Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə111/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   106   107   108   109   110   111   112   113   114

 Nizami Tağısoy 
 
354
«İzvestiya» qəzetinin müxbiri V.Belıxın, 366-cı rus polkunun ma-
yoru Leonid Kravetsin söylədiklərini oxuyub tərcüməçinin köməyi 
ilə diqqətinə çatdırırdım. Məsələn, Jan-İv Yunet bütün dünyaya Xo-
calı faciəsinin, yüzlərlə dinc əhalinin, uşaqların, qocaların və Xocalı 
müdafiəçilərinin meyitlərini gördüyünü yayırdı. Çəkiliş apararkən 
hətta ermənilərin onların vertolyotunu atəşə tutduqlarını yazaraq, o, 
bildirirdi ki, onun gördükləri olduqca dəhşətli mənzərə idi. Jan-İv 
Yunet yazır: «Mən alman faşistlərinin vəhşiliyi, müharibələr haq-
qında çox eşitmişdim, lakin ermənilərin vəhşiliyi bütün eşitdikləri-
mi ötmüşdü. Onlar fərqinə varmadan 5-6 yaşlı uşaqları, dinc əhalini 
qırırdılar. Biz saysız-hesabsız yaralıları xəstəxanalarda, vaqonlarda, 
hətta uşaq bağçaları və məktəblərdə gözümüzlə görmüşdük» («Xo-
calının sonuncu günü» albom-kitabında). «İzvestiya» qəzetinin 
müxbiri V.Belıx: «Ağdama diri erməni girovlarının  əvəzinə azər-
baycanlıların meyitləri gətirilirdi. Bəlkə kimsə belə vahimə ilə heç 
gecə yuxuda da rastlaşmayıb: gözləri çıxarılmış, qulaqları kəsilmiş 
insanlar, başı  bədənindən ayrılıb, kəndirlə bir yerə bağlanmış say-
sız-hesabsız meyitləri biz zirehli maşınlara yığırdıq. Alçaldılma və 
təhqir edilmənin sonu görünmür…» (Yenə orada). 
Bunların hamısını  dərindən bilən yuxarıda adını  çəkdiyimiz 
Yuri Pompeyev «Qarabağ qan girdabında» əsərində «Xocalı faciəsi 
tarixdə  məhz Azərbaycan xalqına qarşı erməni quldur dəstələri və 
onların hüquq müdafiəçiləri tərəfindən törədilmiş soyqırımı kimi 
qalacaq» (s. 85) kimi deməsi də Layn Linə bu müharibədə kimin 
haqlı, kimin haqsız olduğunu daha yaxşı anladırdı. Nəhayət, ameri-
kalı professora göstərdiyim sənədlər, kitablar və monoqrafiyalar
söylədiyim fikirlər onda əski tariximizə məhəbbət və gələcək qələ-
bəmizə inandığımı  təsdiqləyirdi. Lakin Lin azərbaycanlıların xey-
rinə bu qədər əsaslı mənbə və faktlar olmasına baxmayaraq, onların 
hələ  də dünya ictimaiyyəti gözündə  fəallıq göstərə bilmədiyini və 
bunun tariximizə, xalqımıza, respublikamıza nə qədər böyük ziyan 
vurduğunu da təəssüflə qeyd edirdi. O, dedi ki, azərbaycanlılar öz-
ləri haqqında tarixdə onların xeyrinə olduğundan daha az danışır, 
digər ölkələrin xalqlarına az məlumat verir, az təbliğat aparırlar. 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
355
Məsələn, Amerika həyatında baş vermiş hər hansı bir hadisə ilə bağ-
lı biz (yəni amerikalılar – N.M.) lap ilk günlərdən başlayaraq poçt 
markaları və digər nümayiş etdiriləsi sənədləri nəşr edir, bütün dün-
yaya yayır, hamının fikrini oraya cəlb edirik. Bu istər hər hansı ki-
çik ixtira – məsələn, kokteyl düzəldən maşın, idman aləmində, siya-
si həyatda uğur, yaxud müharibədə müvəffəqiyyət olsun, hamısını 
hər yerdə yayır, dünyaya çatdırırıq. Lakin sizin güclə, rusların kö-
məyi ilə əlinizdən qoparılmış torpaqlarınızın işğalı, ayrı-ayrı rayon-
larımızın təcavüzə  məruz qalması ilə bağlı bir dənə  də olsun poçt 
markanız yoxdur. Bütün bunları amerikalı professor söyləyirdi. O, 
mənə bunu da dedi ki, bəs böyük təbliğat aparılmadan müvəffəqiy-
yətə necə arxalana bilərsiniz?! Bəlkə də siz təbliğatın nə qədər bö-
yük iş görə biləcəyini hələ lazımınca qiymətləndirmirsiniz?! 
Layn Lin Azərbaycanın, Bakının bugünkü inkişafı ilə bağlı 
heyrətini də gizlədə bilmirdi. O, söylədi ki, mən Azərbaycanı bura-
ya gəlməmişdən heç də belə təsəvvür etmirdim. Lakin gördüklərim 
məni valeh etdi. Respublikanız çox güclü inkişaf edir. Yaxın gələ-
cəkdə müharibənin bizim xeyrimizə  həll ediləcəyinə böyük ümid 
bəslədiyini də ifadə etdi.  
Layn Lin Azərbaycan mətbəxinin zənginliyindən, yeməklərin 
ləzizliyindən, ailələrinin səliqəsindən və xalqımızın yüksək mənəvi 
dəyər daşıyıcısı olduğundan ağzıdolusu danışdı. Bakının dünyanın 
ən gözəl şəhərlərindən biri olub, özünəməxsus memarlıq mədəniy-
yəti ilə seçildiyini dedi, Qubada gördüklərinin onun qəlbində mü-
hüm iz buraxdığını və gördükləri haqqında həm yazacağını, həm də 
hamıya söyləyəcəyini bildirdi. Mən ona Azərbaycan, onun tarixi, 
gördükləri haqqında necə yazacağı və deyəcəyi ilə bağlı sual verdik-
də, o, əlini sifətinin hər iki tərəfinə çəkərək: «Mənim bir üzüm var, 
ermənilər kimi ikiüzlü deyiləm», – dedi. Bundan başqa o, mənə öz 
internet saytını təklif edərək, yazdıqlarını həm də orada yerləşdirə-
cəyini və mənim onlarla internet vasitəsi ilə tanış ola biləcək imkan-
larımı da bildirdi. Layn Lin ölkəmizdən xoş  təəssüratlarla ayrıldı, 
Azərbaycana gələcəkdə böyük uğurlar dilədi. 


 Nizami Tağısoy 
 
356
 
ERMƏNİ ƏDƏBİYYATŞÜNASLIĞI ERMƏNİ  
TARİXŞÜNASLIĞI KİMİ KOMPİLYASİYADIR 
 
Bu yaxınlarda «Literaturnaya qazeta»nı alıb həmişə olduğu 
kimi əvvəlcə tez vərəqlədim. Bu zaman gözüm qəzetin 14-cü səhi-
fəsində Rusiya Yazıçılar İttifaqının və Ermənistan Yazıçılar İttifaqı-
nın üzvü Albert Oqanyanın «İskoryojennıy portret» adlı məqaləsinə 
sataşdı. Düzü, qəzetdə erməni imzasını görməyimə xeyli hiddətlən-
dim də. Sanki məqaləni kimsə görməsin deyə (erməni müəllifinə 
görə) tez o biri səhifələri vərəqlədim. Lakin qəzeti yenidən axıracan 
oxumaq istədikdə məqalə və onun müəllifi gözlərim önündə» bitdi. 
Bir an əhəmiyyət vermək istəmədim, sonra bir az toxtayıb, öz-özü-
mə dedim: «Bəlkə, oxuyum, görüm ruslar bu dəfə ermənilərə hansı 
züy tuturlar». Dedim, yəqin, ruslar bu dəfə ermənilərin öz imzası ilə 
bu «böyük millətin» «qədim tarixindən», olduqca «əski mədəniyyə-
tindən», «zəngin  ədəbiyyatından», «böyük alimlərindən», «ədəbiy-
yatşünaslarından», ümumiyyətlə, bu «başıbəlalıların» yenə də han-
sısa «müsbət cəhətlər»indən, «kəşfləri»ndən söhbət açacaq. Əlbəttə, 
«Literaturnaya qazeta» və Moskvadakı Qorki adına Dünya Ədəbiy-
yatı  İnstitutunun  əməkdaşları (onlardan başqa digərləri də) zur-
naçılığı yaxşı bacarmasalar da züy tutmaqda xeyli «müvəffəqiyyət» 
qazanıblar. Erməni-Azərbaycan münaqişəsi başlayandan bəri ermə-
nilərə xeyli dərəcədə xidmət edə biliblər. Lakin budəfəki məqalə ilə 
tanış olduqda məzmun məni təəccübləndirməsə də, «Literaturka»da er-
məni müəllifinin öz ermənisi tərəfindən belə ciddi tənqidə məruz qal-
ması və rus nəşrində buna meydan verilməsini təəccüblə qarşıladım. 
Söhbət nədən gedir?! Albert Oqanyanın «Искореженный 
портрет» məqaləsi («Pis kökə salınmış portret») Qorki adına Dünya 
Ədəbiyyatı  İnstitutunda 2002-ci ildə Burastan Zülümyanın «Твор-
чество  Паруйра  Севака  в  контексте  армянской  поэзии»
1
 («Pa-
ruyr Sevak yaradıcılığı erməni poeziyası konteksində») adlı kitabı-
                                                 
1
  Зулумян  Б.  Творчество  Паруйра  Севака  в  контексте  армянской  поэзии. – 
М.: ИМЛН РАН, 2002, 157 с. 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə