F. Köçərli adına Respublika UĢaq Kitabxanası



Yüklə 359,37 Kb.
səhifə13/13
tarix25.06.2018
ölçüsü359,37 Kb.
#51943
1   ...   5   6   7   8   9   10   11   12   13

47 

 

Nizami  ordumuzun  möhkəmlənməsi,  beynəlxalq  miqyasda 



Azərabaycanın  haqlı  mövqeyinin  dəstəklənməsi,  insanlarda  düşmənə 

nifrətin  artması,  yekdil  əhval-ruhiyyəsinin  yaranması  onu  deməyə  əsas 

verir  ki,  Qarabağ  torpağı  mütləq  düşmən  əsarətindən  azad  ediləcək. 

Ordumuzun,  xalqımızın  düşmən  üzərində  zəfər  yürüşünə  çıxacağı, 

üçrəngli  bayrağımızı  Qarabağ  torpağına  sancacağı  günə  az  qalıb.  O  gün 

mütləq gələcək!  

 

Oxucular  səhnəyə  daxil  olur:  Qarabağın  dilbər  guĢəsi  olan  ġuĢa 

haqqında  əfsanədən  bir  parça  göstərirlər.    Pənah  xan  və  Bərdə  xanı 

səhnəyə daxil olur.  

 

Günlərin    bir  gün  Pənah  xan  Bərdə  xanına  qonaq  gəlir.  Bərdə  xanı 



möhtərəm qonağın rəğbətini qazanmaq üçün onun şərəfinə ov təşkil edir. 

Onlar Qarabağın tərifli atlarını minib nökərləri, tazıları ilə yaxınlıqdakı uca 

dağlara,  sıx  meşələrə  ova  çıxırlar.  Bu  dağlardan  ətrafı  müşahidə  edən 

Pənah xan heyran qalıb öz-özünə deyir:  

Pənah  xan:  “Bu  nə  gözəl  yerdir.  Nə  gözəl  aydın,  saf  havası  var,  elə  bil 

şüşədəndir. Uzaqdan hər şey ayna kimi görsənir. Burada bir şəhər salmaq 

lazımdır”. 

Bərdə xanı: Pənah xan çox sad oldum. 

Bu  gorüşdən sonra Pənah xanın  məsləhətilə Qarabağın  bu  yüksək, səfalı, 

şüşə kimi aydın, təmiz havalı yerində Şuşa adlı şəhər salınır.  

 

Oxucular səhnəyə daxil olur və ġuĢa ilə bağlı bayatılar söyləyirlər. 

 

Əzizim, ulu Şuşa



Qoynu saf sulu Şuşa. 

Bizi həsrət qoyanın  

Yomrulsun yolu, Şuşa. 

 

Əzizim, ozan gərək, 



Saz tutan ozan gərək. 

Taleyinə Şuşanın  

Söz tapıb yazan gərək. 

 



48 

 

Əzizinəm, məst edən, 



Gül-çiçəyi məst edən. 

Bərabərin yox, Şuşam, 

Ölsün sənə qəsd edən. 

 

Əzizim verməm yada,  



Sirrini verməm yada. 

Uzaq olsun, ey Şuşam,  

Görüm səndən qan-qada. 

 

Bu dağların ətəyi, 



Əlvan xalı örpəyi. 

Eşidilmir nə vaxtdı 

Şuşam, çoban tütəyi. 

 

Əzizinəm, həlqədən, 



Azad görüm həlqədən. 

Pənahında saxlasın 

Şuşam, səni xəlq edən. 

 

Eləmi, qara bağla, 



Göy geyin, qara bağla. 

Yolun yomrulsun, düşmən 

Nə işin var Şuşayla. 

 

Əzizim, bəd qonşunun, 



Bədayaq, bəd qonşunun. 

Qoyma, kəs qaraltısın 

Şuşadan bəd qonşunun. 

 

Oxucular Mirvarid Dilbazinin “ġuĢa” Ģeirini soyləyirlər. 



 

Ag duman bürüdü dərəni, dağı, 

Gizləndi dağların gözəli Şuşa. 

Meh vurub uçurdu o ağ duvagı, 

Göründü şairin öz eli, Şuşa! 



49 

 

 



Buludlar dayanıb qabaq-qabağa

Şimşək alovunu tökəndə dağa, 

Çökən qaranlığı bağçaya, bağa 

Nə gözəl dağıtdı yaz yeli, Şuşa! 

 

Çəmənlər yuyundu yağış selində, 



Açıldı yarpağı qönçə gülün də, 

Duman seyrəkləşdi dağlar belində, 

Ötdü qumruların şən dili, Şuşa! 

 

Nur saçdı al qurşaq göyün üzündə, 



Meh ətri payladı Cıdır düzündən, 

Daşdı çeşmələrin suyu gözündən, 

Axdı dərələrdən dağ seli, Şuşa! 

 

Sənə Natəvanın gözüylə baxdım, 



Çoşqun  çeşmə kimi, çay kimi axdım, 

Açıldı mənim də şairə baxtım, 

Yaşıl düzlərində gəzəli, Şuşa! 

 

Sən qədim şəhərsən, möhkəm qalasan, 



İstərəm gün-gündən abad olasan, 

Dağların qoynuna işıq salasan, 

Dünya görə bizim gözəli, Şuşa! 

 

Oxucular səhnəyə daxil olur. ġair Ələmdar Quluzadənin “Turan evi” 



mənzum pyesindən bir parçanı səhnələĢdirib göstərirlər.  

 

1992-ci  ilin  may  ayı.  Şuşa  şəhəri.  Uçuq  qala  divarları.  Uzaqda  əzəmətli 



Kırs  dağı  görünür.  Zaman  baba  başını  qala  divarlarına  söykəyib.  Turan 

nigaran  baxışlarla  ətrafı  seyr  edir.  Əvvəlcə  cəngi  səslənir,  qılıncların, 

qalxanların  şaqqıltısından  qulaq  tutulur.  Səs  tədricən  zəifləyir.  Tar  dilə 

gəlir. 


 

 

 



 


50 

 

Zaman baba: - Eh nələr görmədi hər qala daşı, 

 

 

   Tarixə bəllidir sirri, sirdaşı. 



 

 

Taleyi nə qədər bəlalara tuş, 



 

 

Cahan daşları da qanla yoğurmuş. 



 

Turan: 

Bayaqdan göz qoyub baxıram sənə, 

 

 



 Kimlə danışırsan? Cavab versənə? 

 

 



 Bu sehir deyil ki, bu görəcəkdir, 

 

 



Daşlar yenidənmi göyərəcəkdir? 

 

Zaman baba: -Dünya başdan-başa sualdır, bəli, 

 

 

  Daşlara dediyim mənə təsəlli. 



 

 

  Kirsin başı qışdır, ətəyi yazdır, 



 

 

  Dərələr yaşıldır, zirvə bəyazdır. 



 

 

  Daş qədər sevsəydik ana Vətəni 



 

 

  Başa çıxarmazdıq yoldan ötəni. 



 

Turan: 

- Daşın ürəyi yox, məhəbbəti yox. 

 

Zaman baba: - Bir də bu Vətənə xəyanəti yox. 

 

 



  Bünövrə tökmüşük, divar hörmüşük, 

 

 



  Hansı qara daşdan bəla görmüşük? 

 

 



  Nə vaxt düşmən bizə çəpəki baxıb 

 

 



 Daşlar qoşun kimi ayağa qalxıb.  

 

 



 

 

 Tarixdə min sınaq, min bir imtahan, 



 

 

 Qaladan ürpənib yağı hər zaman. 



 

 

  Özün vermədinsə onun sirrini, 



 

 

 Yağı nə biləcək daşın sehrini? 



 

 

Turan: 



Keçib dastanlardan, keçib nağıldan, 

 

 



 Yurd imdad diləyir ərdən, oğuldan. 

 

Zaman baba:   - Haqlısan, haqlısan, ağıllı balam, 

     Duman içindədir hələ ki qalam. 

 



51 

 

(Qala divarlarını göstərir) 



 

Bu cansız daşların hikməti dərin, 

Nəbzi biləklərdə vuraydı gərək. 

Qaynayıb qaladan daşan şəhərin 

Qalası süngütək duraydı gərək. 

 

Sən torpaq üstündə savaşlara bax, 



Ot basan, kol örtən bu daşlara bax... 

Onlar ləkəsizdir, onlar təmizdir

Uçulan qala yox, tariximizdir.  

Bəli,  bu  gün  damarında    azərbaycanlı  qanı  axan  hər  bir  kəs  Qarabağ  və 

onun taleyi haqqında ciddi  düşünməli, əlindən gələni əsirgəməməlidir. Bu 

bir  həqiqətdir  ki,  dağılmış  kəndləri,  şəhərləri  bərpa  etmək,  maddi  ziyanı 

ödəmək  olar,  amma  itirilmiş  mədəniyyəti,  yaralanmış  mənəviyyatı 

qaytarmaq,  sağaltmaq  mümkün  olmur.  Allahın  köməyi  ilə  işğal  olunmuş  

torpaqlarımızı  yaxın  gələcəkdə  azad  edəcəyik,  amma  tariximizi, 

mədəniyyətimizi  yaşadan,  əks  etdirən  maddi-mənəvi  abidələrimizin 

taleyini  hər  an  düşünməliyik.  Haqq  səsimizi  dünyaya  car  çəkərək  milli-

mənəvi sərvətlərimizə sahib çıxmalıyıq.  

 

Oxucular səhnəyə daxil olur. ġair Məmməd Aslanın “Yurd itirən bay 

olmaz” Ģeirini söyləyirlər.  

İçim yanar həsrətdən, 

Bağrımda köz Kəlbəcər, 

Gördüyü fəlakətdən 

Ağlar göz-göz Kəbəcər. 

 

Xəyanətlə vurulan, 



Öz odunda qovrulan, 

Al qanımda qıvrılan 

Dərdi dəniz Kəlbəcər. 

 



52 

 

 Ag saraylar, viranə, 



Yüz il təslim bir ana... 

Məlhəm qoymaz yarana,  



Dünya bumbuz, Kəlbəcər. 

 

Məndə sevinc arama, 

Dünya saxta, qurama... 

Qan fışqıran yarana,  

Səpilən duz Kəlbəcər. 

 

Dağ çökdürən cəbrimsən, 



Can çəkişən səbrimsən, 

Qazılmamış qəbrimsən, 

Dərdimə üz, Kəlbəcər. 

 

Dikəl qəfil qarşıma,  



Axna, tökül başıma! 

Daş vermə başdaşıma, 

Qalmasın iz, Kəlbəcər. 

 

İbrət odu: göz görə! 



Görəmmədik yüz kərə... 

Nifrət yağdır bizlərə 

Gecə-gündüz,  Kəlbəcər. 

 

Bu, axır zamandımı?! 



Aman! Əl-amandımı?! 

Yaxşımı, yamandımı 

Halin bizsiz, Kəlbəcər?! 

 

Qarlı qışa dözmürdün, 




53 

 

Dağa-daşa dözmürdün, 



Bərkə-boşa dözmürdün, 

Gəl, indi döz, Kəlbəcər! 

 

Nə dağdı Allah çəkdi, 



Dağ üstündən dağ çəkdi... 

Dədə Şəmşir ah çəkdi, 

Yandı söz-söz, Kəlbəcər. 

 

Çilikləndi büllür saz, 



Getdi ruhunda avaz... 

O Kəlbəcər qayıtmaz, 

Qayıtsa yüz Kəlbəcər. 

 

Yurd itirən bay olmaz, 



Dərddən-qəmdən ayrılmaz! 

Bir daşına tay olmaz 

Kürreyi-ərz, Kəlbəcər! 

 

I Aparıcı: 

-Uşaqlığımızın    şirin  xatirələrinin,  gəncliyimizin  doyulmaz 

anlarının,  ömrümüzün  ən  xoş,  ən  gözəl  çağlarının  beşiyi  cənnət 

Qarabağımız.  Sənsizlik  ağrısı  güc  gələndə,  dözüm  bizdən  üz  çevirəndə, 

səbir kasamız dolub  daşanda könlümüz laylalarla, bayatılarla,  gözlərimiz 

leysan  yaşlarla    ovunur.  Könlümüzü  ovudan,  yanğımızı  səngidən  bu 

laylalardan,  bayatılardan  hörülmüş  bu  söz    çələngini  əziz  və  sevimli 

oxucularımızın  ixtiyarına  veririk.    Ümidvarıq  ki,  Qarabağsızlıq  ağrısı  ilə 

alışan qəlblərə  bu yazı az da olsa məlhəm olacaq.  

 

 

 



Bükmə belin, əymə qəddin, 

 

 



 

Səninləyik biz Qarabağ...     

Tədbir müəllif  Vahid Mustafayevin “Xoca” filminin nümayişi ilə başa 

catır. 


       

 

 


54 

 

 



Qarabağ haqqında musiqi əsərləri 

 

Ramiz Mustafayev - "Bu qan yerdə qalan deyil" vokal-simfonik Poeması 

(1991) 

Nurəngiz Gün - "Xocalı" simfoniyası 



Elnarə Dadaşova - "Xocalı laylası" (1999) 

Məmməd Quliyev - "Simfoniya-rekviyem" 

Nəriman Məmmədov - "Xocalı" adlı 7 saylı simfoniya (1998) 

Yusif Mirişli - "613" simfonik poeması 

Dəyirman və Toni Blackman - Justice For Khojaly 

Ağadadaş Ağayev – “Halımı sorma” (musiqi: Eldar Mansurov, 

sözlər: Sabir Rüstəmxanlı) 

Firəngiz Əlizadə - “Qarabağnamə” (opera) 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 


55 

 

Qarabağ haqqında Azərbaycan filmləri: 



 

Dağlıq Qarabağ” (film, 1948) 



Fəryad” (film, 1993) 

Haray” (film, 1993) 



Laçın dəhlizi” (film, 1993) 

Ağ atlı oğlan” (film, 1995) 



Vətən mənə oğul desə” (film, 1996) 

Canavar balası” (film, 1997) 



Hər şey yaxşılığa doğru” (film, 1997) 

Arxada qalmış gələcək” (film, 2005) 



Girov” (film, 2005) 

Yalan” (film, 2006) 



Biz qayıdacağıq” (film, 2007) 

Xocalı soyqırımı” (film, 2007): İşğaldan 61 gün əvvəl (I hissə), Qətliamın 



6 dəqiqəsi (II hissə),Soyqırım (III hissə) 

Ermənilər. Riyakarlığın anatomiyası” (film, 2008): Forpost əməliyyatı (I 



hissə), Əsrin siyasi avantürası 

Bir addım” (film, 2009) 



Dolu” (film, 2012) 

Xoca” (film, 2012) 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 


56 

 

Ədəbiyyat siyahısı 



 

Ġnternetdə:www.google.az 

 

A. BaxĢeyiĢ. Ağdam ağrıları . - Bakı : Şuşa nəşriyyatı, 2003. - 152 s. 

L.Bəhmən. Biganəlik və unutqanlığımızın acı həqiqətləri. - Bakı : Nərgiz, 

2008. - 276 s.  



Qarabağ  yaddaĢ. - Bakı : MHS-poliqraf, 2010. - 190 s.  

Caucasian Hiroshima = Ağdam-  Qafqaz Xirosiması, Ruhlar şəhəri = 

Агдам- Кавказская Хиросима, Город Духов : The ghosts city / Ağdam 

rayon İcra Hakimyyəti) ; ed. B. Akhundov ; comp. A. Amrahov. - Bakı : 

Təhsil, 2012.  



L. Bəhmən. Biganəlik və unutqanlığımızın acı həqiqətləri. - Bakı : Nərgiz, 

2008. - 276 s. 



K. Akif. 10 dekabr 1992-ci il faciəsi : Zəngilan / A. Kərimli. - Bakı : Yeni 

Poliqrafist, 2010. - 219 s.  



Ə. Əlisahib. Cəbrayılım-müqəddəs torpaq : Cəbrayıl polisinin tarixindən 

səhifələr. - Bakı : Ekologiya, 2006. - 412 s.  



A.Tariyel Allahverdi oğlu. Cəbrayıl alimləri : Ensiklopedik toplu / T. A. 

Abbaslı ; red. Ə. R. Xələfli ; məs.: A. Şahverdiyev, S. Əhmədov - Bakı : 

Adiloğlu, 2008. - 448 s.  

Ə. Nəbi Ələsgər. Azərbaycanın makrotoponimləri : Dərs vəsaiti. - Bakı : 

Elm və Təhsil, 2009. - 488 s.  



Ġ. Ġsmayıl. Cəbrayıl şəhidləri / İ. İmanzadə, T. Abbaslı ; red. Y. Məğrur ; 

rəs. Y. Əsədov. - II hissə. - Bakı : Təknur, 2013. - 672 s.  



Ə. Əlisahib. Cəbrayılım-müqəddəs torpaq .- Bakı : Ekologiya, 2006. - 412 

s.  


Biz öz yurdumuza qayıdacağıq. - Bakı : Azərbaycan Ensiklopediyası 

NPB, 1997. - 520 s.  



L. Bəhmən. Biganəlik və unutqanlığımızın acı həqiqətləri .- Bakı : Nərgiz, 

2008. - 276 s.  



Müharibə və tarixi - mədəniyyət abidələrimiz : İşğal olunmuş 

Azərbaycan ərazilərində xanəgahlar, pirlər, ziyarətgahlar / Azərbaycan 

Elmlər Akademiyası İnsan Hüquqları İnstitutu. - Bakı : 2006. - 56 s.  

M. Mehdi. Qubadlını məndən soruş / M. Mükərrəmoğlu ; red. M. 

Nazimoğlu. - Bakı : Nurlan, 2007. - 158 s.  




57 

 

N. Nəsib. Bağışlamaz dağlar məni : Şeirlər / N. Nəbioğlu. - Bakı : Qrif, 

2004. - 438 s. 

Kəlbəcər dünyası : Folklor nümunələri (Rəvayətlər, əfsanələr, hikmətli 

deyimlər, lətifələr, məzəli əhvalatlar, bayatılar) / məsl. Q. Şəmşiroğlu ; red. 

M. Nərimanoğlu ; topl. K. Nemət. - Bakı : Adiloğlu, 2009. s.446. 

T. Məzahir Oruc. Kəlbəcər : Ensiklopedik məlumatlar-toponimlər-

fotoşəkillər-xəritələr / M. O. Təhməzov ; red., öz Ə. Ağalarov, red., öz Ə. 

Misiroğlu, red., öz İ. Məmmədli, məs., öz V. G. Ramazanov, məs., öz Z. 

A. Vəliyev. - Bakı : Azərnəşr, 2008. - 400 s.  



Ə.Əlisahib. Erməni-daşnak faşizmi və Azərbaycan : Bədii publisistika / Ə. 

Əroğul ; red. M. Ş. Çəmənli. - Bakı : Təhsil, 2007. - 412 s.  



Sücaət. Dəli dağın dəliləri haradadır? : poeziya / Sücaət ; tərt.ed. A. M. 

Abbas ; red. A. Dənzizadə. - Bakı : Çinar - Çap, 2010. - 176 s.  



Qarabağ abidələri = Karabakh monuments = Памятники Карабаха / 

red.: V. Hüseynova, B. Hüseynova ; tərc.ed.(ingilis dili) H. Ağayeva. - 

Bakı : Günəş, 2009. - 183 s.  

L. Tahir. Vətən oğul istəyir : Poeziya / T. Laçın. - Bakı : Araz, 2006. - 

146 s.  


S. M. Mirsultan. Milli qəhrəmanlar zirvəsi / M. M. Seyidzadə ; red. N. 

Vəliyev ; məs. Q. Paşayeva. - Bakı : BS Polygraphic, 2010. - 256 s.   



Xuraman. Ürəyimdən keçənlər : Povest, hekayələr və mənsur şeirlər / 

Xuraman ; red. L. Məmmədova ; ön söz E. Fuad. - Bakı : Nərgiz, 2011. - 

256 s.  

Müharibə və tarixi - mədəniyyət abidələrimiz : İşğal olunmuş 

Azərbaycan ərazilərində xanəgahlar, pirlər, ziyarətgahlar / Azərbaycan 

Elmlər Akademiyası İnsan Hüquqları İnstitutu. - Bakı : 2006. - 56 s.  

M. Knyaz. Ot kökü üstə bitər : I hissə / K. Miskinli. - Bakı : Ozan, 2009. - 

216 s.  



N. Nəsib. Bağışlamaz dağlar məni : Şeirlər / N. Nəbioğlu. - Bakı : Qrif, 

2004. - 438 s. 



Kəlbəcər dünyası : Folklor nümunələri (Rəvayətlər, əfsanələr, hikmətli 

deyimlər, lətifələr, məzəli əhvalatlar, bayatılar) / məsl. Q. Şəmşiroğlu ; red. 

M. Nərimanoğlu ; topl. K. Nemət. - Bakı : Adiloğlu, 2009. - 448 s.  

T. Məzahir Oruc. Kəlbəcər : Ensiklopedik məlumatlar-toponimlər-

fotoşəkillər-xəritələr / M. O. Təhməzov ; red., öz Ə. Ağalarov, red., öz Ə. 

Misiroğlu, red., öz İ. Məmmədli, məs., öz V. G. Ramazanov, məs., öz Z. 



58 

 

A. Vəliyev. - Bakı : Azərnəşr, 2008. - 400 s.  



Ə. Əlisahib. Erməni-daşnak faşizmi və Azərbaycan : Bədii publisistika / 

Ə. Əroğul ; red. M. Ş. Çəmənli. - Bakı : Təhsil, 2007. - 412 s.  



Sücaət. Dəli dağın dəliləri haradadır? : poeziya / Sücaət ; tərt.ed. A. M. 

Abbas ; red. A. Dənzizadə. - Bakı : Çinar - Çap, 2010. - 176 s.  



 

 

 



 

 

Yüklə 359,37 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə