F. Köçərli adına Respublika UĢaq Kitabxanası



Yüklə 359,37 Kb.
səhifə3/13
tarix25.06.2018
ölçüsü359,37 Kb.
#51943
1   2   3   4   5   6   7   8   9   ...   13

 

Tarix  yaddaşsızları  cəzalandırır.  Azərbaycan  xalqı  zaman-zaman 



unutqanlığı    ucbatından  bir  çox  müsibətlərə  məruz  qalmışdır.  Respublika 

Prezidenti cənab İlham Əliyev Milli Məclisin 2006-cı il payız sessiyasının 

açılışında  demişdir:  “Azərbaycan  artıq  o  ölkədir  ki,  öz  torpağının 

iĢğalına  dözməyəcəkdir.  Azərbaycan  artıq  o  ölkədir  ki,  öz  iqtisadi, 

siyasi,  hərbi  potensialından  istfadə  edib,  istəyinə  nail  olacaqdır. 

Azərbaycanın  ərazi  bütövlüyü  bərpa  olacaqdır.  Mən  buna  Ģübhə 

etmirəm”. 

 

 

                   Xankəndi  Ģəhəri  

 

 

 

Xankəndi  şəhəri  Ermənistan  silahlı  qüvvələri  tərəfindən  26  dekabr 

1991-ci  il  tarixində  işğal  olunmuş,  orada  separatçı  rejim  yaradılmışdır. 

Məhz həmin tarixdə Xankəndindən sonuncu azərbaycanlı ailələr qovulmuş 

və  1989-cu  ildən  soydaşlarımıza  qarşı  aparılan    etnik      təmizləmə  başa 

çatmışdır. 

     Xankəndinin  itirilməsi  isə  Xocalı  soyqırımına,  Şuşa,  Laçın,  Kəlbəcər, 

Ağdam,  Cəbrayıl,  Füzuli,  Qubadlı  və  Zəngilanın  işğalına  yol  açdı. 

     Yuxarı  Qarabağın  mərkəzi  olan  Xankəndi  Qarqar  çayının  sahilində, 

Qarabağ  silsiləsinin  Şərq  ətəyində,  Bakıdan  329  km  aralıda  yerləşir.  O 

illərdə Xankəndi Azərbaycanın inkişaf etmiş sənaye mərkəzi idi. Şəhərdə 

yüngül  və  yeyinti  sənayesi  müəssisələri  vardı.  Elektrotexnika,  avtomobil 

təmiri  və  asfalt-beton  zavodları,  tikinti  materilları,  sənaye,  istehsalat  və 

tədris istehsalat kombinatları belə müəssisələrdən idi. 




10 

 

Xocalı  Ģəhəri 

 

 

 

  

   Erməni  hərbi  qüvvələri  1992-ci  il  fevral  ayının  25-dən  26-na  keçən 



gecə  XX  əsrin  ən  dəhşətli  və  qanlı  faciəsini  -  Xocalı  soyqırımını 

törətmişlər.  Bu,  İkinci  Dünya  müharibəsində  faşızmin  törətdiyi  dəhşətli 

qırğınlardan  sonra  müasir  dövrdə  ermənilərlə  birlikdə  Rusiyanın  366-cı 

motoatıcı alayı əsgərlərinin törətdiyi kütləvi və ən dəhşətli soyqırımdır.  

Azərbaycanın qədim sivilizasiya mərkəzlərindən olan Xocalı şəhəri 

hələ  1991-ci  ilin  oktyabr  ayından  hər  tərəfdən  düşmən  əhatəsində  idi. 

Sonuncu mülkü vertolyot 1992-ci il yanvarın 28-də Xocalıya gələ bilmişdi, 

lakin  Şuşa  şəhəri  üzərində  40  nəfərlik  mülki  vertalyotun  vurulmasından 

sonra  hava  yolları  da  bağlanmışdı.  1992-ci  il  yanvarın  2-dən  şəhərin 

elektrik  energisi  də  kəsilmişdi.  Xocalı  şəhəri  əhalinin  və  onun 

müdafiəçilərinin  iradəsi və dözümü sayəsində yaşaya bilirdi.  

Şəhər əsasən atıcı silahlarla silahlanmış yerli könüllü dəstələr, milis 

və  Milli  Ordunun  birləşmiş  qüvvələri  tərəfindən  müdafiə  olunurdu. 

Fevralın ikinci  yarısında Xocalı erməni  hərbi birləşmələrinin blokadasına 

alınaraq  müntəzəm  şəkildə  hər  gün  artilleriya  və  ağır  hərbi  texnikadan 

atəşə tutulurdu.  

Xocalıya  hücum  edən  ermənilər  Xankəndində  yerləşən  366-cı  rus 

alayının hərbi texnikası ilə silahlanmışdılar. Hücum 1992-ci il fevralın 25-i 

axşam başlandı. Səhər iki saat tank və BTR-lərdən, eləcə də “Alazan” tipli 

raketlərdən  açılan  güclü  atəşə  tutuldu.  Xocalı  üç  tərəfdən    mühasirəyə 

alındığı  üçün,  əhali  yalnız  Əsgəran  istiqamətində  irəliləyib  xilas  olmağa 



11 

 

can  atırdı.  Lakin  tezliklə  aydın  oldu  ki,  bu,  bir  tələdir.  Naxçıvanık  kəndi 



yaxınlığında  ermənilər  əliyalın,  silahsız  əhalini  fasiləsiz  atəşə  tutdular. 

Şaxtalı havada meşələri qət edərək taqətdən düşmüş insanların - uşaqların, 

qadınların, qocaların çoxu məhz Əsgəran-Naxçıvanik yolunda ermənilərin 

törətdiyi vəhşiliklərin qurbanı oldular.  Ermənilər bu faciədən sonra belə, 

vertolyotlar  vasitəsilə  ag  xalat  və  maskalarda  meşələri  gəzərək  insanları 

əsir  götürməkdən  çəkinməmişdilər.  O  vaxtkı  Azərbaycan  hökuməti  isə 

faciəni xalqdan gizlətməyə  çalışmışdı.  

Fevralın  28-də  telejurnalist  Çingiz  Mustafayevin  başçılıq  etdiyi 

yerli  yurnalistlərdən  ibarət  qrup  vertolyotla  azərbaycanlıların  məhv 

edildiyi    əraziyə  oldular.  Hər  tərəf  avtomat  güllələri  və  süngülərlə  qətlə 

yetirilmiş qoca, uşaq və qadın  meyitləri ilə dolu idi. Ermənilərin fasiləsiz 

atəşləri  yalnız dörd cəsədi götürməyə imkan vermişdi. Martın 1-də xarici 

və  yerli  yurnalistlərdən  ibarət  qrup  buraya  gəldikdən  sonra  faciənin 

miqyası daha aydın göründü. Bir çox meyitlərin bədənləri süngi ilə deşik-

deşik  edilmiş,  başlarının  dərisi  soyulmuş,  gözləri  çıxarılmış,  burun  və 

qulaqları kəsilmişdi. 

 Xocalı  soyqırımının  dəhşətli  mənzərəsi  belədir:  613  nəfər 

öldürülmüş  (63  nəfər  uşaq,  106  nəfər  qadın,  70  nəfər  qoca);  8  ailə 

tamamilə  məhv  edilmiş;  25  uşaq  valideynlərinin  hər  ikisini  itirmiş;  130 

uşaq valideynlərdən birini itirmiş; 487 nəfər yaralanmış; 1275 nəfər əsir və 

150 nəfər itkin düşmüşdür. Dövlətə və mülki vətəndaşlara 5 milyard manat 

(1992-ci il qiymətləri ilə) ziyan dəymişdir.  

Sonradan  erməni  quldurları  etiraf  edirdilər  ki,  Xocalı  Əsgəranla 

Xankəndini  birləşdirən  dəhliz  rolu  oynadığı,  həm  də  azərbaycanlıların 

nəzarətində olan hava limanı burada yerləşdiyi üçün bu qırğını törətmişlər.  

Azərbaycan  Respublikasının  Milli  Məclisi  26  fevralı  “Xocalı 

soyqırımı günü” elan etmişdir. Hər il xalqımız fevralın 26-da saat 17-00-da 

Xocalı  şəhidlərinin  müqəddəs  ruhunu  bir  dəqiqəlik  sükutla  yad  edir. 

Hazirda Xocalı əhalisi 48 rayonda qaçqın vəziyyətdə yaşayırlar. 

Bəşəriyyət XX əsrdə bir çox müdhiş soyqırım və etnik təmizləmə 

cinayətlərinin şahidi olmuşdur. Xocalı onların içərisində daha dəhşətlisidir. 

Bu  soyqırımın  təşkilatçıları  və  icraçıları  bəşəriyyətə  qarşı  ən  ağır 

cinayətlər  törətmiş  canilər  kimi  beynəlxalq  qanunlar  əsasında  mühakimə 

olunmalıdırlar.  

 



Yüklə 359,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə