ƏZİZƏ Mİkayilova



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə37/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   ...   33   34   35   36   37   38   39   40   ...   76

 
 
139
olan münasibətləri aydınlaşdırır və  kəndlilərə olan münasibət 
daha səmimi ahənglə  səslənir. Bir tərəfdən tüfeyli, pulgir, 
soyğunçu bəylərə qarşı çevrilmiş, digər tərəfdən namuslu əmək 
rəmzi olan rəiyyətlərə bəylərin münasibətini əks etdirən Fərhadın 
nitqini dramaturq xüsusi bir məhəbbətlə oxucuya çatdırır: 
“Insafdırmı, rəvadırmı ki, mən adımı  bəy qoyub, əl-ayağımı 
yumşaldım  əyləşim, biçarə  rəiyyət qışın soyuğunda, yayın 
istisində  əziyyət, məşəqqətlə,  əlləri qabar ola-ola işləyib 
məhsulunu gətirib mənə versin? Nə haqq ilədir bu? Nə ixtiyar 
ilədir bu? Mən bəyəm, yəni mənim əllərim ağdır, özüm tənbələm, 
müftəxoram?” (108, 168)  
Bəzən isə  bədii  ədəbiyyatımızda yazıçı  bədii ifadə vasitəsi 
kimi kinayədən istifadə edərək  Şərq ölkələrinin bir çoxunda 
işlədilən hakim təbəqələrə  məxsus olan titulları gülüş yaratmaq 
məqsədi ilə yoxsul təbəqəyə aid edir; bəy olmayana - bəy, ağa 
olmayana – ağa və s. deyilir. – “Samavar kimdən ötrü qoyulub, 
Əsgər bəy? Neçə qonağımız var, allah qoysa? Axır sənin dədən 
də  həmişə bilirəm kənddə  səkkiz abbasılıq çay içir. Sən niyə 
içməyəsən, Əsgər bəy? Bu samovarı gözün görür, ya yox? Cavab 
ver, məlun oğlu məlun! Sonra, Əsgər bəy, canına dərd 
buyururam, vərəm buyururam. Heyvan oglu heyvan, məgər bu 
samovarı bir yol təmizləyəndə  nə olar, canın çıxar?” (224, 28) 
Bədii  ədəbiyyatda titullara belə yanaşma  şifahi nitqimizdən 
götürülmüşdür. 
Çavuş – Çin qaynaqlarında göstərilir ki, 735-737-ci illərdə 
Çin sarayına Göy türklər tərəfindən еlçi sifəti ilə göndərilən şəхs 
“çavuş” adlanırdı. (307, 92) Ə.Dəmirçizadə “çavuş” vahidini də 
“Kitabi-Dədə Qorqud” dastanlarında mövcud olan titullar 


 
 
140
siyahısına daxil etmişdir. (69, 131) “Çavuş” onbaşı, yüzbaşı, 
minbaşı və s. kimi vəzifə funksiyalı tituldur.  
C.Məmmədquluzadənin “Danabaş  kəndinin  əhvalatları” 
əsərində “çavuş” tituluna rast gəlmək mümkündür. Yazıçı 
Azərbaycan kəndlisinin ziyarətə gеtməsi səhnəsini işıqlandırmaq 
məqsədi ilə üslubi vasitə kimi “çavuş” titulundan istifadə 
еtmişdir: “Bütün kəndi dolanıb və  zəvvarın qapısının ağzında 
münacatını davam edib və xələtini alıb, çavuş Çaylax məhəlləsinə 
daxil olub, əvvəl gəldi dayandı  Kərbəlayı Zeynalabdinin 
qapısında və başladı münacatı. Həyətdən on beş-on altı yaşında 
bir oğlan çıxıb bir əlində bir çanaq qəndab, o biri əlində bir cift 
corab. Çavuş qəndabı içib corabı aldı və qoydu atının tərkibindəki 
xurcuna. Zeynalabdinin qapısından rədd olub, gəldi dayandı 
Məhəmmədhəsən  əminin qapısında və başladı münacatı.” (167, 
76)  Əsərdən verilmiş bu hissədən məlum olur ki, çavuş  səfərin 
başlanmasını elan edir, ziyarətə gedən zəvvarları müşayiət edir, 
həm də bu vəzifəsinə görə “şirinlik” alırmış. Zəvvarlarla birlikdə 
hər dəfə  səyahətə  çıxan çavuşun vəzifəsi onlara nəzarət etmək
səfər zamanı  əmələ  gələn müəyyən problemləri həll etmək idi. 
Buna görə  də qeyd etmək lazımdır ki, C.Məmmədquluzadənin 
bədii  əsərlərinin dilində rast gəldiyimiz çavuş obrazının vəzifəsi 
V.V.Radlovun lüğətindəki məna ilə eynidir, “çavuş” sözünün 
mənası “nəzarətçi”, “gözətçi” deməkdir. (290, 193)  
Dərviş – fars mənşəli tituldur, sufi qardaşlıqları üzvlərinin ən 
geniş yayılmış adlarından biridir. Müsəlman dünyasında ilk iri 
qardaşlıqların yaranması XII əsrə aiddir, belə qardaşlıqlar 
müsəlman dünyasının müxtəlif yerlərində geniş yayılmışdır. (127, 
46) S.L.Zеlinskiyin izahlı lüğətində “dərviş” sözünün fars dilində 
iki komponеntdən (dər – qapı, viş – uzanmış) ibarət olan 


 
 
141
mürəkkəb söz, “fəqir” sözünün isə “dərviş”in sinonimi (262, 20-
69) olduğunu göstərmişdir.  
Dərviş obrazlarını M.F.Axundov “Hekayəti-Molla 
Ibrahimxəlil Kimyagər” və “Hekayəti-Müsyö Jordan və  Dərviş 
Məstəli  şah” komediyalarında yaratmışdır. “Hekayəti-Molla 
Ibrahimxəlil Kimyagər” komediyasında Dərviş Abbas Molla 
Ibrahimxəlilin köməkçisidir: “Bu halda Dərviş Abbas, sinni otuz, 
saçları çiyninə tökülmüş, gəndümgün, dolu bığlı, uca qamətli, 
başında tac, çiynində  pələng dərisi,  əlində  şahnəfir, qoltuğunda 
bir qırmızı böyük xoruz, öz mənzilindən çıxıb heybətli səs ilə 
“yahu, ya həqq” deyib çadırların yuxarı  səmtinə üz qoyub, bir 
münasib yerdə mıx çalıb, üç kərə şahnəfiri bozluyub, dağa-dağa 
səs salıb, xoruzu mıxa bağlayıb...” (23, 30) Göründüyü kimi, 
M.F.Axundov əsərdə surətin canlı, inandırıcı, təsirli çıxması üçün 
onun  хarici görkəmini, davranış  və  hərəkətlərini təsvir edərək 
“dərviş” obrazının bədii portretini yaratmış  və  bədii portret 
vasitəsilə oxucuya surətin siması, daxili aləmi haqqında aydın 
məlumat vermişdir. 
Görkəmli dramaturq M.F.Axundov digər dərviş obrazını 
“Hekayəti-Müsyö Jordan və  Dərviş  Məstəli şah” komediyasında 
yaratmışdır. Dərviş Məstəli şah Dərviş Abbasla eyni titula malik 
obrazlardır, lakin Dərviş  Məstəli  şah Dərviş Abbas kimi 
fırıldaqçının şagirdi dеyil, özüdür. 
N.Vəzirovun “Daldan atılan daş topuğa dəyər” komediyasın-
dakı Dərviş Heydərəli obrazı da, məhz M.F.Axundovun yaratdığı 
Dərviş  Məstəli  şahın, Dərviş Abbasın daxil olduğu təbəqənin, 
zümrənin üzvüdür. Aralıq övrəti Nurcahan Dərviş Heydərəli 
haqqında Xırda xanıma söyləyir: “Xırda xanım, başına dönüm, o 
dərvişdən adama möcüzələr nəql eləyirlər, adamın başının tükü 


 
 
142
biz-biz durur. Deyirlər ki, əgər istəsə  səni də bu saat öz yanına 
biixtiyar caduynan aparar, necə ki, Hacı Iskəndər bəyin arvadını 
aparıblar.” (224, 41) 
A.Haqverdiyevin yaratdığı  Dərviş obrazı (“Dağılan tifaq”) isə 
Məstəli  şahdan, Dərviş Abbasdan, Heydərəlidən tamamilə  fərqli 
olaraq bədii üslubda yaradılan  əsl sufi qardaşların surətidir. 
Sərsəri həyat keçirən, yalandan, riyadan uzaq olan Dərviş Nəcəf 
bəyin pəncərəsinin qarşısında avazla oxuyur: 
 
Ey əzizim, bir baxın dünya nə ibrətxanədir! 
Axırın fikr etməyən aqil deyil, divanədir. (108, 127) 
 
Yazıçı  əsərdə uzağı görməyən, “varlığa nə darlıq” deyə 
israfçılıq edən və bunu özü üçün şan-şöhrət bilən Nəcəf bəyi 
məhz titulun üslubi vəzifəsindən istifadə еdərək ayıldır: “Ayıltdı 
məni bu evi yıxılmış. “Axırın fikir etməyən aqil deyil, divanədir”. 
Amma bundan sonra nə olsun, on iki para kəndin qalıb ikisi, 
özüm də boğazımadək borcun içində. Kül başına Nəcəf.” (108, 
127) Beləliklə,  Ə.Haqverdiyev M.F.Axundovun, N.Vəzirovun 
yaradıcılıq dünyasının hüdudlarından uzaqlaşaraq uzaqgörən, 
geniş dünyagörüşünə malik, saf qəlbli sufi qardaşlıqların 
üzvlərindən olan dərviş obrazı yaratmışdır.  
Divanbəyi – “divan” fars mənşəli, bəy isə türk mənşəli 
sözdür. “Divan” sözünün fars dilində iki mənası var: 1) bir şairin 
seçilmiş killiyyatı, seçilmiş əsərlər kitabı; 2) məclis, ali hökumət 
idarəsi. (94, 46) Bədii əsərlərdə işlədilən “divanbəyi” titulu məhz 
“ali hökumət idarəsinin ağası” anlamında işlədilmişdir. 
Divanbəyi titullu hökumət işçiləri kəndliləri həmişə əsarət altında 
saxlamaqda çar üsul-idarəsinin aparıcı qüvvələrindən biri kimi 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə