6
Yaxşı kitab çox qiymətli xəzinədir.
Həsən bəy Zərdabi,
maarifçi ziyalı
Sonda münsiflər əl yazıları içərisində seçim edərək qalibləri
müəyyənləşdirir. Qaliblərə mükafatlar təqdim olunur.
Ümumdünya Qar Günü və ya Beynəlxalq Qış İdman
Növləri Günü
2012-ci ildə dünyada daha bir yaxşı ənənə yaranmışdır.
2012-ci ilin qışından başlayaraq yanvar ayının bazar
günlərindən birində Beynəlxalq Xizək İdmanı Federasiyasının
təşəbbüsü ilə Ümumdünya Qar Günü (World Snow Day) qeyd
olunur. Bu günün digər bir adı Beynəlxalq Qış İdman Növləri
Günüdür.
Bayramın məqsədi qış idman növlərinə marağı artırmaq
və gəncləri fəal həyat tərzinə cəlb etməkdir. Federasiyanın
fikrincə, həmin gün qar festivalları təşkil olunmalı və bu
festivallar zamanı həm uşaqlar, həm də böyüklər konkilər,
xizəklər, snoubordlarla yarışlarda iştirak etməlidirlər.
7
Bu əlamətdar gün çox zaman məktəblilərin qış tətili
günlərinə təsadüf etdiyi üçün kitabxanada onlar üçün Yeni il
şənliyi təşkil etmək olar. Tədbir “Biz Yeni ili qarşılayırıq”
adlana bilər. Tədbirdə Şaxta Baba, Qar Qız, nağıl və uşaq
əsərlərinin qəhrəmanları Buratino, Malvina, Alisa, Qar kraliçası,
Küllücə, Ağca, Karlson, Qırmızı Papaq, Uzuncorab Peppi və s.
iştirak edirlər. Tədbiri aparıcı kimi kitabxanaçı və 10-12
yaşlarında bir qız və oğlan aparırlar.
Tədbiri giriş sözü ilə açan aparıcı şənlik iştirakçılarını
salamlayır: Salam, hörmətli bayram iştirakçıları. Biz bu gün
köhnə ili yola salırıq. Lakin kədərlənmirik, çünki eyni vaxtda
yeni ili qarşılayırıq. Qarşıladığımız Yeni ildə hər bir kəsə can
sağlığı və xoşbəxtlik arzu edirik.
Oğlan: Salam, uşaqlar! Biz gəlmişik ki...
Bu zaman əlində teleqram olan qız qaçıb gələrək onun
sözünü kəsir: Dayan. Yox, hələ gəlməyiblər.
Oğlan: Niyə? Necə yəni hələ gəlməyiblər? Mən demək
istəyirdim ki, biz köhnə ilin sonuna gəldik. Yeni ili qarşılayırıq
və bir neçə gündən sonra qış tətilinə çıxacağıq.
Qız: Elədir, amma biz indicə teleqram almışıq.
Oğlan: Nə teleqram, kimdən? Qızın əlindəki teleqramı
alır və bərkdən oxuyur: “Yeni ilinizi təbrik edirik! Xoşbəxtlik
arzu edirik. Bayram şənliyinə tələsirik. Bizi gözləyin. Sizi tez
tapacağımıza ümid edirik. İmza: Nağıl qəhrəmanları”.
Qız: Görürsən,
deyirlər
gözləyin.
Oğlan: Nağl qəhrəmanaları bizə qonaq gəlir, çox gözəl.
Amma nə qədər gözləməliyik?
Qız: Məncə çox gözləməli olmayacağıq.
Oğlan: Bilirsən nə edək? Gedək onlara cavab teleqramı
vurub, ünvanımızı dəqiq bildirək.
8
Qız: Düzdür, poçta qaçaq.
Onlar qaçaraq otaqdan çıxırlar. İşıqlar sönür. Bu dəmdə
nağıl qəhrəmanları görünürlər. Onlar çaşqınlıqla ətrafa
boylanırlar.
Buratino: Gəlin ora gedək!
Yatmış gözəl: Deyəsən düz gəlməmişik.
Doktor Aybolit: Kədərlənməyin. Mən indi kəşfiyyata
çıxaram (gedir).
Qar adam gəlir.
Malvina: Dostlar, baxın, Qar adam. Qar-adam, bizi
buradan çıxar.
Qar-adam: Axı siz belə havada bura necə gəlib
çıxmısınız?
Buratino: Uşaqların yeni il şənliyinə gəlmişik. Amma
azmışıq.
Qar-adam: Onda hər şey düzdür. Ardımca gəlin!
Ağca: Nədir düz olan? Sizin ardınızca hara gedək?
Qar-adam: Düz olan odur ki, mən axtardıqlarımı
tapmışam. Mənim ardımca gəlin – bayram keçirilən zala! Sizi
çoxdan gözləyirlər (Rişxəndlə gülümsəyir).
Musiqi səslənir. Qəhrəmanlar gedir. İşıq sönür.
Səyahətçilər Qar Kraliçasının sarayında peyda olurlar. Taxtda
Qar Kraliçası əyləşib. Onun yanında Qar qız və qar dənələri
dövrə vurub oturublar. Qar-adam zala daxil olub baş əyir. Nağıl
qəhrəmanları özlərini itiriblər.
Qar-adam: Əmriniz yerinə yetirilmişdir. (Ayağa durur və
yaxınlaşaraq kraliçanın qulağına nəsə deyir).
Qırmızıpapaq: Bu kimdir? (Kraliçanı göstərir).
9
Uzuncorab Peppi: Bura çox soyuqdur. Uşaqları necə
soyuqdan dondurmaq olar? Bəs hanı uşaqlar? (Ətrafına
boylanır). Axı biz onların yanına gəlmişik.
Malvina: Bizi aldadıblar. Biz Qar Kraliçasının
sarayındayıq. (Nağıl qəhrəmanları bir-birlərinə qısılırlar).
Qar Kraliçası təkəbbürlə və aramla deyir: Malvina, sən
haqlısan, amma məndən qorxmaq lazım deyil.
Buratino Qar-adamın üzərinə yeriyir, o taxtın arxasında
gizlənir. Buratino qəzəblə: Axı mən niyə səni bu uzun burnumla
dəlik-dəlik etmədim?
Qar kraliçası: Qar-adam sadəcə mənim əmrimi yerinə
yetirib.
Alisa: Uşaqlar bizi bayramda gözləyirlər.
Qar Kraliçası gülümsəyərək: Siz orada olacaqsınız. Mən
öz sehrimin gücü ilə sizi bir anın içində bayrama çatdıracağam.
Amma əvvəlcə bir az söhbət edək. (Qonaqların ətrafında
dolaşır və sehrli sözləri deməyə başlayır). Hər tərəf donsun,
zülmət işığı udsun, nə işıq, nə dostluq olsun! Kədərli musiqi
səslənir. Qar qız və Qar dənələri vals oynayır. Nağıl
qəhrəmanları səhnədə dağılışıb hərə bir tərəfdə donub qalır.
Qar-adam: İndi nə etməliyik?
Qar Kraliçası: İndi də söz verdiyim kimi onları bayram
şənliyinə göndərəcəm. Ha-ha-ha! Bax bu əsl Yeni il hədiyyəsi
olacaq. Şənlənmək arzusunda idilər. Sən də onlarla gedəcəksən.
Qar-adam: Niyə?
Qar Kraliçası: Onların özlərinə gələ bilməmələrinə
nəzarət elə. Heç bir bayram olmasın!
Qar-adam: Məgər onlar özlərinə gələ bilərlər ki?
Qar Kraliçası incimiş tərzdə: Gələ bilərlər. Lakin üç
şərtlə... (Ehtiyatla ətrafa boylanaraq) sən bu tapşırdıqlarımı
Dostları ilə paylaş: |