Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə90/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   86   87   88   89   90   91   92   93   ...   114

 Nizami Tağısoy 
 
286
zaman baş verir ki, müəllif təxəyyülündə özəl bədii məzmun doğu-
lur. «Yarımçıq əlyazma»da isə belə özəl məzmun özünü qabarıq şə-
kildə büruzə verir. 
Kamal Abdulla bədii yaradıcılıq qanunauyğunluqlarına görə 
romanda heç bir təsadüfi, heç bir lüzumsuz şey ortaya atmır. Müəl-
lifin bu mənada materialı oxucuya çatdırma forması da fərqlidir. 
Diqqətin tam konsentrasiyasını tələb edən belə formanın özü mate-
rialın daha dərindən qavranılması üçün oxucunu səfərbər edir. Ya-
zıçı tərəfindən əsərdə istifadə edilən məkan və zaman da proporsio-
nal deyil, həcmcə kiçik olan müəllif iştirakında isə biz bu və ya di-
gər hissələrlə bağlı  məntiqi ümumiləşdirmələr görürük. Müəllif 
oxucunu ona (oxucuya — N.T.) məlum olan ikinci dərəcəli detallar 
üzərində saxlamır və oxucunun düşündüyünü xeyli qabaqlaya bilir. 
Yazıçının özü qeyd etdiyi kimi, əsərin arya-ərsəyə gəlməsini 
nəinki onun bütün bədii yaradıcılığı, həm də hətta «Azərbaycan dili 
sintaksisinin nəzəri əsasları» kitabı şərtləndirmişdir. Soruşula bilər: 
dil problemlərinin çözülməsinə həsr edilən bu monoqrafiyanın «Ya-
rımçıq  əlyazma» ilə  nə kimi əlaqələri mümkündür? Qoyulan suala 
biz yenə də romanın mətninə və dilinə müraciətə üstünlük verməklə 
cavab verərdik. 
Müəllif romana yazdığı üç «Ön söz»də (həm «Ön söz və ya-
xud natamamlığın bütövlüyü» (1, 3-15), həm «Daha bir Ön söz və 
yaxud dünyadakı fərqlərin Allah üçün əhəmiyyəti varmı?» (1, 16-17), 
(«Nəhayət, sonuncu Ön söz və yaxud «bilmirəm» deyə bilənlərin 
hüququ» (1, 20-21) əsərdə cərəyan edəsi və təsvir olunası hadisələ-
rin oxucular üçün maraq kəsb edəcəyinə və onların bilib gözləmədi-
yi nəticələrə gətirəciyinə zəmin yaradır. 
Kamal Abdullanın «Yarımçıq  əlyazma»sında epos təhkiyə 
tərzi özünəməxsus şəkildə verilir. Fərqli, maraqlı təsvir oxucunu əf-
sunlayır və əsərin əksər hissələrində Nur daşına (bəlkə də Pir daşına 
– N.T.) istinad olunur və bu Nur daşının özünün də yazıçı yozu-
munda hansı mahiyyət daşıdığını açmağa da ehtiyac vardır. Məsə-
lən, «Ata mindim… Ala Dağın ətəyindən ağzıaçıq yay mağarasına 
necə yetişdim, onu bilmədim. Atdan endim, at ağzını aparıb ota get-


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
287
di. Mağaranın qabağındakı Nur daşının dibindəcə oturub daşa dir-
səkləndim. Bir xeyli vaxt belə keçdi. Fikirlər beynimdə şahbaz atlar 
təkin biri-birini qovurdu, mən isə heç birini düz-əməlli tutub əyləyə 
bilmirdim. Ürəyimi qara-qara şübhələr gəmirib durmuş idi. «Nə et-
məli, necə etməli, casus məsələsi Bayandır Xana bəllidirsə, vay bi-
zim halımıza, başımıza kül ələnəcək…» (1, 28). Bu kiçik fraqment-
də dil-üslub, bədiilik, ekspessiya, ifadə vasitələri və s. bağlı nə qə-
dər təhlilə cəlb ediləsi və nəticələr çıxarılası məqamlar görürük. 
Kamal Abdullanın Əlyazmalar İnstitutunda (təbii ki, bədii təs-
virə və təqdimata inansaq — N.T.) bu əlyazmaya rast gəlməsi, onun 
xeyli yerlərinin cırılıb yox olması, digər hissəsinin isə pozulub 
oxunmaması, Gəncə zəlzələsi zamanı zədələnməsi, müəllifin əlyaz-
manı bizim şüurumuzda ardıcıl və sistemli canlandıra bilməsi, onu 
öz bədii təxəyyülünün köməyi ilə bərpa etməsi fərqli yozumda ve-
rilməklə, həm də maraqlı  və  təkrarsızdır. «Yarımçıq  əlyazma» ilə 
tanış olan oxucu ehtimallarını ikili şəkildə düşünüb qurur: a) Ya 
K.Abdullanın qələmə aldığı, açıb oxuculara çatdırmaq istədiyi mət-
nin doğrudan da bir hissəsi itirilmiş, pozulmuş əlyazmada bərpa et-
diyidir; b) Ya da K.Abdullanın mövcud olmayanı mövcud olan kimi 
verməsi, quraması, düzüb-qoşması və onlara da öz qələminin və tə-
fəkkürünün gücü ilə yiyələnməsi, düzgün çözələnməsi uğurlu in-
terpretasiyasıdır. Oxucu eynindən bu iki fikirdən hər hansı keçmiş 
olsa da bədii yozum özəldir, inandırıcıdır. 
Türksoyun  əski düşüncəsini  əks etdirən «Kitabi-Dədə Qor-
qud», bildiyimiz kimi, neçə yüzilliklərdir ki, dövrümüzə qədər ad-
dımlamaqla, onunla tanış olanları heyran edir. Oradakı obrazlar, 
məzmun, deyim tərzi, müdriklik, qoçaqlıq, cəsarət, ədəb-ərkan, ya-
dellilərə nifrət, Vətənə-oğuz elinə məhəbbət, bulaq çeşməsindən sü-
zülüb gələn türk etik-fəlsəfi fikri necə də ovqatımızı duruldur. Lakin 
bunu da bilirik ki, əski abidəmizin heç də bütün boylarında, bütün 
məqamlarda göstərilənlər bugünkü durumumuzla uyğun səsləşmir. 
Elə K.Abdulla da «Yarımçıq  əlyazma»da bunlara cavab axtarır və 
«Yarımçıq əlyazma»nı qələmə almağa özünü məcbur edən müəllif 
hətta özünü qınayır da… «Hərdən mənə elə gəlir ki, normal əxlaqa 


 Nizami Tağısoy 
 
288
uyğun olmayan bir iş görürəm. Elə bil kiminsə cibinə girirəm, kimi-
sə açar deşiyindən seyr edirəm. Kiminsə məhrəm, intim məktubunu 
oxuyuram, sirrini faş edirəm… Oxunuş boyu məni bu cür təlaşlı, 
həyəcanlı suallar rahat buraxmırdı». 
Sonra isə görəcəyi işlə bağlı sözünə davam edərək deyir: 
«Əgər Allah-taala belə münasib bilibsə  və bu bilgini formasından 
və mövcudluq çərçivəsindən asılı olmadan mənə, mənim diqqətimə 
və beynimə göndəribsə, mənlik burda çox az iş var… Yarımçıq əl-
yazma əgər «mənimlə danış» deyirsə, susmağa haqqım yoxdur» (1, 
20-21). Bax burada K.Abdullanın müəllif hüququ, yazıçılıq hüququ, 
təxəyyülünə gələnləri oxuculara çatdırma hüququ ortaya çıxır. Həm 
Əlyazma, həm düşündükləri, həm daxili yaradıcılıq hissləri, emosi-
yaları qarşısında borclu qalmasın deyə, Kamal Abdulla «Yarımçıq 
Əlyazma»nın itirilmiş, solub oxunuşu mümkün olmayan sətir və 
fraqmentlərini oxucuya çatdırmağı üstün tutur, çünki onun bərpasını 
«Allah-taala… münasib bilibsə» o, nəyə görə onu etməməli idi?!. 
Qeyd edək ki, «Dədə Qorqud» tariximizdə yaşayan möhtəşəm 
bir abidə, müdrik bir el ağsaqqalı obrazıdır. Həm də o, oğuz elinin 
kimliyini, hardan gəlib hara getdiyini, türk xalqının həyatını, müba-
rizə tarixini, mənəvi-əxlaqi, dini ənənələrini əks etdirən mifik-ədə-
bi-tarixi qaynaqdır. O yalnız heç də oğuz eposu deyil, həm də oğuz 
tarixi, oğuzların həyat kitabıdır, onların tarixi simasıdır. 
Oğuznamələri yaradanlar —şaman — ozan, baxşı-baxsı, jirşi-
jirau, sesen-yırau, akın-aşıq-qədim söz ustaları mənəviyyat aləmini sə-
nətdə yaşadan «haqq taala könlünə ilham vermiş» ustadlar olmuşlar. 
Yaxşı bilirik ki, Oğuznamələrin rəmzə çevrilmiş örnəyi «Kita-
bi-Dədə Qorqud»dursa, ozanların da simvollaşmış adı  Dədə Qor-
quddur. 
Kamal Abdullaya elə  gəlir ki, oğuznamələrdə «Kitabi-Dədə 
Qorqud» boylarında oğuzların iç dünyası, həyat fəlsəfi, bəyləri, xan-
ları arasındakı münasibətlər əlimizdə olan, günümüzə yazıya alınma 
nəticəsində gəlib çatmış məqamlar — detallar heç də ulu babaları-
mızın duyum, görüm, təfəkkür, münasibət dünyasını tam şəkildə 
özündə əks etdirmir. Buna görə də oğuz xanlarının həyatı ilə bağlı 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə