Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə63/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   59   60   61   62   63   64   65   66   ...   114

Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
201
larının tarixində məhz bu ovla ilk olaraq qaraqalpaqların məşğul ol-
duğu bildirilir. 
Qaraqalpaq dili noğay və qazax dillərinə çox yaxındır. XIX 
əsrin sonuna qədər onların dili bütün Türküstanın istifadə etdiyi türk 
dilidir (3, 473).  
Qaraqalpaqlar zəngin və rəngarəng epik əsərlər müəllifidirlər. 
Onların şifahi yaradıcılıq arsenalında çoxsaylı (əllidən artıq) qəhrə-
manlıq və  məhəbbət dastanları «Qırx qız», «Alpamış», «Koblan», 
«Şəhriyar», «Şirin-Şəkər», «Bozaman», «Ger Kosay», «Qurban-
bek», «Yer Ziuar», «Anadil» xalq və tarixi nəğmələr, nağıl, əfsanə, 
lətifə, atalar sözü, zərb məsəllər və s. vardır. Bu nümunələrin əksə-
riyyəti jırau, baksı, akınların viruoz ifaçılığı sayəsində yazıya alına-
raq günümüzə gəlib çatmışdır. 
Müəllifli bədii  ədəbiyyat nümunələrinin yaranması XVIII-
XIX əsrlərə aiddir. İlk qaraqalpaq şairi (jırçı, jırau) Jiyen Jırau əzə-
mətli yaradıcılığı ilə qaraqalpaqların zəngin poetik və estetik duyum 
tərzindən xəbər verir. Sonralar Jiyen Jırau dəst-xətti Günxoca
Hacıniyaz və b. yaradıcılığında ustalıqla davam etdirilmişdir. 
Qaraqalpaq poeziyasının zirvəsində Berdağ yaradıcılığı təşkil 
edir. Qeyd edək ki, qaraqalpaq şairləri və yazıçılarından yalnız Ber-
dağın yaradıcılığı xalq şairi Hüseyn Arif tərcümələrində Azərbay-
can oxucularına çatdırılmışdır (2). Düzdür, XX əsrin 70-ci illərinin 
sonlarında qaraqalpaq qəhrəmanlıq dastanı «Qırx qız» istedadlı şair 
Ələkbər Salahzadə tərəfindən A.Tarkovskinin rus dilinə etdiyi sər-
bəst tərcümə mətnindən dilimizə tərcümə olunsa da, mütərcim onun 
sosial sifariş olduğunu, orijinala uyğun olmadığını qeyd etməklə, 
Azərbaycan oxucusunun tələblərinə cavab vermədiyini bizimlə söh-
bətində dəfələrlə qeyd etmişdir. 
Qaraqalpaq yazılı  ədəbiyyatının inkişafı XX əsrin 20-ci illə-
rindən başlayır. Bütün zaman kəsiklərində poeziya qaraqalpaqlarda 
iki – türk və şərq ədəbi-mədəni ənənələri kontekstində yaranmış və 
inkişaf etmişdir. Bununla belə XX əsrdə yaranan qaraqalpaq ədəbiy-
yatı, bir tərəfdən, folklora, klassik türk və şərq ədəbiyyatına söykə-
nirdisə, digər tərəfdən, onun inkişafına rus poeziyasının və rus poe-


 Nizami Tağısoy 
 
202
tik sisteminin də təsirini diqqətdən kənarda qoymaq olmaz. XX əsr 
qaraqalpaq poeziyası yeni janr, ideya, növ, şəkil və formalarla zən-
ginləşirdi. Sovet hakimiyyəti dövründə qaraqalpaq ədəbiyyatında 
poema janrı xüsusilə inkişaf edir, gerçəkliyin bədii dərkinin yeni 
prinsipləri formalaşırdı. Qaraqalpaq tarixi və  ədəbiyyatının yorul-
maz tədqiqatçısı akad. M.K.Nurmühəmmədov doğma  ədəbiyyatda 
poema janrının inkişafına ayrıca monoqrafiya həsr etmişdir (10, 
158).  
Poeziyaya nisbətən qaraqalpaq nəsri son dərəcə  zəif inkişaf 
edirdi.  İlk dövrlərdə onun inkişafını  şərtləndirən amillər sırasında 
oçerk, korrespondensiya, publisistik əsərlərin rolu qeyd edilməlidir. 
Nəsr əsərləri yalnız 30-cu illərdə hekayələrin dövrü mətbuatda nəşri 
ilə başlayır. Povest 30-cu illərin ikinci yarısından, roman janrı isə 
50-ci illərdən yaranır. 
Qaraqalpaqlarda dramaturgiya və teatra gəldikdə isə, onların 
öz başlanğıcını Dördgöl şəhərində  və digər regionlarda fəaliyyət 
göstərən dram dərnəklərindən götürdüyünü qeyd etmək zəruridir. 
30-cu illərdən başlayaraq qaraqalpaq teatrının və səhnə sənətinin in-
kişafına digər müəlliflərlə yanaşı Ü.Hacəbəyovun «Arşın mal alan» 
komediyasının və M.S.Ordubadinin «Beş manatlıq gəlin» pyesinin 
təsir etdiyini mütləq qeyd etmək lazımdır. 
Bu məlumatları biz T.Bayandiyevin «K.S.Stanislavski adına 
Qaraqalpaq Dövlət Teatrı (1930-1967). Tarixi oçerk» kitabında teatr 
tamaşalarını 38 il ərzində əks etdirən siyahıdan ala bilirik (1, 193-
199). 
XX əsr qaraqalpaq ədəbiyyatının qət etdiyi şərəfli yola nəzər 
saldıqda, burada Abbaz Dabılovun, Seyfulqabit Majitovun, Ayap-
bergen Musayevin, Sadık Nurumbetovun, Mirzaqali Daribayevin, 
Jolmurza Aymurzayevin, Tolıbay Kabulovun, Həsən Begimovun və 
d. rolu son dərəcə önəmli görünür. XX əsr qaraqalpaq ədəbiyyatını 
qazax ədəbiyyatı kimi onun «qızıl dövrü» adlandırmaq olar. Sayca o 
qədər də böyük olmayan qaraqalpaqların bədii söz sənətinə bu qədər 
ürəkdən yanaşmaları xalqın estetik zövqündən və  bədii sözə olan 
ehtiyacından irəli gəldiyini qeyd etmək yerinə düşər. 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
203
Qaraqalpaq yazıçılarının əsərləri dünya xalqlarının dillərinə, o 
cümlədən özbək, qazax, türkmən, qırğız, rus, eston, ukrayna, Avro-
pa, Anadolu türkcəsinə və b. tərcümə olunsa da, təəssüf ki, yuxarıda 
qeyd etdiyimiz kimi, yalnız Berdağın bir sıra şeirləri deyilsə bu ədə-
biyyatın heç bir nümunəsi, Azərbaycan dilinə tərcümə olunmamış, 
Xəzərin o biri sahillərində yaşayan bu türk xalqının  ədəbiyyatı  və 
mədəniyyəti haqqında bizim regionda bilgilər zəif olmuşdur. Bunu 
nəzərə alaraq iyirmi ilə yaxın bir zaman kəsiyində materiallar topla-
yaraq Azərbaycanda üç il bundan öncə ilk dəfə olaraq ali məktəblər 
üçün «Qaraqalpaq ədəbiyyatı» (9) kitabını araya - ərsəyə  gətirib 
oxucuların ixtiyarına verdik.  
Yuxarıda qeyd etdiyimiz kimi, XX əsr qaraqalpaq ədəbiyyatı 
çoxsaylı sənətkarlar tərəfindən yaradılmışdır. Buna görə də qaraqal-
paq yazıçılarının hər birinin əsərləri haqqında oxuculara məlumat 
vermək yerinə düşər. Çünki Bakıda keçirilmiş Türk xalqlarının X İş 
Birliyi qurultayında (noyabr, 2007) bu xalqlar arasında siyasi, iqti-
sadi, mədəni, ədəbi yönümdə inteqrasiyasından geniş danışılmaqla, 
türk xalqları arasında  əlaqələrin daha mühüm müstəvilərdə aparıl-
masına toxunulmuşdur. Təəssüf ki, adı çəkilən qurultaydan iki ildən 
artıq keçmiş müddət ərzində yenə də bu əlaqələr (xüsusən ədəbi əla-
qələr) arzu olunan səviyyəyə qaldırılmamışdır.  
Maliyyə çətinlikləri ucbatından biz hələ də «Qaraqalpaq ədə-
biyyatı» kitabının Azərbaycan dilində variantını çap etdirə bilmirik. 
Qeyd edək ki, hələ 2006-cı ildə süjet və tematik baxımından rənga-
rəng «Qaraqalpaq xalq nağılları»nı tərcümə edib kitab şəklində nəşr 
etdirmişik. Lakin volontyorluq səviyyəsində aparılan bu işlər maliy-
yə yardımı olmadan sistemli və ardıcıl həyata keçirilə bilməz.  
Bununla belə mümkün qədər qaraqalpaq ədəbiyyatının Azər-
baycanda, və Azərbaycan  ədəbiyyatının Qaraqalpaqıstanda təbliğ 
olunması istiqamətində  işlər görmək lazımdır. Qaraqalpaq ədəbiy-
yatı XX əsrdə xeyli istedadlı yazıçılarla zəngindir. Əgər XIX əsrin 
sonu XX əsrin əvvəlləri bu ədəbiyyatın zirvəsini Berdağın yaradıcı-
lığı  təşkil edirdisə, XX əsrin 80-cı illərindən estafet böyük roman 
ustası Tulepbergen Kaipbergenovun əlinə keçmişdir.  


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə