış, müəyyən hissə İrana, müəyyən hissə Qarabağın 
dig
ər bölgələrinin tabeçiliyinə  verilməklə, bir hissəsində  isə  erməni vəhşilikləri 
tüğyan edirdi. Söyləyəcəyimiz hadisə isə bilavasitə Azərbaycanda Cümhuriyyətin  
iqtidardan getm
əsi və  Qırmızı  imperiyanın  Azərbaycanı  işğalı  ərəfəsinə  təsadüf 
edir. Tarix
ən Zəngəzurun tabeçiliyi Gəncədə,  Şamaxıda,  Bərdədə, Beyləqanda, 
Şuşada  olmasından  asılı  olmayaraq,  Zəngəzur bir növ öz “müstəqilliyini” 
saxlayırdı.  Soltanlıq,  Mahal,  Qəza statusunda fəaliyyət göstərirdi,  əsas 
m
ərkəzlərindən biri də  Goruş  yaşayış  məntəqəsi  olmuşdur.  Bəzən Zəngəzur 
sultanlığı  tam  müstəqil fəaliyyət göstərsə  də,  əksərən  Qarabağ  torpağı olmuş, və 
Qarabağ  Bəylərbəylik, Vilayət,  Sancaq,  Xanlıq  dövrlərində  bu dövlətin 
paytaxtından  idarə  edilmişdir.  Qarabağ  xanlarının,  Gəncə  bəylərinin tarixən 
Z
əngəzurda  şəxsi torpaq sahələri və  yaylaq yerləri  olmuşdur.  Zəngəzur 
sultanlığının  ən böyük torpaq sahəsi  əsasən XVIII əsrin  ortalarında  Qarabağ 
xanlığının  yaranmasına  təsadüf  edir.  Qarabağ  xanlığından  əvvəl Zəngəzurun 
sultanı  Murtuza  bəy  olmuş,  Qarabağ  xanlığının  yaranmasında  müstəsna zəhməti 
olduğundan,  xanlığa  tabe  olsa  da  onun  səlahiyyətlərinə  xeyli  torpaq  verilmişdir. 
İran şahının yanından qaçan Pənahəli, bir il Zəngəzurda başının dəstəsi ilə birgə 
Murtuza b
əyin qonağı qismində yaşamış, bu müddətdə Murtuza sultan silah-sürsat 
v
ə canlı qüvvə təşkil etməklə müstəqil Qarabağ xanlığını yaratmağa nail olmuşlar. 
P
ənahəli ilə  Myrtuza bəyin  dostluğu  Zəngəzur  sultanlığının  sərhədlərinin indiki 
İran dövlətinin Qaradağ, şimalda isə Göyçə mahalına qədər genişləndirməyə imkan 
vermişdir.  Nəbibəylilərin uzun müddət  bu  sultanlığa  rəhbərlik etmələrinin çox 
d
ərin kökləri  var,  amma  onların  Qızılbaşlardan  əvvəl və  Pənahəli xanla isti 


Yüklə 6,52 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə