F. Köçərli adına Respublika UĢaq Kitabxanası



Yüklə 359,37 Kb.
səhifə9/13
tarix25.06.2018
ölçüsü359,37 Kb.
#51943
1   ...   5   6   7   8   9   10   11   12   13

31 

 

qrup  oxucular  arasında  keçirilir.  Kitabxanaçı  əvvəlcə  oxuculara  Qarabağ 



mövzusu  haqqında  geniş  məlumat  verir.  Sonra  kitabxanaçı  yazıçı  Cəmil 

Əlibəyovun kiçik bir hekayəsini oxucular üçün oxuyur.  

Hekayəni təqdim edirik.  

Novruz  şənliyində  iki  cavanın  qonaqpərvərlik  üstündə  sözləri  çəp 

gəlir.  Bunlardan  biri  aranlı  imiş,  o  biri  isə  dağlı.  Hər  ikisi  öz  diyarını 

tərifləyir.  Bir  ahıl  kişi  də  onlara  deyir  ki,  söz  güləşdirməyin,  dabanınızı 

bərkidin,  düşün  yola.  El-el,  oba-oba  gəzin,  görün  qonağı  harda  daha  çox 

istəyirlər. 

Böyüyün sözü haqqın sözüdür. Cavanlar dabanlarını bərkidib yola 

düşürlər.  Hansı  qapını  açırlarsa,  böyük  hörmət  görürlər.  Otağın  işıqlisi, 

yatağın yumşağı, xörəyin ləzizi onların olur. 

Görürlər ki, yanılıblar. Aranlıların aran, dağlıların dağ qonaqpərvərliyi 

var. Cavanlar sevincək evlərinə  dönəndə  yolları dağlıq  yerdən düşür. Biri 

deyir:  gəl,  buranı  da  sınaqdan  keçirək.  O  biri  etiraz  edir:  abad  kənd 

tüstüsündən bilinər. Varlılar xəsis olarlar, gəl ovqatımızı təlx eləməyək.  

Elə bu vaxt gözlərinə bir çovustan dəyir. Doqqazın başında buxara papaqlı, 

eşmə bığlı, təşəxxüslü bir kişi görünür. Ancaq kişi bunlara bir o qədər də 

fikir vermir: yanpörtü dayanıb həyətdəkilərə buyurur: 

-Ay arvad, qırqovulları pişik aparar, qavlamanı qoy üstünə. 

-Ay qız, yerə xalının birini də döşə. 

-A gədə, köhlənin  arpasına bir ovuc kişmiş qat, sabah cıdıra çıxacam.  

Etiraz edən dost dübarə narazılığını bildirir: 

-Qırqovulplov  xan-bəy  xörəyidir.  Üzümüzə  baxmazlar,  pərt  olarıq,  gəl 

yolumuznan çıxaq gedək. 

Elə bu vaxt kişi onların başının üstünü alır: 

-Ay başınıza dönüm,  burda niyə  durmusuz? Bu vaxt  heç dəyirmandan da 

getməzlər  İçəri  gəlin.  Bu  ev-eşik  qurbandı  sizə.  Allah  qonağısınız,  allaha 

da qurban olum, qonağına da... 

Cavanlar  ayaqlarını  dəhlizdən  içəri  qoyan  kimi   mat  qalırlar.  Görürlər  ki, 

bir həsirdir, bir də Məmmədnəsir. Pıçıldaşıb  sözləşirlər ki, allah axırından 

saxlasın.  

Deyib-deyəcəkləri  elə  bu  olur.  Ev  sahibi  ara  verir,  ev  sahibəsi 

başlayır.  Dil-ağız,  söz-söhbət...  Qurban  olum,  başınıza  dönüm,  qadanızı 

alım...Hə bilmirlər süfrə nə vaxt açıldı. Dəri şorunu, darı cadını bir ləzzətlə 




32 

 

yeyirlər  ki,  gəl  görəsən.  Üstündən  də  çığırtma  gəlir.  Sonra  da  kəklikotu 



dəmlənir... 

Yatağa  girəndə  cavanlardan  biri  deyir:  qonaqpərvərliklərinə  söz  ola 

bilməz. Ancaq ya bizi kiməsə oxşadıblar, ya da bizdən keçəcəkləri olacaq. 

Gəl, xoruzun üçüncü banı əkilək, yoxsa... 

Cavanlar  yuxudan  ayılanda  görürlər  ki,  obaşdan  nədi,  gün  bir  adam 

boyu qalxıb. Xəlvətcə həyətdən çıxmaq istəyəndə, ev sahibi şəbbədənxeyir 

kəsir  qabaqlarını,  deyir:  nə  elədiyinizdi,  dünya  dağıla  buarxmaram  sizi. 

Uşaq qaymaq dalınca gedib... 

-Uşağın  toyuna  gələk  yeməyin  dadı  duzda,  dünyanın  dadı  gözdədir. 

Görüşməyimiz hər şeyə dəydi. Ancaq təvəqqə edirik, bir sirri bizə açasan, 

axşamkı o vurhavur, tuthatut nəydi? Qırqovul, xalı, kişmiş... 

Ev sahibi gülür:-Ay pir olmuşlar, şirin dilimiz olmasa, bu kasıb komamızın 

qapısını kim açar? 

-Bəs xoruz banı niyə banlamadı? 

-Xoruz...Banladı  dayna.  Tikəsi  ovsanata  düşdü...  qonaq  yedi,  şirincə  də 

yuxuya getdi. 

Cavanlar  barmaqlarını  dişlədilər-  hə,  yaxşı  deyiblər:  şirin    çörəyin 

olmasa da, şirin dilin olsun.  

 

Kitabxanada  keçiriləcək  tədbirlərdən  biri  də  kitab  müzakirəsidir.    Bu 



tədbir  oxucuların  ən  cox  maraq  göstərdiyi  tədbirlərdən  biridir.  Tədbirin 

maraqlı və yaddaqalan keçməsi üçün kitabxanaçı şair və yazıçılarla yanaşı, 

oxucuları,  kitabxanaçıları,  müəllimləri,  qısaca  desək,  ədəbiyyatsevərləri 

tədbirə  dəvət  edə  bilər.  Tədbir  şair  Mirəli  Vəkiloğlunun  “Soyqırım” 

kitabının  müzakirəsi  ilə  başlayır.  Tədbirdə  kitabın  müəllifi    Mirəli 

Vəkiloğlu da iştirak edir.  

 Kitabxanaçı  şair  Mirəli  Vəkiloğlunun  söylədiyi  sitatla  tədbiri  açıq  elan 

edir.  “Millətini,  Vətənini  sevmək  üçün  ilk  öncə  millətçi  olmağı 



bacarmaq lazımdır”. 

 


33 

 

 



 

 

 



 

 

(Oxucular səhnəyə daxil olur) 



 

Biz oyaq deyilik, yatmışıq, qardaş, 

Ağır günahlara batmışıq qardaş. 

Döyüşmək vaxtına çatmışıq, qardaş, 

Oyan, qalx ayağa, sən ey türk oğlu! 

 

Ümiddən asılı yaşamaq olmaz. 



Torpağı basılı yaşamaq olmaz. 

Bu yükü bu qədər daşımaq olmaz. 

Oyan, qalx ayağa, sən ey türk oğlu! 

 

Qarabağ yad əldə qan ağlayır, qan, 



İndi başdan-başa olubdur talan. 

İntiqam vaxtıdır, yetişdi zaman, 

Oyan, qalx ayağa, sən ey türk oğlu! 

 

Şuşanın ağrısı canında gərək, 



Qubadlı, Zəngilan qanında gərək, 

Sən indi Vətənin yanında gərək, 

Oyan, qalx ayağa, sən ey türk oğlu! 

 

Füzuli, Kəlbəcər, Cəbrayıl, Laçın, 



Ağdam fəryad etdi...Duymadıq ahın, 

Bu ahı duymamaq sənin günahın, 




34 

 

Oyan, qalx ayağa, sən ey türk oğlu! 



 

Xocalı dərdinə yetər ki dözdük, 

 Qeyrəti, namusu yüz dəfə çözdük

İndi irəli dur, sənindir bu yük, 

Oyan, qalx ayağa, sən ey türk oglu! 

 

Qoyma anaların gözü yaş olsun! 



Döyük meydanında qəlbin daş olsun! 

İstərəm bu savaş son savaş olsun! 

Oyan, qalx ayağa, sən ey türk oğlu!... 

 

 “Soyqırım”  poemasından  parça  dinlənildikdən  sonra  söz  tədbirdə 



iştirak edən qonaqlara verilir.  

Şair  Mirəli  Vəkiloğlu...Gec  tanıdığımız,  amma  yaradıcılığını  tez 

sevdiyimiz  şairin  söz  çələngi  o  qədər  rəngarəngdir  ki,  orada  istədiyin 

mövzuda  fikir  tapa  bilərsən.  Bu  gün  yaradıcılığına  müraciət  etdiyimiz 

Mirəli Vəkiloğlunun “Soyqırım” adlı kitabının müzakirəsinə yiğılmışıq.  

 

“Soyqırım” poeması ona görə yüksək qiymətləndirilir ki, sətirdən-



sətrə,  səhifədən-səhifəyə  keçdikcə  Xocalı  faciəsinin  canlı  şahidinə 

çevrilir, o agırlığı bütün fəlakəti ilə dərk edirik. Əsərin duyğusal təsiri 

odur  ki,  hər  misrası  ruhuna  hopur,  səni  öz  qoynuna  alır  və  yenidən 

düşünməyə təhrik edir.  

Bu  gün  də  Azərbaycan  həqiqətlərini,  bir  milyon  qaçqını  olan 

məmləkətin  harayını  dünyanın  bütün  dövlətləri  olduğu  kimi  qəbul 

etmək  istəmirlər.  Dünyanı  düşünməyə  məcbur  edənlər  isə  ölkə 

rəhbərlərimiz, 

diplomatlarımız, 

şairlərimiz, 

yazıçılarımız, 

ziyalılarımızdır.  

Gənc  şair  Mirəli  Vəkiloğlunun  iztirab  və  həsrətdən  yoğrulan 

poeziyası  əslində  şeiriyyat  deyil,  dünyaya,  dünyanın  dəhşət  və 

fəlakətlərinə etirazıdı, agrısıdır: 

 

 



 

Düşmən yurd yerini gör necə sildi. 

 

 

 



Bunu “böyük qardaş” məsləhət bildi. 

 

 



 

Dəmir qapı Dərbənd peşkəş edildi

 

 

 



Bizim faciəmiz ordan başlandı. 


Yüklə 359,37 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə