F. Köçərli adına Respublika UĢaq Kitabxanası



Yüklə 359,37 Kb.
səhifə5/13
tarix25.06.2018
ölçüsü359,37 Kb.
#51943
1   2   3   4   5   6   7   8   9   ...   13

16 

 

Kəlbəcərdə izim var, 



Dadlı-duzlu sözüm var. 

Düşmən gözün ovulsun

Demə, orda gözüm var. 

Kəlbəcər  dəniz  səviyyəsindən  3000-3700  m  hündürlükdə  yerləşir. 

Sahəsi 1936 kv.km-dir. Bu rayon Azərbaycanın dilbər guşələrindən biri, ən 

sərvətli  və  varlı  royonudur.  Bu  ərazi  təbii  filiz  yataqları,  mineral  suları, 

tikinti materialları, şüşə qab sənayesində istifadə olunan müxtəlif növ qum 

yataqları, zinyət-bəzək əşyaları hazırlamaq üçün cürbəcür qiymətli daşları,  

mebel  sənayesinə  lazım  olan  qiymətli  ağacları  ilə  bol  olan  meşələrlə 

zəngindir.  Kəlbəcər  ən  qədim  insan  məskənlərindən  biridir.  Bu  ərazidə 

ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə 

bağlıdır. Bu dövr isə 4 milyon ildən arıq bir tarix deməkdir. Kəlbəcərdəki 

mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai 

insan  icmasının  ilk  əmək  alətləri  həm  də  bu  yerlərdə  yaradılıb.  Kəlbəcər 

ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il 

yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar 

edilib.  

Kəlbəcər ərazısindəki  qayaüstü  təsvirlər sankı  Qobustandakı  yazılı 

və şəkilli daşların oxşarı “əkiz”ləri idi. “Soltan Heydər”, “Qurbağalı çay”, 

“Turşsu”,  “Ayçınqıllı”,  “Gəlinqayası”,  “Böyükdəvəgözü”,  “Sərçəli”  və  s. 

yerlərdəki  qayaüstü  təsvirlər  təkcə  Kəlbəcərin  deyil,  bütövlükdə 

Azərbaycan  torpağının  qədim  insan  məskəni  olduğunu  sübut  edir. 

Ağbaban  faciəsi  Azərbaycanın  gözəl  guşəsi  Qarabağın  qala  qapısı 

Kəlbəcəri ələ keçirmək üçün erməni  separatçılarının “Böyük Ermənistan” 

yaratmaq  xülyasıyla  Azərbaycan  xalqına  qarşı  törətdiyi  dəhşətli 

soyqırımıdır.  

Bütöv bir kəndin tamamilə yandırılması, yüzlərlə dinc sakinə qeyri-

insani  işgəncələr  verilməsi,  yurdundan  didərgin  salınması,  XX  əsrin  ən 

qanlı  terrorlarından  biri  suçsuz  qocaların,  körpə  və  qadınların 

güllələnməsi,  əsirlərin  başının  dərisinin  soyulması,  dırnaqlarının 




17 

 

qoparılması, meyitlərin gözünün çıxarılması, qulaqlarının kəsilməsi, tarixi 



memarlıq 

və 


mədəniyyət 

abidələrinin 

dağıdılması, 

müqəddəs 

qəbiristanlıqların  təhqir  və  məhv  edilməsi,  klassik  Azərbaycan  şeirinin 

ustadı  Aşıq  Qurbanın  və  Aşıq  Şəmşirin  əlyazmalarının  yandırılıb  talan 

edilməsi  erməni  separatçılarının  dünya  ictimaiyyətinin  gözü  qabağında 

gerçəkləşdirdiyi etnik təmizləmə siyasətinin davamıdır.   

Təəssüf ki, illərdir dünya dövlətləri bu cinayətin nə adını çəkir, nə 

də ermənilərə hər hansı bir sanksiya tətbiq edir. Amma illər keçsə də, yenə 

doğma  yurd  yerimizə  qayıtmaq  ümidini  hələ  də  itirməmişik.  Oranın  hər 

daşında,  qayasında  qalan  ayağımızın  izi  bizi  səsləyir.  Kolgəsinə 

sığındığımız uca, başı buludlara dəyən dağlar bizi haraylayır.  

 

 



 

Bu yurd bizimlə gözəl

 

 

 



Bu yurd bizimdir əzəl. 

 

 



 

Yağı boynu qırılmış, 

 

 

 



Yurdda nə üzlə gəzər? 

 

 



 

Zəngilan rayonu 

 

 

Əzəli yurd yerimiz, bərəkətli torpağı, füsunkar görünüşü, hünərvər 

sakinləri  ilə  tanınan  Zəngilan  25  ildir  ki,  işğal  altındadır.  Bu  bölgə 




18 

 

haqqında  vaxtı  ilə  ulu  öndər  Heydər  Əliyev  belə  demiĢdir:  “Zəngilan 



həm  gözəl,  zövq  oxĢayan  təbiətinə,  həm  də  insanların  əkib-

becərdiklərinə,  zəhmətkeĢ  olduqlarına  görə  Azərbaycanımızın  ən 

qiymətli hissəsidir”.  

Zəngilan  rayonunun  ərazisi  707  kvadratkilometr,  81  kəndi,  1 

şəhəri,  1  şəhər  tipli  qəsəbəsi  vardır.  72  ümumtəhsil  məktəbi,  46  uşaq 

bağçası, 39 mədəniyyət evi, 4 musiqi məktəbi, 19 klubu 64 səhiyyə və 42 

rabitə  obyektləri,  145  inzibati  bina,  10  min  220  yaşayış  evi.  Dünyada 

ikinci,  Avropada  birinci  olan  107  hektar  çinar  meşəsi  düşmən  əsarətində 

qalıb.  

Azərbaycanın  bir  diyarı  kimi  Zəngilan  elə  1988-ci  ildən 

müharibənin  içindəydi.  Ancaq  1990-cu  ildə  artıq  rayon  ərazisi  erməni 

təcavüzünə  məruz  qalmağa  başladı.  1992-ci  ilin  yanvar  ayından  Zəngilan 

rayonu  Ermənistan  silahlı  qüvvələrinin  mütəşəkkil  hücumları  ilə  üz-

üzəydi. Bəla bunda idi ki, respublika rəhbərliyi  Zəngilana köməl etmirdi. 

Həmin  vaxt  əhalidən  ov  tüfəngləri  də  yiğılmışdı.  Buna  baxmayaraq, 

camaat torpaqlarını müdafiə edirdi. Odur ki, döyüşlər başlayan vaxt özünü 

müdafiə dəstələri yaradılır və bu dəstələr ermənilərin bütün hücumlarının 

qarşısını qətiyyətlə alırdılar. Ermənilər əməlli-başlı ehtiyat edirdilər. 1992-

ci  ildən  Zəngilanın  müdafiəsinə  qüvvə  göndərildi.  Iyulun  6-da  rayon 

mərkəzi  ermənilərin  atəşinə  məruz  qaldı.  Dekabrın  10-da  artıq  13  kənd 

işğal olundu. Bu da royonun işğalının əsasını qoydu.  

O illər rayon rəhbərliyinin, camaatın harayını Bakıda eşidən yox idi. Onlar 

didişirdilər. Torpaq isə əldən gedirdi. Xalq, sahibsiz, başsiz qalmışdı. 

Hər dəfə düşünəndə ki, Zəngilanda nəyimiz qaldı, adamı dəhşət bürüyür. 

Zəngilan boyda qədim, zəngin bir diyardan uzaq düşdük. Min, milyonillik 

tariximiz, qədim abidələrimiz qaldı Zəngilanda.  



 

 


Yüklə 359,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə