27
Yaddan çıxmaz Qarabağ.
Ağabəyim Aga,
Qarabağ xanının qızı
8.
Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan ola bilməz.
Vasif Adıgözəlov,
Xalq artisti, bəstəkar
9.
Şuşa bütün azərbaycanlıların ruhunun vətənidir.
Anar,
Xalq yazıçısı
10.
Harda dağ görürəm, gözüm önündə Şuşanın dağları gəlib dayanır.
Şıxəli Qurbanov,
Xalq yazıçısı
11.
“Əgər oxumursansa, deməli, Şuşalı deyilsən”
Sergey Yesenin,
rus şairi
12.
Xocalı hadisəsi Hitler faşizminin Xatın kəndində törətdiyi müsibətlə
müqayisədə daha dəhşətli idi. Ermənilər bu qəddar terror aktı ilə öz
vəhşiliklərini bütün dünyaya bəyat etdilər.
Yuri Pompeyev
Yazıçı-jurnalist
Qarabağ mövzusu haqqında keçirilə biləcək tədbirlərdən biri də rəsm
müsabiqəsidir. Rəsm müsabiqəsi kitabxananın oxucuları və məktəblilər
arasında keçirilir. Yaxşı rəsm çəkmək bacarığı olan oxucular münsiflər
tərəfindən I, II, III yerlər üzrə təltif olunurlar. “Rənglər mənim
duyğularımda” adlı sərginin nümunəsini sizlərə təqdim edirik.
29
“Qarabağım - qəm ocağım” adlı kitab sərgisinin qarşısında azyaşlı
oxucu şair Qəşəm İsabəylinin “Vətən-yəni biz” seirini söyləyir.
Böldüm hecaya “Vətən”i -“Və”, “Tən”.
Nə deməkdi “Və”, nə deməkdi “Tən”?
Bağlayıcıdır “Və” dərslikdə var;
Min fikri,
sözü açar, bağlayar.
Bəs “Tən”?
“Tən-bədən”...
“Tən - düz”...
“Tən”- yarı”...
Hansı uyardı bu mənaların!?
Əlbəttə “Yarı”...
“Yarı”, yəni “Tən”!
Eləysə onda nədir bəs “Vətən”!?
“Və”dən qabağa - onlar, sən və mən!
“Və”dən arxaya - qalan yarı-“Tən”...
Topla bu ayrı “Yarı”ları sən,
Bax, bu birlikdən yaranıb Vətən.
30
Vətən, yəni biz; bir qəlbdə canı -
Şimallı...Cənublu...Azərbaycanım!
Vətən haqqında aforizmlər
1.
Bu dünyada şirin şey bir anadır, bir Vətən.
2.
Bülbülü saldılar qəfəsə dedi: "Ay Vətən, ay Vətən".
Buraxdılar, qondu tikan koluna, dedi: "Can Vətən, can Vətən".
3.
Ana kimi yar olmaz, Vətən kimi diyar.
4.
Vətəndən ayrı düşsəm viran ollam, talannam.
5.
Vətənə gəldim, imana gəldim.
6.
Vətən həsrəti çəkdim, gözlərimə qan gəldi.
7. Qürbətdə xan olunca, Vətənində dilən, gəz.
Qarabağa aid silsilə tədbirlər keçirərkən kitabxanaçılar internetin
imkanlarından da istifadə edə bilərlər. Texniki imkanı olan kitabxanalarda
mövzuya dair saytlardan fraqmentlər, əyani materiallardan monitor
vasitəsilə iştirakçılar üçün nümayiş oluna bilər.
Qarabağla bağlı hər hansı bir tədbirin keçirilməsi üçün kitabxanaçılar
ilk növbədə kitab fondunun komplektləşdirilməsinə, ölkəşünaslıq və
müxtəlif mövzu kartotekalarının tərtib edilməsinə önəm verməlidirlər.
Məsələn, “Azərbaycanın Milli Qəhrəmanları”, “Qəhrəmanlar xalqın
ürəyindədir”. “Qarabağ dərdi bədii ədəbiyyatda” mövzularında tərtib etdiyi
mövzu kartotekaları oxucuları xalqımızın qəhrəman oğulları, onlar
haqqında yazılmış əsərlər və bədii ədəbiyyat nümunələri ilə tanış edir.
Kitabxananın kataloq və kartotekalarında “Qarabağ mövzusu, “Yaddan
çıxmaz Qarabağ” başlıqlı ayrıclar altında müvafiq ədəbiyyatı ayrıca
göstərmək olar.
İşğal olunmuş ərazilərimizin oxucu kütləsi arasında geniş şəkildə
təbliği
üçün
kitabxanada
“Nağıl
saatı”nın
keçirilməsi
də
məqsədəuyğundur. “Nağıl saatı” əsasən nağıl otağında kiçik və orta yaş