ƏZİZƏ Mİkayilova



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə35/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   ...   31   32   33   34   35   36   37   38   ...   76

 
 
131
formalaşmasında daha çox iştirak edir. Bu titulların müsbət 
motivləri ifadə etməsi ilə bağlıdır.  
Azərbaycan dilçiliyində titulların tədqiqi tarixindən bəhs 
edərkən A.Bakıxanov ilk azərbaycanlı alim kimi diqqətimizi cəlb 
edir. O, 1843-cü ildə “Kafkaz” qəzetində çap etdirdiyi 
“Proisхocdеniе plеmеn, nasеləöhiх  nınеşnıе zakavkazskiе 
provinüii” adlı  məqaləsində  nəsil adlarının yaranma-sından bəhs 
etmiş, ölkəmizi  ərəblərin, farsların, səfəvi hökm-darlarının 
işğalından sonra xalqı idarə etmək üçün bəylərbəyilərin və 
qubernatorların təyin edilmələri haqqında məlumat vermiş, 
xanların, sultanların, məliklərin və yüzbaşıların onların idarəçiliyi 
altında olmasını, “bəy” titulunun isə hökmdar nümayəndələri 
üçün ümumən olaraq işlədilməsini  şərh etmişdir. (240, 135) 
Həmin ildə A.Bakıxanov “O naimеnovaniəх i titulaх” adlı 
məqaləsində isə titullar haqqında daha geniş məlumat vermişdir. 
(241, 136-141) O, yalnız Azərbaycan üçün deyil, həm də 
Zaqafqaziya və Iran üçün səciyyəvi olan titulların – xan, sultan, 
məlik, bəy, ağa, mirzə, yüzbaşı, naib, qalabəyi, usmi, qazi, 
mülkədar, vəkil, sərkər, darğa, mirab, mizandar, kovxa, 
kəndxuda, nökər, qul, bəyzadə, eşikağası, tərxan və s. vahidlərin 
leksek mənasını, mənşəyini, işlənmə dairəsini izah etmişdir. 
A.Bakıxanov sultan, naib, məlik, ismi, vəkil, mülkədar, mizandar, 
nazir və s. sözlərin  ərəb mənşəli, mirzə, sərkar, darğa, mirab, 
koxa, kəndxuda, nökər və s. sözlərin fars mənşəli, tərxan, 
eşikağası, qul, yüzbaşı, minbaşı  və s. sözlərin isə türk mənşəli 
olduğunu əsaslandırmışdır.  
XIX  əsrin ikinci yarısında yaranmış  bədii  əsərlərdə obraz-
ların onomlarının böyük bir hissəsi titullarla birgə  işlənmişdir. 
Bədii  əsərlərdə  şəxs adlarının titullarla birgə  işlənməsi, ilk növ-


 
 
132
bədə, dövrün tələbi olmuşdur, yəni müəyyən ictimai mühitdə 
antroponimlərin tərkibinin qanunauyğunluğuna  əsaslanaraq, 
adların üslubi funksiyası ilə əlaqədardır.  
Nəzərdə tutduğumuz dövrdə ad və tituldan ibarət olan 
antroponimlər  şəxs və ya obraz haqqında daha ətraflı  məlumat 
verir, çünki titulların daşıdığı funksiya da şəхs adları kimi 
müəyyən üslubi çalarlara malikdir.  
XX  əsrin  əvvəllərinə kimi titullar cəmiyyətin hakim təbə-
qələrinə  məxsus olmuşdur. Azərbaycanda xilafət dövrünə kimi 
yalnız türk dillərinə, VII əsrdən etibarən isə həm türk, həm ərəb, 
həm fars dillərinə məxsus olan titullardan istifadə olunmuşdur.  
XIX  əsrin ikinci yarısında bədii üslubda mövcud olan ob-
razların adı ilə birlikdə onların titullarını da nəzərdən keçirmək 
maraqlıdır. Bədii dildə mövcud olan titullar Azərbaycan dili və 
xalqı üçün xarakterikdir. Görkəmli yazıçılarımız titulları 
xalqımızın gündəlik həyatından bədii  ədəbiyyata gətirmiş
bununla da bugünkü nəslə  həmin titullar haqqında tam məlumat 
vermişlər. 
Bədii dildə mövcud olan titulları leksik-semantik xüsusiyyət 
və funksiyalarına görə aşağıdakı qruplara ayırmaq olar: 
1. Ali hakimiyyət üzvlərinin adlarının titullarla birlikdə 
işlənməsi daha qədim dövrün tarixi ənənələrini  əks etdirir. 
Antroponimlərin qeyd etdiyimiz quruluşu M.F.Axundovun bədii 
dilində çox saylıdır. Məsələn, Qeysər padşah, Nərgiz xatun, Səfər 
bəy, Hatəmxan ağa,  Şahbaz bəy,  Şərəfnisə xanım,  Şəhrəbanu 
xanım, Qurban bəy, Allahverdi bəy, Mirzə  Ağası  bəy, Yasavul 
Kərim, Teymur ağa, Ziba xanım,  Şölə xanım, Nisə xanım, Pəri 
xanım, Səlim bəy, Qədir bəy,  Əziz ağa, Hidayət xan, Sultan 
Mahmud Qəznəvi, Heydər bəy,  Əsgər bəy, Səfər bəy, Sona 


 
 
133
xanım, Xəlil Yüzbaşı, Əmiraslan bəy, Səkinə xanım, Ağa Abbas, 
Ağa Həsən, Ağa Mərdan, Ağa Salman, Ağa Kərim, Məhəmməd 
şah,  Şah Abbas, Səlma xatun, Zaman xan, Əzim bəy,  Şah 
Ismayıl, Ağa Həsən, Bağır xan, Fərəc xan, Hürmüz şah,  Şah 
Sultan Hüseyn, Nadir şah, Həkimə xatun və s.  
N.Vəzirovun bədii dilində mövcud olan ali hakimiyyət 
üzvlərinin adları  və titulları – Bayraməli bəy,  Şahmar bəy, 
Əbdülrəhman bəy, Xırda xanım, Səkinə xanım, Iskəndər bəy, 
Salman bəy, Səlibnaz xanım, Səttar bəy, Fatma xanım,  Şamama 
xanım, Çiçək xanım, Cənnətəli ağa, Xanpərvər bəyim, Püstəbanu 
bəyim, Səftərqulu ağa, Dilbər xanım, Cavahir xanım, Fəxrəddin 
bəy, Mələk xanım,  Şahmar bəy, Rüstəm bəy, Səadət xanım, 
Cahangir bəy, Cabbar bəy, Kərim xan, Rəşid bəy, Aslan bəy, 
Laçın bəy, Imamqulu bəy və s. 
N.Nərimanovun bədii dilində – Məhəmməd ağa, Mursaqulu ağa
Şamdan bəy, Niyaz bəy, Rza bəy, Hеydər bəy, Nəcəf bəy,  Şah 
Sultan Hüsеyn  хan,  Şah Təhmas, Cəfər  хan, Gürcü bəy, Mirzə 
Mеhdi хan, Musa bəy, Cavad хan, Allahyar хan və s.  
Ə.Haqverdiyevin bədii dilində mövcud olan ali hakimiyyət 
üzvlərinin titulları və obrazların onomları ilə birlikdə - Nəcəf bəy, 
Süleyman bəy, Səlim bəy, Aslan bəy, Həmzə  bəy, Sona xanım, 
Mehri xanım, Pəri  хanım, Nazlı  хanım, Mirzə Qoşunəli, Mirzə 
Bayram və s.  
C.Məmmədquluzadənin bədii dilində mövcud olan ali 
hakimiyyət üzvlərinin titulları  və obrazların onomları - Xudayar 
bəy, Karapet ağa, Heydər xan və s. 
2. XIX əsrin ikinci yarısında bədii dildə  Məhəmməd 
Peyğəmbərin dövründən başlayaraq istifadə olunan dini mahiyyət 
daşıyan titullar və fəxri adlar aşağıdakılardır: 


 
 
134
M.F.Axundovun bədii dilində - Molla Ibrahimxəlil, Molla 
Həmid, Hacı Kərim, Molla Salman, Məşədi Cabbar, Şeyx Salah, 
Hacı Nuru, Məşədi Qurban, Hacı Qara, Hacı Qafar, Hacı Rəcəbli, 
Molla Bağır, Axynd Səməd, Kərbəlayı Səlim, Molla Rəsul, Molla 
Rəməzan,  Şеyx Səid ibn-Mənsur,  Şeyx Bəhai, Hacı  Fətulla, 
Axund Molla Məmmədbağır Məclisi, Həzrət Imam Həsən Əsgəri, 
Həzrət Sahib, Şeyx Tusi, Imam Əliyyənnəqi, Imam Cəfər Sadıq, 
Həzrət Qaim, Həzrəti Xızr, Həzrəti Nuh, Həzrəti Loğman,  Şeyx 
Mahmud  Şəbüstəri, Həzrət  Əli, Mollayi Rumi, Imam Qəzali, 
Əlazikrihissəlam (Həsən ibn-Məhəmmədi Bozorga məxsus fəxri 
ad), Seyyidüş-şühəda (Hüsеyn ibn-Əliyə məxsus fəxri ad) və s.  
N.Vəzirovun bədii dilində - Kərbəlayi Məhəmməd, Hacı 
Qənbər, Hacı Salman, Molla Səfi, Hacı Murad, Məşədi Tağı, 
Hacı Sadıq, Hacı Məhərrəm və s. 
Ə.Haqverdiyevin bədii dilində - Məşədi Cəfər, Kərbəlayı 
Bəndəli, Hacı Səməd və s. 
N.Nərimanovun bədii dilində – Hacı Abdulla, Hacı Ibrahim 
və s.  
C.Məmmədquluzadənin bədii dilində - Hacı Rza, Məşədi 
Oruc, Kərbəlayi Cəfər, Kərbəlayi Heydər, Molla Pirqulu, Hacı 
Həmzə, Kərbalayi Qafar, Kərbəlayi Səbzəli, Kərbəlayi Baxşalı, 
Məşədi Orucəli, Kərbəlayi Ismayıl, Molla Məmmədqulu, Həzrət 
Abbas və s. 
Türkdilli xalqlar arasında yayılmış bu titullar dil mənşəyinə 
görə müxtəlif və çox rəngarəngdir. XIX əsrin ikinçi yarısında 
bədii  ədəbiyyatda istifadə olunan titullar bütövlükdə uzun bir 
tarixi dövrdə Azərbaycan xalqı üçün xarakterikdir. 
Mənşəyinə görə titulları əsasən üç qrupa bölmək olar: 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə