ƏZİZƏ Mİkayilova



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə46/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   ...   42   43   44   45   46   47   48   49   ...   76

 
 
172
deyirdi ki, tikdirdiyiniz komalar yaramaz. Gərək ayrı komalar 
tikəsiniz. Beş  dənə  də müsəlmanca yazılmış kitab verdi ki
bunları oxuyun, burada barama saxlamaq qaydası yazılıb. Biz də, 
başına dönüm, bisavad adamıq, kitabdan nə baş açacaq idik? Mən 
o kitabın birini apardım mollaya verdim oxusun, o da, deyəsən, 
bir şey başa düşmədi. Kitabı o yan-bu yana vərəqlədi, dedi: “boş 
şeydir, ata-baba qaydanızla barama saxlayın. Az-çoxluğu bağlıdır 
Allahın tövfiqinə, ürəyiniz düz olsa, biyabanda da barama 
saxlayıb məhsul götürə bilərsiniz.” (108, 155) Göründüyü kimi, 
kəndlilər də, kəndin mollası da fiziki cəhətdən tam sağlamdırlar, 
lakin heç biri barama saxlamaq qaydasını izah еdən kitabı oxuyub 
özləri üçün bir nəticə  çıxarmağı bacarmırlar. Lakin onların 
qonşuluğunda fiziki cəhətdən qüsurlu olan bir nəfər var: adına 
Kor Minas deyirlər. Kəndlilər onun haqqında belə söyləyirlər: 
“Onun işi ecazdır, ecaz! Budur neçə ildlr bir ev tikdirib, orada 
barama saxlayır. Bir il eşitməmişəm ki, onun qurdları tələf olsun. 
Mən soruşdum, deyir ki, kitab üzü ilə saxlayıram.” (108, 155) 
Minas isə fiziki cəhətdən qüsurlu olmasına baxmayaraq, kitabda 
yazılmış qaydalara əsasən barama qurdlarını saxlayır və bol 
məhsul götürür. Deməli,  əslində  kəndin mollası  və  kəndlilər 
“kor” – yəni öz xeyirlərini bilməyənlər, Minas isə  zəmanəsinə 
görə daha gözü açıqdır. 
Insanın zahiri görünüşü, fiziki qüsuru ilə bağlı olaraq yaranan 
ləqəblər daha çox mənfi xüsusiyyət daşıyır. Belə  mənfi 
xüsusiyyətli ləqəblər vasitəsilə bir obrazın ifadəsi ilə digər 
obrazın şəxsiyyəti alçaldılır və təhqir olunur.  
2. Obrazın doğulduğu, yaşadığı yeri, bəzən isə müəyyən bir 
təsadüf nəticəsində getdiyi yeri, mənsub olduğu xalqı ifadə edən 
ləqəblər. 


 
 
173
Bu cür ləqəblərin eyni formalı  təxəllüsdən fərqi ondadır ki, 
onlar şəxs adından əvvəl gəlir, təxəllüslər isə şəxs adından sonra 
işlənir. Məsələn; Zərdablı Qurban bəy (“Hekayəti-Müsyö Jordan 
və  Dərviş  Məstəli  şah”) – “Israğagün aşnası  Zərdablı Qurban 
bəyə kağız yazırdı ki, Şamaxı  cəngilərinin vədəsini alsın.” (23, 
40.) 
Şirazlı Mirzə Nağı (“Aldanmış  kəvakib”) – “Hanı  Şirazlı 
Mirzə Nağının əmlakı ?” (23, 219) 
Damqanlı  Cəfər (“Aldanmış  kəvakib”) – “Hanı Damqanlı 
Cəfər xanın kürurları?” (23, 219) 
Muğanlı  Sərfəli kişi (“Hekayəti–Müsyö Jordan və  Dərviş 
Məstəli  şah”) – “Muğanlı  Sərfəli kişini sevglisinə qovuşdurma-
dımı?”(23, 151) 
Nemsə Fok (“ Hekayəti – xırs quldurbasan”) – “Lazımdır ki, 
Nemsə Fok özü də hazır olsun.” (14, 93) 
Qurbanəli Həmədanlı (“Mürafiə  vəkillərinin hekayəti”) – 
“Bu da Qurbanəli Həmadanlıdır ki, gecə hər iş əlindən gəlir.”(23, 
187) 
Qəzvinli  Şeyda (“Mürafiə  vəkillərinin hekayəti”) – “Bu da 
Qəzvinli Şeydadır ki, gündüz sərraflıq edər, gecə əyyarlıq.” (23, 
187) 
Marağalı Hənifə (“Mürafiə vəkillərinin hekayəti”) – “Bu da 
Marağalı  Hənifədir ki, gündüz qoltuqfüruşluq edər, gecələr 
mənim yanımda olur.” (23,287) 
Kürd Ələkbər (“Sonrakı peşmançılıq fayda verməz”) - ləqəb 
etnonimdən yaranmışdır.  Əsərdə Kürd Ələkbər Salman bəyin 
nökəridir. M.F.Minorski kürdlərin qədim dövrlərdə Atropaten 
ərazilərində  məskunlaşdığını, Strabon isə onların kirtlər kimi 
tanındıqlarını qeyd etmişlər. (251, 183) Folklorumuzda “kürd”lə 


 
 
174
bağlı  ləqəblərə tez-tez rast gəlmək olar. “Koroğlu” dastanında 
Kürdoğlu, Kürd Musa, “Qaçaq Nəbi”də Kürd Əli surətləri vardır. 
Astarabadlı Mirzə Mehdi (“Kəmalüddövlə  məktubları”) – 
Nadir  şahın hakimiyyəti, etdiyi müharibələr və onun qələbələri 
haqqında məlumatı görkəmli Iran alimi, ədibi, siyasi xadimi, 
Nadir şahın katibi və vəziri Astarabadlı Mirzə Mehdi vermişdir. 
Kəmalüddövlə Iran tarixini yazıya köçürərkən lazımsız 
ibarələrdən istifadə edən Mirzə Mehdini tənqid edir: “Astarabadlı 
Mirzə Mehdi bu sirrin hikmətini və Nadirin zehnini və  əqlinin 
şərafətini əsla dərk etməyib, fəqət özünün zəhlətökən ibarələri ilə 
oxucunu məşğul edir.” (26, 67) 
3. Obrazın sənətini, peşəsini vəzifəsini ifadə edən ləqəblər:  
Molla Ibrahimxəlil Kimyagər (“Hekayəti-Molla Ibrahimxəlil 
Kimyagər”) – M.F.Axundov komediyanın birinci məclisində 
ləqəbin verilmə səbəbi haqqında məlumat verir: “Kəldəkli Molla 
Ibrahimxəlil, deyirlər ki, Tiflisə gedib, rüsxət alıb, gəlib Xaçmaz 
dağlarında çadır qurub, kimya qayırır. Məsələn, bir zad dürüst 
edibdir ki, adına iksir deyirlər. Bir misqal ondan bir batman misə 
vurur, xalis gümüş olur.” (23, 24) Bu iksir nədir? Bu iksirin gücü, 
qüvvəsi nədədir ki, “ondan bir misqal bir batman misə vurmaqla” 
böyük var-dövlət sahibi olmaq olar? Əgər bu “iksirin belə 
qüvvəsi” varsa, nə üçün Molla Ibrahimxəlil özü düzəltdiyi 
gümüşdən istifadə etmir, həmin gümüşü yenidən müxtəlif 
təbəqədən olan insanlara satır? Bu suallar Hacı  Kərimi, Ağa 
Zamanı, Molla Salmanı, Şeyx Salahı düşündürmür. Onları yalnız 
“kimya qayırma”da son nəticə - gümüş maraqlandırır. Bu da bir 
tərəfdən onların var-dövlətə  hərisliyi, digər tərəfdən isə onların 
avamlığı, cahilliyi ilə bağlıdır. Təəssüf ki, bu cahillik, avamlıq, 
dar düşüncə yalnız Hacı  Kərimə, Ağa Zamana, Molla Salmana, 


 
 
175
Məşədi Cabbara, Şeyx Salaha, Səfər bəyə  məxsus olan tipik 
cəhətlər deyil, bütövlükdə XIX əsr Azərbaycan xalqının böyük 
bir hissəsinə aid olan səciyyəvi xüsusiyyətlərdir. 
Personajların hərəsi bir sənət sahibidirlər və onların sənət-
lərinə uyğun olaraq ləqəb verilmişdir – Hacı Kərim Zərgər, Ağa 
Zaman Həkim, Məşədi Cabbar Tacir, Səfər bəy Mülkədar 
bütövlükdə XIX əsr Azərbaycanın tipik burjua nümayəndələridir. 
Onları bir məqsəd – asan yolla pul qazanmaq məqsədi birləşdirir. 
Bu obrazlar öz sənət və peşələrinin gətirdikləri qazancla 
yaşamağı bacarmırlar. Personajların cəmiyyətdə tutduqları mövqe 
Hacı Nurunun dili ilə ifşa olunur – Hacı  Kərim Zərgər qızıl və 
gümüş  oğrusudur, həkimlik sənətindən xəbəri olmayan Ağa 
Zaman “bir qəbirstanlıq adam qırmışdır”, Səfər bəy Mülkədar isə 
əkin-biçinlə  məşğul olmur. Müəllif ləqəblərdən istifadə edərək 
maddi durumu aşağı olan bu obrazların mənşəcə yüksək bir 
təbəqəyə  mənsub olduğunu göstərir. Bеlə ki, obrazların hər biri 
müəyyən bir sənət sahibi olsalar da, ailələrini öz sənətlərinin 
hеsabına dolandırmağı bacarmırlar. 
Falçı Qurban (“Sərgüzəşti–vəziri–xani–Lənkəran”) –
“Getmişdim Falçı Qurbana dua yazdırmağa ki, allah sənə  qızım 
Şölə xanımdan bir oğlan kəramət eləsin.” (23, 121) “Falçı 
Qurban” antroponimi M.F.Axundovun digər  əsərlərindən bizə 
tanış olan yalançı Kimyagər Molla Ibrahimxəlili və  
Cadugər Məstəli  şahı  əvəz edir. Belə insanlar XIX əsrdə feodal-
patriarxal münasibətlərin mövcud olduğu bütün dövrlərdə insan 
iradəsini  əsarət altına almağı bacarmışlar. Bu da orta əsr feodal 
geriliyi, cəhaləti ilə bağlıdır. Komediyada “Falçı Qurban” onomu 
passiv antroponimdir. Həmin onomdan Pəri xanım obrazı 
müvəffəqiyyətlə istifadə edərək Teymur ağanı Mirzə  Həbibin 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə