ƏZİZƏ Mİkayilova



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə36/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   ...   32   33   34   35   36   37   38   39   ...   76

 
 
135
1. Türk dillərinə  məxsus olan titullar: xan, bəy, xanım, 
bəyim, xatun, xaqan, ağa, qul, yüzbaşı, minbaşı və s. 
2.  Ərəb və fars dillərinə  məxsus olan titullar: əmir, xəlifə, 
şah, vəzir, milkədar, vəkil, darğa, nökər, qazi, vali, imam, kərbə-
layi, kəblə, hacı, məşədi, dərviş,  şeyx,  şeyxülislam, seyyid, 
müəzzin, həzrət, mirzə, katda və s. 
3. Türk və  ərəb-fars mənşəli sözlərin birləşməsindən  əmələ 
gələn titullar: divanbəyi, kəndxuda, aхund və s. 
Yuxarıda qeyd etdiyimiz bütün titulların hər biri haqqında 
ayrılıqda məlumat vermək, onların mənasını izah etmək yerinə 
düşərdi. Qеyd еtmək lazımdır ki, titullar bədii dildə üslubi vasitə 
kimi həm obrazın cəmiyyətdə tutduğu mövqеyi  əks  еtdirir, həm 
də  sənətkarın yaşadığı dövrdə mövcud olan ictimai-siyasi 
vəziyyəti hərtərəfli işıqlandırır. 
Ağa – XX əsrin əvvəllərinə kimi həm hakim təbəqələrə, həm 
də seyyidlərə verilmiş türk mənşəli tituldur. “Ağa” qədim türk 
dillərində “böyük, ilkin, ulu” anlamında işlənmişdir. (8, 10) A. 
Aхundov isə “ağa” sözünün “qalхmaq, böyümək” mənalı “ağ” 
fеlinin üzərinə türk dilinin ən qədim  şəkilçilərindən olan -a 
şəkilçisinin artırılması ilə düzəlmiş  fеli isim olduğunu 
əsaslandırmışdır. (21, 447) Ermənilərə xas olan “özününküləşmə” 
siyasəti türk mənşəli titulların işlədilməsində  də özünü göstər-
mişdir. Bu da görkəmli ədiblərimizin nəzərindən yayınmamışdır: 
“Karapet ağaya təzəliklə yaxşı  qənd gəlib, adına Prodski 
deyirlər.” (167, 28)  
Ə.Haqverdiyev “Dağılan tifaq” pyesində yaranmaqda olan 
yeni ictimai qüvvələri təmsil edən "Cavad" obrazı vasitəsi ilə 
həyatda fəal olmağa çalışan tacirlərin, sələmçilərin surətini 
yaratmışdır. Yazıçı Cavadın həyatda mənsub olduğu mövqeyinin


 
 
136
ictimai mənşəyinin dəyişməsini tituldan üslubi vasitə kimi 
istifadə  еdərək verir: “Amma onun nökəri Cavad indi olub Ağa 
Cavad, sövdagəri-məşhur.” (108, 138); “Cavad deyəndə kənddən 
gəlmə bir ac gədənin birisi idi. Nəcəf bəy onu adam elədi. Cavad 
oldu Ağa Cavad. On min manata yaxın əhvalı var, qaçaq mal alış-
verişi eləyir, sövdəgərlər arasında sahibi-etibardır.” (108, 40) 
Yazıçı ictimai silki müxtəlif olan təbəqələrin bir-birinə olan 
münasibətini titulların üslubi vasitəsi ilə əks etdirir: “Fərhad bəy 
uşaqdır, amma sən ağsaqqal heyvansan, gərək ağa ilə nökərin 
yerini biləsən.” (108, 156) 
Axund – müsəlmanların baş ruhanilərinə verilən tituldur. 
Türkcə “ağa” və farsca “xudavənd” (ağa, başçı) sözlərinin bir-
ləşməsindən yarandığı ehtimal olunur. (29, 20) S.L.Zеlinskiy 
1889-cu ildə yazdığı “Obъəsnitеlğnıy slovarğ tatarskiх, 
qruzinskiх i armənskiх slov” adlı izahlı lüğətdə müsəlman dini ilə 
bağlı alimləri iki katеqoriyaya bölmüşdür: ali katеqoriyaya 
aхundlar, aşağı katеqoriyaya isə mollalar aid еdilmişdir. (263, 7) 
M.F.Axundovun özü yazdığı  tərcümeyi-halına təkrar nəzər 
salaq: “Bu Axund Hacı  Ələsgər fazil bir şəxs olub, farsca və 
ərəbcə kamil məlumatı vardı. Məni övladlığa qəbul etdi; mən 
xalq arasında Hacı  Ələsgər oğlu deyə tanındım.” (34, 86) 
M.F.Axundov öz familiyasını onu övlad kimi qəbul edən, təlim-
tərbiyə verən Axund Hacı  Ələsgərin tituluna müvafiq olaraq 
götürmüşdür. Çox güman ki, bu səbəbdən də komediyalarının 
mənfi obrazlarına “axund” titulunu verməmişdir. Yalnız son 
irihəcmli  əsərində - “Kəmalüddövlə  məktubları”nda xalqı daim 
qorxu və  əsarətdə saxlamaq üçün müxtəlif moizələr oxuyan 
obrazı yaratmaq üçün “axund” titulundan üslubi vasitə kimi 
istifadə etmişdir, çünki “axund” titulu mənsəbcə digər ruhani 


 
 
137
titullarından yüksəkdir: “Yoldaşlarımla çəkilib məscidin bir 
guşəsində oturduq. Axund Molla Sadıq minbərə çıxdı.” (26, 84) 
C.Məmmədquluzadənin “Danabaş 
kəndinin 
əhvalatları” 
povestindəki Axund obrazı daha satirik boyalarla işlənmişdir. 
Müəllif Axund obrazının o taydan, yəni Cənubi Azərbaycandan 
olmasını qeyd etsə də adlandırmamışdır. Sadığın dükanına gələn 
Axund Lağlağı Sadığın ləqəbinin verilmə səbəbini elə bir dil ilə 
soruşur ki, kəndlilər onu anlamırlar:  
“ - Əxəvizadə, nə illət, cənabınızın ismi şərifinə Lağlağı 
ləqəbi izafə artırırlar?  
Axundun sözlərini nəinki kətdilər, heç mən özüm də başa 
düşmədim.” (167, 13) 
“Ayama” sözünü avam sözü, “ləqəb” sözünü isə  ərəb sözü 
adlandıran Axund özü dediyi kimi “ərəb dərsini tamam eyləmiş, 
sonra minbərə  çıxmışdır.” Lakin söhbət zamanı  məlum olur ki, 
Axund gündəlik danışıq dilinə  məxsus olan ən adi sözləri belə, 
ərəb dilinə tərcümə edə bilmir. Buna baxmayaraq, Axund ən çətin 
vəziyyətdən araya digər bir söz salmaqla çıxmağı bacarır və 
Sadığın ləqəbinin verilmə  səbəbini onun çox danışmağı ilə 
əlaqələndirərək “əbasını düzəldib, dükandan çıxıb getdi.” 
Bəy, bəyim – qədim türk mənşəli titullardır. “Bəy” titulu üç 
anlamda işlədilir: 1) bir yerin əmiri, hakimi, rəisi, başçısı; 2) müraciət 
forması; 3) evlənən, toy edən oğlan. (29, 17) XIX əsrin ikinci 
yarısında bədii  ədəbiyyatda işlədilən “bəy” titulu məhz hakim 
təbəqələrə verilmiş titul, “bəyim” isə “bəy arvadı”- “mənim 
bəyim” deməkdir.  
Azərbaycanda Sovet hakimiyyətinə  qədər “bəy” titulu həm 
irsi olaraq, həm də hökümət tərəfindən verilirdi. “Bəy” titulunun 
verilməsi haqqında məlumata M.F.Axundovun, 


 
 
138
C.Məmmədquluzadənin  əsərlərində rast gəlmək olar. “Sərgüzəşti-
mərdi-xəsis” komediyasında Naçalnik Ohandan şahidlik etməyi 
tələb edərkən Ohan dеyir: “Mən iyirmi ildir vilayət böyüklərinə 
qulluq edirəm. Iyirmi rizaməndlik kağızım var, keçən il mənə 
gümüş medal yazmışdılar! Başına dönüm, mənim bəylik üçün 
şəhadətnaməm dəxi var! Axırıncı nüfuz dəftərində  bəy 
yazılmışam. Indi bu mənim bəyliyimi istir batırsın” (23, 159) 
“Bəy” türk mənşəli tituldir. Bu titul müxtəlif dövrlərdə 
Azərbaycan dilinə, Azərbaycan xalqına məxsus olmuşdur. Ohan 
erməninin “bəylik üçün şəhadət almağı” ideyası müasir dövrümüz 
üçün yenilik deyildir. Bu gün ermənilərin Azərbaycan torpağını, 
Azərbaycan musiqisini, dilimizə  məxsus müxtəlif sözləri, hətta 
şəxs adlarını, digər Azərbaycana və azərbaycanlılara məxsus 
olanları mənimsəmələrinin kökü həmin dövrlərdən çox-çox əvvəl 
başlasa da, M.F.Axundov kimi dahi sənətkarın nəzərindən 
kənarda qala bilməzdi. 
C.Məmmədquluzadə “Danabaş  kəndinin  əhvalatları”nda 
“bəy” titulunun məhz dövlət tərəfindən verildiyinə və nəsildən-nəslə 
ötürülməsinə  işarə edərək yazmışdır: “Paltarını  təzə-ləyib və  əlinə 
bir zoğal ağacı alıb, xəbər verdi ki, onun adı Xudayar deyil, 
Xudayar bəydi. Kimin ixtiyarı vardı soruşsun haradan ona bəylik 
yetişib?! Amma xalq bilirdi ki, bəylik ona oradan yetişib ki, qlava 
anasını siğə edib. Iyirmi-otuz adamı Xudayar katda dama qatıb 
məhz o səbəbə ki, səhvən ona deyiblər Xudayar katda, 
deməyiblər Xudayar bəy.” (167, 22) Əsərdən verilmiş bu hissə 
XIX  əsrdə “bəy” titulunun bir çox titullardan üstün olması 
faktının izahına gətirib çıxarır. 
Ə.Haqverdiyev “bəy” titulundan üslubi vasitə kimi istifadə 
edərək zəhmətkeş kəndli ilə istismarçı bəylərin arasında mövcud 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə