47
Nizami ordumuzun möhkəmlənməsi, beynəlxalq miqyasda
Azərabaycanın haqlı mövqeyinin dəstəklənməsi, insanlarda düşmənə
nifrətin artması, yekdil əhval-ruhiyyəsinin yaranması onu deməyə əsas
verir ki, Qarabağ torpağı mütləq düşmən əsarətindən azad ediləcək.
Ordumuzun, xalqımızın düşmən üzərində zəfər yürüşünə çıxacağı,
üçrəngli bayrağımızı Qarabağ torpağına sancacağı günə az qalıb. O gün
mütləq gələcək!
Oxucular səhnəyə daxil olur: Qarabağın dilbər guĢəsi olan ġuĢa
haqqında əfsanədən bir parça göstərirlər. Pənah xan və Bərdə xanı
səhnəyə daxil olur.
Günlərin bir gün Pənah xan Bərdə xanına qonaq gəlir. Bərdə xanı
möhtərəm qonağın rəğbətini qazanmaq üçün onun şərəfinə ov təşkil edir.
Onlar Qarabağın tərifli atlarını minib nökərləri, tazıları ilə yaxınlıqdakı uca
dağlara, sıx meşələrə ova çıxırlar. Bu dağlardan ətrafı müşahidə edən
Pənah xan heyran qalıb öz-özünə deyir:
Pənah xan: “Bu nə gözəl yerdir. Nə gözəl aydın, saf havası var, elə bil
şüşədəndir. Uzaqdan hər şey ayna kimi görsənir. Burada bir şəhər salmaq
lazımdır”.
Bərdə xanı: Pənah xan çox sad oldum.
Bu gorüşdən sonra Pənah xanın məsləhətilə Qarabağın bu yüksək, səfalı,
şüşə kimi aydın, təmiz havalı yerində Şuşa adlı şəhər salınır.
Oxucular səhnəyə daxil olur və ġuĢa ilə bağlı bayatılar söyləyirlər.
Əzizim, ulu Şuşa,
Qoynu saf sulu Şuşa.
Bizi həsrət qoyanın
Yomrulsun yolu, Şuşa.
Əzizim, ozan gərək,
Saz tutan ozan gərək.
Taleyinə Şuşanın
Söz tapıb yazan gərək.
48
Əzizinəm, məst edən,
Gül-çiçəyi məst edən.
Bərabərin yox, Şuşam,
Ölsün sənə qəsd edən.
Əzizim verməm yada,
Sirrini verməm yada.
Uzaq olsun, ey Şuşam,
Görüm səndən qan-qada.
Bu dağların ətəyi,
Əlvan xalı örpəyi.
Eşidilmir nə vaxtdı
Şuşam, çoban tütəyi.
Əzizinəm, həlqədən,
Azad görüm həlqədən.
Pənahında saxlasın
Şuşam, səni xəlq edən.
Eləmi, qara bağla,
Göy geyin, qara bağla.
Yolun yomrulsun, düşmən
Nə işin var Şuşayla.
Əzizim, bəd qonşunun,
Bədayaq, bəd qonşunun.
Qoyma, kəs qaraltısın
Şuşadan bəd qonşunun.
Oxucular Mirvarid Dilbazinin “ġuĢa” Ģeirini soyləyirlər.
Ag duman bürüdü dərəni, dağı,
Gizləndi dağların gözəli Şuşa.
Meh vurub uçurdu o ağ duvagı,
Göründü şairin öz eli, Şuşa!
49
Buludlar dayanıb qabaq-qabağa,
Şimşək alovunu tökəndə dağa,
Çökən qaranlığı bağçaya, bağa
Nə gözəl dağıtdı yaz yeli, Şuşa!
Çəmənlər yuyundu yağış selində,
Açıldı yarpağı qönçə gülün də,
Duman seyrəkləşdi dağlar belində,
Ötdü qumruların şən dili, Şuşa!
Nur saçdı al qurşaq göyün üzündə,
Meh ətri payladı Cıdır düzündən,
Daşdı çeşmələrin suyu gözündən,
Axdı dərələrdən dağ seli, Şuşa!
Sənə Natəvanın gözüylə baxdım,
Çoşqun çeşmə kimi, çay kimi axdım,
Açıldı mənim də şairə baxtım,
Yaşıl düzlərində gəzəli, Şuşa!
Sən qədim şəhərsən, möhkəm qalasan,
İstərəm gün-gündən abad olasan,
Dağların qoynuna işıq salasan,
Dünya görə bizim gözəli, Şuşa!
Oxucular səhnəyə daxil olur. ġair Ələmdar Quluzadənin “Turan evi”
mənzum pyesindən bir parçanı səhnələĢdirib göstərirlər.
1992-ci ilin may ayı. Şuşa şəhəri. Uçuq qala divarları. Uzaqda əzəmətli
Kırs dağı görünür. Zaman baba başını qala divarlarına söykəyib. Turan
nigaran baxışlarla ətrafı seyr edir. Əvvəlcə cəngi səslənir, qılıncların,
qalxanların şaqqıltısından qulaq tutulur. Səs tədricən zəifləyir. Tar dilə
gəlir.
50
Zaman baba: - Eh nələr görmədi hər qala daşı,
Tarixə bəllidir sirri, sirdaşı.
Taleyi nə qədər bəlalara tuş,
Cahan daşları da qanla yoğurmuş.
Turan:
- Bayaqdan göz qoyub baxıram sənə,
Kimlə danışırsan? Cavab versənə?
Bu sehir deyil ki, bu görəcəkdir,
Daşlar yenidənmi göyərəcəkdir?
Zaman baba: -Dünya başdan-başa sualdır, bəli,
Daşlara dediyim mənə təsəlli.
Kirsin başı qışdır, ətəyi yazdır,
Dərələr yaşıldır, zirvə bəyazdır.
Daş qədər sevsəydik ana Vətəni
Başa çıxarmazdıq yoldan ötəni.
Turan:
- Daşın ürəyi yox, məhəbbəti yox.
Zaman baba: - Bir də bu Vətənə xəyanəti yox.
Bünövrə tökmüşük, divar hörmüşük,
Hansı qara daşdan bəla görmüşük?
Nə vaxt düşmən bizə çəpəki baxıb
Daşlar qoşun kimi ayağa qalxıb.
Tarixdə min sınaq, min bir imtahan,
Qaladan ürpənib yağı hər zaman.
Özün vermədinsə onun sirrini,
Yağı nə biləcək daşın sehrini?
Turan:
- Keçib dastanlardan, keçib nağıldan,
Yurd imdad diləyir ərdən, oğuldan.
Zaman baba: - Haqlısan, haqlısan, ağıllı balam,
Duman içindədir hələ ki qalam.
51
(Qala divarlarını göstərir)
Bu cansız daşların hikməti dərin,
Nəbzi biləklərdə vuraydı gərək.
Qaynayıb qaladan daşan şəhərin
Qalası süngütək duraydı gərək.
Sən torpaq üstündə savaşlara bax,
Ot basan, kol örtən bu daşlara bax...
Onlar ləkəsizdir, onlar təmizdir,
Uçulan qala yox, tariximizdir.
Bəli, bu gün damarında azərbaycanlı qanı axan hər bir kəs Qarabağ və
onun taleyi haqqında ciddi düşünməli, əlindən gələni əsirgəməməlidir. Bu
bir həqiqətdir ki, dağılmış kəndləri, şəhərləri bərpa etmək, maddi ziyanı
ödəmək olar, amma itirilmiş mədəniyyəti, yaralanmış mənəviyyatı
qaytarmaq, sağaltmaq mümkün olmur. Allahın köməyi ilə işğal olunmuş
torpaqlarımızı yaxın gələcəkdə azad edəcəyik, amma tariximizi,
mədəniyyətimizi yaşadan, əks etdirən maddi-mənəvi abidələrimizin
taleyini hər an düşünməliyik. Haqq səsimizi dünyaya car çəkərək milli-
mənəvi sərvətlərimizə sahib çıxmalıyıq.
Oxucular səhnəyə daxil olur. ġair Məmməd Aslanın “Yurd itirən bay
olmaz” Ģeirini söyləyirlər.
İçim yanar həsrətdən,
Bağrımda köz Kəlbəcər,
Gördüyü fəlakətdən
Ağlar göz-göz Kəbəcər.
Xəyanətlə vurulan,
Öz odunda qovrulan,
Al qanımda qıvrılan
Dərdi dəniz Kəlbəcər.
52
Ag saraylar, viranə,
Yüz il təslim bir ana...
Məlhəm qoymaz yarana,
Dünya bumbuz, Kəlbəcər.
Məndə sevinc arama,
Dünya saxta, qurama...
Qan fışqıran yarana,
Səpilən duz Kəlbəcər.
Dağ çökdürən cəbrimsən,
Can çəkişən səbrimsən,
Qazılmamış qəbrimsən,
Dərdimə üz, Kəlbəcər.
Dikəl qəfil qarşıma,
Axna, tökül başıma!
Daş vermə başdaşıma,
Qalmasın iz, Kəlbəcər.
İbrət odu: göz görə!
Görəmmədik yüz kərə...
Nifrət yağdır bizlərə
Gecə-gündüz, Kəlbəcər.
Bu, axır zamandımı?!
Aman! Əl-amandımı?!
Yaxşımı, yamandımı
Halin bizsiz, Kəlbəcər?!
Qarlı qışa dözmürdün,
53
Dağa-daşa dözmürdün,
Bərkə-boşa dözmürdün,
Gəl, indi döz, Kəlbəcər!
Nə dağdı Allah çəkdi,
Dağ üstündən dağ çəkdi...
Dədə Şəmşir ah çəkdi,
Yandı söz-söz, Kəlbəcər.
Çilikləndi büllür saz,
Getdi ruhunda avaz...
O Kəlbəcər qayıtmaz,
Qayıtsa yüz Kəlbəcər.
Yurd itirən bay olmaz,
Dərddən-qəmdən ayrılmaz!
Bir daşına tay olmaz
Kürreyi-ərz, Kəlbəcər!
I Aparıcı:
-Uşaqlığımızın şirin xatirələrinin, gəncliyimizin doyulmaz
anlarının, ömrümüzün ən xoş, ən gözəl çağlarının beşiyi cənnət
Qarabağımız. Sənsizlik ağrısı güc gələndə, dözüm bizdən üz çevirəndə,
səbir kasamız dolub daşanda könlümüz laylalarla, bayatılarla, gözlərimiz
leysan yaşlarla ovunur. Könlümüzü ovudan, yanğımızı səngidən bu
laylalardan, bayatılardan hörülmüş bu söz çələngini əziz və sevimli
oxucularımızın ixtiyarına veririk. Ümidvarıq ki, Qarabağsızlıq ağrısı ilə
alışan qəlblərə bu yazı az da olsa məlhəm olacaq.
Bükmə belin, əymə qəddin,
Səninləyik biz Qarabağ...
Tədbir müəllif Vahid Mustafayevin “Xoca” filminin nümayişi ilə başa
catır.
54
Qarabağ haqqında musiqi əsərləri
Ramiz Mustafayev - "Bu qan yerdə qalan deyil" vokal-simfonik Poeması
(1991)
Nurəngiz Gün - "Xocalı" simfoniyası
Elnarə Dadaşova - "Xocalı laylası" (1999)
Məmməd Quliyev - "Simfoniya-rekviyem"
Nəriman Məmmədov - "Xocalı" adlı 7 saylı simfoniya (1998)
Yusif Mirişli - "613" simfonik poeması
Dəyirman və Toni Blackman - Justice For Khojaly
Ağadadaş Ağayev – “Halımı sorma” (musiqi: Eldar Mansurov,
sözlər: Sabir Rüstəmxanlı)
Firəngiz Əlizadə - “Qarabağnamə” (opera)
55
Qarabağ haqqında Azərbaycan filmləri:
“
Dağlıq Qarabağ” (film, 1948)
“
Fəryad” (film, 1993)
“
Haray” (film, 1993)
“
Laçın dəhlizi” (film, 1993)
“
Ağ atlı oğlan” (film, 1995)
“
Vətən mənə oğul desə” (film, 1996)
“
Canavar balası” (film, 1997)
“
Hər şey yaxşılığa doğru” (film, 1997)
“
Arxada qalmış gələcək” (film, 2005)
“
Girov” (film, 2005)
“
Yalan” (film, 2006)
“
Biz qayıdacağıq” (film, 2007)
“
Xocalı soyqırımı” (film, 2007): İşğaldan 61 gün əvvəl (I hissə), Qətliamın
6 dəqiqəsi (II hissə),Soyqırım (III hissə)
“
Ermənilər. Riyakarlığın anatomiyası” (film, 2008): Forpost əməliyyatı (I
hissə), Əsrin siyasi avantürası
“
Bir addım” (film, 2009)
“
Dolu” (film, 2012)
“
Xoca” (film, 2012)
56
Ədəbiyyat siyahısı
Ġnternetdə:www.google.az
A. BaxĢeyiĢ. Ağdam ağrıları . - Bakı : Şuşa nəşriyyatı, 2003. - 152 s.
L.Bəhmən. Biganəlik və unutqanlığımızın acı həqiqətləri. - Bakı : Nərgiz,
2008. - 276 s.
Qarabağ yaddaĢ. - Bakı : MHS-poliqraf, 2010. - 190 s.
Caucasian Hiroshima = Ağdam- Qafqaz Xirosiması, Ruhlar şəhəri =
Агдам- Кавказская Хиросима, Город Духов : The ghosts city / Ağdam
rayon İcra Hakimyyəti) ; ed. B. Akhundov ; comp. A. Amrahov. - Bakı :
Təhsil, 2012.
L. Bəhmən. Biganəlik və unutqanlığımızın acı həqiqətləri. - Bakı : Nərgiz,
2008. - 276 s.
K. Akif. 10 dekabr 1992-ci il faciəsi : Zəngilan / A. Kərimli. - Bakı : Yeni
Poliqrafist, 2010. - 219 s.
Ə. Əlisahib. Cəbrayılım-müqəddəs torpaq : Cəbrayıl polisinin tarixindən
səhifələr. - Bakı : Ekologiya, 2006. - 412 s.
A.Tariyel Allahverdi oğlu. Cəbrayıl alimləri : Ensiklopedik toplu / T. A.
Abbaslı ; red. Ə. R. Xələfli ; məs.: A. Şahverdiyev, S. Əhmədov - Bakı :
Adiloğlu, 2008. - 448 s.
Ə. Nəbi Ələsgər. Azərbaycanın makrotoponimləri : Dərs vəsaiti. - Bakı :
Elm və Təhsil, 2009. - 488 s.
Ġ. Ġsmayıl. Cəbrayıl şəhidləri / İ. İmanzadə, T. Abbaslı ; red. Y. Məğrur ;
rəs. Y. Əsədov. - II hissə. - Bakı : Təknur, 2013. - 672 s.
Ə. Əlisahib. Cəbrayılım-müqəddəs torpaq .- Bakı : Ekologiya, 2006. - 412
s.
Biz öz yurdumuza qayıdacağıq. - Bakı : Azərbaycan Ensiklopediyası
NPB, 1997. - 520 s.
L. Bəhmən. Biganəlik və unutqanlığımızın acı həqiqətləri .- Bakı : Nərgiz,
2008. - 276 s.
Müharibə və tarixi - mədəniyyət abidələrimiz : İşğal olunmuş
Azərbaycan ərazilərində xanəgahlar, pirlər, ziyarətgahlar / Azərbaycan
Elmlər Akademiyası İnsan Hüquqları İnstitutu. - Bakı : 2006. - 56 s.
M. Mehdi. Qubadlını məndən soruş / M. Mükərrəmoğlu ; red. M.
Nazimoğlu. - Bakı : Nurlan, 2007. - 158 s.
57
N. Nəsib. Bağışlamaz dağlar məni : Şeirlər / N. Nəbioğlu. - Bakı : Qrif,
2004. - 438 s.
Kəlbəcər dünyası : Folklor nümunələri (Rəvayətlər, əfsanələr, hikmətli
deyimlər, lətifələr, məzəli əhvalatlar, bayatılar) / məsl. Q. Şəmşiroğlu ; red.
M. Nərimanoğlu ; topl. K. Nemət. - Bakı : Adiloğlu, 2009. s.446.
T. Məzahir Oruc. Kəlbəcər : Ensiklopedik məlumatlar-toponimlər-
fotoşəkillər-xəritələr / M. O. Təhməzov ; red., öz Ə. Ağalarov, red., öz Ə.
Misiroğlu, red., öz İ. Məmmədli, məs., öz V. G. Ramazanov, məs., öz Z.
A. Vəliyev. - Bakı : Azərnəşr, 2008. - 400 s.
Ə.Əlisahib. Erməni-daşnak faşizmi və Azərbaycan : Bədii publisistika / Ə.
Əroğul ; red. M. Ş. Çəmənli. - Bakı : Təhsil, 2007. - 412 s.
Sücaət. Dəli dağın dəliləri haradadır? : poeziya / Sücaət ; tərt.ed. A. M.
Abbas ; red. A. Dənzizadə. - Bakı : Çinar - Çap, 2010. - 176 s.
Qarabağ abidələri = Karabakh monuments = Памятники Карабаха /
red.: V. Hüseynova, B. Hüseynova ; tərc.ed.(ingilis dili) H. Ağayeva. -
Bakı : Günəş, 2009. - 183 s.
L. Tahir. Vətən oğul istəyir : Poeziya / T. Laçın. - Bakı : Araz, 2006. -
146 s.
S. M. Mirsultan. Milli qəhrəmanlar zirvəsi / M. M. Seyidzadə ; red. N.
Vəliyev ; məs. Q. Paşayeva. - Bakı : BS Polygraphic, 2010. - 256 s.
Xuraman. Ürəyimdən keçənlər : Povest, hekayələr və mənsur şeirlər /
Xuraman ; red. L. Məmmədova ; ön söz E. Fuad. - Bakı : Nərgiz, 2011. -
256 s.
Müharibə və tarixi - mədəniyyət abidələrimiz : İşğal olunmuş
Azərbaycan ərazilərində xanəgahlar, pirlər, ziyarətgahlar / Azərbaycan
Elmlər Akademiyası İnsan Hüquqları İnstitutu. - Bakı : 2006. - 56 s.
M. Knyaz. Ot kökü üstə bitər : I hissə / K. Miskinli. - Bakı : Ozan, 2009. -
216 s.
N. Nəsib. Bağışlamaz dağlar məni : Şeirlər / N. Nəbioğlu. - Bakı : Qrif,
2004. - 438 s.
Kəlbəcər dünyası : Folklor nümunələri (Rəvayətlər, əfsanələr, hikmətli
deyimlər, lətifələr, məzəli əhvalatlar, bayatılar) / məsl. Q. Şəmşiroğlu ; red.
M. Nərimanoğlu ; topl. K. Nemət. - Bakı : Adiloğlu, 2009. - 448 s.
T. Məzahir Oruc. Kəlbəcər : Ensiklopedik məlumatlar-toponimlər-
fotoşəkillər-xəritələr / M. O. Təhməzov ; red., öz Ə. Ağalarov, red., öz Ə.
Misiroğlu, red., öz İ. Məmmədli, məs., öz V. G. Ramazanov, məs., öz Z.
58
A. Vəliyev. - Bakı : Azərnəşr, 2008. - 400 s.
Ə. Əlisahib. Erməni-daşnak faşizmi və Azərbaycan : Bədii publisistika /
Ə. Əroğul ; red. M. Ş. Çəmənli. - Bakı : Təhsil, 2007. - 412 s.
Sücaət. Dəli dağın dəliləri haradadır? : poeziya / Sücaət ; tərt.ed. A. M.
Abbas ; red. A. Dənzizadə. - Bakı : Çinar - Çap, 2010. - 176 s.
Dostları ilə paylaş: |