F. Köçərli adına Respublika UĢaq Kitabxanası



Yüklə 359,37 Kb.
səhifə11/13
tarix25.06.2018
ölçüsü359,37 Kb.
#51943
1   ...   5   6   7   8   9   10   11   12   13

41 

 

dinlənilir.  İkinci  hissədə  isə  Qarabağ  haqqında  yazılmış  musiqilər,  şeirlər 



səslənir, poemalardan səhnəciklər göstərilir. Tədbir üçün müxtəlif başlıqlar 

seçilir.  Məsələn:  “Qarabağım”,  “Qarabağ  özüm  mənim”,  “Cənnətim 

Qarabağ”,“Qarabağ  yükü”,  “Dağlar  səndə  nəyim  qaldı”,  “Qarabağ  bizi 

haraylayır”, “Bağışlayın bizi, yurd yerləri” və s.  

 “Cənnətim  Qarabağ”  adlı  ədəbi-bədii  gecənin  nümunəsini veririk. 

Səhnə gül dəstələri ilə bəzədilir.  Qarabağ və işğal olunmuş rayonlarımıza 

aid  şəkillərlə bəzədilir. Səhnənin divarından Qarabağa aid sitat asılır.  

“Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır” 

 

 

 

Ġlham Əliyev, 

 

 

 Azərbaycan Respublikası Prezidenti 

 

Tədbir 


“Qarabağ  şikəstəsi”  ilə  başlayır.  Səhnəyə  Azərbaycan 

Respublikasının bayrağı gətirilir.  

 

 

Əzizinəm Qarabağ, 



 

 

Şəki, Şirvan, Qarabağ. 



 

 

Aləm cənnətə dönsə, 



 

 

Yaddan çıxmaz Qarabağ. 



Dünyanın 

görkəmli 

alimləri 

Azərbaycanı 

təbii 

muzey 


adlandırmışlar.  Bu  muzeyin  ən  unikal  hissəsi  Qarabağdır.  Kür  və  Araz 

çaylarının  bərəkətli  aralığında  yerləşən  Qarabağın  tarixi  kökləri  çox 

qədimlərə gedib çıxır. Elmi dəlil və əsaslarla deyə bilərik ki, insanlığın ilk 

yaşayış  mərkəzlərindən  biri  Qarabağ  torpağıdır.  Məhz  burada,  Azıx 

mağarasında insan həyatının və fəaliyyətinin qədim izləri aşkar edilmişdir. 

Qarabağ  öz  gözəlliyi,  yeraltı,  yerüstü  sərvətləri  ilə  zaman-zaman 

yadellilərin  diqqətini  cəlb  etmiş,  bu  gözəl  diyar  hərb  meydanına 

çevrilmişdir. Ac qurdlar süfrəsində yağlı tikə olan Qarabağ bütün əsrlərdə 

didilmiş,  əzilmiş,  amma  sınmamış,  öz  əzəməti,  vüqarı  ilə  düşmənlərə 

meydan  oxumuşdur.  Çirkin  siyasətlərinin  qurbanı  olan  füsunkar  Qarabağ 

təqribən  25  ildir  ki,  düşmən  tapdağındadır.  Qafqazın  konservatoriyası 

adlandırılan, gözəl Şuşa, qədim muğam musiqimizin beşiyi Ağdam, səfali 

İstisuyu,  qızıl  yataqları  ilə  məşhur  olan  Kəlbəcər,  zaman-zaman  düşmən 

gülləsinə  sinəsini  sipər  etmiş  qəhrəman  Laçın,  abidələr  diyarı  Cəbrayıl, 

qüdrətdən  səngərli  Qubadlı,  Zəngilan,  əsrin  ən  böyük  faciəsini  yaşamış, 

qan içində boğulmuş Xocalı bu gün ən ağrılı günlərini yaşayır.  

 



42 

 

I  aparıcı:  -  Qarabağ!  Azərbaycanın  dilbər  guşəsi,  milli  iftixarımız 

Üzeyirin,  Xan  Şuşinskinin,  Natavanın  yurdu,  milli  təsdiqimiz  muğamın 

beşiyi,  hər  birimizin  cismən  və  ruhən  bağlı  olduğumuz  məkan.  Neçə 

illərdir  ki,  Qarabağımıza,  onun  başı  qarlı,  dumanlı  dağlarına,  yamyaşıl 

meşələrinə həsrətlə baxırıq. Şuşa qalasını, İsa bulağını, Cıdır düzünü, Xarı 

bülbülü nisgillə yad edirik.   

 

            Könlüm keçir Qarabağdan



 

 

Gah o dağdan, gah bu dağdan, 



 

 

Axşamüstü qoy uzaqdan 



 

 

Havalansın xanın səsi, 



 

 

Qarabağın şikəstəsi. 



 

Xain  qonşularımız  olan  ermənilərin  1988-ci  ildə  başladıqları  elan 

olunmamış  müharibədə  Azərbaycan  təkləndi,  ermənilər  rus  ordusunun, 

digər xarici qüvvələrin dəstəyi sayəsində Dağlıq Qarabağı və ona bitişik 7 

rayonu  zəbt  etdilər.  Hazırda  torpaqlarımızın  20  faizi  düşmən  tapdağı 

altındadır.  Müharibədə  20  mindən  çox  azərbaycanlı  həyatını  itirmişdir. 

Döyüşlərdə  100  min  soydaşımız  yaralanmış,  50  min    nəfər  müxtəlif 

dərəcədə bədən xəsarəti alaraq əlil olmuşdur.  

Müharibənin respublikamıza vurduğu ziyanın, dağıntıların miqyası 

ölçüyəgəlməzdir.  Hərbi  təcavüz  ölkəmizin  17  min  kvadratkilometr 

məhsuldar torpaqlarının işğalına, 900  yaşayış məntəqəsinin, 7 min sənaye 

və  kənd  təssərrüfatı  obyektinin,  700  təhsil,  665  səhiyyə  ocağının,  800 

kilometr avtomobil yollarının dağılmasına səbəb olmuşdur.  

 

Oxucular  səhnəyə  daxil  olur.    Onlar  Solmaz  ġirinin  “Qarabağı 



unutma” Ģeirini söyləyirlər 

 

QARABAĞI UNUTMA! 

 Vətən oğlu, anamız o torpağı unutma, 

 Qızılgülü saralmış xəzan bağı unutma! 

Qarabağ tək gözəlin aqibəti bu imiş... 

Qədrini bilməz isən, alçalar qızıl, gümüş. 

O nisgilli sinənə çalınçarpaz çəkilmiş, 




43 

 

Sağalmaz yara vuran közü, dağı unutma, 



Sən, ey vətən övladı, Qarabağı unutma! 

Qanını su tək içdi, sən qan uddur düşmənə, 

Övladının qanını su yerinə tökənə. 

İç qaniçən qanını, dayanma, dönə-dönə, 

Bəsdir dözdün, yetişib qisas çağı, unutma! 

Bədəndən ayrı düşmüş əl, ayağı unutma! 

Sən, ey vətən övladı, Qarabağı unutma! 

Xilas eylə yurdunu düşmənlərin çəngindən, 

Gör bir necə Vətənin qızısan, oğlusan sən! 

Gir döyüş meydanına, qazan qələbə, əhsən, 

Şəlaləsi inləyən dərdli dağı unutma, 

Sən, ey vətən övladı, Qarabağı unutma! 

Əbəs deyil Pənah xan adı Pənahabadda, 

Nadir şahdan dərs alıb o, gəlib çıxdı taxta. 

Həmişə abad olub, odur, Pənahabad da. 

O özülü, təməli, o dayağı unutma, 

Bu qədər yaxın ikən o uzağı unutma, 

Sən, ey vətən övladı, Qarabağı unutma! 

O əfsanəvi Şuşa bir alınmaz qalaydı, 

O, Günəşin nurunu əks etdirən bir Aydı, 

Gərək zamanlar boyu o, əlçatmaz qalaydı! 

 

Natəvanlar yetirən o torpağı unutma, 



Şah Qacarla vuruşan o bayrağı unutma, 

Sən, ey vətən övadı, Qarabağı unutma! 

Sən ey vətən övladı, Qarabağı unutma! 



Yüklə 359,37 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə