ƏZİZƏ Mİkayilova



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə42/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   ...   38   39   40   41   42   43   44   45   ...   76

 
 
157
evinə  dəvət edib onu öldürür və qadınına sahib olur.” (26, 35) 
“Sədri Yəzdi” antroponiminin quruluşu  əslində  ərəb dilçilik 
qanunlarına uyğun olaraq belədir – Sədri ibn-Yəzdi.  
Şeyx - ərəbcə  “şaxə” sözündən olub, “qocalmaq” anlamını 
bildirir. Tədqiqatçılar həmin sözün iki mənasını izah edir: 1) yeni 
və ən yeni dövrlərdə Ərəbistanda qəbilə başçısının adıdır; 2) iri, 
mötəbər din xadimlərinə, dini fənlərin bilicilərinə, sufi 
qardaşlarının başçılarına, öz möminliyi ilə məşhur olan adamlara 
hörmət  əlaməti olaraq verilən addır. (127, 130) Şeyxülislam isə 
ərəb dilində  “şeyx-ül-islam” sözündən olub, “islamın yolunda 
qocalan” anlamını bildirir, nüfuzlu din sahiblərinin  ən mötəbər 
dini başçısına verilən tituldur. Xalqın öz hüquq və  vəzifələrini 
bilməməsi ucbatından  əmələ  gələn qarışıqlıqlardan, qüsurlardan 
söz açan M.F.Axundov ölkədə müxtəlif mənsəbli, titullu şəxslərin 
hansı ixtiyar sahibi olma-sının və  vəzifələrinin isə heç kimə 
məlum olmamasını  məhz titulların müхtəlif üslubi cəhətlərindən 
istifadə  еdərək tənqid  еdir: “Əgər birisi birisinə bir sillə vura, 
məzlum bilmir ki, hansı  məqama müraciət etsin. Birisi 
müctəhidin yanına yüyürür, birisi şeyxülislamın yanına qaçır, 
birisi imam cüməyə  şikayət edir, başqası darğanın yanına gedir, 
birisi bəylərbəyiyə  ərz edir, birisi şahzadə qapısına müraciət 
eləyir.” (26, 62) 
Yüzbaşı türk mənşəli olub, Azərbaycan kəndlərində  kənd 
icması  tərəfindən seçilən vəzifə sahibinə verilən tituldur. (30, 
571)  Ş.Sədiyev yüzbaşı titullu şəxsin “yüz təsərrüfata (evə) 
sahiblik etdiyini” yazır. (201, 46) Təbiidir ki, yüzbaşıların yüz 
evə başçılıq etməsi şərtidir, lakin yüzbaşının əsas vəzifəsi əsasən, 
kənddə baş verən qanunsuzluqla mübarizə aparmaqla bərabər, 
həm də  kəndlinin mənafeyini müdafiə  еtməkdir. Lakin 


 
 
158
Ə.Haqverdiyevin “Dağılan tifaq” pyesində yüzbaşı murovun 
bütün tapşırıqlarını  səylə yerinə yetirir və öz vəsifəsini bununla 
bitmiş hesab edir: “Axşamdan yüzbaşını çağırıb tapşırırdım, 
sabah ova gedəcəyəm, gərək hər bir mayəhtac hazır olsun. 
Yüzbaşı da ki, məsələsinə arifdi. O saat anlayırdı  nə demək 
istəyirəm. Sübh durub görürdüm, mahalın qoçaq atlılarından neçə 
nəfər hər yaraq əsbabları ilə hazır, müntəzirdilər.” (108, 114) 
Özündən vəzifə cəhətdən üstün olanlara yaltaqlıq еdən, onlara hər 
tərəfdən yarımağa çalışan yüzbaşıların kəndlilərlə münasibəti isə 
çox dözülməzdir: “Aralarına yüzbaşı  gəlir, onlarla qamçı ilə 
danışır.” (108, 157) 
Qеyd еtdiyimiz kimi, bədii üslubda sənətkar еyni titula malik 
olan obraza müхtəlif mövqеdən yanaşır, obrazın müsbət və ya 
mənfi olması tituldan asılı olmur. 
XIX əsrin ikinci yarısında şəxs adları ilə birgə işlənən titullar 
daha çox obrazın cəmiyyətdəki mövqeyini əks etdirib, bədii 
ədəbiyyatda özünəməxsus üslubi çalarlara malikdir. Ti-tullar 
obrazın onomunun fərdiləşdirilməsinə, konkretləşməsinə xidmət 
edir. Komediyada adların titullarla birgə  işlənməsi, ilk növbədə, 
təxəyyül ilə bağlı olsa da, həm də yazıçılarımızın yaşadığı dövrlə 
sıx əlaqədardır. Ətrafımızda onlarla Ibrahimxəlil adlı şəxs olsa da, 
“Molla Ibrahimxəlil”- dedikdə, ondan nümunə  və ya sitat 
gətirilsə, məhz M.F.Axundovun yaratdığı personaj yadımıza 
düşəcəkdir. Bu isə, Molla Ibrahimxəlilin tarixi şəxsiyyət olması, 
həyatda yaşaması ilə tamamilə  əlaqədar deyildir. Molla 
Ibrahimxəlil məhz M.F.Axundovun yaradıcılıq qələmindən 
çıxdığı üçün bu günə kimi yaddaşlarda yaşamaqdadır. 
Şifahi nitqimizdə Azərbaycan  ədəbiyyatının görkəmli nüm-
ayəndələrinin – yazıçılarımızın komediya surətlərinin, xüsusilə, 


 
 
159
mənfi obrazların dilindən tez-tez nümunələr, sitatlar işlədirik. 
Hətta  şifahi nitqimizdə belə, həmin obrazların adları mütləq 
titulları ilə birgə  işlədilir. Bununla yanaşı, XIX əsrin ikinci 
yarısında bədii üslubda bəzən şəxs adı funksiyasını yerinə yetirən 
titullar da mövcud olmuşdur. Titullardan şəxs adı kimi istifadə 
Azərbaycan bədii dilində dramaturgiyamızın banisi 
M.F.Axundova məxsus olmuşdur. Onun 1850–ci ildə  qələmə 
aldığı “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyasında Xan; 
1852-ci ildə yazdığı “Sərgüzəşti-mərdi-xəsis” və “Hekayəti-xırs-
quldurbasan” komediyalarında Murov, Naçalnik, Yasavul, 
Divanbəyi; Koxa; 1855-ci ildə yazdığı “Mürafiə  vəkillərinin 
hekayəti” komediyasında isə Hakimi-şər obrazları  əsərlərdə 
adlandırılmamışdır. Y.Seyidov “M.F.Axundovun pyeslərində 
remarkalar” adlı  məqaləsində böyük sənətkara məxsus 
remarkalardan, remarka üslubundan söhbət açır: “Surətlərin 
əksəriyyəti öz şəxsi adları ilə verilmişdir. Bir neçəsinin isə adı 
yerinə  vəzifəsi yazılmışdır: Divanbəyi, Koxa, Xan, Murov, 
Naçalnik, Yasavul, Murovun və Naçalnikin əmələsi, Hakimi-şər
şahzadənin fərraşbaşçısı.” (206, 55) Oxucu və ya tamaşaçı məhz 
həmin obrazları titullar vasitəsi ilə tanıyırlar. Çünki dramaturq 
Xan, Divanbəyi, Murov, Naçalnik, Hakimi-şər, Yasavul, Koxa 
obrazları ilə bütövlükdə XIX əsrin ictimai-siyasi quruluşunu, 
üsuli-idarəçiliyini ifşa etmişdir. 
“Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyasında hadisələr 
Lənkəranda  хanlıqlar dövründə baş  vеrmişdi. Buna görə  də 
vilayəti idarə edən  Хandır. “Müхtəlif dövrlərdə  və müхtəlif 
ölkələrdə “xan” titulunun funksiyası dəyişmişdir. Məsələn: ХVII-
ХIХ  əsrlərdə Azərbaycanda “xan” titulunun funksiyası Iranda 
işlənən “xan” tituluna nisbətən daha yüksək olmuşdur.” (10, 15) 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə