FəNNİn adi: ana dilinin təDRİSİ metodikasi



Yüklə 0,72 Mb.
səhifə59/68
tarix27.01.2023
ölçüsü0,72 Mb.
#99498
1   ...   55   56   57   58   59   60   61   62   ...   68
ANA-DİLNİN-TƏDRİSİ-METODDİKASI-İSMII-K-ƏZİMLİ-Ə.

Bir işıqlı əməlsən.
Qoy dolanım başına,
Torpağına, daşına
Qurbandır canım mənim,
Azərbaycanım mənim!
Burada doğma yurdumuza məhəbbətlə bağlı güclü hisslər verilmişdir.
III sinifdə R. Rzanın “Beşik nəğməsi”, Z. Cabbarzadənin “Bahar”, A. Səhhətin “Qaranquş balaları” , C. Cavdlının “Qaranquşlarım” şerləridə lirika baxımdan güclüdür. Z. Cabbarzadə bahara münasibətini belə bildirir:
Yaşıla bürünər çəmən, dağ meşə
Ayılar yuxudae nərgiz, bənövşə
Qışın şaxtasında inan həmişə
Həsrətin qəlbləri yaxar ay bahar.
Bir çox hallarda şair öz həyəcanını müəyyən mənzərənin təsviri ilə bildirir. Şer oxunmazdan əvvəl müəllim şagirdləri bir tərəfdən şerin məzmununu mənimsəməyə hazırlamalı, digər tərəfdən onlarda şerin tələb etdiyi əhvali – ruhiyyənin, şerdəki hissləri yaratmağa çalışmalıdır. Lirik əsərlər oxucunun qəlbində bu və ya digər həyəcanı o vaxt oyadır ki, şair tərəfindən təsvir olunan əhvali - ruhiyyənin və ya hissləri oxucu nə vaxtsa keçirmiş olsun.
Hər bir hissə təhlil olunarkən şagirdlərin diqqətini emosional cəhətə yönəltmək , gözəlliyin duyulmasını təşkil etmək və bu gözəlliyə öz münasibətlərini bildirməyi öyrətmək lazımdır.
Lirik şerlərin digər növləri üzrə iş aparılarkən şagirdlərə öz fəaliyyətləri, psixi prosesləri üzərinə müşahidə aparmağa , düşünməyə, mühakimə yürütməyə yğnəldən sualların verilməsi vacibdir. Bu məzmunun başa düşülüb düşülməməsini aydınlaşdırmağa imkan verir.


NƏTİCƏ
İbtidai siniflər üzrə “Oxu” dərsliklərində şerlər geniş yer tutur. Dərsliklərin hər birində xalq ədəbiyyatı və yazılı ədəbiyyat üzrə onlarla şerlər verilmişdir.
Metodiki baxımdan şerlərin tədrisinin özünəxas xüsusiyyətləri vardır.
Tədrisdə birinci mərhələ – birinci məsələ şerin ifadəli oxusuna və onun mətni üzrə leksik - semantik, sintakik izaha həsr edilir. Bu zaman hər bir söz, hər misra, nəhayət, hər bənd məzmun və məna baxımından ayrıca izah edilir.

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə