F. Köçərli adına Respublika



Yüklə 446,38 Kb.
Pdf görüntüsü
səhifə10/16
tarix20.09.2017
ölçüsü446,38 Kb.
#934
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

37 

 

İnsan, bütün digər varlıqlardan gülə bilmək bacarığı ilə 



seçilir. 

 

 



 

 

 



    D.Addison, 

 

 



 

 

 



 ingilis dramaturqu 

 

Tez-tez  və  ucadan  gülmək,  axmaqlıq  və  pis  tərbiyənin 

əlamətidir. 

 

 



 

 

 



    F.Çesterfild, 

 

 



 

 

 



    ingilis yazıçısı 

 

Kitabxanada  “Ən  yaxşı  şarj”  müsabiqəsi  təşkil  etmək 

olar.  İştirakçılar  kitabxana  işçilərinin  və  bir-birlərinin  dostluq 

şarjlarını çəkirlər. Sonda hamı şarjlara tamaşa edir və səsvermə 

yolu ilə ən yaxşı şarj seçilir. Bu müsabiqə çox şən əhval-ruhiyyə 

yaradır.  

Gülüş  günü  ilə  bağlı  kitabxanada  uşaqlar  arasında 

müxtəlif  əyləncəli  yarışlar  təşkil  etmək  olar.  Öncə  aparıcı  hər 

kəsi salamlayaraq yarışlar haqqında məlumat verir. Daha sonra 

ilk  yarışda  iştirak  edəcək  uşaqlar  seçilir,  onlar  iki  komandaya 

ayrılır. Sonra yarışın qaydaları elan olunur. 

I  yarış:  Şarlarla  yarış.  1-ci  mərhələdə  şarlar  üfürülüb 

hava  ilə  doldurulur.  Ən  tez  bütün  şarları  üfürərək  hava  ilə 

dolduran  komandaya  xal  verilir.  Daha  sonra  hər  bir  iştirakçı 

ayağına şar bağlayır. İki komandadan olan iştirakçılar bu şarları 

birinci partlatmaq üçün yarışırlar. Sonda hər komandadan şarları 

daha tez partladanlar qalib olur.  

II yarış: “Kim daha cəlddir” adlı stul yarışı. Bu yarışda 

iştirakçılar  musiqi  sədaları  altında  ortada  düzülmüş  stulların 

ətrafında  dövrə  vururlar.  Musiqi  dayandırılan  kimi  iştirakçılar 




38 

 

cəld  stullarda  oturmalıdırlar.  Bu  cəldlik  yarışında  uduzanlar 



oyundan çıxırlar. Sonda qalib gələn iştirakçı bal qazanır. 

Daha sonra əyləncəli sual-cavab keçirmək olar. Sualları 

və cavabları təqdim edirik: 

1.

 



İki ata və iki oğul üç alma aldılar. Onların hər birinə 

bir  alma  düşdü.  Bu  necə  oldu?  (Cavab:  baba,  ata, 

oğul). 

2.

 



Atanın  beş  oğlu  var,  hər  oğulun  da  üç  bacısı  var. 

Atanın neçə uşağı var? (Səkkiz). 

3.

 

Zənbildə beş alma var. Onları beş oğlan arasında elə 



bölmək lazımdır ki, zənbildə bir alma qalsın. Bunu 

necə 


etməli? 

(Oğlanlardan 

birinə 

almanı 


zənbilqarışıq vermək). 

4.

 



Hansı ay digərlərindən qısadır? (May – cəmi üç hərf). 

5.

 



Nəyi yerdən asan qaldıra, lakin uzağa ata bilməzsən? 

(Lələk). 

6.

 

Bütün dillərdə danışan kimdir? (Əks-səda). 



7.

 

Bütün  insanlar  kimin  qarşısında  papaqlarını,  baş 



geyimlərini çıxarırlar? (Bərbərin). 

Şən  suallara  ən  çox  və  tez  düzgün  cavab  verən 

iştirakçılara ballar verilir. Bu əyləncəli yarışların sonunda ən çox 

bal toplayan iştirakçılara priz verilir. 

 

 

 



 

 

 



 

 



39 

 

  Ümumdünya Qardaşlaşmış Şəhərlər Günü 



 

Bu gün 1962-ci ildə Beynəlxalq Qardaşlaşmış Şəhərlər 

Federasiyası  tərəfindən  təsis  olunub  və  aprel  ayının  axırıncı 

bazar  günü  qeyd  olunur.  Ümumdünya  Qardaşlaşmış  Şəhərlər 

Federasiyası beynəlxalq qeyri-hökumət təşkilatı olub, 1957-ci il 

aprelin 29-də Parisdə  yaradılmışdır. Bu təşkilatın əsası Eks-le-

Bendə  (Fransa)  qardaşlaşmış  şəhərlərin  nümayəndələri 

tərəfindən qoyulmuşdur. O, 1970-ci ildə Avropa, Asiya, Afrika 

və  Amerikanın  50-dən  çox  ölkəsinin  1000-ə  qədər  şəhərini 

birləşdirirdi.  Hitlərə  qarşı  koalisiyanın  müttəfiq  ölkələrinin 

şəhərləri arasında dostluq və əməkdaşlıq haqqında ilk saziş hələ 

1942-ci ildə müharibə nəticəsində tamamilə dağılmış SSRİ-nin 

-  Stalinqrad  və  İngiltərənin  Koventri  şəhərləri  arasında 

imzalanmışdır.  Beləliklə,  hər  il  aprelin  29-da,  aprel  ayının 

sonuncu  bazar  günü  dünyada,  ənənəvi  olaraq,  Ümumdünya 

Qardaşlaşmış Şəhərlər Günü keçirilir. 

Bu  əlamətdar  günün  kitabxanalarda  qeyd  olunması, 

uşaqlara  bu  gözəl  ənənənin  tarixi,  ölkəmizin  şəhərləri  ilə 

qardaşlaşmış  dünya  ölkələrinin  şəhərləri  haqqında  məlumat 

vermək vacibdir.  

Kitabxanada  “Sərhədsiz  sülh  və  dostluq”  adlı  tədbir 

təşkil  etmək  olar.  Tədbirdə  respublikamızın  şəhərləri  ilə 

qardaşlaşmış şəhərlərin şəkilləri, onlar haqqında məlumat verən 

kitabçaların  sərgisini  hazırlamaq  məqsədəuyğundur.  Aşağıda 

respublikamızın şəhərləri ilə qardaşlaşmış şəhərlərin siyahısını 

təqdim edirik: 

 

 

 




40 

 

Bakı ilə qardaşlaşmış şəhərlər: 



 

1.

 



Honolulu, Havay adaları, ABŞ 

2.

 



Hyuston, Texas, ABŞ 

3.

 



Mayns, Almaniya 

4.

 



Sarayevo, Bosniya və Herseqovina 

5.

 



Yohanesburq, Cənubi Afrika Respublikası 

6.

 



Bordo, Fransa 

7.

 



Bəsrə, İraq 

8.

 



Amman, İordaniya 

9.

 



Təbriz, İran 

10.


 

Neapol, İtaliya 

11.

 

Kiyev, Ukrayna 



12.

 

Sankt-Peterburq, Rusiya 



13.

 

Dakar, Seneqal 



14.

 

Ciddə, Səudiyyə Ərəbistanı 



 

Gəncə 


 

1.

 



Moskva, Rusiya Federasiyası 

2.

 



Rustavi, Gürcüstan 

3.

 



Olomouc, Çexiya 

4.

 



Kutaisi, Gürcüstan 

5.

 



İzmir, Türkiyə 

6.

 



Dərbənd, Rusiya Federasiyası 

7.

 



Qars, Türkiyə 

8.

 



Bursa, Türkiyə 

9.

 



Ankara, Türkiyə 

10.


 

Elazığ, Türkiyə 

11.

 

Nyuark, Nyucersi, ABŞ 




Yüklə 446,38 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə