F. Köçərli adına Respublika UĢaq Kitabxanası



Yüklə 359,37 Kb.
səhifə2/13
tarix25.06.2018
ölçüsü359,37 Kb.
#51943
1   2   3   4   5   6   7   8   9   ...   13

 

Keçmə şerindən,  musiqisindən, 



  Könlümün sevgisi bu oylaqdadır. 

       Sevinməyə haqqım yoxdur dünyada 

  Çünki Qarabağım dar ayaqdadır. 

 

 



I  B Ö L M Ə  

 

“Könlüm keçir Qarabağdan”... 



...” ĠĢğal olunmuĢ bütün rayonlardan didərgin düĢmüĢ, indi 

qaçqın 

vəziyyətində, 

köçkün 

vəziyyətində 

yaĢayan 

vətəndaĢların problemləri bizim üçün və Ģəxsən mənim üçün 

bir nömrəli problemdir”. 

 

 



 

 

 



 

Heydər Əliyev, 

 

 

 

 

 

 

ümumilli lider  

 

Vətən  bizim  yaşadığımız  kənddən,  şəhərdən,  qəsəbədən,  rayondan 

başlanır.  Vətən  onun  gözəlliyinin  şahidi  olan  atlaz  çəmənlərdən,  dibi 

görünməyən  yamyaşıl  meşələrdən,  durna  gözlü  bulaqlardan,  coşqun 

çaylardan, mavi göllərdən başlanır. 

XX əsrin sonlarında da doğma yurdumuzun başından  bir daha acı 

küləklər əsdi.  İllər boyu bizə sığınan nankör ermənilər rus hərb maşınına 

arxalanaraq  qısqırdılmış  itlər  kimi  Azərbaycanı  sınağa  çəkdi.  Belə  bir 

vaxtda  yenə  də  yurdumuzun igid  oğulları onun köməyinə  gəldi. Bu savaş 

Azərbaycana  neçə-neçə  qəhrəman  bəxş  etdi  və  tarix  sübut  etdi  ki, 

qəhrəman Azərbaycan oğulları həmişə Vətənə sadiqdirlər və onun yolunda 

canlarını qurban verməyə hazırdırlar.   

 

Azərbaycan  xalqı  zaman-zaman  yadelli  işğalçıların  haqsız 



hücumlarına məruz qalmışdır. Bu hücumlar zamanı başı müsibətlər çəkən 

xalqın  min  bir  zəhmətlə  qazandığı  var-dövlət  əlindən  alınmış,  özü  təhqir 

edilmiş,  öldürülmüş  yurd-yuvalarından  didərgin  salınmışdır.  Bütün 



 

bunlarla  yanaşı,  ölkəmizin  ərazisi  zəbt  edilmiş,  torpaqlarımız  düşmən 



tapdağında qalmış, milyonlarla soydaşımız zorla dədə-baba torpaqlarından 

qovulmuş,  evsiz-eşiksiz  qalmışlar.  Təkcə  bir  faktı  qeyd  etmək  kifayətdir 

ki,  Qafqaza,  xüsusilə  də  Azərbaycana  sürgün  edilən  ermənilər  təxminən 

bir  əsr  ərzində  yaşadıqları  əraziləri  dəfələrlə  böyütmüş,  arzularını  dədə-

baba yurdlarımızı işğal etməklə gerçəkləşdirmişlər. Bu işğalın izini itirmək 

üçün  dəridən-qabıqdan  çıxanların  üzdəniraq  siyasəti  nəticəsində  erməni 

təbliğatının  gücünü  hiss  edən  xalqımız  öz  səsinin  eşidilməsinə, 

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına səfərbər olmuşdur.  

 

1988-ci  ildən  başlayan  və  bu  gün  də  davam  edən  müharibədə 



erməni  işğalçıları  soydaşlarımıza  qarşı  olmazın  vəhşiliklər  törətmiş,  on 

minlərlə  azəri  türkünü  işgəncələrlə  qətlə  yetirmişlər.  Bu  baxımdan 

Azərbaycan  xalqı  Xocalı  faciəsini  heç  vaxt  unutmayacaq.  Türkün 

düşməninə  çevrilən  ermənilərin  terror  təşkilatları  “ASALA”  və 

“Daşnaqsütün”  adı  altında  insanlığa  yaraşmayan  vəhşiliklər  törətmişlər. 

Azərbaycan xalqı özünün müstəqilliyini elan edən gündən başı müsibətlər 

çəkməkdədir. Bunu dünyanın aparıcı dövlətləri də çox yaxşı bilir və artıq 

erməni  məkrinin  üstü  açılmaqdadır.  Belə  ki,  Sovetlər  Birliyinin 

süqutundan sonra erməni təcavüzünə məruz qalmağa başlayan Azərbaycan 

Respublikası  daxildən  parçalanmaq  təhlükəsi  ilə  rastlaşdığı  bir  zamanda 

ulu  öndərimiz  Heydər  Əliyev  Azərbaycana  qayıtdı.  Qayıdışı  ilə  həm 

daxili,  həm  də  xarici  müdaxiləçilərlə  mübarizəyə  qalxan  Heydər  Əliyev 

qısa  zamanda  sabitliyə  və  atəşkəsə  nail  oldu.  Xalqımızı  gələcək 

təhlükələrdən  xilas  edən  Heydər  Əliyev  özünün  uzaqgörənliyi  sayəsində 

dünyanın nəhəng dövlətlərinə sübut etdi ki, Azərbaycan bir neçə əsrdir ki, 

erməni işğalına məruz qalır və bu xalqın haqq səsi eşidilməz olur.  Siyasi 

və  iqtisadi  əlaqələr  fonunda  Azərbaycan  gerçəklərini  məharətlə  dünyaya 

çatdıran  ulu  öndərimiz  Heydər  Əliyev  31  mart  tarixini  Azərbaycanlıların 

Soyqırımı  Günü,  zaman-zaman  parçalanıb,  yer  üzünə  səpələnmiş  azəri 

türklərinin  əbədi  birliyinə  nail  olmaq  üçün  31  dekabrı    Dünya 

Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi.  



 

 



Xocalı  soyqırımı  haqqındakı  gerçəkliklər,  erməni  vandalizminin 

təzahürlərinin  görüntüsü,  xalqımıza  qarşı  edilən  haqsızlıqların  dünyanın 

əksər  dövlətləri  tərəfindən  birmənalı  şəkildə  qəbul  edilməsi  böyük 

nailiyyətdir  və  Heydər  Əliyev  bu  işin  öhdəsindən  layiqincə  gəldi,  Xocalı 

soyqırımına dövlət səviyyəsində siyasi qiymət verilməsinə nail oldu.  

  Qeyd  edək  ki,  ötən  əsrin  əvvəllərindən  üzü  bəri  müxtəlif  vaxtlarda 

ermənilər yeni iftiralarla türk xalqını hədəf seçmiş, başına min bir müsibət 

açmış və soyqırım törətmişdir. Bu baxımdan tarixin ən yadda qalan çağları 

kimi 1900, 1905-1907, 1918, 1948-1956 və 1988-1990-cı illəri xatırlamaq 

kifayətdir.  



 

II BÖLMƏ  

 

ĠĢgal olunmuĢ rayonlar haqqında ümumi məlumat 



 

Qarabağ  torpağı  Azərbaycan  mədəniyyətinin  ilk  və  ulu 

beşiklərindən  biridir.  Bu  ərazi    Natəvanın,  Vaqifin,  Zakirin,  Əbdürrəhim 

bəy 


Haqverdiyevin, 

Üzeyirin, 

Bülbülün, 

Xan 


Şuşinskinin, 

Qaryağdıoğlunun 

vətənidir.  Qarabağ 

aranlı-dağlı 

bir 

diyardır. 



Günçıxandan-günbatana  düzəngahlardan  dağlara  doğru  gedəndə  uzun 

müddət  üfüqlərin  düzlüyü  adamı  heyrətə  salır.  Bu  düzlüyü  kəndlərin, 

qocaman  qovaqların  yollar  boyu  uzanan  sıraları  pozur.   Qarabağın  bütün 

yolları adamı Şuşaya, Cıdır düzünə aparır.  

İyirmi  beş    ildən  artıqdır  ki,  Azərbaycanın  taxt-tacı  olan  Qarabağ 

torpağı, onun ürəyi olan Şuşa və s. düşmən tapdağı altındadır...  

Tarixin qanlı-qadalı səhifələrini vərəqlədikcə düşmənin məkrli siyasəti 

ilə  yanaşı,  xalqımızın  torpağa,  Vətənə  məhəbbətini,  bu  yolda  ölümün 

gözünə  dik  baxdığını,  qorxmazlığını  və  cəsarətini  də  görürük.  Belə  olan 

təqdirdə Ali Baş Komandan cənab İlham Əliyevin söylədiyi kimi, bir qarış 

torpağımızın da düşmən əsarətində qalmasına imkan verməyəcəyik.  



Yüklə 359,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə