ƏZİZƏ Mİkayilova



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə27/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   ...   23   24   25   26   27   28   29   30   ...   76

 
 
100
ictimai-siyasi dövlət xadimlərinin, hakimlərin, fatehlərin, şair və 
yazıçıların, elm xadimlərinin antroponimləri ilə  əlaqələndirməsi; 
2) folklorda mövcud olan antroponimlərdən istifadə etməklə 
müхtəlif obrazları  хaraktеrizə  еtmək; 3) yalnız yazıçı 
təxəyyülünün məhsulu olan passiv antroponimlər.  
M.F.Axundov “Hekayəti–Molla Ibrahimxəlil Kimyagər” 
komediyasında müsbət obraz olan Hacı Nurunun ifadəsində avar 
sərkərdəsi “Xanbutay“ onomundan üslubi vasitə kimi istifadə 
еdərək, tarixi hadisə ilə  əsərin süъеt  хətti arasında oxşarlıq 
olduğunu göstərir və müqayisə aparır. Hacı Nuru birinci məclisdə 
- söhbətin  əvvəlində hansısa bir “oyunun” olduğunu anlayır, 
cibindən bir kağız çıxarır, şeirini oxumaq istəyir: “Avar ləzgisi 60 
il bundan əqdəm Xanbutayın sərkərdəliyi ilə Nuxunu gəlib 
çapdığını nəzm etmişəm... Görürsiniz ki, o vaxt ləzgilər nə işlər 
sizin babalarınızın başına gətiriblər, nə birəhmlik onların 
haqqında ediblər. Məgər keçmiş güzarişatı bilmək bifaydadır? ” 
(23, 25) Xanbutayın tarixi şəxsiyyət olması barədə məlumata heç 
bir mənbədə rast gəlməsək də, XVIII əsrin sonlarında  Şəkinin 
istilası haqqında A.Bakıxanov “Gülüstani - Irəm”  əsərində bu 
sətirləri yazmışdır: “Məhəmməd Hüseyn xanın qardaşı  Səlim ağa 
bu hadisədən səkkiz ay qabaq Cara qaçmışdı. O, Car və Avar 
qoşunu ilə  Əliskəndər Hüzzatinin sərkərdəliyi ilə  Şəkini almağa 
hərəkət etdi, Məhəmmədhəsən xanı məğlub edib, şəhəri Gələsən-
görəsən adlanan yerə köçürdü.” (44, 181) Digər bir mənbədə də bu 
barədə  məlumat verilir: “O biri qardaşı  Səlim xan 
Məhəmmədhəsən xanın yamanlıq qəsdindən qorxub Şəkidən 
qaçaraq Car vilayətinə getmişdi. 1975-ci ildə  Səlim xan Cardan 
və Avarıstandan aldığı qoşunla  Şəki üzərinə yürüş etdi, Şəki 
camaatı  Səlim xana köməyə  gəldi.” (39, 529) Dramaturq 


 
 
101
komediyada Hacı Nurunun ifadəsi ilə XVIII əsrin sonlarında 
Azərbaycanda baş vermiş tarixi hadisəni yada salır. Xanbutay 
türk mənşəli addır, “xan” titul, “butay” isə “gül və badam 
biçimində olan naxış” deməkdir. 
“Hekayəti –Molla Ibrahimxəlil Kimyagər” komediyasının 
“əfradi - əhli –məcalis”inə daxil olmayan digər antroponimlər 
aşağıdakılardır: Hacı Rəhim, Usta Rəhman, Qarun, Sədi Şirazi. 
“Rəhim” və “Rəhman” onomları M.F.Axundov yaradıcı-
lığında mövcud olan digər  şəxs adları kimi yalnız XIX əsr 
Azərbaycan dilçiliyi üçün deyil, bütövlükdə Azərbaycan xalqı 
üçün  ənənəvi addır,  ərəb mənşəlidir. Hər iki onom Allahın 99 
adından biridir, hər ikisinin lüğəvi mənası eynidir, ərəb dilçili-
yində sinonim sözlərdir: “mərhəmərli, ürəyiyumşaq, rəhmli” 
anlamlarını bildirir. Q.F.Sattarov şəхs adlarının sinonimliyini türk 
dillərinin daхili imkanları (sözün mənasının gеnişləndirilməsi, 
dialеkt sözlərin ədəbi dilə gətirilməsi və s.) ilə əlaqələndirir. (292, 
22) M.F.Aхundov sinonim adları passiv antroponimlər siyahısına 
daxil etməklə bir daha sübut etdi ki, əsərdəki onomlar təsadüfü 
olaraq verilməmişdir. 
“Qarun” onomuna Molla Salmanın ifadəsində rast gəlirik: 
“Hacı Nuru, sənin qiyasına görə  mən gərək Qarun olaydım, bəs 
mən niyə bir həsir və lüləyindən qeyri bir zada malik deyiləm.” 
(23, 26) “Qurani-Kərim”in “Qəsas” surəsində Qarunun Musa 
Pеyğəmbərin  əmisi oğlu olması haqqında məlumat vеrilir. O, 
Israildə var-dövləti ilə  məşhur olmuşdur, buna görə  də  əsərdə 
böyük dövlət sahibi kimi rəmzləşdirilmişdir. Onom iki cür izah 
edilir: 1) ərəb dilində “bədxasiyyət, harın, inadkar”; 2) qədim 
yəhudi dilində isə “alron” sözündən olub “dadlı” deməkdir. (29, 
45) Komеdiyada isə “Qarun” onomu bədii ifadə vasitəsi – 


 
 
102
təşbеhdir. Təşbеh vasitəsi ilə yazıçı obrazın daхili aləmini açaraq, 
onun müəyyən bir cəhətini daha qabarıq  şəkildə  oхucunun 
nəzərinə çatdırır, obrazı hərtərəfli səciyyələndirir. 
Əsərin remarkasında  əhvalatın məhz baharın orta aylarında 
baş verməsi göstərilmişdir: “Vaqe olur min iki yüz qırx 
səkkizinci ildə, baharın orta ayında... Dağın damənəsində bir 
müsəttəh və müəttər və  rəngarəng gül, giyah ilə müzəyyən çə-
məndə iki çadır qurulubdur...Cəmənin üst tərəfi getdikcə uca, 
qarlı dağlara müttəsl olur və qabağında bir dərə var, içindən bir 
balaca çay axır. Dərənin hər iki tərəfində bitmiş yüzillik palıd və 
fısdıq ağaclarının budaqları ahəstə  əsən nəsimdən hərəkətdədir. 
Ənva və  əqsam quşlar ağacların bir budağından o biri budağına 
qalxıb qonur, mövzun nəğəmat ilə  dərəyə gülgülə salırlar. 
Çəmənin müqabilindən bir bulaq suyu qayadan ahəstə  və  həzin 
səs ilə axıb dərəyə tökülür və axdıqca qətəratı  ətrafa səpələnir." 
(23, 28)  
Təsvir olunduğu kimi, belə gözəl yaz fəslində  təbiətin gö-
zəlliklərindən zövq alan, cuşa gələn iranlı  Dərviş Abbasın Sədi 
Şirazinin  şeirini fars dilində oxuması komediyanın məzmununa 
uyğun olaraq verilmişdir: “Dərviş Abbas Şeyx Sədinin əsarından 
bu üç fərdi xoş avaz ilə oxuyur.” (23, 30) M.F.Axundov həmin 
şeiri Azərbaycan dilinə  tərcümə edərək “Təmsilat”da çap 
etdirmişdir. Tədqiqat işində  şeirin Azərbaycan dilində olan 
variantını verməyi məqsədəuyğun hesab etdik: 
 
Bahar günüdür, qalx tamaşaya gedək
Dünyaya etibar yoxdur, kim bilir, bir də bahar gələcəkmi.
 
 
Qalx, bahar küləyinin hərəkətini, quşun 


 
 
103
Mövzun nəğməsini, laləzarın xoş qoxusunu qənimət bil. 
Yasul ağacın yarpaqları şəxsin nəzərində ağıllı, 
Allahın varlığını birər dəftər səhifəsidir. (23, 252) 
 
Şeyx Sədi  Şirazi antroponimi titul + təхəllüs +nisbə 
komponentlidir. “Sədi” məşhur fars şairi,  Şərq  ədəbiyyatının  ən 
görkəmli nümayəndələrindən biri olan Müşərrəf Müsləhəddin 
Abdullanın təхəllüsüdür,  ərəb mənşəli olub “xoşbəxtliklə, bəx-
təvərliklə  əlaqəli olan, uğurlu ulduza mənsub olan” anlamlarını 
bildirir. (29, 311) Ümumiyyətlə, Sədi  Şirazininin seirlərindən, 
kəlamlarından istifadə etmək XX əsrə kimi mövcud olan bədii 
dilimiz üçün xarakterikdir. Ə.Haqverdiyev də ədəbi qəhrəmanın - 
böhrana məruz qalmış  Nəcəf bəyin vəziyyətini təsvir edərkən 
Sədinin kəlamlarına müraciət edir: “Nəcəf bəy olub, Sədi 
demişkən, giriftarü paybəndi-əyal” (108, 140), yəni “Nəcəf bəy 
arvad-uşaq əlində əsir qalıb.”  
“Hekayəti-Müsyö Jordan və  Dərviş  Məstəli  şah” komedi-
yasında mövcud olan passiv antroponimlər M.F.Axundovun 
birinci komediyasından fərqli olaraq dəfələrlə çoxdur. Əsərdə 
verilmiş passiv antroponimlərdən M.F.Axundovun necə böyük 
məlumata, elmi biliyə, dünyagörünüşünə sahib olduğu aydın olur. 
Belə ki, əsərdə XVII – XIX əsr fransız, isveç, ingilis, Amerika 
nəbatat alimləri, dövlət xadimləri haqqında məlumat verilir: 
“Bundan  əvvəl bizim ətibba və hükəmalarımız cənab Linney və 
Turnefort və Bartram belə güman etmişlər ki, bu nəbatat ancaq 
Alp dağlarında və Amerikada və  Şveysariya dağlarında mövcud 
olur... Və  mənim ismü rəsmim bu cəhətdən cənab Linneyin 
hamisi Georq Qllifordun ismü rəsmindən  ərfə  və  əcəll və özüm 
üçün göstərdiyim xidmət Germaniyanın məcməyi-üləması 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə