62
Bu əlamətdar günün kitabxanada keçirilməsi çox
vacibdir. Kitab sərgisinin qurulması görüləcək işlərin ən
vacibidir. Sərgini aşağıdakı başlıqlar altında qurmaq olar:
“Savadlı olmaq vacibdir”; “Elm ağılın çırağıdır”, “Savadın
sahibi olmaq üçün, çalışmanın qulu olmalısan” və s.
Görkəmli şəxsiyyətlərin, elm, bilik, savad haqqında
söylədikləri müdrik kəlamlardan da istifadə etmək olar:
Bütün elmlərin açarı sual işarəsidir.
O. Balzak,
fransız yazıçısı
Nadanlar elmə həqarətlə baxır, savadsızlar ona heyran
olur, müdriklər isə ondan bəhrələnirlər.
F.Bekon,
ingilis alimi
Elm öyrənmək heç vaxt gec deyil.
İbn Sina
Şərq filosofu və həkimi
Zövqlərin ən gözəli, elmdən alınan zövqdür.
Samuel Smayls,
ingilis yazıçısı
Könlüm elmlərdən qalmadı məhrum,
Sonda bildim heç nə deyilmiş məlum.
Nəsirəddin Tusi,
Azərbaycan alimi və mütəfəkkiri
63
İnsana heç nəyi öyrədə bilməzsən. Ona ancaq öyrənməyi
öz içində tapa biləcəyindən başqa.
Qalileo Qaliley,
italyan alimi
Bu əlamətdar günlə bağlı kitabxanalarda, məktəblərdə ən
çox Azərbaycan dili üzrə viktorinaların keçirilməsi məqbuldur.
Çünki savadlılıq öz ana dilini mükəmməl bilməkdən başlayır.
Belə bir viktorina üçün sual-cavabları təqdim edirik.
Sual: Azərbaycan dili hansı dil qrupuna daxildir?
Cavab: Azərbaycan dili türk dillərinin cənub-qərb
qrupuna daxildir. Azərbaycan dili türk dilləri ailəsinin oğuz
dilləri qrupunun Oğuz-Səlcuq yarımqrupuna daxildir.
Sual: Azərbaycan dilinin fonem tərkibi necədir?
Cavab: Azərbaycan dilinin fonem tərkibində 15 sait və
25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə
işarə edilir.
Sual: Azərbaycan dilinin morfoloji xüsusiyyətləri
haqqında nə deyə bilərsiniz?
Cavab: Azərbaycan dilinin morfoloji quruluşuna əsas və
köməkçi nitq hissələri daxildir. Əsas nitq hissələri – isim, sifət,
say, əvəzlik, zərf, fel, köməkçi nitq hissələri – qoşma, bağlayıcı,
ədat, modal sözlər, nida.
Sual: Azərbaycan dilində ismin neçə halı var?
Cavab: Azərbaycan dilində ismin 6 halı var.
Sual: Azərbaycan dilinin söz ehtiyatı nə qədərdir?
Cavab: 2004-cü ildə çap olunmuş orfoqrafiya lüğətində
70 min, son çap olunmuş orfoqrafiya lüğətində isə 105 min söz
vardır.
64
Ümumdünya Savadlılıq Günü ilə bağlı kitabxanada
oxucularla
söhbət
keçirmək
olar.
Öncə
təcrübəli
kitabxanaçılardan biri oxumaq, savad, bilik haqqında ümumi
söhbət edir:
Əziz oxucular! Bu gün dünyada Ümumdünya Savadlılıq
Günü qeyd olunur. Biz bu günlə əlaqədar sizlərlə fikir
mübadiləsi aparmaq istəyirik. Gəlin əvvəlcə bir suala cavab
tapmağa çalışaq. İnsan nə üçün oxuyur? Oxumaq nəyə lazımdır?
Mütəxəssislərə görə insanlar oxuma səbəblərinə görə fərqli
qruplara ayrılır:
-
Adət və ya vərdiş olaraq oxuyanlar;
-
Vəzifə borcu kimi oxuyanlar;
-
Vaxt keçirmək üçün oxuyanlar;
-
Daim yeniləşən hadisələri anlamaq üçün
-
oxuyanlar;
-
Hobbi olaraq oxuyanlar;
-
Özünü inkişaf etdirmək üçün oxuyanlar;
-
İntellektual zərurətdən oxuyanlar.
Oxumağın bu qədər müxtəlif səbəbləri olsa da, oxumaq
və öyrənmək bacarığımızı formalaşdırmaq və inkişaf etdirmək
istəyimiz ciddi surətdə ailə tərbiyəsindən, ən başlıcası isə
iradəmizdən asılıdır. Bununla bərabər bu prosesdə heç şübhəsiz
müəllimləri, məktəb mühitini və kitabxanaları da unutmaq
olmaz. Əziz uşaqlar, indi də sizlər oxumaqla bağlı fikirlərinizi
bölüşə bilərsiniz.
Kitabxananın oxucuları mövzu ətrafında fikir mübadiləsi
aparırlar.
65
Ümumdünya Fəlsəfə Günü
Ümumdünya Fəlsəfə Günü YUNESKO-nun qərarına
əsasən 2002-ci ildən başlayaraq noyabr ayının 3-cü cümə axşamı
günü qeyd olunur. Ümumdünya Fəlsəfə Gününün yaranmasının
əsas ideyası dünyada baş verən qlobal ictimai-mədəni
dəyişiklikləri müzakirə etmək üçün platforma tapmaq, insanları
fəlsəfi irsə yaxınlaşdırmaq, məişət təfəkkürünün aləmini yeni
ideyalar üçün açmaq və bu gün cəmiyyət qarşısında duran
çağırışlarla bağlı olan ictimai müzakirələri stimullaşdırmaqdan
ibarətdir. Mütəfəkkirlərin çoxu qeyd edirdilər ki, fəlsəfənin
məğzi təəcüblənməkdədir. Doğurdan da, fəlsəfə insan
varlıqlarının özləri və yaşadıqları dünya ilə maraqlanmağa olan
təbii istəkdən doğulur. Müdrikliyə olan sevgi qismində çixiş
edərək, fəlsəfə bizi düşüncələr haqqında düşünmək, müxtəlif
fundmental həqiqətləri dərindən öyrənmək və şəxsi nəticələr
çıxarmağı öyrədir. Əsrlər ərzində fəlsəfə müxtəlif konsepsiyalar
və ideyalar əmələ gətirmiş və kritik, müstəqil və yaradıcı
düşünməyin təməlini qoymuşdur. Fəlsəfə Günü YUNESKO-
nun 70-dən çox ölkəsində qeyd olunur. Hər il fərqli mövzulara
həsr olunan bu gündə mütəfəkkirlərin, alimlərin, müəllimlərin,
tələbə və şagirdlərin, mədəniyyət və təhsil nümayəndələrinin
iştiraki ilə müxtəlif tədbirlər keçirilir: fəlsəfi diskussiyalar,
“dəyirmi masalar”, konfranslar, seminarlar, sərgilər, təqdimatlar
və s.
Əslində fəlsəfə böyüklərin maraq dairəsində olan elm
sahəsi olsa da, onu məktəblilərə də anlayacaqları dildə başa
salaraq sevdirmək lazımdır. Onlarda bu elmə maraq oyatmaq
üçün kitabxanada bir sıra tədbirlər təşkil etmək olar.
66
Öncə kitabxanada kitab sərgisi təşkil etmək lazımdır.
Sərgini aşağıdakı başlıqlar altında qurmaq olar: “Fəlsəfə - bütün
elmlərin anasıdır”; “Fəlsəfə - həyat tərzidir”; “Fəlsəfə - daxili
aləmimiz və xarici mühit arasında harmoniya yaradır”; “Fəlsəfə
- idrakın xüsusi formasıdır” və s.
Görkəmli şəxsiyyətlərin fəlsəfə ilə bağlı fikirlərindən də
istifadə etmək olar:
Müdrikliyə məhəbbət fəlsəfə adlanır.
Siseron,
filosof, dövlət xadimi
Fəlsəfəyə istehza ilə yanaşmaq, əslində filosofluq etmək
deməkdir.
B. Paskal,
riyaziyyatçı, filosof
Filosofun fikirləri – ulduzlar kimidir, onlar işıq
vermirlər, çünki həddən artıq yüksəkdədirlər.
F. Bekon,
ingilis filosofu
Fəlsəfi diskussiya zamanı məğlub olmuş daha çox udur,
çünki o biliyini daha da artırır.
Epikür,
Qədim Yunan filosofu
Tibb – fəlsəfənin bacısıdır.
Demokrit,
Qədim Yunan filosofu
67
Fəlsəfə - bütün elmlərin anasıdır.
Siseron,
filosof, dövlət xadimi
Fəlsəfəyə ilk ad verən Pifaqordur.
Apuley,
Qədim Roma yazıçısı və filosofu
Fəlsəfə - müdrikliyin tədqiqidir.
F. Patrisi,
italyan filosofu
Kitabxanada oxucular arasında sual-cavab gecəsi
keçirmək olar. Bu tədbir yuxarı sinif şagirdləri üçün nəzərdə
tutulmalıdır.
Sual: Fəlsəfə nəyi öyrənir? Onun predmeti nədir?
Cavab: Fəsəfənin predmetini insanı əhatə edən gerçəklik
və onun inkişaf qanunauyğunluqlarının öyrənilməsi təşkil edir.
Sual: Fəlsəfənin hansı kateqoriyalarını tanıyırsınız?
Cavab: Məkan, Zaman, Səbəb, Hərəkət, Kəmiyyət və
Keyfiyyət, Oxşarlıq və Əkslik, Ziddiyyət, Təkcə, Xüsusi və Ən
Ümumi, Mahiyyət və Hadisə, Zərurət, Təsadüf, İmkan və
Gerçəklik, Məzmun və Forma, Həqiqət.
Sual: Fəlsəfə elminin inkişafı hansı dövrlərə bölünür?
Cavab: Qədim dünya fəlsəfəsi: Qədim Şərq fəlsəfəsi,
Yunan-Roma fəlsəfəsi (Antik fəlsəfə); Orta əsrlər fəlsəfəsi:
Avropa fəlsəfəsi, Şərq fəlsəfəsi; Yeni dövr fəlsəfəsi: Şərq fəlsəfi
düşüncə tərzi, Qərb fəlsəfi düşüncə tərzi, Yeni dünya (Amerika)
fəlsəfi düşüncə tərzi; Müasir fəlsəfə.
68
Sual: Fəlsəfənin əsas istiqamətləri hansılardır?
Cavab:
Mifologiya,
antologiya,
qneseologiya,
epistimologiya, məntiq, etika, estetika, siyasət fəlsəfəsi, din
fəlsəfəsi, dil fəlsəfəsi, hüquq fəlsəfəsi, tarix fəlsəfəsi, insan
fəlsəfəsi, elm fəlsəfəsi.
Sual: Fəlsəfənin neçə metodu var və onlar hansılardır?
Cavab: Fəlsəfənin iki metodu var: Dialektika və
Metafizika.
Sual: Hansı Azərbaycan filosoflarını tanıyırsınız?
Cavab: Bəhmənyar, Nəsirəddin Tusi, Eynəlqüzat
Miyanəci, Qulamrza Təbrizi, Seyid Yəhya Bakuvi, Siracəddin
Urməvi, Fəzlullah Nəimi, Əhməd Ağaoğlu, Əlibəy Hüseynzadə,
Firidun Köçərli, Heydər Hüseynov, Asif Əfəndiyev (Asif Ata)
və s.
Ümumdünya Futbol Günü
10 dekabr - Ümumdünya Futbol Günü Birləşmiş
Millətlər Təşkilatının qərarı ilə qeyd olunur. Beynəlxalq
ictimaiyyət bu idman növünə qiymət verərkən bildirir ki, bu,
milyonlarla insan üçün sadəcə oyun deyil, həm də həyat tərzidir.
Futbol – “ayaqla top oyunu” haqqında ilk xatırlatmalara bizim
eradan əvvəl ikinci minillikdə Çin mənbələrində rast gəlinib. O,
çsu-çyu adlandırılıb, mənası “ayaqla itələmək” deməkdir. Bu
oyunun ilk dəfə nə vaxt başlanması haqqında dəqiq məlumat
yoxdur. Bəziləri iddia edir ki, futbolun ilk sələfləri VIII əsrdə
İngiltərədə yaşayan saksonlar olub. Onlar döyüş meydanında
vuruşmadan sonra düşmənlərin kəsilmiş başlarını tə-
pikləyirdilər. Futbolu Qədim Yunanıstanda və Romada
təxminən 2500 il bundan əvvəl oynayıblar. Yunanıstanda bu
69
oyun “top uğrunda mübarizə”adlandırılıb. Qeyd edək ki, futbol
bütün dünyada ən populyar idman növü sayılır. Futbol Günü
idmançıları və idmanın bu növünün sadiq azarkeşlərini
birləşdirən bayramdır. Azərbaycanda futbolun əsası 1911-ci ildə
qoyulub, ilk çempion isə Bakının “Cənub inşaatçısı” komandası
olub.
Bu əlamətdar günlə bağlı kitabxanada əyləncəli bilik
yarışı keçirmək olar. Bu yarışda bilənlər suallara cavab
verəcəklər, bilməyənlər isə futbolla bağlı çoxlu yeni bilgi əldə
edəcəklər. Sual-cavabın nümunəsini təqdim edirik:
Sual: Futbol oyunu nə zamandan populyarlıq qazanmağa
başlamışdır?
Cavab: Futbol XIX əsrdə İngiltərədə əsas etibarilə
kolleclərdə populyarlıq qazanmağa başlamışdır. İlk ümumi
futbol qaydalarının yaradılması cəhdi 1846-cı ilə təsadüf edir.
Həmin vaxt bir neçə kollecin görüşü keçirilirdi.
Sual: Dünyada ən qədim futbol turniri nə vaxt və harada
keçirilmişdir?
Cavab: Dünyada ən qədim futbol turniri – İngiltərə
Kuboku 1871-ci ildə keçirilmişdir.
Sual: Futbol komandasında neçə oyunçu olur?
Cavab: Futbol komandalarında qapıçı da daxil omaqla 11
oyunçu olur.
Sual: Futbolla bağlı əsas beynəlxalq təşkilatlar
hansılardır?
Cavab: Futbolla bağlı əsas beynəlxalq təşkilat FİFA-dır.
Onun baş ofisi İsveçrənin Sürix şəhərində yerləşir. Futbolun
qitələr
miqyasında
populyarlaşmasını
KONKAKAF,
KONMEBOL, UEFA, KAF, AFK, OFK təmin edir.
70
Sual: Futbolda hakimlərin əsas vəzifəsi nədən ibarətdir?
Cavab: Futbol hakimləri qaydalara əməl olunmasına
nəzarət edirlər.
Sual: Futbol oyunları neçə dəqiqə davam edir?
Cavab? Futbol oyunları 45 dəqiqəlik iki taymdan ibarət
olur.
Sual: Futbol komandasında neçə cür oyunçu olur?
Cavab: Qapıçılar, hücumçular, müdafiəçilər və
yarımmüdafiəçilər.
Sual: Qırmızı vərəqə və sarı vərəqə göstərilən zaman
oyunçular nə edirlər?
Cavab: Qırmızı vərəqə göstərilən zaman oyunçu
oyundan kənarlaşdırılır, sarı vərəqə göstərilən zaman isə
xəbərdarlıq almış olur.
Sual: Azərbaycanda ilk futbol komandaları nə vaxt
yaranmağa başlayıb? Azərbaycanda ilk futbol komandasının adı
necə olmuşdur?
Cavab: Azərbaycanda ilk futbol komandaları 1911-ci
ildə yaranmağa başlayıb. Bakıda yaranan ilk futbol klubunun adı
“Britaniya klubu” adlanmışdır.
Sual: Azərbaycan futbol komandalarından hansılarının
adını çəkə bilərsiniz?
Cavab: “Neftçi”, “Qarabağ”, “Şahdağ”, “Turan” və s.
Sual: Məşhur Azərbaycan futbolçularından kimləri
tanıyırsınız?
Cavab: Anatoli Banişevski, Sergey Kramarenko, Kazbek
Tuayev, Ruslan Abdullayev, Qurban Qurbanov və s.
71
Ədəbiyyat siyahısı
Əlamətdar və tarixi günlər təqvimi - 2017 / Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyi, F.Köçərli adına
Respublika Uşaq Kitabxanası ; bur. məs. Ş. Qəmbərova ; red. S.
Məlikzadə ; tərt. ed. R. Məmmədli. - Bakı, 2017. - 455 s.
İnternet səhifələrində: www. google.com
72
Uşaqların maraq dünyasında əlamətdar
tarixi günlər (II hissə)
(metodik vəsait)
Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88;
E-mail: childlibbaku@yahoo.com
URL:www.clb.az
F.Köçərli adına Respublika
Uşaq Kitabxanasında
çap olunmuşdur.
Sifariş: 19
Çapa imzalanmışdır:08.05.2017
Tirajı:100
Pulsuz
Dostları ilə paylaş: |