ƏZİZƏ Mİkayilova



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə50/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   ...   46   47   48   49   50   51   52   53   ...   76

 
 
188
düzələn familiyalar XVII əsrdə  fəal  şəkildə 
işlənmişdir. ” (125, 73)  
10.  Bəzən isə  bədii  ədəbiyyatımızda ləqəb  şəxs 
adının yerində  işlənir, oxucuya obrazın adı  məlum 
olmur, yəni ləqəb adı üstələyir. Bu zaman şəхs adı 
bütün funksiyalarını  ləqəbə  vеrir. Bu isə obrazın  əsas 
xarakterik cəhətləri ilə bağlıdır. Bеlə ki, 
M.F.Axundovun “Mürafiə  vəkillərinin hekayəti” 
komediyasında rast gəldiyimiz Həpo Qumarbazın  şəxs 
adı əsərdə verilməsə də, onun ləqəbləri oxucuya obrazın 
əsas cəhətləri haqqında xeyli məlumat verir. Bu 
məlumatı bir daha üçüncü məclisdə  Həpo Qumarbazın 
öz dilindən eşidirik. O deyir: “Dünən Ağa Mərdan məni 
yoldaşlarım ilə evinə çağırdıb hər birimizə on beş tümən 
pul verdi ki, vəba vaxtı biz Hacı Qafurun qucağında bir 
aylıq oğlunu görmüşük. Qumarbaz baba idim. Aldım, 
apardım; çünki nahaq işdən ötrü verilmişdi, bərəkəti də 
olmadı. Bu gecə on beş tümənin hamısını bir yerdən 
uduzdum. Bir yaman hərifə rast gəlmişdim ki, Leylac 
onun əlinə su tökməyə yaramaz idi.” (23, 196) 
“Həpo” ləqəbi isə obrazın birbaşa nitqi ilə bağlıdır. 
Bеlə ki, əsərdə obraz “hə” təsdiq  ədatının  əvəzinə tez-
tez “həpo” kəlməsini işlədir. 
M.F.Axundov “Mürafiə  vəkillərinin hekayəti” 
komediyasında şiə ruhanilərinin, həmçinin xalqın dövlət 


 
 
189
qulluğunda çalışan məmurların hamısını  “əhli-zələmə”, 
yəni “zülm əhli” adlandırdığını, onlara mənfi münasibət 
bəslədiyini yazır: “Sənin qərəzin budur ki, gedəsən Əziz 
bəyə, o əhli-zələmədən törəyənə tamam ölülərimizin 
ruhunu özünə qarğıdasan. Bizim qanımızı  əhli-zələmə 
qanına qarışdırasan.” (23, 171) M.F.Axundov 
Zübeydənin ifadəsi ilə Iran dövlət məmurlarını zülm, 
istibdad  əhli kimi tənqid edirdi. Həmin fikrə 
“Kəmalüddövlə  məktubları”  əsərində  də rast gəlmək 
mümkündür: “Doğrudan da, naibi-imam necə özünü 
kəlbi-imama məhkum və tabe bilsin və aya, belə 
məhkumiyyətin və  təbiyyətin münasibəti və vücudu 
varmı və üləma şahları imama kəlb etməklə kifayətlən-
məyib, onlara zalim və amillərinə “zələmə” ləqəbini də 
verirlər və padşahlar da bu işə etinasız və barmaqarası 
baxırlar. Başqa çarələri də yoxdur.” (26, 71)  
 
Nüsxəbənd (“Bəxtsiz cavan”) – “Qonşu kənddə bir 
otaylı Nüsxəbənd var. Həkimlikdən də az-maz başı 
çıxır.” (108, 154) Nüsxəbənd fars mənşəli söz olub 
“xalq təbabətini bilən, qədim tibb kitablarına  əsaslanıb 
dərman yazan şəxs” deməkdir. 
“Dağılan tifaq” pyesinin passiv fonduna daxil olan 
antroponimlərdən biri “Qaraqazan oğlu” ləqəbidir. 
Ləqəbdən məlum olur ki, həmin tip mənfi xarakterə 
malikdir. Süleyman bəy  şəhər kənarına bildirçin 


 
 
190
tutmağa gedərkən Qaraqazan oğlu qarşısına çıxmış  və 
onu tələyə salmaq üçün Qarğalı çay tərəfə göndərmişdir. 
Qaraqazan oğlunun xarici görünüşü də ürək açan deyil
“çiynində xurcun, əlində torba tər tökə-tökə gedən 
Qaraqazan oğlunun Qarğalı çaya getməsi” müəllifin 
ləqəblə toponimik vahid arasında alliterasiya 
yaratmasıdır. 
XIX  əsrin ikinci yarısında, demək olar ki, bütün 
yazıçılarımızın bədii dilində klassik ədəbiyyatımızda, 
şifahi xalq ədəbiyyatında – dastanlarda, nağıllarda, 
atalar sözlərində işlədilən ləqəblərdən üslubi vasitə kimi 
istifadə olunmuşdur. Klassik ədəbiyyatdan və  şifahi 
xalq ədəbiyyatından götürülərək istifadə olunan ləqəblər 
bənzətmə xüsusiyyətlidir. Görkəmli sənətkarlarımız 
bədii dildə tez-tez folklorda və klassik ədəbiyyatımızda 
işlədilmiş müxtəlif obrazların ləqəblərindən də üslubi 
vasitə kimi istifadə etmişlər. Sevən bir aşiqin – 
Bayramın (“Hekayəti-xırs-quldurbasan”) ifadəsində 
belə antroponimlərdən birini eşidirik: “Az qala dəli-
divanə olub Məcnun kimi dağa-daşa düşəm.” (23,69) 
Səadətin (“Müsibəti-Fəхrəddin”) məhəbbəti yolunda 
ölümə gеdən Cahangir bəy də özünü Məcnuna bənzədir: 
“Gərək Fəхrəddin aralıqdan götürülə, yoхsa ayaqyalın, 
başıaçıq, dərələrdə, təpələrdə  Məcnunam ki, Məcnun. 
Tamam el-oba mənim adımı Məcnun qoyublar. Əlbəttə, 


 
 
191
mən divanəyəm, hərgah divanə olmasaydım, Səadətə 
təəşşüq yetirməzdim.” (224, 144) Qulluqçu Yеtərə aşiq 
olan Hacı Qənbər (“Yağışdan çıхdıq, yağmura düşdük”) 
dеyir: “Allahdan gizlin dеyil, bəndədən nə gizlin, dəхi 
tab-taqətim kəslibdir, aşkar olmuşam Məcnun.” (224, 
144) Yazıçı sеvən aşiqin məhəbbətini tərənnüm edərkən 
bədii ifadə vasitəsi kimi təşbehdən istifadə edir və bu 
bənzətmədə 
həqiqətən bir oxşarlıq vardır. 
Ə.Haqverdiyev isə “Məcnun” onomundan nə sevən 
aşiqin adı kimi, nə  ləqəbi kimi, nə  də  təşbeh kimi 
istifadə etmişdir. “Bəxtsiz cavan” pyesinin passiv 
antroponimlər sistemində olan “Məcnun” onomunun 
işlədilmə  məqamı tam fərqlidir. Fərhadın tamamilə 
başqa birisini sevməsinə baxmayaraq, Məcnun bəy 
qızını böyük sevinc hissi ilə ona vermək istəyir. Məcnun 
bəyi Fərhadın onun qızını sevməməsi tamamilə 
maraqlandırmır və Məcnun bəyin əsas məqsədi Musanın 
ifadəsi ilə oxucuya məlum olur. Musa Fərhad bəyə 
deyir: “Sən bir nemətsən ki, göydən düşübsən Məcnun 
bəyin  əlinə. O, deyəndə ac bir adamdır. Elə bir sənin 
kimisini axtarır ki, qızını onun boğazına bağlasın. 
Axtardığı yar idi, yetirdi pərvərdigar! Məcnun bəy heç 
vədə bu təklifi qəbul eləməz.” (108, 163) Bu cümlələri 
oxuyarkən Məcnun bəyin yalnız var-dövlətin əsiri, yəni 
"aşiqi" olduğu hər kəsə aydın olur.  


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə