F. Köçərli adına Respublika UĢaq Kitabxanası



Yüklə 359,37 Kb.
səhifə4/13
tarix25.06.2018
ölçüsü359,37 Kb.
#51943
1   2   3   4   5   6   7   8   9   ...   13

12 

 

    ġuĢa Ģəhəri 

 

ġuĢasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan 



yoxdur.” 

Heydər Əliyev, ümummilli lider 

Qarabağ  Azərbaycanın  incisidirsə,  Şuşa  da  onun  tacıdır.  Şuşanın 

məhz  tac  olmaq  mahiyyəti  elə  onun  coğrafi  quruluşu  ilə  bağlıdır.  Yeri, 

havası,  suyu  ilə  Şuşa  müalicə-kurort  məskəni  kimi  ta  qədimdən 

Azərbaycan  xalqının  ümid  yeridir.  Şuşa  həm  də  Azərbaycanın  qədim 

yaşayış məskənlərindən biridir.  Bu şəhərin tarixini tədqiqatçılar 1750-51-

ci illərlə bağlayırlar. O vaxtdan ki, Pənahəli xan Qarabağ xanlığının əsasını 

qoymuş və indiki Şuşanı özünə paytaxt seçmiş, oranı möhkəmləndirilmiş 

Qala-şəhərə  çevirmişdir.  Ətraf  ərazilərdən,  əsasən  də  indiki  Ağcabədi, 

Ağdam,  Bərdə, Tərtər və Füzuli rayonlarından köçüb gələnlərin hesabına 

şəhər  qısa müddətdə xeyli böyümüş, təbii gözəlliyi və baximlı binaları ilə 

diqqəti cəlb etmişdir. Şəhər bir müddət Pənahəli xanın şərəfinə Pənahabad, 

eyni  zamanda  hündür  qala  divarlarına  görə  Qala,  Şuşa  qalası  və  Şuşa 

adlandırılmışdır.  




13 

 

Bu ulu şəhərin adı ətrafında xeyli mübahisələr getmişdir. Xüsusən 



bəzi  erməni  müəllifləri  “Şuşa”  sözünün  mənşəyini  erməni  dilində 

axtarmağa  və  onu  ermənicə  yozmağa  səmərəsiz  cəhdlər  göstərmişlər. 

Azərbaycanda da “Şuşa “ sözünün etimoloji mənası ətrafında mübahisələr 

getmişdir.  Ən  yaxşı  halda  “Şuşa”  toponiminin  guya  Şuşa  adlı  qadın 

adından  götürüldüyünü  də  iddia  etmişlər.  Elmi  ədəbiyyatda  “Şuşa” 

sözünün  yaranması  belə  izah  edilir:  Pənahəli  xan  ilk  dəfə  Cıdır  düzünə 

qalxanda  buranın  xöş  mənzərəsindən  və  havasından  vəcdə  gəlir  və  deyir 

ki,  bu  yerin  necə  də  şüşə  kimi  saf  havası  var.  Guya  Şuşa  yer  adı  da  elə 

həmin “şüşə kimidir” ifadəsindən qalıbmış.  

Şuşa  ərazisini  ulu  babalarımız  müqəddəs  saymışlar.  Yəni  Şuşa 

həmin əlamətin  ucalığını, yenilməzliyin, paklığın da əks etdiricisidir. 

Cənnətdir hər bucağın  

Sənə qurban bu canım 

Bir vaxt sevinc payımdın 

İndisə qəm ocağım. 

 

Sənsizlik üzdü məni,  



Yollara düzdü məni. 

Dərdlilər sırasına, 

Həsrətin yazdı məni.   

 

 



 

 

 

 

 


14 

 

Laçın  rayonu 

 

Laçın,  həqiqətən,  laçınlar  yuvası  idi.  “Qüdrətdən  səngərli-qalalı 



dağlar”a övladlıq edən müdrik, dünyagörmüş baba-nənələr, zəhmətdən 

yoğrulmuş  ata-analar,  igid  oğullar,  namuslu  qız-gəlinlər  o  yerləri  heç 

nəyə  dəyişməzdilər.  Nə  dünyanın  hər  cür  rahatlığına,  nə  də  var-

dövlətə.  Hara  getsələr,  harda  mehribanlıq  görsələr  də  darıxıb  geri 

dönər,  yamaclara  qonmuş  obalarda  dinə-imana  gələrdilər.  Hər  bulağı 

bir şəfa qaynağı, hər çiçəyi bir məlhəm olan bu dağların min bir neməti 

yaxın-uzaqlarda  Laçının  adına  şan-şöhrət  gətirərdi.  Zaman-zaman 

cənnətmisal  yerlərə  tamah  salan  yağıların  istəyi  gözlərində  qalmışdı. 

Laçın alınmaz qala olmuşdu... 

1992-ci  ilin  müdhiş  və  faciəli  may  günləri  damarlarında 

azərbaycanlı  qanı  axan  hər  kəsin  qəlbindən  və  yaddaşından  heç  vaxt 

silinməyəcək. Dağlar gözəli Şuşa, cəmi bir neçə gündən sonra isə ərlər, 

ərənlər oylağı,  həmişə ümid və güvənc  yerimiz Laçın  düşmənə təhvil 

verildi.  Tariximizin  heç  bir  çağında  nə  Şuşa,  nə  də  Laçın  düşmən 

tapdağı  altına  düşməmişdir.  Burada  təkcə  Sultan  bəyin,  onun  qardaşı 

Xosrov  bəyin  tariximizə  qızıl  hərflərlə  yazılan  mərdlik  və 

qəhrəmanlıqlarını xatırlamaq kifayətdir.  

İyirmi beş il əvvəl Laçın şəhəri, “Qayğı” qəsəbəsi, 125 kənd, 1835 

kvadrat  kilometrlik  ərazi,  72  min  hektarlıq  yaylaq  sahəsi,  34  min 

hektar meşə zolağı, müxtəlif rəngli mərmər, kobalt, bozalt, civə, qızıl, 




15 

 

dəmir, uran, qranit yataqları və s. yeraltı və yerüstü sərvətlərlə zəngin 



Azərbaycan ərazisi erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. 

Laçın rayonunun 48 sənaye, 63 kənd təssərrüfatı, 217 mədəniyyət, 108 

təhsil,  462  ticarət,  96  məişət,  30  rabitə,  avtonəqliyyat  müəssisəsi  və 

sair obyektləri ilə birlikdə qarət edilmişdir. 

 

 

 



             Kəlbəcər  rayonu 

 

 



 

 

 



 

 

Kəlbəcər  Azərbaycanın  ayrılmaz  bir  parçasıdır,  bir  hissəsidir. 

Heç  Ģübhəsiz,  o  gün  gələcək  ki,  Kəlbəcər  rayonu  Ermənistan  silahlı 

qüvvələrinin  iĢğalından  azad  olacaq  və  Kəlbəcərin  vətəndaĢları, 

sakinləri, bizim soydaĢlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar.  

 

 

 

 

 

Heydər Əliyev, 

                                                                                            ümummilli lider 

 

Yaz  əlvan  donunu  biçəndə,  elat  çiçəkli  dağların  qoynuna  köç 

edərdi. Yayda buz kimi, büllur gözlü bulaqların suyu min loğmanın yığılıb 

çarə  edə  bilmədiyi  xəstəyə  dərman  olardı.  Kəlbəcərin  şah  zirvələri 

qarşısında bütün zirvələr baş əyərdi.  



Yüklə 359,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə