F. Köçərli adına Respublika UĢaq Kitabxanası



Yüklə 359,37 Kb.
səhifə6/13
tarix25.06.2018
ölçüsü359,37 Kb.
#51943
1   2   3   4   5   6   7   8   9   ...   13

19 

 

 



 Füzuli rayonu 

 

Füzuli  camaatı  əməksevər,  torpaq  qədri  bilən  insanlardır, 

Xatırlayıram  ki,  1970-1980-cı  illərdə  onlar  plan  və  tapĢırıqlara 

artıqlaması  ilə  əməl  edirdilər.  Gərgin  əməkləri  hesabına  yüksək 

məvacib  alırdılar,  xoĢ  güzəranda  yaĢayırdılar.  Hər  dəfə  bu  regiona 

gələndə yerli sakinlərdən razılıq eĢidərdim.

 

 

 

 

 

 

 

Heydər Əliyev, 

 

 

 

 

 

 

 

ümummilli lider. 

 

Məkrli  qonşularımızın  Qarabağı  mənimsəmək  planında  Füzuli 



rayonu da varmış. Füzuli rayonu  1930-cu ildə rayon statusu almiş, ilk adı 

isə  Qarabulaq  olmuşdur.  Füzulidən  danışarkən  təkcə  bir  faktı  demək 

kifayətdir:  yalnız  Azərbaycanın  deyil,  dünyanın  ən  qədim  tarixə  malik 

abidələrindən  biri  Azıx  mağarası  Füzuli  rayonu  ərazisindədir.  Bəli.  Bu 

rayon  həm  də  yaşı  minilliklərə  gedib  çıxan  Azıx  mağarası,  Quruçay 

mədəniyyəti,  tarixi  və  memarlıq  abidələri  ilə  tanınır.  Eləcə  də  neçə-neçə 

alimi, yazıçısı, şairi, musiqiçisi ilə respublikamızda ad-san qazanmışdır.  

 

 



20 

 

 



Ağdam rayonu 

 

Azərbaycanın,  eləcə  də  Qarabağın  gözəl  guşələrindən  olan 



Agdamın ermənilər tərəfindən işğalından 24 il keçir. 1993-cü ilin 23 iyul 

günləri yəqin ki xalqımız tərəfindən  heç vaxt unudulmayacaq.  

Qarabağ problemi Agdama, ağdamlılara böyük zərbə  vurdu. Qeyd 

edək  ki,  Ağdamın  işğalı  təkcə  erməni  təcavüzünün,  erməni  məkrinin 

qurbanı  deyil,  o  vaxtkı  hakimiyyət  çəkisməsinin  nəticəsi  idi.  Indi 

hamımızın  ürəyində  bir  ağrı  var.  Ağdam  camaatı  köçkün  vəziyyətində 

yaşasa da, sabaha inamla baxır.  

Agdam  Qarabağın  aranı  ilə  dağı  arasında  yerləşir.  Yaradan  bu 

bölgədən  heç  nəyi  əsirgəməyib.  Dağ  havası  ilə  aran  günəşi  burada 

qovuşaraq  güclü  bir  iksir  kimi  həyata  güclü  təkan  verir.  Çeşmələr, 

kəhrizlər,  dağlardan  axıb  gələn  bol  sular  münbit  torpaqları  cana  gətirir. 

Min  illərdən  gələn  əkin-biçin,  maldarlıq  təcrübəsi  bu  yerin  qoçaq 

insanlarına  təsərrüfatın  bütün  sahələrində  bol  məhsul  əldə  etməyə  imkan 

verir.  Elə  buna  görə  də  Ağdamın  yorulmaq  bilməyən  övladları  həmişə 

özlərinə xoş güzəran qurublar. Qazanılan nailiyyətlər bu torpağın şöhrətini 

yaxın-uzaqlara yayıb.  

Ürəyində qisas hissi, yangı var, 

Həndəvərdə neçə-neçə yağı var. 




21 

 

Bilirəm ki, gözündə göz dağı var, 



Külü göyə sovurulan şəhərim. 

Sənə məlhəm ola bilsək nə dərdim! 

Erməni  təcavüzü  nəticəsində  doğma  yurd  yerlərindən  didərgin 

düşmüş,  ev-eşiyini  itirmiş  insanların  dözümü  və  ümidi  qarşısında  söz  də 

acizdir.  Elə  bir  gün  olmur  ki,  bu  insanlar  yurd  yerlərini,  el-obalarını,  ev-

eşiklərini,  həyat-bacalarını  xatırlamasınlar.  Təbii  ki,  onlar  öz  evlərinin 

hənirini,  bag-bağatlarının  ətrini,  doğma  ocaqlarının  istisini  heç  bir  yerdə 

duya bilmirlər. Doğma yurdun zümzüməli çayları, diş göynədən bulaqları, 

zümrüd meşələri, yaşıl ormanları qəlbimizdə həzin bir bayatıya çevrilib.  

Yaranın ağrısı isti-isti hiss olunur, ancaq illər keçdikcə, yurd həsrəti 

daha çox qövr edir, qəlbimizi göynədir.  

 

 Cəbrayıl  rayonu 

 

 

Cəbrayıl  rayonu  Azərbaycan  Respublikasının  cənub-qərbində,  İranla 



sərhəddə yerləşir. Sahəsi 1050 kv.km, əhalisi 55 min nəfər olmuşdur.  

Minilliklərin  yadigarı  olan  tarixi,  dini  və  mədəni  abidələri,  milli-

memarlıq  nümunələri  ilə  zəngin  Cəbrayıl  rayonunun  Ermənistan 

tərəfindən  işğalından  24  il  ötür.  Təcavüskar,  vandalizm  siyasəti  yeridən 

ermənilərin  məqsədi  qonşu  torpaqlarını  təkcə  zəbt  etmək  deyil,  işğala 

məruz qoyduqları ərazilərdəki abidələri- tarixin yadigarlarını yer üzündən 

silməkdir. Cəbrayıl rayonu ərazisində də belə sərvətlər-maddi-mədəniyyət 

abidələri az olmayıb. Təəssüf ki, bu gün onlardan əlimizdə yalnız şəkilləri 




22 

 

qalib.  Erməni  təcavüzkarları    Azərbaycanın  mədəni  irsi  sayılan 



mədəniyyət obyektlərini xüsusi qəddarlıqla məhv etmişlər. Dağlıq Qarabağ 

bölgəsində  və  ətraf  rayonlarda  Azərbaycanın  nilli  mədəniyyət  ocaqlarına 

erməni təcavüzkarlarının vurduğu ziyanın dəyərini dəqiqləşdirmək o qədər 

də  asan  deyil.  Çünki,  elə  maddi-mənəvi  sərvətlərimiz  talan  edilib  ki,  

onları  heç  bir  meyarla  qiymətləndirmək  olmaz.  Məhv  edilmiş  sərvətlər 

nəinki  Azərbaycanın,  həm  də  sivilizasiyalı  bəşəriyyətin  əvəzolunmaz 

mədəniyyət nümunələri idi.   

Milli-mənəvi  dəyərlərimizin,  tarixi  və  mədəni  abidələrimizin  zəngin, 

həm də qədim nümunələrini qoynunda minilliklər boyu saxlayan, 55 min 

nəfər  əhalisi,  82  kəndi,  74  məktəbi,  12  mədəniyyət  evi,  32  klubu  olan 

Cəbrayıl  rayonu  23  avqust  1993-cü    il  tarixində  erməni  vandalizminin 

qurbanına çevrildi. Rayonun münbit və məhsuldar torpaqları kəhrizlərdən 

başqa, Həkəri və Araz çaylarından qidalanırdı. Xatırladaq ki, Ermənistanın 

təcavüzkarlığı  daha  da  genişlənərək  intensiv  xarakter  alanda  rayonun 

müdafiəsinə qalxanlar az deyildi. Təkcə Cəbrayıl şəhərinin işğalı günü 50 

nəfər  canını  bu  torpağa  qurban  verdi.  Bütövlükdə  torpaq  uğrunda  şəhid 

olan  cəbrayıllıların  sayı  350  nəfərdir.  650  yə  yaxın  itki  və  yaralısı  olan 

cəbrayıllıların 6-sı Azərbaycanın Milli Qəhrəmanıdır.  

 

 

Qubadlı rayonu 

 

 



Qubadlı  Ermənistanla  120    km  məsafədə  həmsərhəddir.  Qubadlı 

rayonu  şimaldan  Laçın  rayonu,  cənubdan  Zəngilan  rayonu,  şərqdən 

Xocavənd və Cəbrayıl rayonları, qərbdən Ermənistanla həmsərhəddir. 



Yüklə 359,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə