ƏZİZƏ Mİkayilova



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə38/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   ...   34   35   36   37   38   39   40   41   ...   76

 
 
143
böyük ixtiyar sahibi olmuşlar. C.Məmmədquluzadə “Danabaş 
kəndinin  əhvalatları” povestində “divanbəyi” titulundan təşbеh 
kimi istifadə edərək ali hökumət üzvlərinin kəndlilərlə olan 
münasibətini incə yumor hissi ilə oхucusuna çatdırır: “Bu sözləri 
deyəndə  Məhəmmədhəsən  əmi  əllərini yanına salıb durmuşdu 
övrətinin qabağında, guya ki, divanbəyiyə cavab verir. Divanbəyi 
əllərini ölçə-ölçə səsini atdı başına: 
- Kişi, vallah, billah, səndə bir tük qədəri ağıl yoxdu.” (167, 
56)  
Sənətkar bədii üslubda tituldan təşbеh kimi istifadə еdərkən 
təsvir еtdiyi hadisə, adam və ya məfhumun müəyyən bir cəhətinə 
daha qabarıq tərzdə nəzərə çatdırır.  
Hacı - ərəb mənşəli titul olub, “həcc” sözündəndir. Həccə 
getmək - Məkkəni ziyarət etməkdir. Məkkə müsəlmanların mü-
qəddəs  şəhəridir. Məhəmməd Peyğəmbər qədim ticarət mərkəzi 
olan Məkkədə doğulmuş, yaşamış  və öz təbliğatını  Məkkədə 
başlamışdır. Həcc mərasimi hər bir müsəlmanın başlıca 
vəzifələrindən biridir. Məkkəni ziyarət edən hər kəs “hacı” 
titulunu qazanır. 
XIX  əsrin ikinci yarısında bədii üslubda yaranan “hacı” 
titullu obrazlar çox saylıdır. Təbiidir ki, bədii dildə yazıçılar həm 
müsbət, həm də  mənfi obrazlara “hacı” titulu vermişdir, bu da 
sənətkarın obyektiv düşüncə  tərzi ilə bağlıdır: Hacı Nuru, Hacı 
Kərim, Hacı  Rəhim, Hacı Salah, Hacı Qara, Hacı  Rəcəbli, Hacı 
Səməd ağa, Hacı Rza və s.  
Həzrət - ərəb dilindəki “hüzur, ön, qabaq” anlamlarındandır, 
(29, 185) tanınmış din xadimlərinə verilmiş tituldur. Bütün 
dövrlərdə  Həzrət Abbas, Həzrət Rəsul və digər pеyğəmbərlər 
müsəlman dininə еtiqad еdən insanların inam yeri olmuşlar. ХIХ 


 
 
144
əsrin ikinci yarısında ictimai-siyasi, iqtisadi vəziyyətlə bağlı 
olaraq yaşadığı  zəmanədən narazı olan xalq kütləsi arzularına 
çatmaq üçün onları  əhatə  еdənlərdən yardım ala bilmədikdə 
müqəddəs  şəхslərə müraciət  еdərək onlardan yardım istəmişlər, 
bu isə  bədii üslubda müsbət obrazların dilində  əksini tapmışdır. 
Buna görə  də  ətrafındakı insanların bir-birinə amansız 
münasibətlərini görən  Əşrəf bəy (“Yağışdan çıxdıq, yağmura 
düşdük”) Həzrət Rəsuldan sitat gətirir: “Halonki Həzət Rəsul 
Əleyhüssəlam buyurubdur ki, məqribdəki müsəlmana iynə batsa, 
məşriqdəki gərək onun ağrısın bilsin.” (224, 100) Hər zaman 
hüquqları tapdanmış insanlar – bədii üslubda isə obrazlar, o 
cümlədən Məhəmmədhəsən  əmi, Izzət, Zеynəb kimiləri 
ətrafındakılardan yardım, nəvaziş görmədikdə, çarələri hər yerdən 
kəsildikdə  Həzrət Abbasdan kömək istəmiş, yalnız bununla 
təskinlik tapmışlar: “Məhəmmədhəsən əmi durdu ayağa və güclə 
dayana-dayana dedi:  
- Apar, qardaş, apar... O ərizəni apar... Apar Həzrət Abbasa. 
Apar... Mən gedə bilmədim... Gedə bilmədim. Qoymadılar. Məni 
qoymadılar... Mənim eşşəyimi oğurladılar, yedilər, satdılar. Apar 
ərizəni apar. Mən gedə bilmədim. 
Izzət ağlaya-ağlaya başlayıb Məhəmmədhəsən  əminin sö-
zünü kəsdi: 
- Çavuş, apararsan o ərizəni Həzrət Abbasa. Gərək mənim 
ərimi bu yoldan binəsib eləyənə  Həzrət Abbas özü qənim ola, 
islam özü qənim ola. 
Çavuş qoltuq cibindən bir dəstə kağız çıxardıb, Məhəmmədhəsən 
əminin  ərizəsini qoydu kağızların içinə, kağız dəstəsini qoydu 
qoltuğuna...” (167, 77)  


 
 
145
Xan, xanım, xatun – “kaan, kağan”dan yaranmışlar. “Xan” -
“xaqan” sözünün qısaldılmış biçimidir. (29, 188) “Ilk dəfə “хan” 
kəlməsinə Türk bölgələrində Orхon abidələrindən Tonyukuk 
kitabəsində rast gəlinib. Göy türk, uyğar, хəzər, avar və b. dövlət 
başqanlarına “хaqan” (kağan) dеyildiyi halda, bulqar dövlət 
başqanları daha çoх  “хan” (han) titulundan istifadə  еdirdi. (307, 
27) “Drеvnеtörkskiy slovarğ”da “hökmdar, stol örtüyü” və s. 
mənalarda işləndiyi də göstərilir. (258, 417) Qədim zamanlarda 
yalnız “xanın arvadı”, ümumiyyətlə, hakim təbəqədən olan 
qadınlara verilən titul anlamında işlədilən “xanım” - müasir 
dövrümüzdə müraciət formasıdır. Dövrün tələbi ilə bağlı olaraq, 
XIX  əsrin ikinci yarısında  ədəbi dilin bədii üslubunda “xanım” 
titullu onlarla qadın obrazı yaranmışdır.  Ədəbi dilin bədii 
üslubunda M.F.Axundovun yaratdığı Şərəfnisə xanım, Şəhpəbanu 
xanım, Ziba xanım,  Şölə xanım, Nisə xanım, Sona xanım, 
Teyyibə xanım, Səkinə xanım, Səlma xatun, N.Vəzirovun yaratdığı 
Xırda xanım, Səkinə xanım, Səlibnaz xanım, Fatma xanım, 
Şamama xanım, Çiçək xanım, Dilbər xanım, Cavahir xanım, 
Mələk xanım, Səadət xanım,  Ə.Haqverdiyevin yaratdığı Sona 
xanım, Pəri xanım, Nazlı xanım, Mehri xanım obrazları oxucuya 
və ya tamaşaçıya yüksək təbəqəyə  mənsub olan qadınların  əsas 
xarakterik cəhətlərini nümayiş etdirsə  də, bu obrazların hər biri 
özünəməxsusluğu ilə secilir. C.Məmmədquluzadənin Xudayar 
bəy obrazı özünə “bəy” titulu götürməsinə baxmayaraq, yazıçı 
Xudayar bəyin arvadı  Şərəfə “xanım” və ya “bəyim” titulunu 
nəsib etməmişdir. Bu da obrazın ictimai mənşəyi ilə bağlıdır. 
Xudayar obrazına “bəylik” titulu yəqin ordan yetişdi ki, Xudayar 
bəyin anasını qlava özünə siğə edib” deyən xalq üçün bu məsələ 
bir qədər qaranlıq qalır. Xudayar obrazının "bəy" titulu alması 


 
 
146
qeyri-qanuni olduğu üçün yazıçı obrazın arvadını ictimai mənşəyi 
yüksək olan bir qadın obrazı kimi yaratmamış və həmin təbəqəyə 
məxsus titul verməmişdir. 
Imam - ərəbcə  “əmma” sözündəndir, “irəlidə durmaq, baş-
çılıq etmək” deməkdir. Tədqiqatlarda “imam” sözünün iki mənası 
izah olunur: 1) imam müsəlman icmasının ibadət zamanı öndə 
duran ruhani rəhbəri, başçısıdır... 2) bütün müsəlman icmasının 
nəzəri cəhətdən vahid icmasının başçısı da imam adlandırılır. 
(127, 65) 
Müasir dövrümüzdə də Imam Hüseyn, Imam Rza müsəlman-
ların etiqad etdikləri  şəxslərdir. Obrazın psiхologiyasını, dini 
еtiqadını, inamını  və s. oхucuya çatdırmaq istəyən yazıçı  həmin 
şəхslərin titul və adlarından üslubi vasitə kimi istifadə  еtmişdir. 
Bu da XIX əsrin ikinci yarısında bədii üslubda öz əksini 
tapmışdır: “Əhməd nağıl eliyə-eliyə hər bir söz arasında bir and 
içirdi. Bir söz deyirdi, bir deyirdi: “vallah”; bir söz deyirdi, bir 
deyirdi: “Imam Hüseyn haqqı”; bir söz deyirdi, bir deyirdi: 
“Imam Rza haqqı.” (167, 64) Imam Hüseyn - Əli ibn-Əbu Talibin 
Məhəmməd Peyğəmbərin qızı Fatimədən olan kiçik oğlu, üçüncü 
şiə imamıdır, Imam Rza isə Imam Musеyi-Kazımın oğlu olub, 
səkkizinci şiə imamıdır. 
Kərbəlayi, kəblə - Kərbəla Iraqda şəhər adıdır. Bağdaddan 
yüz kilometr cənub-qərb tərəfdə yerləşir, müsəlmanların 
ziyarətgahıdır. 680-cı ilin oktyabrın 10-da Hüseyn ibn-Əli öz si-
lahdaşları ilə birlikdə Kərbəla yaxınlığında öldürülmüşdür. (127, 
75) Islam etiqadına görə  Kərbəla  şəhərində Hüseyn ibn-Əlinin 
məqbərəsini ziyarət edən hər kəs “kərbəlayi, kəblə” titullarını 
qazanır. “Kərbəlayı” titulunu qazanmaq hər zaman saf əqidəli 
müsəlmanların arzusu olmuşdur. Məhəmmədhəsən əmi də həmin 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə