Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə67/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   63   64   65   66   67   68   69   70   ...   114

Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
213
 
ƏDƏBİYYAT 
 
1.
 
Баяндиев  Т.  Каракалпакский  государственный  театр  им. 
К.С.Станиславского (1930-1967). Очерк  истории.  Ташкент,  ФАН, 
1971. 
2.
 
Áåðäàü. Øåèðëÿðè. Òÿðúöìÿ åäÿíè Ùöñåéí Àðèô. Áàêû, Éàçû÷û, 
1989. 
3.
 
Áîçãóðò Ô. Êàðàêàëïàêëàð. – Ôóàò Áîçãóðò. Òöðêëÿðèí äèëè. Àíêà-
ðà, Ò.Ú.Êöëòöð Áàêàíëûüû, 2002. 
4.
 
Давыдова Т. Путь к эпопее. Дружба народов. 1985, №10. 
5.
 
История  каракалпакской  советской  литературы.  Ташкент, 
ФАН, 1981.  
6.
 
Каипбергенов  Т.  Быть  ответственным-значит  отвечать. 
«Вопросы литературы», 1987, №10. 
7.
 
Каипбергенов Т. Каракалпакнамэ/ Роман-эссе. М.Сов.пита-
тель, 1989. 
8.
 
Каипбергенов Т.К моим читателям. – Каипбергенов Т. Дас-
тан о каракалпаках // Сказание о Маман-бие. Кн. первая. М.Сов. пи-
сатель, 1986. 
9.
 
Мамедов Н.  Каракалпакская  литература. Баку, Êèòàá àëÿìè, 
2007. 
10.
 
Нурмухамедов  М.К.Развитие  жанра  поэмы  в  каракалпак-
ской советской литературе. Ташкент, ФАН, 1976. 
11.
 
Учиться уму-разуму. – Предисловие  к  «Каракалпакнамэ» - 
Роман-газета, 1991, №21-22. 


 Nizami Tağısoy 
 
214
 
HARİD FƏDAİ: KUZEY KIBRIS TÜRK 
MƏDƏNİYYƏTİNİN YORULMAZ TƏDQİQATÇISI 
 
Kuzey Kıbrıs Türk Cümhuriyyəti neçə onilliklərdir yunan əsa-
rətindən və nəzarətindən xilas olaraq Türkiyə Respublikası ilə bir-
başa  əlaqələr qurub müstəqil istiqamətini müəyyənləşdirməklə, öz 
siyasəti, iqtisadiyyatı ilə yanaşı, həm də mədəniyyətin, elmin, təhsi-
lin,  ədəbiyyatın da inkişafını prioritetli sahələr kimi diqqət mərkə-
zində qoymağa önəm verdi. Kuzey Kıbrıs Türk Cümhuriyyətinin 
Azərbaycanda nümayəndəliyi olsa da, Kıbrıs mədəni-ədəbi həya-
tının müxtəlif tərəfləri, onun inkişaf yönləri haqqında respublika-
mızda məlumatlar olduqca azdır. Bunanla belə Kuzey Kıbrıs türk 
mədəniyyəti və ədəbiyyatı da ümumtürk mədəniyyətinin və ədəbiy-
yatının tərkib hissəsi kimi öyrənilməyə və təbliğ edilməyə ehtiyaclı-
dır. Bu baxımdan Kıbrıs türklərinin mədəniyyətinin, folklorunun, 
etnoqrafiyasının,  ədəbiyyatının bəzi məqamları ilə bağlı  məlumat-
ları oxuculara çatdırmaq, heç şübhəsiz ki, Azərbaycanda maraqla 
qarşılana bilər. 
Kıbrıs türklərinin mədəni-ədəbi həyatının araşdırılması, öyrə-
nilməsi və nəşri yönündə Harid Fədainin apardığı işlər xüsusilə təq-
dirəlayiqdir. Harid Fədai Kuzey Kıbrısda nəinki folklor, etnoqrafi-
ya, klassik ədəbi nümunələr araşdırıcısı kimi, həm də şair, radio və 
televiziya qurucusu, jurnalist, dəyərli  ədəbiyyatşünas kimi tanın-
maqdadır. Fikrimizcə, Harid Fədaidən danışdıqda, onun yaradıcılı-
ğını bir neçə mühüm baxış bucaqlarından təsnif etmək və dəyərlən-
dirmək olar: 
1.
 
Kıbrıs Türk kültürünün başlıca xüsusiyyətlərini araşdıran 
materialları; 
2.
 
Kıbrıs Türk dastanlarının təhlili; 
3.
 
Kıbrıs Türk yazılı ədəbiyyatı nümunələrinin öyrənilməsi
4.
 
Kıbrıs Türklərində islam mədəni-mənəvi ənənələrinin tədqiqi; 
5.
 
Türkologiyaya dair araşdırmaları; 
6.
 
Harid Fədainin şeir yaradıcılığı; 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
215
7.
 
Kıbrısda nəşr olunan mətbuat orqanlarının inkişaf istiqa-
mətlərinin təhlili və s. 
Ümumiyyətlə, Harid Fədai yaradıcılığı çoxşaxəliliyi və çoxas-
pektliyi ilə səciyyəvidir. Heç şübhəsiz ki, onun yaradıcılığının gös-
tərdiyimiz yönlərdən hər birində araşdırmağa və öyrənməyə böyük 
ehtiyac vardır. 
Qeyd etmək lazımdır ki, Harid Fədainin Kıbrıs Türk kültürü-
nün müxtəlif tərəflərini öyrənən ikicildlik «Bildiriler - 1» (Lefkoşa, 
2002) və «Bildiriler - 2» (Lefkoşa,2003),Nazim Kaytaz-zadənin 
«Yadigar-ı Muhabbet» romanı(Lefkoşa,2004), «Yadigar-ı Muhab-
bet»lə bağlı «Sözlük» (Lefkoşa, 2004), Kıbrıs Türk Kültürünün 
işıqlandırılmamış problemlərini çevrələyən «Makaleler - 1» (Lefko-
şa, 2005), Əhməd Raikin araşdırmalarını özündə əks etdirən «Əski 
şeyler» (Lefkoşa, 2006), və s. kitabları nəinki Kıbrıs və Türkiyədə, 
həm də digər türk dövlətlərinin oxucuları arasında geniş yayılmış və 
müəllifinə hörmət qazandırmışdır. Harid Fədaini Azərbaycanda da 
tanıyırlar. Belə ki, o, «Ədəbiyyat qəzeti»nin redaksiya şurasının üz-
vü olmaqla, dəfələrlə Bakıda Türkologiya, Folklorşünaslığa, Etno-
mədəni problemlərə  həsr olunan Beynəlxalq Konfrans və Simpo-
ziumlarda iştirak etmiş, maraqlı məruzələri ilə yadda qalmışdır. Ha-
rid Fədai hər dəfə Bakıya gələndə  ədəbiyyat, sənət adamları ilə 
görüşər, türk mədəniyyətinin, folklorunun, ədəbiyyatının inkişafı ilə 
bağlı orijinal fikir mübadiləsi edər, ortaq dəyərlərimizin tədqiqi 
məsələsindən ağızdolusu danışar, xoş  təəssüratlar yaradar. Harid 
Fədai ünsiyyətə açıq insandır. O, həmsöhbətini diqqətlə dinləməyi 
bacarmaqla, öz fikir və mülahizələrini də sadə, rəvan, aydın elmi 
dildə digərlərinə çatdıra bilmək ustasıdır. Bu, son dərəcə təvazökar 
və eləcə də türk mədəniyyətinin müxtəlif tərəflərini tarixi-xronoloji 
və  nəzəri-metodoloji aspektdə öyrənən belə bir insanla dəfələrlə 
görüşlərimiz, fikir mübadilələrimiz olmuşdur. Hətta biz üç-dörd il 
bundan öncə onunla bir müsahibə aparıb, «Ulduz» jurnalının 
səhifələrində çap da etdirmişdik. Harid Fədai ilə bu aralarda şəxsən 
görüşməsək də, yazışmalarımız, əlaqələrimiz sonralar da davam et-
məkdədir. O, mənə yuxarıda adlarını  çəkdiyim və  çəkmədiyim ki-


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə