ƏZİZƏ Mİkayilova



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə34/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   ...   30   31   32   33   34   35   36   37   ...   76

 
 
127
qəbildəndir. ...Koroğlu –ХVII  əsrdə yadеlli işğalçılara 
qarşı ölim-dirim mübarizəsi aparan Rövşənin adı ilə 
bağlı yaranmış  və bu lеksik vahidlər qəlibin içərisində 
sеmantik yükü öz üzərinə alaraq sintaktik vahidin 
formalaşmasında aparıcı rola malik olmuşlar.” (93, 232)  
Göründüyü kimi, bədii üslubda obraza və ya bir 
obraz kimi iştirak etməyən  şəxslərə üyğun olan onom 
seçmək 
əsərdə obrazlılıq, emosionallıq kimi 
keyfiyyətləri artırır, fikrin parlaq ifadəsinə,  əsərin 
ideyasının yüksək poetik dil vasitəsi ilə oxucuya 
çatdırmağa yazıçıya geniş imkanlar verir.  
  


 
 
128
 
 
1.3. Titulların üslubi-linqvistik хüsusiyyətləri 
 
Köməkçi adlar kateqoriyasına daxil olub, insanlara verilən 
adlardan biri də titullardır. “Titul” termini latın mənşəli söz olub
mənası “rütbə, fəxri ad” deməkdir. (30, c.4, 189) 
L.N.Qumilyov “Qədim türklər” kitabında göstərir ki, qədim 
türklər avropalılar kimi doğulduqları gündən ölənə kimi eyni ad 
daşımırdılar. Türklərin adı  həmişə onların cəmiyyətdəki 
mövqeyini  əks etdirmişdir. Uşaqkən o, ləqəb, gənclikdə çin, 
qocalarkən isə titul daşıyırdı. (143, 21) 
Titullar bəzən elmi və  bədii  ədəbiyyatda ləqəblərlə eyniləş-
dirilmişdir. Bu qeyri-dəqiqlik hər ikisinin şəxs adları ilə birgə 
işlənməsindən  əmələ  gəlmişdir. “Orta əsrlərdə  Şərq aləmində 
“titul” termini yox idi. Onun yerinə ancaq “ləqəb terminindən 
daha geniş istifadə olunurdu.” (221, 126) Belə ki, Azərbaycanda 
dramaturgiyanın banisi olan M.F.Axundov “Aldanmış  kəvakib” 
povestində və “Kəmalüddövlə məktubları” fəlsəfi əsərində titulu 
ləqəb kimi verərək yazır: “Sabahı gün Yusif şah salam otağına 
təşrif gətirib Molla Rəməzanı və Qurban bəyi və Mirzə Cəlili və 
Mirzə  Zəkini ki, onun dostlarından idilər və  şahın olara hər 
xüsusda vüsuqu var idi; ehzar elədi, mənsəbi-mollabaşlığını verdi 
Molla Rəməzana, sərdarlığı  həvalə elədi Qurban bəyə, xanlıq 
ləqəbi ilə vəzarəti tapşırdı Mirzə Cəlilə.” (26, 219); “Kərim xan 
Qacar  şahzadələrindən idi, ona görə  də xan ləqəbi var idi” (26, 
138); “Xalq cəhalətdən, fitnə və fəsaddan azad olar və despotdan 
da xilas olar və despot da başqa ləqəb ilə millətin rəisi olub, həm 


 
 
129
öz xalqı tərəfindən, həm də öz xeyirxahlığına görə bütün dünyada 
təriflənər.” (26, 140) 
Yuxarıdakı nümunələrdəki, “xan” sözü ləqəb yox, tituldur. 
Bu qeyri-dəqiqlik onunla əsaslandırılır ki, XIX əsrdə  ləqəb və 
titulun fərqi müəyyənləşməmiş, terminlər yerində duzgün 
işlənməmişdir. 
Qədim  Şərq  ədəbiyyatının ilk nümunələrindən biri olan 
“Qabusnamə”nin “qeyd və şərhlər” hissəsində yazılır: “Şərq mə-
xəzlərində  bəzən ad, ləqəb, atanın adı, təxəllüs, familiya, əsil, 
nəsəb və sairəni ayırmaq o qədər də asan olmur. Bir sıra hallarda 
bu ad və  ləqəblər o qədər bir-birinə qarışır ki, əsərin kim 
tərəfindən yazıldığını müəyyən etmək üçün böyük zəhmət tələb 
edilir. Biz “Qabusnamə”də tez-tez belə mürəkkəb ad və ləqəblərə 
təsadüf edirik. Ona görə  də ümumi şəkildə olsa da, ərəb ad və 
ləqəblərinin necə yazıldığı, onların necə oxuyub, necə başa 
düşmək lazım gəldiyi haqqında danışmağa dəyər. Bu qayda-
qanun  əsasən aşağıdakılardan ibarətdir: ləqəb-məsələn,... 
Nizamülmük, Məliküşşüəra,  Ədibüssəltənə  və  s.  Bu  ləqəblər 
rəsmi olaraq böyük adamlar - şahlar, soltanlar, xəlifələr, əmirlər 
tərəfindən verilərdi. Bəzi hallarda müəyyən xidmət, istedad və 
bədəndə olan xüsusi əlamətə görə belə  ləqəblər xalq arasında 
qeyri-rəsmi surətdə də şöhrət tapa bilərdi.” (137, 218) Göründüyü 
kimi, rəsmi olaraq böyük adamlar – şahlar, soltanlar, xəlifələr, 
əmirlər tərəfindən verilən adlar ləqəblər yox, titullardır. Müəyyən 
xidmət, isfedad, bədəndə olan xüsusi əlamətə görə verilən və xalq 
arasında qeyri-rəsmi surətdə yayılanlar isə həqiqətən ləqəblərdir. 
Görkəmli toponimist alim R.Yüzbaşov da bir sıra coğrafi 
tеrminləri tədqiqata cəlb  еdərkən titulun əvəzinə  ləqəb 
tеrminindən istifadə еtmişdir: “hacı” Məkkəyə gеdib oranı ziyarət 


 
 
130
еtmiş şəхsə vеrilən ləqəb olub, toponimiyaya adam, tayfa (nəsil) 
adı vasitəsi ilə daхil olmuşdur.” (228, 87)  
N.A.Baskakov titul və rütbələrin  Şərqdə  oğuzlarda, uyğur-
larda və  qırğızlarda (b.e. VII-VIII əsr) mövcud olduğunu 
göstərərək, onları 6 əsas qrupa bölmüşdür: (242, 63) 
1. Ali və inzibati hakimiyyət üzvlərinin titul və rütbələri – 
xan, vəzir, naib, divanbəyi, ərbab, rəis, ağa, kəndxuda, vəkil; 
2. Saray ətrafı titul və rütbələr – mirşab, aşçıbaşı; 
3. Ruhani titul və rütbələr – şeyxülislam, imam, molla, sufi, 
axund, mürid; 
4. Hərbi titul və rütbələr – sərkərdar, topçubaşı, darğa, 
minbaşı, yüzbaşı; 
5. Məhkəmə idarəsinin rütbələri – müfti, qazı; 
6. Vergi idarəsinin rütbələri – mülkədar, bəy, xoca. 
N.A.Baskakovun həmin məqaləsindəki Xivun xanlığına 
məxsus olan titul və rütbələrdən başqa tarixən Azərbaycan dilində 
sultan, əmir, şah, mirzə, əfəndi, kərbəlayi, məlikə, padşah, xatın, 
şahzadə, xotkar, xacə, yasavul, xəlifə, peyğəmbər, seyid, paşa, 
xanım, məşədi və s. titul adlar da işlənmişdir. Bu titul-adlar XX 
əsrin birinci rübünə qədərki dövrdə yaranmışdır. Həmin titulların 
bəzisi müasir dilimizdə müraciət formasında, hörmət mənasında 
(məsələn, xanım, bəy), bəzisi isə  ləqəb kimi işlənib öz ilkin 
mənasını itirmişdir. Ruhanilərin rütbələrini bildirən titul-sözlər 
hal-hazırda ilkin mənalarını saxlamaqda əksəriyyət təşkil edir. 
Titulların ləqəb kimi işlənməsi onların insanlara dövlət tərəfindən 
rəsmi fərmanlarla deyil, yumor, zarafat, kinayə məqsədi ilə xalq 
tərəfindən verilməsindən irəli gəlir. Titullar ləqəblərin 
yaranmasında az iştirak etsə  də,  əsl  şəxs adlarının 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə