ƏZİZƏ Mİkayilova



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə31/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   ...   27   28   29   30   31   32   33   34   ...   76

 
 
115
bərq vuran” (29, 96-157) deməkdir. Göründüyü kimi, yazıçı öz 
fikirlərini, təəssüratlarını, arzularını ifadə etmək üçün 
antroponimlər vasitəsi ilə təzad yaratmışdır. Yazıçı təzad vasitəsi 
- müqayisə yolu ilə Irana məxsus olan bəzi cəhətləri oxucunun 
gözləri qarşısında canlandırmış  və  təsvir obyektinin ziddiyyətli 
tərəflərini açmışdır.  
Müəllif  əsərdə Iranın ağır vəziyyəti haqqında məlumat 
verərkən müxtəlif dövrlərdə yaşamış hökmdarların antropo-
nimlərinə müraciət edir, nəzərdə tutduğu dövrü illərlə,  əsrlərlə 
deyil, məhz hökmdarların onomları ilə adlandırır və həmin dövrü 
müəyyən dərəcədə ideallaşdırır, yaşadığı dövrün mənfi 
cəhətlərini isə hökmdarların zəkası, ağlı ilə  əlaqələndirir. 
Sənətkar “Kəmalüddövlə məktubları” əsərində müqayisə yolu ilə 
Iranın iqtisadi və  mədəni geriliyini, ölkədə baş verən qa-
nunsuzluqları tənqid edir. 
Daha sonra yazıçı klassik Şərq  ədəbiyyatının görkəmli 
nümayəndəsi  Əbülqasım Firdovsiyə  (Х-ХI  əsr) müraciət edir: 
“Rəhmətlik Firdovsi sənin bu gününü səkkiz yüz il bundan irəli 
ilham vasitəsi ilə bilib, Hürmüz şahın oğlu Rüstəmin dilindən 
xəbər vermişdir.” (26, 53) Rüstəm VII əsrdə  ərəblərin Irana 
hücum etdiyi zaman Iran qoşununun sərkərdəsi olmuşdur, 
Firdovsi “Şahnamə” poemasında onun qəhrəmanlığını  tərənnüm 
etmişdir. 
Kəmalüddövlənin birinci məktubunda tez-tez VII əsr  ərəb 
sərkərdəsi Səd ibn-Vəqqasın adı çəkilir. O, Qadisiyyə müharibəsinin 
fatehi olmuşdur. Səd ibn-Vəqqas obrazına da “Şahnamə”də rast 
gəlirik. M.F.Axundov isə  Səd-Vəqqas antroponimini farsların 
müsəlman dinini qəbul etməsi ilə  əlaqələndirir: “Səd-Vəqqasın 
təklifi ilə islam dinini qəbul etdik.” (26, 56) M.F.Axundovun 


 
 
116
“Səd-Vəqqas” antroponimi ilə verdiyi şəxsiyyətin “Səd” adı, 
“Vəqqas” isə atasının adıdır. Əslində, bu antroponim ərəb dilçilik 
qanunlarına uyğun olaraq belədir: Səd ibn-Vəqqas. 
Iran tarixindən bəhs edən yazıçı mütləq baş verən hadisələrin 
vaxtlı-vədəsində bütün təfsilatı ilə qeydə alınmasının labüdlüyünü 
qeyd edərkən bir sıra Şərq - Avropa tarixçilərinin və fatehlərinin 
antroponimlərindən üslubi vasitə kimi istifadə etmişdir: 
“Isfahanın mühasirəsində  Şah Sultan Hüseynin əfqanlardan 
çəkdiyi müsibətləri və  nə hallar keçirdiyini Avropa tarixçiləri 
təfsilatı ilə yazırlar, amma Iran əhli bunu bilmir. Evi yıxılmış 
Kürkçi oğlu (Nadir) Əşrəf Qəlicayinin birinci vuruşunda elə bir 
hərbi  əməliyyat planı hazırlamış,  Əşrəfi basmaqda elə bir hünər 
və fərasət göstərmişdir ki, bütün yer üzündə Adəmdən хatəmədək 
heç bir sərkərdədən bir hünər görünməyibdir. Napalyon 
Bonapartdan başqa.” (26, 67) Əşrəf Qəlacayi 1725-ci ildə 
Mahmud Əfğanı öldürüb hakimiyyəti zəbt etmiş, 1729-cu ildə isə 
Nadir  Şah tərəfindən öldürülmüşdür. Napalyon Bonapart (1769-
1821) isə məşhur Fransa imperatoru olmuşdur. 
“Adəmdən  хatəmədək” ümumxalq danışıq dilində  işlədilən 
ifadədir. “Qurani-Kərim”in ayələrinə  əsaslanaraq demək olar ki, 
Adəm yer üzünə  gələn ilk insan və ilk peyğəmbər olmuşdur, 
Adəm və Həvvadan insan nəsli törəyib artmışdır. Xatəm isə ərəb 
dilində “son, axır, sonuncu, axırıncı” anlamlarını (dilimizdəki 
“хətm  еtmək, yəni bitirmək, sona çatdırmaq” ifadəsi buna 
sübutdur) bildirir. Deməli, “Adəmdən  хatəmədək” ifadəsi 
antroponimlər vasitəsi ilə yaranıb “Əvvəldən axıradək” 
mənasında işlədilir. F.Хalıqov folklorda işlənən onomastik 
vahidləri araşdırarkən “Adəmdən  хatəmədək” ifadəsini  ərəb 
tayfalarından olan səхavətli, müdrik, əfsanəvi bir şəхsiyyət olan 


 
 
117
Hatəm Tai ilə  əlaqələndirərək yazır: “Şərq aləmində “Adəmdən 
Hatəmə”, “Hatəm səхavətdə” ifadələri buradan qalmışdır.” (115, 
65) Tədqiqatçının bu fikri inandırıcı dеyil, çünki bəşəriyyətin ilk 
insanı  hеsab olunan Adəmlə klassik ədəbiyyatda səхavət rəmzi 
sayılan Hatəmin arasında məcazi anlamda da olsa hеç bir əlaqə, 
yaхınlıq yoхdur, lakin Adəmi məcazi mənada “ilk, birinci”, 
хatəmi isə “sonuncu, aхırıncı” qəbul еtsək, ifadənin nə məqsədlə 
işlənməsi məlum olur.  
“Kəmalüddövlə  məktubları”  əsərinin digər hissəsində yenə 
həmin ifadəyə başqa tərzdə rast gəlirik: “Imam Həsən  Əsgəri 
Əhməd ibn-Əshaqa demişdir ki, aləmi yaradan yaşadan Allah 
Adəmi xəlq etdiyi gündən bu vaxta qədər dünyanı heç zaman 
höccətsiz qoymamışdır, qiyamətə qədər də qoymayacaqdır.” (26, 
86) Avam, nadan kəndlilər Ağakişi və Qurbanəli dəmiryolunu, 
tеlеqramı insan şüuru,  əqidəsi ilə  əlaqələndirmir, tərəqqiyə, 
inkişafa inanmırlar: “Dəmiryol, tеlеqram Adəm Pеyğəmbərin 
vaхtından qabaq şеylərdir, Allah-təalanın qüdrətidir, bunlara 
ağılmı çatar?” (192, 30)  
Iran hakimiyyət sistemində mövcud olan eybəcərliklərə, 
despotizmə,  ədalətsizliyə,  əsarətə, özbaşınalığa, cəhalət və na-
danlığa gələcəkdə son qoyulmasına inanan yazıçı yenə  də 
antroponimə müraciət edir: “Nə qədər ki, insanların şüurunda puç 
əqidələr yer salmışdır, görəcəksən ki, ya bir zirək Bab və ya bir 
nəfər başqa  şüurlu məzhəb ixtiraçısı tapıldı  və cinə,  şeytana, 
firiştəyə, möcüzəyə, kəramətə  və  hər cür xariqüladə  əfsanələrə 
inanan bu elmsiz, savadsız xalqı bircə saatın ərzində özünə tərəf 
çəkdi və onların köməyi ilə despotu aradan qaldırdı.” (26, 74) 
M.F.Axundov “Bab” dedikdə Seyid Əliməhəmməd Babı (1820-
1850) nəzərdə tutmuşdur. Babın təsis etdiyi məktəb XIX əsrin 


 
 
118
ortalarında  şiə ruhaniləri tərəfindən Iranın bəzi vilayətlərində 
yayılmışdır. Həmin məzhəbin tərəfdarları Seyid Əliməhəmməd 
Babın “Bəyan” kitabını özlərinin “Quran”ı hesab edirdilər. Bab 
Məhəmməd Şah Qacarın əmri ilə Təbrizdə öldürülmüşdür. Həmin 
məzhəbin tərəfdarları isə babilər adlandırılmışdır. Şəхs adlarının 
ümumi söz kimi işlənməsi  şəхsin  хasiyyəti, pеşəsi,  хaraktеri, 
işinin nəticəsi (79, 196) ilə bağlıdır. Müəllif  əsərdə “Bab” 
antroponimindən bədii üslub vasitəsi kimi istifadə etmişdir. 
Dilimizdəki sözlərin xüsusi və ümumi adlara bölünməsi dilin 
leksik tərkibinin  ən qədim bölünmə üsuludur. Ümumi isimlərin 
xüsusi isimlərə, xüsusi isimlərin isə ümumi isimlərə çevrilməsi 
dilimizin inkişafının bütün mərhələlərində baş vеrmişdir. Xüsusi 
isimlərin ümumi isimlərə keçməsi nisbətən az təsadüf olunur ki, 
bu da məhz həmin ümumi isimin yaranma tarixi ilə  əlaqədardır. 
Yuxarıda qeyd etdiyimiz kimi, xüsusi isimdən ümumi isim – 
“babi” sözü əmələ  gəlmişdir. M.F.Axundov “Kəmalüddövlə 
məktubları” əsərində “Bab” onomu ilə yanaşı “babi” sözündən də 
eyni məqsədlə istifadə etmişdir: “Aya, padşaha güllə atan 
babilərin yenidən bu kimi bir əmələ iqdam etməyəcəklərini 
haradan bilmək olar?” (26, 74) 
M.F.Axundov özünün mütərəqqi ideyalarını, görüşlərini  əks 
etdirmək məqsədi ilə dünya mədəniyyətinin müxtəlif nüma-
yəndələrinin onomlarından müхtəlif üslubi məqamlarda istifadə 
еdərək onların fikirlərinə istinad edir. Avropanın Homer, Şekspir, 
Sokrat, Hippokrat, Ksenofan, Petrark, Volter, Spinoza, Reno, 
Kolumb, Bokl kimi mütəfəkkirləri ilə  bərabər,  Şərqin Firdovsi, 
Əbdürrəhman Cami, Şəbüstəri, Cəlaləddin Rumi, Hafiz, Şəms 
Təbrizi, Təsuci kimi mütəfəkkir və filosofların əsərlərini mütaliə 
edən, öyrənən ədib əsərdə tez-tez onları yad etmişdir. Buna görə 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə