ƏZİZƏ Mİkayilova



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə41/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   ...   37   38   39   40   41   42   43   44   ...   76

 
 
154
belə padşahı əmin-amanlıq, ədalət və səadətin dayağı hesab edər. 
Onun sayəsində patriot olar.” (26, 75) Ölkə, dövlət başçısı 
haqqında N.Nərimanovun da fikirləri maraqlıdır: “Vətən, millət 
qеyrəti çəkməyən, gününü еyş-işrətdə  kеçirən, milləti daima 
zülmlərə düçar еdən padşah  əcəlini millətdən gözləsin. Millətin 
və dövlətin tərəqqisinə çalışın, bu yolda təzə qanunlar qoyan, 
vətənini zülmdən хilas еtmək istəyən padşah əvvəlinci gülləni öz 
müqərrib adamlarından gözləsin.” (192, 152)  
Seyyid - ərəb dilində olub, islam etiqadına görə  Məhəmməd 
Peyğəmbərin nəslindən olan adamlara verilən fəxri tituldur. 
“Sеyyidlər  ərəb tayfası  hеsab olunurlar. Səfəvilərin zamanından 
başlayaraq Azərbaycana gəlmişlər. Sеyidlər  ərəblərin qürеyş 
qəbiləsindəndir.” (222, 55) Islam qanunlarına görə kasıb seyyid-
lərə xüms (gəlirin onda birini vermək) və sədəqə vermək caizdir. 
Seyyidlərə  sədəqə vermək Məhəmməd Peyğəmbərin nəslinə 
edilmiş hörmətdir ki, bu da həm N.Vəzirovun, həm də 
Ə.Haqverdiyevin bədii dilində öz əksini tapmışdır. – “Bax, bircə 
manat Seyid Əzimə vermişəm, bir üç manat da fəqir-füqaraya 
paylamışam.” (224, 103) “Seyidin də yetimlərinə, necə ki, 
buyurmuşdunuz, bir çuval un göndərdim.” (108, 145) 
Şah – Qədim Iranda, Əfqanıstanda hökmdara verilən fars 
mənşəli tituldur. (30, 502) M.F.Axundovun “Aldanmış  kəvakib” 
povestindəki  Şah Abbas və Yusif Sərrac obrazını I.Minşinin 
“Tarixi aləm-arayi-Abbasi” tarixi əsərində  də görmək olar. 
M.F.Axundovun yaratdığı bu iki obraz əsərdə qarşı-qarşıya 
qoyulur:  Şah Abbas despotizmin, zalımlığın,  əsarətin, cəhalətin, 
nadanlığın, ədalətsizliyin rəmzi kimi, Yusif Sərrac isə mütərəqqi 
ideyaların carçısı kimi verilmişdir. Görkəmli dramaturq Şah 
Abbas surəti ilə Iranın simasında bütün Şərq ölkələrində mövcud 


 
 
155
olan idarə üsulunu satirik qələmlə ifşa etmişdir.  Əsərdəki 
əhvalatlar “Şah Abbasın ömründən ancaq iyirmi iki il keçmişdi 
ki, baş verir.” (23, 202) Şah Abbas xalqın taleyi ilə 
maraqlanmayan, zalım bir hökmdardır. Yalnız günlərini eyş-
işrətlə keçirən bu hökmdar ölkənin tərəqqi və inkişaf etməsinə 
imkan vermir, xalqı  həmişə qorxu içərisində saxlayır, hətta 
Səfəviyyə  nəslindən  şahzadə ola bilən bütün oğlan uşaqlarını 
öldürtdürmüş, ya da gözlərini çıxartdırmışdır.  
Əslində,  Şah Abbas ümumiləşdirilmiş bir obrazdır. Vilayəti 
idarə edən Xan (“Hekayəti-vəziri-xani-Lənkəran”), feodal 
quruluşlu ölkənin məhkəmə sisteminin başında oturan Hakimi-şər 
(“Mürafiə  vəkillərinin hekayəti”) obrazlarına bənzəsə  də,  Şah 
Abbas daha kəskin tənqid atəşinə tutulmuşdur. Çünki “şah” 
titullu  şəxs dövlətin  хarici və daхili işlərində, həm də  хalqın 
həyatında daha böyük məsuliyyət daşıyır. 
“Aldanmış  kəvakib” povesti tarixi planda yazıldığı üçün 
Məhəmməd şah Səfəvinin də adı çəkilir. Məhəmməd şah Səfəvi 
Şah Abbasın atasıdır. Əsərdə yazılır: “Hərəmlərin küllisi təzədən 
razı oldular ki, şaha mənkuhə olsunlar, çünki şah çox cavan və 
göycək oğlan idi və bir də hərəmlər bu əmri zarafat kimi bir şey 
qiyas edirdilər və  hərgiz  əqillərinə çatmırdı  Şah Abbas qəflətən 
bir Abbas Məhəmməd oğlu ola.” (23, 211)  
Yuxarıdakı nümunə feodal quruluşlu ölkənin hakim təbəqəsi 
ilə sadə xalq kütləsinin antroponimləri arasındakı  fərqi nə-
zərimizə çatdırır. Hakim təbəqələrin antroponimlərinin quruluşu 
ad + titul + ailə-nəsli ləqəb; sadə xalq kütləsinin antro-
ponimlərinin quruluşu isə ad + ata adından ibarət olmuşdur.  
“Beşinci otağın divarlarında Şah Ismayıl Səfəvi ilə şairlərinin 
mabeynində vaqe olan cənglərin surəti rəqəm olunmuşdu.” (23, 


 
 
156
217)  Şah Ismayıl – XVI əsrdə Iran padşahı olmuşdur,  Şah 
Abbasın ulu babasıdır. Yazıçı bu antroponim vasitəsilə Səfəvilər 
sülaləsinin hakimiyyəti haqqında məlumat verir, bu da tarixi 
planda yazılmış  əsərlərin üslubi vasitələrindən biridir. "Bədii 
ədəbiyyatda onomastik vahidlər  əsas vəzifə ilə yanaşı, bəzi 
hallarda poetik yük də daşımalı olur. Xalq, qəbilə,  şəxs, yer və 
sair xüsusi ad bildirən sözlər bəzi tarixi hadisələrin 
aydınlaşdırılmasında mötəbər mənbəyə çevrilir. Təhlil zamanı bu 
xüsusiyyətləri ilə onların üslubi imkanlarını da aşkar etmək 
lazımdır." (147, 59)  
M.F.Axundov “Hekayəti-Müsyö Jordan və Dərviş Məstəli şah” 
komediyasında da “şah” titulundan istifadə etmişdir. Lakin yazıçı 
bu komediyadakı  “şah” titulunu “hökmdar, padşah” mənasında 
deyil, ləqəb kimi işlətmişdir. “Bütün dillərdə olduğu kimi, 
Azərbaycan dilində  də sözlərin tələffüz qaydaları  və titulların 
ənənələri vardır. Bu qayda və  ənənələri pozmaq gülüş doğurur. 
Ağa olmayana ağa, bəy olmayana bəy demək gülüş doğura bildiyi 
kimi, bu titulları daşıyan adamların adlarını onlarsız çəkmək də 
onlara qarşı  mənfi münasibət bildirir.” (118, 264) Sitatda qeyd 
edilən münasibəti M.F.Axundovun “Kəmalüddövlə  məktubları” 
fəlsəfi əsərində də görmək olar: “Nadir xüruc etməzdən əvvəl nə 
imiş və nə qərar ilə dolanarmış və işi-peşəsi nə imiş?” (26, 67) 
Şahzadə - fars mənşəli söz olub, “şah oğlu” dеməkdir, padşah 
ailəsindən olan şəxslərin övladlarına verilən tituldur. 
M.F.Axundov Iranda mövcud olan feodal quruluşunun eybəcər-
liyini, despotizmi, zalım hökmdarları,  ədalətsiz qanunları,  əsarət 
və özbaşınalığı, cəhalət və nadanlığı ifşa edərkən “Xanlar-Mirzə” 
adı ilə tanınan macəranı nəql edir: “Şahzadə Sədri Yəzdinin gözəl 
arvadı ilə  eşqbazlıq edir və  Sədri Yəzdini qonaqlıq bəhanəsi ilə 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə