-
Siz hadisə baş verdiyi zaman harda idiz?- Səfərli qəfildən sual verdi.
-
Evimdə. Yatmışdım.
-
Bunu kim təsdiq edə bilər?
-
Yoldaşım. Atam, anam. Həmin gün gecə növbəsində işdə olmalı idim.
Tezdən durmağımın mənə xeyri olmazdı. Yuxudan düz saat 12 də
ayıldım. Yoldaşım dedi ki, Səbinə ağlayaraq zəng edib. Elə onda
oyandım. Bircə qatilin kimliyini bilsəydim.....
Muradlı oturduğu yerdən:
-
Bilsəydin nə edərdin?
-
Ən azından üzünə tüpürərdim. Cavad mənə olmayan qardaş idi. Bizi
dostdan çox qardaş bilirdilər. Mən evləndikdən sonra o da evlənmək
həvəsinə düşmüşdü. Deyirdi atamı razı sala bilsəm elçi göndərəcəm.
Bir qədər susub gözlərinin yaşını sildi.
Mən:
-
Cavad öz doğma anası haqqında nə deyirdi?
-
Bu barədə qəti danışmazdı. Mən də Səbinədən öyrəndim ki, Sahibə
xanım onların analığıdır. Çünki bu vaxta kimi bundan şübhə də
etmirdim.
Polkovnik Muradlı:
-
Nə zaman bildin?
-
İki ay olar.
-
Səbinə iki ay əvvəl anasının başqası olduğunu deyib?
-
Bəli. Cavada başa salmağa çalışırdı ki, analarına daha kin saxlamasın.
Bağışlasın. Cavad isə əsəbiləşib getdi. Səbinə də mənə danışdı. Cavadı
yumşaltmağımı xahiş etdi. Mən də bir gün onunla danışmaq istədikdə
“Əgər xətrimi az çox da olsa istəyirsənsə bir daha bu sözü açma” dedi.
Asif Məmmədzadə:
-
Səbinə anasını bağışlamışdı?
-
Dəqiq deyə bilmərəm. Ya bağışlamışdı, ya da bağışlamağa hazırlaşırdı.
Daha sualınız yoxsa .....
-
Bu foto şəkilə diqqətlə bax. Cavadın tanışları arasında bu şəxsi daha
əvvəl görmüşdün?
-
Dəqiq bilirəm ki, alnı çapıqlı birini görsəydim yadımdan çıxmazdı. Bu
şəxsi ilk dəfədir görürəm.
Mayor Səfərli:
-
Bəs yaxşı kimdən şübhələnirsiz?
-
Düzünü desəm ətrafımızda elə bir tanışımız yox idi ki, Cavaddan inciyə,
ya da ona kin saxlaya. Çox yaxşı və düz adam idi. Heç doğma qardaşım
ölsəydi bu qədər yanmazdım. Hər kim edibsə göydə Allaha, yerdə sizə
tapşırıram. İnşallah tezliklə qanun qarşısında cavab verər.
-
İndi gedə bilərsiz! - Polovnik-leytenant Məmmədzadə dilləndi.
-
Əgər lazım olsam mütləq xəbər verin. Əlimdən gələni əsirgəmərəm.
Təki qatil tapılsın. Dostumun təmiz qanı yerdə qalmasın. Sağ olun.
Polkovnik Muradlı:
-
Xudahafiz.... Sahibə xanım gəlibsə çağırın gəlsin.
Mən ayağa qalxıb dəhlizə çıxdım. Orada Zərifə xanımda oturmuşdu.
-
Sahibə xanım, buyurun keçin. Sizi gözləyirik.
-
Çox sağ olun. Mən də xəstəxanaya tələsirdim.
Sahibə xanımın tələsdiyi davranışlarından da məlum idi. O içəri keçər
keçməz salam verdi və təklif gözləmədən əyləşdi. Murad bəy onu diqqətlə
süzdü. Söhbəti uzatmadan əsas məsələyə keçdi.
-
Sahibə xanım, Səbinə sizinlə necə davranır?
-
Necə məgər? Əlbəttə ki, normal. Hər kəs necə davranırsa o də elə.
Hörmət də edir. Sözümdən də çıxmır. Niyə soruşursuz?
-
Yaxşı, deyin görək Səbinə harada işləyir?
Xəfiyyə Muradlının sualından tutulan Sahibə xanım cəld ayağa qalxdı.
-
Siz nə danışırsız? Səbinə heç yerdə işləmir. Buna yoldaşım icazə
verməz.
-
Oturun xanım. İstintaq naminə verilən hər bir suallara yanlış cavab
vermək olmaz. Bunun müqabilində sizi həbs edə bilərik.
Məmmədzadə:
-
Sizə sual verildi. Cavabınızı deyin.
Sahibə xanım bir az qızardı. Lakin anlayırdı ki, başqa çıxış yolu yoxdur.
Bildiyini danışmalıdır. Odur ki, yerinə əyləşib ifadəsinə davam etdi:
-
Səbinə bir bağçada tərbiyəçi işləyir. Uşaqlarla başını qarışdırır. Hər gün
saat 5-də evdə olur deyə heç kəs bilməzdi. Əgər ikisindən biri evə
vaxtından əvvəl gəlsəydi, mən Səbinənin ya yatdığını, ya da
rəfiqəsigildə olduğunu deyərdim. Səbinə son aylar məndən yaman
uzaqlaşıb. Nə gizlədim cavab da qaytarır. Sözümə heç qulaq asmırdı.
Hər fürsəti olanda ögey anası olduğumu xatırladardı. Düşünmüşdüm
ki, işlədiyini gizlətməklə ona köməklik etsəm, bəlkə, əvvəlki Səbinə
olar. Amma görünür yanılmışam.....
Polkovnik Muradlı ciddi nəzərlərlə Sahibə xanımın gözlərinə baxıb:
-
Həmin gün səhər saat 7 də qışqıran Səbinə idi?
-
Hə! Hər ikisi evdən çıxan kimi Səbinə də hazırlaşdı. Dedi bağçada
yoxlanış olacaq, tez getməlidir. Onlardan 4 dəqiqədən sonra o da
evdən çıxdı. Blokdan çıxar çıxmaz atasının kiminsə tərəfindən
bıçaqlandığını görüb qışqırmışdı.
-
Qatil Səbinəni gördü?
-
Bilmirəm. Amma o qaça-qaça evə girdi. Dəli kimi ağlayırdı.
Sakitləşdirməyə, nə isə soruşmağa çalışdım. Amma o fəryad qoparırdı.
Bir neçə dəqiqə sonra dedi ki, yoldaşımı da Cavadı da öldürdülər.
Bu sözləri demək Sahibə xanıma heç də asan olmadı. Gözlərindən axan
yaş dayanmırdı. Muradlı onu azad buraxmağımızı istədi.
Yeddinci fəsil
Sahibə xanımın ifadəsindən bir qədər sonra mayor Səfərli Səbinə xanımın
bir daha dindirilməsinə təkid etdi. Odur ki, leytenant Həsənli dəhlizə çıxaraq
Səbinə xanımı kabinetə dəvət etdi. Bir dəqiqə sonra Səbinə gəldi. Stolu çəkib
əyləşdi. Polkovnik-leytenant Məmmədzadə:
-
Siz cinayət baş verən zaman harda idiz?
-
Demişdim axı, yatmışdım. Sahibə xanım gəlib oyatdı! :Əlləri titrəyən
Səbinə cavab verdi.
-
Körpə uşaqları çox sevirsiz?- mən suala davam etdim.
-
Əlbəttə, onları kim sevməz?!
-
Bəs işlədiyinizi atanızdan və qardaşınızdan niyə gizlədirdiz?
Rəngi qəflətən dəyişən Səbinə başını aşağı salıb:
-
Bəs siz haradan öyrəndiz?
-
Bunun əhəmiyyəti yoxdur. Suala doğru cavab verin!
-
Ona görə demirdim ki, o zamanlar anamla elə məhz işləmək istədiyi
üçün mübahisə edərdi. Bu mübahisələrin nəticəsində də ayrıldılar.
Qorxurdum ki, işləmək istədiyimi desəm mənə icazə verməz. Mən isə
gözəl arzumdan əl çəkmək istəmirdim.
Polkovnik Muradlı ayağa qalxıb otaqda o başa, bu başa getməyə başladı.
Qəflətən dayanıb Səbinəyə ciddi nəzərlərlə baxdı.
-
Sizi işə kim düzəldib? - Muradlı soruşdu.
-
Heç kəs. Özüm getdim bağçaya. Soruşdum ki, tərbiyəçi müəlliməyə
ehtiyacınız varsa, işləmək istəyərdim. Müdir də razı oldu. Şənbə,
bazardan başqa hər gün işə 7: 30-da gedib, saat 17: 00-da geri
qayıdardım. Yoxluğumdan kimsə şübhə etməzdi. Çünki atam ya
qardaşım tez gəlsəydilər Sahibə nəsə uydurardı.
-
Ananızla illər sonra harda görüşdüz?
-
Mən? –qəfil sualdan həyəcanlanan Səbinə davam etdi - Mən anamla
görüşməmişəm. Heç kəs bunu sübut edə bilməz.
-
Çox güman ki, kimsə sübut edə bilməz. Ancaq işə düzəlmək, həm də
indiki zəmanədə biraz qəliz məslədir. Ananız sizin üçün o işi həll etmiş
ola bilərdi. Qızım, sən verdiyin səhv ifadələrə görə böyük məsuliyyət
Dostları ilə paylaş: |