ƏZİZƏ Mİkayilova



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə25/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   ...   21   22   23   24   25   26   27   28   ...   76

 
 
91
də, bir ad kimi başqa anlamlar da kəsb etmişdir. Orta Asiyada X-
XIII yüzilliklərdə Qaraxanilər dövlətini idarə edən türk 
sülaləsinin hakimlərinin adlarının tərkib hissəsi kimi meydana 
gəlmiş adlardandır, “böyük, qüdrətli, güclü” anlamında 
işlənmişdir. (29, 222) Q.Bağırov “qara” sifətinin xalq danışıq 
dilində “qara məxluq, qara adam, qara camaat” mənaları 
olduğunu izah edir, həmin ifadələrin “avam, sənəti-peşəsi 
olmayan, savadsız, vəzifəsiz adamlar mənasında işləndiyini” 
əsaslandırır. (42, 21) Lakin qeyd edilən mənalar heç biri Hacı 
Qara obrazının xarakteri ilə bağlı deyildir. Xalq danışıq dilində 
“qara” sözü “pis niyyətli, bədxasiyyət adam” mənasında da 
işlənir. Real həyatdan alınan bu obrazın onomu daha çox həmin 
mənaya uyğun gəlir ki, bu da bir təsadüf nəticəsindədir.  
“Qara”  şəxs adı sifətin substantivləşməsi yolu ilə  əmələ 
gəlmişdir. Adyaranmada sifət substantivləşərkən onun leksik 
mənası  dəyişmir, xüsusi ad bildirmə keyfiyyəti ön plana çəkilir. 
Adətən, sənətkar substantivləşmiş sifətlərdən xüsusi ad kimi 
istifadə edərkən onomun vasitəsi ilə obrazın hər hansı daxili və 
xarici əlamətlərinin açılması imkan verir.  
1860-cı ildə “Central asion review” (ingilis mətbuatı) adlı 
məcmuədə “Aldanmış  kəvakib” povesti M.F.Axundovun ən 
siyasi bədii  əsəri adlandırılır və yazılır: “bu əsər  Şah Abbasın 
(1587-1629) hakimiyyəti dövründə baş vermiş bir hadisə əsasında 
yazılmışdır.” (27, 345) Tədqiqatçılar “Aldanmış  kəvakib”in 
mövzusunun Iran tarixçisi Iskəndər bəy Münşinin “Tarixi-aləm-
arayi-Abbasi”  əsərindən götürüldüyünü qeyd edirlər.  Ədib özü 
əsərin bir yerində aydın məlumat vermişdir: “Odur ki, хanəndələr 
bu güzarişin vüquunda şübhə edib gizlə  həml edələr, bu surətdə 
mən olardan təvəqqə edirəm ki, “Tarixi-aləm-ara”da  Şah 


 
 
92
Abbasın cülusunun yeddinci ilində sadir olan vəqayiə 
mülahizə etsinlər.” (23, 209) Axundovşünas 
N.Məmmədov Iran tarixçisi Iskəndər bəy Münşinin 
əsərində “Aldanmış  kəvakib”in süjet xəttini xatırladan 
bu sətirlərin yazıldığını göstərir: “Münəccim Mövlanə 
Cəlaləddin Məhəmməd Yezdi bir gün şaha xəbər verdi 
ki, Mərrix ilə  Əqrəb göydə bir-birinə yaxınlaşacaq və 
bundan da Iran və onun şahına böyük bədbəxtlik üz 
verəcəkdir: gözləniləcək bəladan salamat çıxmaq üçün 
isə üç günlük hakimiyyətdən  əl çəkmək və  cəzaya 
müstəhəq olan bir adamı  səltənət başında oturtmaq 
lazımdır. Bu xüsusda çöp atdılar, çöp Yusif Sərraca 
düşdü. Odur ki, zati-aliləri özünü təxti-səltənətdən xəl 
etdilər və öz yerinə  həmin adamın  şah keçdiyini elan 
etdi. Onun başına tac qoydular və  şaha layiq paltar 
geydirdilər və  dəvəyə mindirib əmirlərin və ordunun 
müşayiəti ilə təntənə ilə şahlıq məhəllinə gətirdilər. Şah 
ilə yaxın xidmətçiləri xəlvət bir guşəyə çəkildi. Üç gün 
kеçdikdən sonra Yusifin evində axtarış aparıb  şərab 
tapdılar və onu bir dinsiz kimi elan edib cəzalandırdılar. 
Şah  əvvəlki qərar üzrə yenə  şahlıq başına keçdi.” (23, 
260) 
M.F.Aхundov Mirzə Yusif хana yazdığı  məktubda 
(8.ХI. 1875) yazmışdır: “Cami-cəm” kitabının 


 
 
93
mütərcimi  şahzadə  Fərhad Mirzə  Məkkə ziyarətinə 
gеtdiyi zaman Tiflisdən kеçərkən mənə dеdi: 
-Mirzə  Fətəli, “Tariхi-aləm-ara”da Yusif Sərracın 
hеkayəsi sənin yazdığın qədər müfəssəl dеyildir. Sən nə 
üçün o qədər təfsilatı əlavə еtmişsən? 
Mən ona dеdim: 
-Şahzadə! Mən məgər tariх yazmışam ki, təksə baş 
vеrən hadisələri yazmaqla kifayətlənim. Mən kiçik bir 
məsələni  əlimdə vasitə  еdib, öz təfəkkürümlə onu 
gеnişləndirərək o dövrün nazirləri və dövlət başçılarının 
puçbеyinliyini açıb göstərmişəm ki, gələcək nəsllər 
üçün ibadət dərsi olsun və onlar səhif münəccimlərin 
sözlərinə  və  хəbərlərinə inanmasınlar; özlərini bu kimi 
hərəkətlərlə  əcnəbilərin nəzərində  məsхərə  hədəfi  еt-
məsinlər (25, 391). 
Göründüyü kimi, M.F.Axundov qələmə aldığı dövrü 
hərtərəfli öyrənmiş, zəngin material toplamışdır. 
Doğrudan da, yazıçı povesti yazarkən yalnız tarixi 
faktlara  əsaslansa idi, əsər quru, maraqsız olar, 
M.F.Axundovun ictimai-siyasi görüşlərini əks etdirməz, 
bu qədər dəyərli və qiymətli olmazdı. Sənətkar 
təxəyyülündən keçmiş bu əsərdə tarixi faktlar əsas götü-
rülsə  də, M.F.Aхundov  əsərə yeni məna, ideya vermiş, 
maraqlı hadisələrlə zənginləşdirmiş və satirik boyalarla 
canlandırmışdır.M.F.Axundovun təsvir etdiyi tarixi 


 
 
94
hadisə üçün zaman, məkan anlayışı yoxdur. Həmin 
hadisə müxtəlif dövrlərdə və yerlərdə baş verə bilər. 
Povestdə  əllidən çox onomastik vahid qeydə 
alınmışdır ki, bunlardan otuz ikisi antroponimdir. 
Əsərdə on yeddi obraz iştirak edir: Şah Abbas, Səlma 
xatun, Xacəbaşı Xacə Mübarək, Münəccimbaşı Mirzə 
Sədrəddin, Vəzir Mirzə Möhsün, Sərdar Zaman xan
Müstəvfi Mirzə  Yəhya, Mollabaşı Axund Səməd, 
Mövlanə Cəlaləddin, Yusif Sərrac, Əsəd bəy, Əzim bəy, 
Sandıqdar Ağa Həsən, Molla Rəməzan, Qurban bəy, 
Mirzə  Cəlil, Mirzə  Zəki.  Şah Abbas, Yusif Sərrac, 
Mövlanə 
Cəlaləddin Yezdi obrazları yalnız 
M.F.Axundovun “Aldanmış  kəvakib” povestinin deyil
həm də Iran tarixçisi Iskəndər bəy Münşinin əsərinin də 
iştirakçılarıdır. Deməli, həmin obrazlar yalnız yazıçı 
təxəyyülü ilə yaranmamış, tarixdə yaşamış insanların 
obrazlaşdırılmış surətləridir. Qəribə də olsa, qeyd etmək 
lazımdır ki, tarixi şəxsiyyətlərin də  bəzən adlarının 
leksik mənası ilə şəxsiyyəti arasında bir uyğunluq olur. 
Abbas  ərəb mənşəli olub “heybətli, zəhmli, qəzəbli, 
hirsli, acıqlı” anlamlarını bildirir. Yusif qədim yəhudi 
dilində “yosef” sözündən olub “əlavə ediləcək, 
artırılacaq” və yaxud “Allah artıracaq, Tanrı  əlavə 
edəcək” anlamlarında işlənir. “Aldanmış  kəvakib” po-
vestində  хalq  Şah Abbasın qəzəbinə düçar olmaqdan 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə