ƏŞİr bəŞİROĞLU



Yüklə 6,52 Kb.
Pdf görüntüsü
səhifə113/132
tarix15.03.2018
ölçüsü6,52 Kb.
#32171
1   ...   109   110   111   112   113   114   115   116   ...   132

Əşir Bəşiroğlu 
 
331 
 
Odur ki, h
əmişə olduğu kimi bizə qarşı hiyləyə əl atdılar. M.C.Bağırov Müseyib 
b
əylə  əlaqə  saxlayacağına  qərar verdi, adam göndərdi, hər  cür  yardıma  və  digər 
m
əsələləri boynuna çəkdi.    Əlbəttə  bu vədlərin içində  hədə  qorxu da var idi. 
Müseyib b
əy  seçim  qarşısında  qalmışdı.  Hansı  tərəfə  üstünlük versəydi nəticəsi 
eyni  cür  alınmalı  idi.  Onu  da  xatırlatmaq  vacibdir  ki,  bolşevik  qoşun  növlərinin 
t
ərkibində  olan millətlərin, hətta, Azərbaycana olan münasibətindən  asılı 
olmayaraq bolşeviklər artıq işğal qüdrətində idilər. Hər bir bölgəmizə müdaxilə edə 
bilir, ist
ədiyinə  böyük  qırğınlar  bahasına  olsa  da,  nail  olurdu.  Bu  baxımdan 
Müseyib b
əy ikibaşlı oyun oynamaq istədi və tərəddüdü uzun çəkdi, heç kimlə də 
m
əsləhətləşmədi, bir sözlə  tək  başına  qərar verdi. O, fikirləşirdi  ki,  Sultan  bəyi 
yaralamaqla  bolşevikləri  neytrallaşdırar.  Sultan  bəysə  ya  çıxıb  gedər, yaxud 
ağsaqqal-qarasaqqalla  barışıqlıq  yaradar.  Əlbəttə, bu çətin məsələ  idi. Heç kimi 
güll
ə atandan sonra səni öldürmək fikrim olmayıb deməyə inam yaratmaq çətindir. 
Yaxşı  olardı  ki,  Müseyib  bəy elə  Sultan bəyin özü ilə  açıqdan-açığa  danışıb, 
ikilikd
ə bir qərara gələydilər. Bu baş vermədi, Müseyib bəy Sultan bəyi yaraladı, 
h
əm də ağır yaraladı, baxmayaraq o, ürəyində bunu istəmirdi. Dərin yaralanmağın 
s
əbəbi isə  Sultan bəyin  oturduğu  yerdə  aşağı  əyilməsi  olmuşdur.  O,  çox  əziyyət 
ç
əkdi,  dağda,  mağarada  yaşadı,  yaxşı  dostların  sayəsində  müalicə  olundu, nə 
bolşeviklərin və  nə də  ki, ermənilərin  əlinə  keçdi. Sultan bəy Müseyib bəyin bu 
h
ərəkətini heç cürə bağışlamadı. Sultan bəy Müseyib bəyin bu hərəkətini ona qəsd 
kimi qiym
ətləndirdi və  tədbirini də  gördü. Müseyib bəyin  Alıyanlı  kəndində 
yaşayan  dostlarını  ələ  aldı,  onun  aradan  götürülməsinə  qərar verdi. Sultan  bəy 
qardaşı  Xosrov  bəylə  artıq  İrana  keçmişdi,  amma  hərdənhərdən vətəninə  məxvi 
yollarla g
əlirdi, uzaq səfərə-Türkiyəyə gedəcəyindən bir çox işlərini, o cümlədən 
Müseyib b
əy məsələsini də “yoluna” qoymaq istəyirdi və etdi də. Alıyanlıdan olan 
Müseyib b
əyin dostları onun yanına gəlmədilər, ardınca harasa getmədilər, pusqu 
qurmadılar.  Sadə  bir məktub  yazıb,  onun  içinə  bir Quran ayəsi vərəqi qoyub
Müseyib b
əyə  bildirdilər ki, sən bu Quran durma tez bizə  gəl səninlə  bir vacib 
işimiz  var.  Əlbəttə, Müseyib bəy nə  qədər sadəlöv insan olsa da məktubdan 
şübhələndi,  çox  ağıllı,  təmkinli  xalası  oğlu  olan  Əvil  bəylə  məsləhətləşdi.  Əvil 
(Evil) b
əy o dəqiqə  Müseyib bəyə  bildirdi ki, səni  çağırırlar  öldürməyə, 
baxmayaraq ki, o, Müseyib b
əyin Sultan bəyə güllə atdığını bilmirdi. 


C
əsur qardaşlar 
332 
 
Müseyib b
əy onda Əvil bəyin onunla getməsini istədi. Əvil bəy özü getmədi, 
başqalarında onunla getməsinə qəti etiraz etdi. Müseyib bəy onu qorxaq adlandırdı. 
Əvil bəy isə cavabında bildirdi ki, “ağıllı igid külək əsəndə, ağacın yarpaqlarının 
xışıltısından  da  diksinməli, ehtiyat etməlidir...” Müseyib bəy bir neçə  nəfərlə 
m
əsləhətləşsə də, hamı Əvil bəy dediyi qənaətdə idilər. Bərk əsəbiləşən Müseyib 
b
əyə dəqiq atəş açma məsələsində heç kim çata bilmirdi, çox güclü və cəld idi, bir 
sözl
ə özünün gücünə, qüdrətinə özü də inanırdı, istənilən vəziyyətdə qorxu bilməz 
adam idi. H
əm də onun ailəsi Quran oxuyan, oruc tutan, namaz qılan idilər, Allaha 
yet
ərincə sitayiş edirdilər. Müseyib bəy öz qüdrətinə inandığı kimi, getməməyi də 
Qurana hörm
ətsizlik kimi dəyərləndirirdi. Yəni üzbəüz heç kim Müseyib bəyə əl 
qaldırmağa  cürət edə  bilməzdi, heç bacara da bilməzdi. Amma, yolda təsadüf 
etdiyi köhn
ə  tanışlarından  birini  Müseyib  bəy özü ilə  götürə  bilir və  onu 
m
əlumatlandırır, psixoloji hazırlayır. Qardaşlar Müseyib bəyi həmişəkindən daha 
da  yaxşı  qarşılayırlar,  yeyib-içirlər, yatmaq məqamı  gələndə  Müseyib bəy 
yanındakı adamı başa salır ki, mənə bir saat yatmaq gərəkdir, silahımda yanımda 
olacaq. Bir saat s
ən yatma, silahın da əlində hazır olsun, bir saatdan sonra sən məni 
durğuzarsan, mən sənin qarovulunu çəkərəm, mən ayıq olanda heç kimin bizə əl 
qaldırmağa cürəti çata bilməz. Hərçənd ki, bu belə olmadı, qarovulda duranı yuxu 
tutdu v
ə  bunu izləyən  qardaşlar  öz  adamları  ilə  birlikdə  Müseyib bəyi, onun 
tanışını  yatdıqları  yerdə  güllələdilər. Sonra gecə  ikən meyitləri öz kəndlərindən 
k
ənarda – Şuşaya gedən yolun kənarında, hamının görə biləcəyi bir yerə atdılar.  
Müseyib b
əyin qətlə yetirilməsi çox böyük sürətlə hər yana, hətta Dağıstana, 
Gürcüstana,  İrana,  Qarabağa,  Zəngəzura,  Naxçıvana,  İrəvana və  s yerlərə 
yayılmışdı. Hadisəni İranda eşidən Sultan bəy bir az rahatlansa da, vətənindən, ailə 
üzvl
ərindən çox böyük nigarançılıqla Türkiyəyə üz tutdu. Sultan bəyin, Müseyib 
b
əyin hər ikisinin vətənləri, ailələri, təsərrüfatları  bolşeviklər tərəfindən min bir 
əzab-əziyyətə  düçar oldu. Sultan bəyin nəyi var idisə,  hamısı  müsadirə  olundu, 
m
əhv edildi, təhqir  olundu.  Bolşevizm  çox  güclü  təbliğ  edilir,  doğma  qardaşlar 
ayrı-ayrı ideoloji cəbhələrdə bir-birinə qarşı döyüşür, vuruşurdu. Sultan bəyin də 
ail
ə  üzvləri hətta  öz  yaşadıqları  yerdə  qohumları  tərəfindən təhqirlərə  məruz 
qalırdı,  ev-eşikləri  dağıdılırdı.  Sonralar  Əvil  bəy söyləyirmiş  ki,  Sultan  bəyin 
Nağdalı  deyilən (Sultan bəyin  buradakı  yaylaq  yaşayış  məskənləri,  “Sves”  adlı 


Yüklə 6,52 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə