16
Kəlbəcərdə izim var,
Dadlı-duzlu sözüm var.
Düşmən gözün ovulsun,
Demə, orda gözüm var.
Kəlbəcər dəniz səviyyəsindən 3000-3700 m hündürlükdə yerləşir.
Sahəsi 1936 kv.km-dir. Bu rayon Azərbaycanın dilbər guşələrindən biri, ən
sərvətli və varlı royonudur. Bu ərazi təbii filiz yataqları, mineral suları,
tikinti materialları, şüşə qab sənayesində istifadə olunan müxtəlif növ qum
yataqları, zinyət-bəzək əşyaları hazırlamaq üçün cürbəcür qiymətli daşları,
mebel sənayesinə lazım olan qiymətli ağacları ilə bol olan meşələrlə
zəngindir. Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə
ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə
bağlıdır. Bu dövr isə 4 milyon ildən arıq bir tarix deməkdir. Kəlbəcərdəki
mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai
insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Kəlbəcər
ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il
yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar
edilib.
Kəlbəcər ərazısindəki qayaüstü təsvirlər sankı Qobustandakı yazılı
və şəkilli daşların oxşarı “əkiz”ləri idi. “Soltan Heydər”, “Qurbağalı çay”,
“Turşsu”, “Ayçınqıllı”, “Gəlinqayası”, “Böyükdəvəgözü”, “Sərçəli” və s.
yerlərdəki qayaüstü təsvirlər təkcə Kəlbəcərin deyil, bütövlükdə
Azərbaycan torpağının qədim insan məskəni olduğunu sübut edir.
Ağbaban faciəsi Azərbaycanın gözəl guşəsi Qarabağın qala qapısı
Kəlbəcəri ələ keçirmək üçün erməni separatçılarının “Böyük Ermənistan”
yaratmaq xülyasıyla Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli
soyqırımıdır.
Bütöv bir kəndin tamamilə yandırılması, yüzlərlə dinc sakinə qeyri-
insani işgəncələr verilməsi, yurdundan didərgin salınması, XX əsrin ən
qanlı terrorlarından biri suçsuz qocaların, körpə və qadınların
güllələnməsi, əsirlərin başının dərisinin soyulması, dırnaqlarının
17
qoparılması, meyitlərin gözünün çıxarılması, qulaqlarının kəsilməsi, tarixi
memarlıq
və
mədəniyyət
abidələrinin
dağıdılması,
müqəddəs
qəbiristanlıqların təhqir və məhv edilməsi, klassik Azərbaycan şeirinin
ustadı Aşıq Qurbanın və Aşıq Şəmşirin əlyazmalarının yandırılıb talan
edilməsi erməni separatçılarının dünya ictimaiyyətinin gözü qabağında
gerçəkləşdirdiyi etnik təmizləmə siyasətinin davamıdır.
Təəssüf ki, illərdir dünya dövlətləri bu cinayətin nə adını çəkir, nə
də ermənilərə hər hansı bir sanksiya tətbiq edir. Amma illər keçsə də, yenə
doğma yurd yerimizə qayıtmaq ümidini hələ də itirməmişik. Oranın hər
daşında, qayasında qalan ayağımızın izi bizi səsləyir. Kolgəsinə
sığındığımız uca, başı buludlara dəyən dağlar bizi haraylayır.
Bu yurd bizimlə gözəl,
Bu yurd bizimdir əzəl.
Yağı boynu qırılmış,
Yurdda nə üzlə gəzər?
Zəngilan rayonu
Əzəli yurd yerimiz, bərəkətli torpağı, füsunkar görünüşü, hünərvər
sakinləri ilə tanınan Zəngilan 25 ildir ki, işğal altındadır. Bu bölgə
18
haqqında vaxtı ilə ulu öndər Heydər Əliyev belə demiĢdir: “Zəngilan
həm gözəl, zövq oxĢayan təbiətinə, həm də insanların əkib-
becərdiklərinə, zəhmətkeĢ olduqlarına görə Azərbaycanımızın ən
qiymətli hissəsidir”.
Zəngilan rayonunun ərazisi 707 kvadratkilometr, 81 kəndi, 1
şəhəri, 1 şəhər tipli qəsəbəsi vardır. 72 ümumtəhsil məktəbi, 46 uşaq
bağçası, 39 mədəniyyət evi, 4 musiqi məktəbi, 19 klubu 64 səhiyyə və 42
rabitə obyektləri, 145 inzibati bina, 10 min 220 yaşayış evi. Dünyada
ikinci, Avropada birinci olan 107 hektar çinar meşəsi düşmən əsarətində
qalıb.
Azərbaycanın bir diyarı kimi Zəngilan elə 1988-ci ildən
müharibənin içindəydi. Ancaq 1990-cu ildə artıq rayon ərazisi erməni
təcavüzünə məruz qalmağa başladı. 1992-ci ilin yanvar ayından Zəngilan
rayonu Ermənistan silahlı qüvvələrinin mütəşəkkil hücumları ilə üz-
üzəydi. Bəla bunda idi ki, respublika rəhbərliyi Zəngilana köməl etmirdi.
Həmin vaxt əhalidən ov tüfəngləri də yiğılmışdı. Buna baxmayaraq,
camaat torpaqlarını müdafiə edirdi. Odur ki, döyüşlər başlayan vaxt özünü
müdafiə dəstələri yaradılır və bu dəstələr ermənilərin bütün hücumlarının
qarşısını qətiyyətlə alırdılar. Ermənilər əməlli-başlı ehtiyat edirdilər. 1992-
ci ildən Zəngilanın müdafiəsinə qüvvə göndərildi. Iyulun 6-da rayon
mərkəzi ermənilərin atəşinə məruz qaldı. Dekabrın 10-da artıq 13 kənd
işğal olundu. Bu da royonun işğalının əsasını qoydu.
O illər rayon rəhbərliyinin, camaatın harayını Bakıda eşidən yox idi. Onlar
didişirdilər. Torpaq isə əldən gedirdi. Xalq, sahibsiz, başsiz qalmışdı.
Hər dəfə düşünəndə ki, Zəngilanda nəyimiz qaldı, adamı dəhşət bürüyür.
Zəngilan boyda qədim, zəngin bir diyardan uzaq düşdük. Min, milyonillik
tariximiz, qədim abidələrimiz qaldı Zəngilanda.