Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"


Quyular qazılma məqsədlərinə görə aşağıdakı növlərə ayrılır



Yüklə 6,76 Mb.
səhifə17/64
tarix28.12.2022
ölçüsü6,76 Mb.
#97999
1   ...   13   14   15   16   17   18   19   20   ...   64
NQÇSXvəƏMÇM-1 müh.material. (1)

Quyular qazılma məqsədlərinə görə aşağıdakı növlərə ayrılır:

  1. İstnad (dayaq) quyuları – iri regionların geoloji kəsilişini və hidrogeoloji şəraitini öyrənmək, çöküntü süxurlarının yayılma qanunauyğunluqlarını təyin etmək, neft və qazın yerləşməsi ehtimalı olan laylar içərisindən ən perspektivlisini seçib, geoloji kəşfiyyat işlərinin əsas istiqamətlərini müəyyən etmək üçün qazılır.

  2. Parametrik quyular – neft və qazın yığıldığı perspektivli zonaları aşkar etmək, seysmik və digər geofiziki tədqiqatların nəticələrini dəqiqləşdirmək, kəsilişin geoloji-geofiziki xarakteristikası haqqında məlumatlar toplamaq və rayonda əsaslı surətdə geoloji işlərin aparılmasının zəruriliyini müəyyən etmək üçün qazılır.

  3. Struktur quyular – aşkar edilmiş perspektiv sahələrdə axtarış-kəşfiyyat quyularının qazılmasına hazırlıq işlərinin aparılması, struktur quyuların qazılması nəticəsində müxtəlif nöqtələrdə layların yatım elementlərini təyin etmək (tektonikası, stratiqrafiyası və litologiyası) və həmin sahənin geoloji profilinin tərtib edilməsi üçün qazılır.

  4. Axtarış quyuları geoloji çəkilişlər, struktur qazıma, geofiziki və geokimyəvi tədqiqatlar yaxud bu üsullar kompleksi nəticəsində sahənin neftlilik və qazlılığını müəyyən etmək üçün qazılır.

  5. Kəşfiyyat quyuları – sənaye əhəmiyyətli neftli-qazlı sahələrdə yatağın konturlarını təyin etmək, yataqdakı ehtiyatı müəyyən etmək və onun işlənməsi məqsədilə hazırlıq işlərinə başlamaq üçün qazılır.

  6. İstismar quyuları – neft və qaz yataqlarının işlənməsi üçün qazılır. Bu qəbildən olan quyulara qiymətləndirici (məhsuldar qatların kollektorluqlarını qiymətləndirmək üçün), vurucu (lay təzyiqinin düşmə intensivliyini azaltmaq və təbii fontan dövrünü uzatmaq məqsədilə məhsuldar horizontlara su, hava və ya qaz vurulması üçün), müşahidəci (nəzarətçi, pyezometrik quyular) quyular aiddir.

Göstərilən quyular uyğun üsullarla həm şaquli, həm də maili, yaxud münasib halda üfqi istiqamətdə istər quruda istərsə də dənizdə qazıla bilər. Bunlarla əlaqədar olaraq hazırda müxtəlif qazma üsulları tətbiq edilir.


Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə