37
İnsan, bütün digər varlıqlardan gülə bilmək bacarığı ilə
seçilir.
D.Addison,
ingilis dramaturqu
Tez-tez və ucadan gülmək, axmaqlıq və pis tərbiyənin
əlamətidir.
F.Çesterfild,
ingilis yazıçısı
Kitabxanada “Ən yaxşı şarj” müsabiqəsi təşkil etmək
olar. İştirakçılar kitabxana işçilərinin və bir-birlərinin dostluq
şarjlarını çəkirlər. Sonda hamı şarjlara tamaşa edir və səsvermə
yolu ilə ən yaxşı şarj seçilir. Bu müsabiqə çox şən əhval-ruhiyyə
yaradır.
Gülüş günü ilə bağlı kitabxanada uşaqlar arasında
müxtəlif əyləncəli yarışlar təşkil etmək olar. Öncə aparıcı hər
kəsi salamlayaraq yarışlar haqqında məlumat verir. Daha sonra
ilk yarışda iştirak edəcək uşaqlar seçilir, onlar iki komandaya
ayrılır. Sonra yarışın qaydaları elan olunur.
I yarış: Şarlarla yarış. 1-ci mərhələdə şarlar üfürülüb
hava ilə doldurulur. Ən tez bütün şarları üfürərək hava ilə
dolduran komandaya xal verilir. Daha sonra hər bir iştirakçı
ayağına şar bağlayır. İki komandadan olan iştirakçılar bu şarları
birinci partlatmaq üçün yarışırlar. Sonda hər komandadan şarları
daha tez partladanlar qalib olur.
II yarış: “Kim daha cəlddir” adlı stul yarışı. Bu yarışda
iştirakçılar musiqi sədaları altında ortada düzülmüş stulların
ətrafında dövrə vururlar. Musiqi dayandırılan kimi iştirakçılar
38
cəld stullarda oturmalıdırlar. Bu cəldlik yarışında uduzanlar
oyundan çıxırlar. Sonda qalib gələn iştirakçı bal qazanır.
Daha sonra əyləncəli sual-cavab keçirmək olar. Sualları
və cavabları təqdim edirik:
1.
İki ata və iki oğul üç alma aldılar. Onların hər birinə
bir alma düşdü. Bu necə oldu? (Cavab: baba, ata,
oğul).
2.
Atanın beş oğlu var, hər oğulun da üç bacısı var.
Atanın neçə uşağı var? (Səkkiz).
3.
Zənbildə beş alma var. Onları beş oğlan arasında elə
bölmək lazımdır ki, zənbildə bir alma qalsın. Bunu
necə
etməli?
(Oğlanlardan
birinə
almanı
zənbilqarışıq vermək).
4.
Hansı ay digərlərindən qısadır? (May – cəmi üç hərf).
5.
Nəyi yerdən asan qaldıra, lakin uzağa ata bilməzsən?
(Lələk).
6.
Bütün dillərdə danışan kimdir? (Əks-səda).
7.
Bütün insanlar kimin qarşısında papaqlarını, baş
geyimlərini çıxarırlar? (Bərbərin).
Şən suallara ən çox və tez düzgün cavab verən
iştirakçılara ballar verilir. Bu əyləncəli yarışların sonunda ən çox
bal toplayan iştirakçılara priz verilir.
39
Ümumdünya Qardaşlaşmış Şəhərlər Günü
Bu gün 1962-ci ildə Beynəlxalq Qardaşlaşmış Şəhərlər
Federasiyası tərəfindən təsis olunub və aprel ayının axırıncı
bazar günü qeyd olunur. Ümumdünya Qardaşlaşmış Şəhərlər
Federasiyası beynəlxalq qeyri-hökumət təşkilatı olub, 1957-ci il
aprelin 29-də Parisdə yaradılmışdır. Bu təşkilatın əsası Eks-le-
Bendə (Fransa) qardaşlaşmış şəhərlərin nümayəndələri
tərəfindən qoyulmuşdur. O, 1970-ci ildə Avropa, Asiya, Afrika
və Amerikanın 50-dən çox ölkəsinin 1000-ə qədər şəhərini
birləşdirirdi. Hitlərə qarşı koalisiyanın müttəfiq ölkələrinin
şəhərləri arasında dostluq və əməkdaşlıq haqqında ilk saziş hələ
1942-ci ildə müharibə nəticəsində tamamilə dağılmış SSRİ-nin
- Stalinqrad və İngiltərənin Koventri şəhərləri arasında
imzalanmışdır. Beləliklə, hər il aprelin 29-da, aprel ayının
sonuncu bazar günü dünyada, ənənəvi olaraq, Ümumdünya
Qardaşlaşmış Şəhərlər Günü keçirilir.
Bu əlamətdar günün kitabxanalarda qeyd olunması,
uşaqlara bu gözəl ənənənin tarixi, ölkəmizin şəhərləri ilə
qardaşlaşmış dünya ölkələrinin şəhərləri haqqında məlumat
vermək vacibdir.
Kitabxanada “Sərhədsiz sülh və dostluq” adlı tədbir
təşkil etmək olar. Tədbirdə respublikamızın şəhərləri ilə
qardaşlaşmış şəhərlərin şəkilləri, onlar haqqında məlumat verən
kitabçaların sərgisini hazırlamaq məqsədəuyğundur. Aşağıda
respublikamızın şəhərləri ilə qardaşlaşmış şəhərlərin siyahısını
təqdim edirik:
40
Bakı ilə qardaşlaşmış şəhərlər:
1.
Honolulu, Havay adaları, ABŞ
2.
Hyuston, Texas, ABŞ
3.
Mayns, Almaniya
4.
Sarayevo, Bosniya və Herseqovina
5.
Yohanesburq, Cənubi Afrika Respublikası
6.
Bordo, Fransa
7.
Bəsrə, İraq
8.
Amman, İordaniya
9.
Təbriz, İran
10.
Neapol, İtaliya
11.
Kiyev, Ukrayna
12.
Sankt-Peterburq, Rusiya
13.
Dakar, Seneqal
14.
Ciddə, Səudiyyə Ərəbistanı
Gəncə
1.
Moskva, Rusiya Federasiyası
2.
Rustavi, Gürcüstan
3.
Olomouc, Çexiya
4.
Kutaisi, Gürcüstan
5.
İzmir, Türkiyə
6.
Dərbənd, Rusiya Federasiyası
7.
Qars, Türkiyə
8.
Bursa, Türkiyə
9.
Ankara, Türkiyə
10.
Elazığ, Türkiyə
11.
Nyuark, Nyucersi, ABŞ
Dostları ilə paylaş: |