ƏZİZƏ Mİkayilova



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə44/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   ...   40   41   42   43   44   45   46   47   ...   76

 
 
164
Əsərin digər bir hissəsində Əli ibn-Əbu Talibin adı onun titulu ilə 
birgə  işlənmişdir: “Onlar deyirlər ki, Həzrət  Əli kimyanı 
Müaviyəyə öyrətdi” (26, 95) Müaviyə isə Bəni Üməyyə xəlifələri 
sülaləsinin başçısı, 661-680-cı illərdə isə xəlifə olmuşdur.  
Əla-Zikrihissəlam (“Kəmalüddövlə  məktubları”) – Bu fəxri 
ad din xadimi Həsən ibn-Məhəmməd Bozorg Ümmid Ismailiyə 
verilmişdir. M.F.Axundov həmin adın verilmə səbəbini belə izah 
edir: “Əla-Zikrihissəlam ləqəbi ilə  məşhur olan Həsən ibn-
Məhəmməd Bozorg Ümmid Ismaili həddi-kəmalə çatdığı zaman 
filosofların nəzəriyyəsini və elmlərini öyrənməyə həvəs göstərirdi. 
Onun bu ləqəbi almasının səbəbi budur ki, Həsən ibn-Məhəmməd 
Ismailiyyə  məzhəbinin banisi olan Həsən Səbbah ilə adaş idi, 
Həsən ibn-Məhəmməd isə Iran Ismaililərinin imamı sayılırdı. 
Ismaililər onu öz imamı tanıyaraq, sağlığında ona “Mövlanə”, 
“Seyyidanə ” deyə xitab edərdilər. Öldükdən sonra isə adı  hər 
yerdə  çəkildikdə, ehtiram əlaməti olaraq baş  əyib ona salam 
göndərərdilər.” (26, 104) Qeyd etdiyimiz kimi, “Əla-
Zikrihissəlam” Həsən ibn-Məhəmmədin ləqəbi yox, fəxri adıdır. 
Seyyidüşşühəda (“Kəmalüddövlə  məktubları”) siələrin 
üçüncü imamı Hüseyn ibn-Əliyə verilmiş  fəxri addır. –
“Seyyidüşşühədanın viladət gecəsində allah-taala behişt huri-
lərindən Ləya adlı birinə  vəhy etdi ki, dari-dünyaya nüzul et...” 
(26, 130) 
Ilk dəfə “Quran”ayələrində yazılan,“mömünlərin başçısı” 
anlamını bildirən “Əmirəlmömün” (“Kəmalüddövlə  məktubları”) 
fəxri adı  şiələrin birinci imamı  Əli ibn-Əbutalibə  məxsusdur. –
“Dinsizlərdən bir nəfər Əmirəlmömünün yanına gəldi...” (26, 46)
 
 


 
 
165
 
M.F.Axundov islam dininin sonuncu peyğəmbəri olan Mehdi 
haqqında fikir yürüdərkən onun adı ilə birlikdə “Quran” 
ayələrində verilmiş  fəxri adından da bədii üslub vasitəsi kimi 
istifadə etmişdir: “Bir halda ki, ağıl və təfəkkür sahiblərinə, yəni 
ülama yol vermirlər və üləmanın zoru, axirət dünyası, yəni 
fanatizm cəhətindən bir mərtəbədədir ki, onlar heç vaxt özlərini 
şahların hökmünə tabe fərz etməzlər, bəlkə əksinə, özlərini Naibi-
imami-qaib və Sahibəzzəman bilirlər və onların hər birisi hər 
diyarda özünü müstəqil və  əsrin yeganəsi hesab edib, özünə 
müctehidlik adı verib, ancaq özünün müridlərini və təqlidçilərini 
çoxaltmaq fikrindədir.” (26, 71) “Naimi-imami-qaib” – “qeyb 
olunmuş”, “Sahibəzzəman” isə “zama-nın sahibi” deməkdir. 
“Quran” ayələrinə  əsasən, qeyd olunan fəxri adlar Mehdiyə  hər 
zaman diri hеsab olunduğu üçün ve-rilmişdir. 
Ə.Haqverdiyevin bədii dilində gülüş yaratmaq məqsədi üçün 
fəхri adlardan da üslubi vasitə kimi istifadə edilmişdir: “Buyur 
görək, Ağa Həmzə  bəy Sahibqıran. Söylə  rəşadətindən
vurduğundan, yıxdığından, hünərindən, pəhləvanlığından, danış 
görək sən harada dam yarıb, dana çıxarıbsan, buz yarıb buzov 
çıxardıbsan?” (108, 114) Sahibqıran  Şərqdə böyük hökmdarlara 
verilən fəxri addır. Sənətkar yalançı, qorxaq olan bir obraz 
haqqında özünün əsl fikrinin tam əksinə olaraq öz sözünü ciddi 
tərzdə dediyi zaman həmin obraza kinayə etmiş olur. Kinayə 
bədii üslub vasitələrindən biri olub gizli məsxərədir.  
Ləqəblərdən fərqli olaraq fəxri adlar isə tamamilə  ərəb və 
fars mənşəli sözlərdir. 
 


 
 
166
 
1.4. Ləqəblərin üslubi-linqvistik хüsusiyyətləri 
  
 
Ləqəblər köməkçi ad kateqoriyasının ən maraqlı növlərindən 
biri olub, həm xalq danışıq dilində, həm də bədii əsərlərin dilində 
çox yayılmışdır. V.A.Qordlevski oğuz türklərinə  məxsus 
antroponimlər sistemi haqqında bu sətirləri qeyd etmişdir: 
“Onlarda uzun müddətdir ki, iki ad özünü göstərir – yeni 
müsəlman adı  və  qədim sıravi ad və ya ləqəb, hətta iki adlılıq 
sarayda da özünü göstərirdi. Məsələn, Ziyəddin Qara Aslan, 
Fəxrəddin Arslan Doğmuş və s.” (255, 83-84) 
“Ləqəb”  ərəb sözü olub, lüğətlərdə “ayama” sözü ilə eyni-
ləşdirilir.”Bir adamın əsl adından başqa ona verilən ad” kimi izah 
olunur. (30, 314) 
Ləqəblər xalq tərəfindın verilir, onlar rəsmi adlar deyildir. 
V.A.Nikonov “pasportdan kənar bütün adları” ləqəblər siyahısına 
daхil еtmişdir. (281, 304) Qеyd еtmək lazımdır ki, hər bir adamın 
şəxs adı olduğu halda ləqəbi olmur. Ləqəblər insanların xarici 
görünüşünə, fiziki qüsuruna, mənəviyyatına və s. uyğun olaraq 
verilir. Ləqəblərdə sözün leksik mənası  məfhumun sərhədi ilə, 
demək olar ki, bərabərləşir. Bu baxımdan dilimizdə mövcud olan 
bütün ləqəbləri nəzərdən keçirsək, sözlərin apelyativ mənası ilə 
ləqəblər arasında  əlaqə olduğunu görərik. Ləqəblərin yaranması 
ucun ilk material eynidir – ümumi və xüsusi sözlər. Ona görə də 
hər qrupda apelyativ və onomastik ləqəblər mövcuddur. (296, 54) 
Dilimizdəki ləqəblərin çoх hissəsi apеlyativ mənalı  lеksik 
vahidlərdir. Apеlyativ lеksikanın onomastik, onomastik 
lеksikanın apеlyativ lеksikaya kеçmə prosеsi fasiləsizdir, ona 


 
 
167
görə də hər bir vеrilmiş vaхt ərzində bu və ya digərinin həcmini 
dəqiq müəyyənləşdirmək mümkün dеyildir. (295, 38) 
Azərbaycan antroponimikasında köməkçi adlar kateqori-
yaları – ləqəb problemi ayrıca tədqiqat sahəsi kimi müxtəlif isti-
qamətlərdən (A.Qurbanov, M.Adilov, Z.Vеrdiyеva, A.Paşayеv, 
M.Çobanov,  Ə.Mikayılova və s. tərəfindən)  şərh olunmuş, onun 
elmi-nəzəri əsasları işlənib hazırlanmışdır. 
Xalq danışıq dilində ləqəb sözü ilə eyni mənada “ayama" da 
işlənir ki, görkəmli  ədibimiz C.Məmmədquluzadə “Danabaş 
kəndinin  əhvalatları” povestində bu sözlərin hər ikisinin leksik 
mənasından bəhs etmişdir. Fikrimizə aydınlıq gətirmək məqsədi 
ilə, əsərdən bir hissəni nəzərdən keçirək: “sözüm orasındadır ki, 
bizim kənddə  şəxs yoxdur ki, onun bir ayaması olmasın. Bizlər 
ayama deyirik. Bilmirəm başa düşdünüz, ya yox? Ayama, yəni 
ləqəb. Mən ləqəb sözünə bildirə kimi bilməzdim, çünki dərsim o 
qədər yoxdur... Axund bizi başa saldı ki, Lağlağı Sadığın ayaması 
deyil, ləqəbidir. Ayama avam sözüdür, ləqəb  ərəb sözüdür. 
Axırda axund bərk-bərk tapşırdı ki, ayama ləfzini dilimizə 
gətirməyək, ləqəb deyək.” (167, 14)  
“Naxçıvan MSSR–in dialekt və  şivələri” kitabının “Lüğət” 
bölməsində “ayama” sözündən bəhs edilərkən deyilir: “Ayə ” 
şəklində bu sözün XI əsrdə türk dillərində işlədildiyini M.Kaşğari 
də qeyd edir. (189, 225) 
“Ayama ” sözünün etimologiyası haqqında Azərbaycan dilçi-
liyində müxtəlif mülahizələr vardır. Bu haqda ilk dəfə 
R.Süleymanov bəhs etmişdir. O, “ayama” sözünün “yamamaq” 
felindən əmələ gəldiyini döstərir. (209, 187) Bu mülahizə düzgün 
deyildir. 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə