Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə71/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   67   68   69   70   71   72   73   74   ...   114

 Nizami Tağısoy 
 
226
ri olduqca erkən parlamağa başlayır. Əsərlərinin hər birində orijinal 
mövzu, təzə ideya, dövrün və  cəmiyyətin problematikasını  təhlilə 
cəlb edən fikir və mülahizələr oxucuların ürəyinə yol tapır, Mir Cə-
lalı onlara sevdirə bilir. «Sağlam yollarda», «Mərkəz adamı», «Bos-
tan oğrusu», «Kağızlar aləmi» və s. hekayələri yazıçının əsərlərinin 
mövzu əlvanlığı, problematika palitrasını göz önünə gətirir. 
Mir Cəlalın yaradıcılığı günü-gündən püxtələşir, o, ədəbi ax-
tarışlarını və bədii tapıntılarını vərəqə köçürüb oxucuya fərqli müs-
təvidə təqdim edir. Yaradıcılığının bu istiqaməti Böyük Vətən Mü-
haribəsi illərində xüsusilə səciyyəvidir. O, bir-birinin ardınca «Ana-
ların üsyanı», «Vətən yaraları», «Mərcan nənə», «Havalı adam», 
«Silah qardaşları» kimi əsərləri qələmə alır. 
Mir Cəlal həm də incə yumor hissi olan, satirik amplualı sə-
nətkar olduğundan məhz əsərlərinin bir sırasında cəmiyyətdəki ey-
bəcərliklər, çatışmazlıqlar, bədii sözün köməyi ilə tənqid atəşinə tu-
tulur. Onun «İmportnı xəstəlik», «Kələntərovlar ailəsi», «Anket An-
ketov» və s. əsərlərində biz ədibin belə ustalığının  şahidi oluruq. 
Mir Cəlalın hekayə və povestlərindəki sərt realizm onu tanınmış öz-
bək nasiri Abdulla Qəhharla müqayisə etməyə imkan verir. Yaradı-
cılığının müxtəlif illərində  qələmə aldığı «Mərkəz adamı», «Təzə 
toyun nəzarət qaydaları», «Həkim Cinayətov», «Havalı adam» və s. 
hekayələri onu xeyli məqamlarda A.Qəhharın «Ədəbiyyat müəlli-
mi», «Şəhər bağı», «Oğrular», «Nar», «İkiüzlü» və s. əsərlərində 
qaldırılmış problemlərlə yaxınlaşdırır. Yazıçıların bu əsərlərdə ma-
hiyyətin daha da dərinliklərinə enmələri, xalq həyatını daha geniş 
şəkildə təhlil edə bilib obyektiv nəticələrə gəlmələri ilə bağlı müqa-
yisələr aparılsa, maraqlı nəticələrin şahidi olmaq mümkündür. 
Mir Cəlalın əsərləri ilə yaxından tanış olduqda bu sənətkarın 
özünəxas fərdi yaradıcılıq xüsusiyyətləri, onun şəxsi dünyagörüşü, 
bədii  əsərlərindəki təsvir, emosional-ekspessiv vasitələrdən uğurlu 
istifadə, yazı manerası, dil-üslub əlvanlığı görmək olur. Mir Cəlalın 
fərdi üslubu həm də eyni zamanda onu digərlərindən nəzərə çarpa-
caq dərəcədə fərqləndirir. Bizə belə gəlir ki, Mir Cəlal yazıçı fərdiy-
yətinin nə olduğunu nəinki praktik nöqteyi-nəzərdən yaxşı mənim-


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
227
səmişdi, həm də o, bu məsələnin nəzəri xüsusiyyətlərini də  «Ədə-
biyyatşünaslığın  əsasları» kitabında kifayət qədər dərindən forma-
laşdırmışdı. «İki adamın xasiyyəti, hərəkəti, nitqi, səsi eyni ola bil-
mədiyi kimi, iki yazıçının yazı tərzi də eyni ola bilməz. Orijinallıq 
güclü yaradıcılıq fərdiyyəti tələb edir. Sənətkarları bir-birinə ya-
xınlaşdıran müştərək amillər nə qədər güclü olsa belə, onların əsər-
ləri  əlamətdar xüsusiyyətlərinə görə  gərək hökmən fərqlənsin. Bu 
fərqə ədəbiyyatşünaslıqda «üslub» deyilir. Üslub rəngarəngliyi ori-
jinallığın hər yazıçıya xas fərdi yaradıcılıq keyfiyyətlərinin təzahü-
rüdür» (Mir Cəlal, Xəlilov P. Ədəbiyyatşünaslığın əsasları. – Bakı, 
Maarif, 1988, s.198). Doğrudan da əsl istedad sahibi olan yazıçı sə-
nət yollarında heç də ona qədər açılmış cığırlarla irəliləməmişdir. O, 
daim nə isə yeni bir təqdimat, yeni bir görüntü, yeni bir dərk axtar-
mışdır. O, daim ədəbi prosesdə öz imzası, yeri və rolu ilə fərqlənən, 
yazı, təhkiyə imkanları ilə görünən, dövrün tipik, eyni zamanda ak-
tual problemlərini qabartmaqla oxucu qəlbinə təsir edə bilən sənət-
karlardan idi. 
Sadaladığımız bu cəhətlərinə görə  də Mir Cəlal yaradıcılığı 
zahiri dəbdəbədən kənar olmaqla, daim məsələnin mahiyyətinə va-
rır, əsərləri ilə ədəbi simasını cilalayır, bədii fəaliyyəti ilə digərlərin-
dən nəzərəçarpacaq dərəcədə seçilirdi. Bu gün ədibin yüzillik yubi-
leyi  ərəfəsində onun yaradıcılığının Azərbaycan nəsrində tutduğu 
yeri müəyyənləşdirməyə, onun bədii fərdiyyətini təhlil etməyə, də-
yərli vətəndaş olduğunu göz önünə  gətirməyə  məhz göstərdiyimiz 
baxımdan ehtiyac var. 
Mir Cəlalın müxtəlif dövrlərdə qələmə aldığı yumoristik, sati-
rik hekayələri, həyati problemlərimizi əks etdirən povestləri, realist 
boyalarla zəngin romanları nəinki bədii nəsrimizin yeni çalarlar qa-
zanmasında, həm də milli-mənəvi dəyərlərimizin formalaşmasında 
böyük əhəmiyyət kəsb etmişdir. 
Mir Cəlal bədii nəsrində cəmiyyətdə mövcud olan ziddiyyət-
ləri, xalq həyatını, mənəvi-etik varlıqları, adi insanların müxtəlif şə-
raitlərdə psixoloji vəziyyətini özünəməxsus  şəkildə  əks etdirməyə 
çalışmışdır. Elə buna görə də onun əsərlərinin mövzu dairəsi geniş 


 Nizami Tağısoy 
 
228
və çeşidli, insan xarakterləri və obrazlar qalereyası  rəngarəngdir. 
Ədibin müxtəlif illərdə yazdığı  «Əsgər oğlu», «Aqil», «İftixar», 
«Badam ağacları», «Oğul», «Sara», «Pərzad», «Bir gəncin mani-
festi», «Dirilən adam», «Yolumuz hayanadır?», «Təzə  şəhər», 
«Açıq kitab» və digər əsərlərində adi görünən hadisələr xüsusi şə-
kildə  mənalandırılır, zəruri təfərrüatlara varılır, ayrı-ayrı obraz və 
surətlərin yalnız intim hissləri deyil, həm də ictimai əlaqələrinə diq-
qət yetirilir. 
Mir Cəlal nəinki yaradıcılığı, həm də bütün varlığı ilə xalqa 
bağlı sənətkar olmuş, onun xarakterik problemlərini təsvir və təhlil 
edib oxuculara çatdırmağa çalışmışdır. Yəqin elə buna görə də Mir 
Cəlal yaradıcılığının mayası xalq hikmətindən, xalq yaradıcılığın-
dan,  əski türk təfəkküründən, atalar sözü və  zərb məsəllərdən «su 
içir». Bəlkə elə buna görə də ədibin «Sözün yeri var», «Gör fələk nə 
sayır», «Yamanlığa yaxşılıq», «Az danışmağın faydası» və s. kimi 
hekayələri xalq müdrikliyindən gələn başlıqlarla verilir. Təsadüfi 
deyil ki, onun şifahi  ədəbiyyatımıza dərindən bələd olması  əsərlə-
rində özünəməxsus atalar sözləri  əmələ  gətirməsi və  işlətməsi ilə 
nəticələnir. Mir Cəlal xalq deyimlərimizi cilalaya-cilalaya, ovxala-
ya-ovxalaya, onlara əsərlərində naxış vura-vura yeni don biçir, yeni 
qiyafəyə sala bilirdi. 
Qeyd etdiklərimiz bir daha təsdiqləyir ki, Mir Cəlal yaradıcılı-
ğının xeyli tərəfləri  ədəbiyyatşünaslığımızda daha geniş çevrədə 
tədqiqatlara cəlb edilməli və yazıçının yaradıcılığının mahiyyətin-
dən doğan obyektiv nəticələrə gəlinməlidir. 
2 aprel 2008-ci ildə Azərbaycan Beynəlxalq Universitetində 
YUNESKO-nun 2008/2009-cu illərdə görkəmli  şəxsiyyətlərin və 
əlamətdar hadisələrin qeyd edilməsi proqramında 2008/2009-cu il-
lərdə yazıçı Mir Cəlal Paşayevin 100 illik yubileyinin Azərbaycan-
da dövlət səviyyəsində keçirilməsi ilə əlaqədar Azərbaycan Respub-
likası Prezidentinin verdiyi sərəncam əsasında qeyd edildiyi zaman 
rektor E.Abdullayev, akad.H.Əhmədov, millət vəkili N.Cəfərov, 
prof.T.Mütəllimov, prof.X.Əlmirzəyev, prof. H.Bayramov, xalq şai-
ri N.Həsənzadə,  şair  Ə.Əhməd və başqaları Mir Cəlalın doğrudan 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə