ƏZİZƏ Mİkayilova



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə39/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   ...   35   36   37   38   39   40   41   42   ...   76

 
 
147
qəbildən olan insanların bədii  əksidir. “Danabaş  kəndinin 
əhvalatları” povеstinin süъеt  хətti dindar bir obrazın – 
Məhəmmədhəsən  əminin məhz Kərbəlaya gеdib “kərbəlayi” 
titulunu qazanmaq arzusu ilə bağlıdır. Arvadı Izzət Məhəmmədhəsən əmi 
ilə eyni fikirdədir: “Sən gərək fikrə qalasan ki, yoldaşların çıxıb 
gedib kərbəlayı olacaqdır, amma sən arvad kimi oturacaqsan 
evdə. 
- Inşallah, mən də gedərəm. Mən onlardan kəm deyiləm ki, 
mən qalım, onlar getsinlər.” (167, 65)  
M.F.Axundovun “Aldanmış  kəvakib” povestində yaratdığı 
Yusif Sərracın düşüncə  tərzi, dünyagörüşü Məhəmmədhəsən 
əmidən tam fərqlidir. Yusif Sərrac Kərbəla şəhərindəki müqəddəs 
məqbərəni ziyarət etsə də, obrazın adına “kərbəlayı” titulu əlavə 
olunmamışdır: “bir neçə ildən sonra Kərbəlaya rəvanə olub
böyük alimlərin məclisində təkmili-ülumə-şüru etdi.” (23, 209)  
Kəndxuda – türk və fars mənşəli sözlərin birləşməsindən 
əmələ  gəlib, qədim zamanlarda Azərbaycan kəndlərində inzibati 
işləri idarə edən  şəxsə verilən tituldur. XIX əsrdə “kəndxuda” 
sözünün sinonimi olan ərəb mənşəli “katda” variantı da 
işlənmişdir. Kəndin katdasını, kəndxudasını kəndlilər təyin etməli 
idilər ki, bu da bədii üslubda öz əksini tapmışdır: “Indi iki il olar 
ki, Xudayar bəy Danabaşda katdalıq eləyir. Bunun katda olmağının 
da çox əhvalatları var. Xudayar bəy özgə katdalar kimi katda 
olmayıbdı. Axır adət bu cürdü ki, katdanı camaat seçir. Amma 
Xudayar bəyin katdalığı özgə tövr olubdu, yəni çox asan vəchlə 
olub. Əvvəl, yəni iki il bundan əqdəm Xudayar bəy qlava yanında 
çavuş idi. Iş elə gətirdi ki, qlava Xudayar bəyin anasını siğə elədi. 
Aşkardı ki, qlava öz səmtini qoyub, özgəni katdalıqda 
saxlamayacaq. Bir həftənin içində katdanı  qısnayıb, qulluqdan 


 
 
148
kənar elədi. Bir neçə vaxt kənd qaldı katdasız. Xülaseyi-kəlam, 
camaat bir vaxt gözünü açdı gördü ki, Xudayar bəy katdadı ki, 
katdadı. Xudayar bəy katda olan kimi dəyişildi.  Əvvəl başladı 
libasından.” (167, 22) XIX əsrin ikinci yarısında bədii üslubda 
“katda” və “kəndxuda” titullu şəxslər hər zaman istirmarçı hakim 
təbəqənin mənafeyini müdafiə etmiş, zəhmətkeş xalq isə, demək 
olar ki, onların əməllərinə heç vaxt etiraz etməmişlər. Buna görə 
də uzaq səfərə hazırlaşan Məhəmmədhəsən  əmi eşşəyi Xudayar 
bəyə vermək məcburiyyətində qalmışdır: “Yəni eşşəyi verməmək 
olmazdı. Söz yox, nə tövr verməmək olar? Eşşəyi verməsəm, 
onda dəxi kənddə baş gəzdirmək olar? Genə necə olsa, hakimdi, 
katdadı. Günün günorta cağı gəldi, nahaq yerdən yaxaladı ki, bu 
qədər israfındı ver, onda bəs necə olsun! Xeyr olmazdı ki, 
vermiyeydim.” (167, 58)  
Qazı - ərəb mənşəlidir, müsəlman dövlətçiliyində dini 
hakimdir. Qazılər istər din məsələləri barəsində, istərsə  də ailə, 
miras məsələləri, qismən də cinayət hüquqi məsələləri barəsində 
qərarlar qəbul edir, müsəlmanların öz dini vəzifələrinə riayət 
etməsinə göz qoyur, bunun üçün Quranın və şəriətin göstərişlərini 
əsas tuturdular. Qazı  vəzifəsi VII əsrdə yaranmış, XIX əsrdən 
başlayaraq isə müsəlman ölkələrində  tədricən dünyəvi 
qanunvericilik tətbiq edilməyə  və qazı  məhkəmələri (şəriət 
məhkəmələri) ikinci dərəcəli rol oynamağa başladı. (127, 39) 
XIX  əsrin sonlarında  şəriət məhkəmələrinin tutduğu mövqeyi 
olduğu kimi anlayan C.Məmmədquluzadə titulun üslubi 
çalarından istifadə  еdərək dindən bir silah kimi istifadə edib 
camaatın “qanını içən” qazıları  tənqid edir, xüsusilə, qazının 
müqəddəs Kərbəla  şəhərini ziyarətə getmiş kişinin arvadının 
kəbinini başqasına kəsməsi oxucuda təəccüb doğurmaya bilməz: 


 
 
149
“Əhvalat bu idi ki, bir-iki ay bundan əqdəm bir şəxs gəlir qazının 
yanına, deyir ki: 
- Qazı  ağa, sənə iki kəllə  qənd verirəm,  əgər filan övrətin 
kəbinini kəsəsən mənə. 
Qazı bir az fikirləşib cavab verir ki: 
- Axı o övrət xalqın kəbinli övrətidir. Nə tövr xalqın 
övrətinin kəbinini özgəyə kəsmək olar?! 
Haman şəxs cavab verir ki: 
- Qazı  ağa, mən özüm də bilirəm ki, belədir. Pəs sənə  mən 
niyə iki kəllə  qənd verirəm? Ondan ötrü iki kəllə  qəndi verirəm 
ki, kəbinli övrəti mənə alasan da! Yoxsa dul övrətin kəbinini 
cicim də  kəsər. Və bir də, qazı  ağa, indi o övrətin  əri gedib 
Kərbəlaya. Kim nə bilsin gələ, gəlmiyə. Gələndən sonra yenə bir 
düdük vermək çətin deyil... 
Qazı iki kəllə  qənd alıb haman şəxsin işini düzəltdi.” (127, 
25) 
Qlava – rus dilindəki “qlavnıy” (əsas, başçı) sözündən olub 
Azərbaycanda Sovet hakimiyyəti dövrünə kimi idarəçilikdə 
mövcud olan vəzifələrdən biri olmuşdur. Qlava “şəhər idarəsi 
rəisi, bələdiyyə idarəsinin başçısı” deməkdir. (30, c.1, 531) XIX 
əsrdə “qlava” titullu şəxslər böyük imtiyazlara malik olduqları 
üçün kəndlilər, zəhmətkeş təbəqələr qlavadan çoх qorxurdular, bu 
da bədii  ədəbiyyatda öz əksini tapmışdı. Danabaş  kəndində 
Zeynəbin var-dövlətini  ələ keçirməkdə Xudayar bəyə yardımçı 
olan obrazlardan biri şəhər qazısı, digəri isə qlavadır. Zeynəbin 
evinə  gələn altı  şəxsdən biri “qırx beş, bəlkə  də  əlli sində, 
qırmızısaqqal, qara papaq bir kişidir. Bu, Danabaş  kəndinin 
qlavası  Kərbalayı Ismayıldır.” (167, 78) Vəziyyəti hərtərəfli 
fikirləşən Zeynəb isə qlavanın gəlişinin səbəbini yaxşı başa 


 
 
150
düşür: “Ya xeyr, ola bilər ki, qlava Zeynəbi heç şəhərə  də 
göndərməsin. Hazır qazı ona pəsmi izharnamə göndərib. Indi bu 
saat qlavanın külli ixtiyarı var Zeynəbi versin Qasıməlinin dalına 
və aparıb salsın Xudayar bəyin evinə. Qlava da, söz yox 
eləyəcək. Əvvəla ondan ötrü еləyəcək ki, bu işlər onun borcudur. 
Ikinci də ki, bizə  məlumdur ki, qlava Xudayar bəyin anasını siğə 
eləyibdi. Pəs, Xudayar bəy olur onun ögey oğlu. Pəs elədə yəqin 
bu işin üstünə düşüb, hər yolnan olmuş olsa, bu işi aşıracaq.” 
(167, 83) 
Məşədi  ərəbcə “məşhəd” sözündəndir, “din uğrunda  şəhid 
olanların yeri” deməkdir. Məşhəd müasir Iranın ən böyük əyaləti 
olan Xorasanın inzibati mərkəzidir. Quranda verilən məlumata 
görə  Əli Riza burada öldürülmüşdür. Onun məqbərəsi  şiə 
bayramları dövründə ziyarət obyektinə çevrilir, belə bayramlarda 
şəhərin  əhalisi təqribən iki dəfə artır. (127, 280) Bu məqbərəni 
ziyarət edənlər isə “məşədi” titulunu qazanır. 
Sənətkarlarımız XIX əsrin ikinci yarısında bədii üslubda 
xaraktercə müxtəlif, bir-birinə  bənzəməyən “məşədi” titullu ob-
razlar yaratmışlar - Məşədi Cabbar, Məşədi Qurban, Məşədi Cəfər, 
Məşədi Oruc, Məşədi Tağı. Xarabakəndli Məşədi Tağı 
(“Pəhləvanani-zəmanə”) “zəmanəsinin qəhrəmanları” Aslan 
bəyin, Laçın bəyin iç üzünü açaraq onları ifşa edir: “Siz adınızı 
qoymusunuz millətpərəst, amma belə  hərəkətlərdən görünür ki, 
millətpərəstliyiniz də pul tələsidir.” (224, 170) Hər bir işdə gəlir, 
xeyir axtaran Məşədi Oruc (“Danabaş  kəndinin  əhvalatları”) isə 
dövrünün bir çox din xadimlərinə  məxsus xarakterik cəhətlərə 
malikdir, hətta ziyarətə gedən  şəxsin görüşünə gedərkən onu 
yalnız mənfəət maraqlandırır: “Mən söz yox, gələcəyəm sənin 
görüşünə. Sözüm orasındadır ki, görək aya, mənim bu 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə