Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə112/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   106   107   108   109   110   111   112   113   114

Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
357
nın məziyyətləri barəsindədir. Albert Oqanyan qeyd edir ki, B.Zü-
lümyan bu monoqrafiyada nəinki erməni ədəbiyyatının tanınmış nü-
mayəndəsi Paruyr Sevakı, həm də bütün XX əsr erməni poeziyasını 
pis günə salmışdır. Oqanyan yazır ki, kitabın elə ilk səhifələrində 
orada o qədər təhriflər – faktlara etinasızlıq, elmilikdən, elmi mən-
tiqdən kənar məqamlarla rastlaşıb ki, onu axıracan oxuya bilməyib. 
Beləliklə, A.Oqanyan qəti  şəkildə bildirir ki, B.Zülümyanın 
kitabı yalnız təhriflərdən ibarətdir. Hətta məqalə müəllifi göstərir ki, 
orada gün kimi aydın olan Sevakın anadan olduğu gündən başlaya-
raq vəfatına qədər nə varsa, heç bir şey nə oxunaqlı, nə də məntiqə 
söykənən deyildir. Mən isə məqaləni oxuya-oxuya Albert Oqanyana 
demək istərdim ki, eh, ay Albert, nə üçün sən bir erməni haykanuşu-
nun bir erməni şairi haqqında yazdığı cəfənglərə təəccüblənirsən?! 
Axı sənə yaxşı məlumdur ki, siz öz millətinizin də, ədəbiyyatınızın 
da, mədəniyyətinizin də, mütəfəkkirlərin yaradıcılığını da, alimləri-
nizin fikirlərini də bax beləcə təhrif edə-edə gəlib bu günə çıxmısı-
nız və «maşallah» havadarlarınız da (rus tarixçilərinin, siyasətçiləri-
nin bəziləri) sizə heç də az kömək etməyiblər.  İndi nə böyük şey 
olub ki, B.Zülümyanın bu əsərini ən yaxşı halda kompilyasiya (or-
dan-burdan) adlandırmağa belə dilin gəlmir?! Məgər sən Oqanyana 
məlum deyil ki, erməni tarixinin özü, mədəniyyəti alban tarixindən, 
mədəniyyətindən, onun içindən zorla çıxarılmış calama, qurama ilə 
düzəldilmiş kompilyasiyadır? Əgər sənə həqiqətən də poeziyanızın, 
ədəbiyyatınızın hansısa məqamlarını əks etdirən tədqiqat işlərində-
ki, monoqrafiyalardakı çoxsaylı səhvlər xoş gəlmirsə, onda götürün 
birdəfəlik erməni tarixi, mədəniyyəti,  ədəbiyyatı haqqında indiyə 
qədər uydurduqlarınızı, millətlər içində çaxnaşma salıb, hamını cana 
doydurduğunuzu dərk edib bütün olanlarınızın və olmayanlarınızın 
üstündən xətt çəkin. Daim deyir, haray qoparırsınız ki, dünyada 
sizin qədər «tarixi qədim», «özü ulu», «zəkası dərin», «başı bəlalı» 
millət yoxdur və guya Dəclə və Fəratdan, Qara dənizdən tutmuş ta 
Xəzərə qədər və bəlkə də Yer kürəsinin yarısı, bütün nə qədər tor-
paqlar varsa, hamısı sizin olubdur. Siz hər yerdə haray qoparırsınız 
ki, ən demokratik parlament də sizinkidir. Ən dəbdəbəli qonaqlıqla-


 Nizami Tağısoy 
 
358
rı da dünyada siz təşkil etmisiniz, dünyada ən böyük bayramları da 
ermənilər keçiriblər. Erməni filosoflarından zəkası  dərin, hafizəsi 
iti, məntiqi güclü və dolğun heç bir xalq da yoxdur, dünyanın  ən 
ləziz yeməkləri də siz tərəfinizdən hazırlanıb. Qalan bütün xalqlar 
və millətlər həm sizdən sonradırlar, həm də sizinlə müqayisədə mə-
dəniyyətləri olduqca zəifdir. Albert, sən və Zülümyan kimilər təkcə 
Paruyr Sevakın portretini, yaradıcılığını xarab etməmisiniz, həm də 
erməni tarixini, milli tarixinizi pis kökə salmısınız. Bunu sənə tək-
rar-təkrar xatırlatmağı özümə borc bilirəm. 
Qeyd edirsən ki, Zülümyanın kitabının elə bir səhifəsi yoxdur 
ki, orada fikirlər həqiqətə uyğun olsun, baş-ayaq dayanmasın. Bu 
istər Sevak poeziyası, istərsə  də Narekatsi, Vaan Teryan, Yeqişe 
Çarents və digərlərinin yaradıcılığı ilə bağlıdır. Sonra da haray salır-
san ki, bu monoqrafiyanın yalnız bir mühüm cəhətini göstərmək 
olar bu da orada aydın nəzərəçarpacaq elmi kosepsiyanın olmaması-
dır. Albert, məgər siz ermənilərin indiyə qədər Ermənistanda, Rusi-
yada, Fransada, ABŞ-da, İtaliyada nəşr etdirdiyiniz tarixinizə, kökü-
nüzə, folklorunuza, etnoqrafiyanıza dair çoxsaylı monoqrafiyaları-
nız aydın, adekvat və  həqiqətə uyğun işlənmiş elmi konsepsiyanız 
olub?! Bütün bunlara cavab verməyini (düzgün, dürüst, faktlara isti-
nadla) çox istərdim. Yəqin, bunu etməyə çalışmış olsan, xəcalət çə-
kərsən. Bunu bilərəkdən bəzi məqamları xatırlatmaq istərdim. 
Böyük gürcü mütəfəkkiri İ.Çavcavadze özünün «Erməni alim-
ləri və fəryad edən daşlar» kitabında haqlı olaraq yazırdı ki, siz elə 
danışırsınız ki, sanki Gürcüstan heç vaxtı gürcü torpağı olmayıb, elə 
Azərbaycan, Qarabağ üçün də deyirsiz ki, siz Arsaxa, öz ana vətə-
ninizə yiyə, sahib çıxırsınız. Amma heç həya etmirsiz ki, siz bura-
lara kənardan gəlmə ola-ola ömrünüz boyu tarixi, mədəniyyəti, tor-
paqları, əraziləri, onların adlarını falsifikasiya etməklə məşğulsunuz 
və heç zərrəcə bundan ayıb edib özünüzü məzəmmətləmirsiniz. Bu-
na görə də indi sənin Zülümyanın kitabındakı saysız-hesabsız təhrif-
lərlə bağlı  xəcalət çəkməyin mənim üçün olduqca təəccüblü görü-
nür. Əgər sən həqiqətən də təhrifləri qəbul edən deyilsən, onda ge-


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
359
dib tarixini yenidən yaz, amma olduğu kimi yaz. Yaz ki, gələcəkdə 
nə özünüz qarşında, nə də başqalarının yanında utanmayasan. 
Düzdür, insafən qeyd etməliyəm ki, «İskoryojennıy portret»də 
nəinki Paruyr Sevakın, həm də erməni poeziyasının pis kökə salın-
masını yerli-yataqlı, sübutlu-dəlilli göstərirsən. Amma çox heyf ki
məqalədə yalnız Burastan Zülümyanın monoqrafiyasının «keyfiy-
yətləri»ndən danışırsan. Bununla belə hesab edirəm ki, öz soyunuz-
dan olanların, ədəbiyyatınız haqqında yazanların keyfiyyətsiz qura-
malarını düzgün tənqid edirsən. Düz edirsən. Çünki erməni ədəbiy-
yatı nümayəndəsinin portreti pis kökə salınmışdır. Bununla mən ra-
zılaşıram da. Lakin onu da fikirləşirəm ki, bəlkə tarixçiləriniz, ədə-
biyyatşünaslarınız, bədii söz sənətindən xəbərdarlarınız erməni ta-
rixçilərinə, etnoqraflarına, folklorşünaslarına, mədəniyyət xadimlə-
rinə çatdırsınlar ki, onların tarixi də, soyu da, kökü də kompilyasi-
yadır, quramadır. Bax elə buna görə Zülümyan və başqa “yanlar” 
ermənilərin portretini Sevakın portretinin gününə salıblar… Gör ne-
cə eybəcər görünür. Eybəcərliyə göz yuma bilmirsənsə, deməli, düz 
edirsən. 
Bəlkə, bununla sən ağıla gəlirsən, düz yola qayıdırsan?! 
Bəlkə buz əriyir, ermənilər səhvlərini başa düşməyə başlayıb-
lar?! Bərəkallah! Elə isə mən Albert Oqanyana bir Azərbaycan ata-
lar sözünü xatırlatmaq istəyirəm: «Ziyanın yarısından qayıtmağın 
özü də xeyirdir». Nə olar?! Gözləyək! 
 
 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə