ƏZİZƏ Mİkayilova



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə45/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   ...   41   42   43   44   45   46   47   48   ...   76

 
 
168
H.A.Bayramov göstərir ki, “ayama” sözünün M.Kaşğarı 
divanında “aya” şəklində  işlədilməsi inandırıcı deyil. Çünki 
həmin mənbədə bir isim olmaq etibarı ilə “ayama” sözündən 
deyil, “ayamaq” felindən bəhs edilir. O, “ayama” sözünü 
“qorumaq ” məsdərindən düzələn isim kimi qəbul edir və 
“qoruma” mənasında olması nəticəsinə gəlir. (45, 67)  
Azərbaycanın müxtəlif dialekt və şivələrində ləqəb və ayama 
mənasında ayalğa (Şamaxı), nəssə (Culfa), təyəlğa – təlğa 
(Qazax), ayalğa-əyalğa-əlğa və s. variantları da vardır. (13, 47) 
K.T.Ramazanov da “ayalğa” sözünün etimologiyasından 
bəhs edərək həmin sözün Şuşa, Ağcabədi, Mirbəşir, Bərdə, 
Yevlax rayonlarında çox işləndiyini yazır: "Ayalğa” sözü “ay” və 
“alğa” morfemlərindən ibarətdir. Bu sözün birinci morfemi türk 
dillərinin qədim yazılı abidələrində “ay//ıy”  şəklində “danışmaq, 
demək, adlandırmaq, ad vermək, ad qoymaq , ləqəb vermək” 
kimi mənalar daşıyan müstəqil mənalı leksik vahid, ikinci 
morfemi – “alğa” isə leksik şəkilçidir. (198, 26 ) Daha sonra 
S.Əlizadə “ayama” sözünün kökünü “aya” kimi vermiş (91), 
M.Adilov “ayaq” və “ad ” sözlərini “ay//əy//ey//ad”-la 
eyniləşdirmiş  və “ad” mənasında işləndiyini göstərmişdir. (11, 
87) A.Paşa isə “ayama” sözünün “aya” felindən əmələ gəldiyini 
əsaslandırmışdır. (195, 50) B.Əhmədovun fikrinə görə isə 
danışmaq, çağırmaq, səsləmək, demək mənalarını verən “ay” 
sözümüz olub. Ondan “ayıtmaq” – “ayama” kəlmələri  əmələ 
gəlib. Ayama “ad qoymaq” (çağırmaq vasitəsi ) deməkdir. Indi 
daha çox ləqəb anlaminda işlədilir. (77, 17) E.Əzizov isə Füzuli 
rayonu  şivələrində “ay” sözünün “demək”, “söyləmək” 
mənasında hələ də işləndiyini göstərir. (98, 230)  


 
 
169
“Ayama” sözünün məhz “ad vermək”, “adlandırmaq” “ad 
qoymaq”, “ləqəb vermək“ mənasını bildirməsi düzgün və 
inandırıcıdır. Bu məna həmin sözün müasir dilimizdə başa düş-
düyümüz, anladığımız mənasıdır.  
Bədii əsərdə ideyanı qabarıq nəzərə çarpdırmaq üçün istifadə 
olunan üslubi vasitələrdən biri də ləqəblərdir. “Adların seçilməsi 
ilə yanaşı, ləqəblərin seçilməsinə  də xüsusi diqqət verilir. Gülüş 
doğura biləcək adlara və  ləqəblərə daha çox yer verilir.” (35, 34) 
Bədii  ədəbiyyatımızda ləqəblərdən bir üslubi vasitə kimi istifadə 
edilməsi onun xalq danışıq dilində çox geniş yayılması ilə bağlıdır. 
Bu fikrə görkəmli ədibimiz C.Məmmədquluzadənin 1894-cü ildə 
yazdığı “Danabaş  kəndinin  əhvalatları”  əsərində  də rast gəlmək 
olar: “Hələ bizə hörmət qoyublar: bizim ləqəbimiz çox gülməli 
deyil. Elə ləqəblər var bizim Danabaş kəndində ki, desəm uğunub 
gedərsən. Məsələn, Girdik Həsən, Dəvə Heydər, Yalançı Səbzəli, 
Eşşək Muxtar, Doşan Qasım, müxtəsər, bu cür ayamalar bizim 
Danabaş kəndində hədsizdi. Əgər duram hamısını ərz etməkliyə, 
bütün Rusiyyətin karxanalarında kağız qalmaz.” (167, 14) Daha 
sonra Xudayar bəyin  şəxsiyyəti və xarici görünüşü haqqında 
məlumat verən  ədib yazır: “Boyu ucadı, çox ucadı. Buyun 
ucalığından ötrü keçən vaxtda Xudayar bəyə bir ayama deyirdilər. 
Amma mən söz verdim ki, onun keçəcəyindən danışmayım. 
Qorxuram yalançı olam.” (167, 21) Ləqəblərə belə münasibət 
onun daha çox mənfi xüsusiyyətləri daşıması ilə bağlıdır.  
XIX  əsrin ikinci yarısında bədii  ədəbiyyatda ləqəb 
problemindən bəhs edərkən M.F.Axundovun, N.Vəzirovun, 
Ə.Haqverdiyevin, N.Nərimanovun C.Məmmədquluzadənin (XIX 
əsrin sonlarında yazılmış  əsərləri nəzərdə tutulur) bədii 
yaradıcılığında yaranmış  ləqəblərin tarixindən, leksik-semantik, 


 
 
170
morfoloji təsnifatından, onların  əmələgəlmə  səbəbləri və tarixi 
haqqında yaranmış  əfsanə  və  rəvayətlərdən danışacağıq. Lakin 
XIX əsrin ikinci yarısında həm ümumxalq dilində, həm elmi, həm 
də bədii üslubda “titul” termin kimi formalaşmadığı üçün Şərqdə 
ancaq “ləqəb” terminindən istifadə olunurdu. Mövcud olan 
ictimai quruluşu tənqid edən M.F.Axundov yazır: “Vəqti ki, xalq 
proqresə başladı, vəqti ki, elm rəvac tapdı və qeyri-adi işlərin və 
kəramatın qeyri mümkün olmadığından bixəbər oldu və 
sivilizasyon dairəsinə ayaq basdı,  Şeyx  Əhməd Bəhreyninin də, 
Babın da, “Rükni-rabe”nin də, bunların taylarının da yolu 
başlanar, xalq cəhalətdən, fitnə  və  fəsaddan azad olar və 
despotdan da xilas olar və despot da başqa ləqəb ilə millətin rəisi 
olub, həm öz xalqı  tərəfindən sevilər, həm də öz xeyirxahlığına 
görə bütün dünyada təriflənər, millətin hüsni-rəğbəti və 
səmimiyyəti sayəsində onun ölkəsinə göz dikən bütün 
qəsbkarların, hər cür daxili və xarici düşmənlərin  şərindən 
qorunar.” (26, 140)  
Ləqəblər bir şəxsi başqasından fərqləndirməklə yanaşı, eyni 
zamanda bədii əsərdə fərdiləşdirməyə, həm də komizm və yumor 
yaratmağa xidmət edir. Yazılı ədəbiyyatda xüsusi adlardan komik 
vasitə kimi geniş istifadə olunur. (150, 513) Söz ustaları qarşıya 
qoyduğu məqsədinə çatmaq üsün bədii üslubda işlətdikləri 
yüzlərlə, minlərlə  ləqəblər vardır ki, həmin ləqəblər məhz  хalq 
arasında yaranmışdır.  
XIX  əsrin ikinci yarısında yaranmış  ədəbi dilin bədii üslu-
bunda işlədilmiş  ləqəblərin leksik-semantik təsnifatını verərkən 
onları aşağıdakı qruplara bölmək olar: 
1. Obrazın zahiri görünüşü və fiziki qüsuru əsasında for-
malaşan ləqəblər. Görkəmli yazıçılarımızın - M.F.Axundovun, 


 
 
171
N.Vəzirovun,  Ə.Haqverdiyevin, N.Nərimanovun, C.Məmmədquluzadənin 
yaradıcılığında belə ləqəblər çox saylıdır. 
Keçəl Oruc (“Hekayəti-xırs-quldurbasan”) – “Bəli, Keçəl 
Oruca ad-san çox lazımdır.” (23, 76.) 
Keçəl Hacı, Kor Əhməd (“Adı var, özü yox”) – “Baqqal Kor 
Əhməd üç yüz manat üstümə səribdir, Keçəl Hacı Mehdi doqquz 
yüz manat.” (224, 87)  
Dabanıkəsik Heydərqulu (“Mürafiə-vəkillərinin hekayəti”) - 
M.F.Axundov həmin ləqəbin verilmə  səbəbini belə izah edir: ”Bu, 
Dabanıkəsik Heydərqulunun oğludur ki, gündüz Əhərdə görünüb, 
gecə iki günlük yol piyada gəlib, Təbrizdə  mərhum qaim-
məqamın evindən bir cəvahir mücrüsünü aparıb, genə elə o gecə 
Əhərə qayıdıb, sübh çağı karvansara dalında yatmış imiş. Aləm 
tamam heyran qalmışdı onun bu əməlinə, məhz onun bu hünərinə 
görə  iş açılandan sonra onu öldürməyib ancaq dabanlarını 
kəsdilər. (23, 188) 
Qotur Paşa (“Pəhləvanani – zəmanə”) – N.Vəzirov obrazın 
ləqəbi ilə bacarığını, fəaliyyətini müqayisə edir və təzad yaradır: 
“Adın Qotur Paşa, belə hökumət işlədəsən?” (224, 171) “Kor 
Ümmi, Gözü pıçalaqlı Anaxanım və Kaftar Göhər” bir-birinə 
növbət vermirlər. (“Ağıçı”) (224, 259)  
Kor Minas (“Bəxtsiz cavan”) – Bu ləqəbin bədii dildə  iş-
lənməsi insanın fiziki qüsuru, zahiri görünüşü ilə bağlı olaraq 
yaranan digər ləqəblərdən fərqlidir. Faciənin ikinci məclisində 
Hacı Səməd ağanın evində kəndlilər Fərhada barama saxlamağın 
onlara xeyir vermədiyindən danışırlar: “Barama yaxşı olmadı. Bu 
il bir urus gəlmişdi, deyirdilər ki, içəridən göndəriblər, gəldi 
bizim barama komalarımıza baxdı. Sonra dedi ki, siz barama 
saxlamağın qaydasını bilmirsiniz, o səbəbə qurdlarınız qırılır. O 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə