Fərrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə17/238
tarix02.04.2022
ölçüsü6,79 Mb.
#84976
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   238
Ferrux Rustamov - Ali məktəb pedaqogikasi - 2007(1)

manage  -

  idarə  etmək  deməkdir)  sisteminin  inkişaf  etdirilməsi; 

təhsil  sisteminin  sürətlə  dəyişən  sosial  şəraitə  uyğunlaşdırılınası 

respublikamızda ali təhsil  sisteminin inkişaf etdirilməsi  sahəsində 

atılan addımlardır. 

Respublikamızda ali təhsil sisteminin inkişaf etdirilməsində 

«Boloniya  prosesi»nin  rolunu  xüsusi  qeyd  etmək  lazımdır. 

«Boloniya  prosesi»nin  əsas  mahiyyəti  yaxın  illərdə  «Avropa  ali 

təhsil  zonası»  adlanan  və  fundamental  fəaliyyət  prinsiplərinin 

vahidliyinə  əsaslanan  ümumavropa  ali  təhsil  sisteminin 

formalaşdırılması  respublikamızda  ikipilləli  ali  təhsil  və  kredit 

sistemlərinin  tətbiqi,  təhsilin  keyfiyyətinə  nəzarət,  mobilliyinin 

genişləndirilməsi,  dərəcələrin  tanınması,  ali  məktəb  məzunlarının 

işlə  təmin  olunması,  Avropada  təhsil  alacaq  tələbələrin  təminatı, 

fasiləsiz  təhsil  və  digər  problemlərin  uğurla  həlli  üçün  geniş 

imkanlar açır. 

Göründüyü  kimi,  sivili  cəmiyyət  ali  təhsil  qarşısında  çox 

ciddi problemlər qoyur və bununla ali məktəb pedaqogikasını yeni 

aspektlərdə tədqiqatlara cəlb edir. 

1.5.


 

ALI


 TƏHSIL 

KONSEPSİYASI 

Bütün  dünyada  bazar  iqtisadiyyatının  inkişafı  əhəmiyyətli 

kapital qoyuluşu və yüksək ixtisaslı mütəxəssislərə tələbat doğurur. 

Bu  da  istehsal  proseslərinin  yenidən  qurulmasını,  yeni 

texnologiyalar  yaradılmasını,  ən  başlıcası  isə.  intellektual 

potensialın  artırılmasını  tələb  edir.  Çünki  intellektual  potensial 

olmadan tərəqqi mümkün deyil. 

43 



«Mil]i  intellektual  potensiabnn  yaradılması  müasir  dövrdə 

Azərbaycanda  təhsil  sahəsində  aşağıdakı  islahatların  aparılmasını 

tələb edir: 

 



təhsil sistemində aparılan islahatların daim dövlətin diqqət 

mərkəzində olması və cəmiyyətin sosial tələblərinə cavab verməsi

 

təhsil proseslərinin və strukturlarının idarə olunması; 



 

təhsil  alanların  və  təhsil  verənlərin  cəmiyyətdəki 



statusunun  düzgün  müəyyənləşdirilməsi  və  hüquqlarının  müdafiə 

edilməsi; 

 

təhsilin məzmununun təkmilləşdirilməsi; 



 

təlimin metod və vasitələrinin yeniləşdirilməsi, interaktiv 



təlim metodlarına geniş yer verilməsi

 



pedaqoji prosesdə innovasiyaların geniş tətbiqi; 

 



yeni təlim texnologiyalaınmn hazırlanması; 

 



təhsil  sferasının  maddi  təminatının  yaxşılaşdırılması  və 

maliyyə ehtiyatlarından səmərəli istifadə olunması; 

 

Azərbaycan  təhsil  sisteminin  dünya  təhsil  sisteminə 



inteqrasiyası; 

 



kompüterlərin,  müasir  informasiya  və  kommunikasiya 

texnologiyalarının təhsil sistemində geniş istifadəsi

 

təhsil  müəssisələrinin  inkişaf  rejimində  işləməsi  və 



gələcək fəaliyyətinin dəqiq proqnozlaşdırılması; 

 



təhsil  müəssisələrində  pedaqoji  proses  iştirakçılarının 

fəaliyyətinin  müntəzəm  olaraq  qiymətləndirilməsində  müasir 

modellərinin tətbiqi; 

 



müasir  monitorinq  və  qiymətləndirmə  mexanizmlərinin 

geniş tətbiqi; 

 

təhsilin  keyfiyyətinin  dövlət  standartlarına  müvafiqli- 



yinin təmin edilməsi; 

 



idarəetmənin dövlət-ictimai və ictimai-dövlət xarakterinin 

müəyyənləşdirilməsi; 

 

yeni  sertifikatlaşdırma,  lisenziyalaşdırma,  attestasiya  və 



akkreditasiya sistemlərinin yaradılması; 

44 


 

elmlərin  vüsətli  inkişafı  ilə  onların  insan  tərəfindən 



mənimsənilməsi imkanları arasındakı ziddiyyətlərin rasional həlli; 

 



təhsil  verənlərin  və  təhsil  alanların  Fiziki  və  psixoloji 

sağlamlığının təmin edilməsi. 

 

ətraf mühitin dərk edilməsi və qorunması, cəmiyyətin hər 



bir üzvündə ekoloji mədəniyyətin formalaşdırılması; 

 



baza  təhsilinin  əsas  elementlərini  saxlamaqla  onun 

təkmilləşdirilməsi  və  strategiyasının  inkişaf  prioritetlərinin 

müəyyənləşdirilməsi; 

 



təhsil  sisteminin  hər  bir  insanı  öz  həyatını  düzgün  qura 

bilməsi  üçün  zəruri  olan  biliklər  və  təcrübə  ilə  silahlandırması, 

mədəni inkişafını təmin etməsi. 

Göründüyü kimi, ali təhsil sistemi qarşısında son dərəcə 

ciddi problemlər durur. Lakin təkcə respublikamızda deyil, bütün 

dünyada təhsil sistemi bu qlobal problemləri qısa zaman kəsiyində 

həll etmək imkanlarına malik deyildir. Çünki: 

si

 keyfiyyətli təhsil 

almaq istəyən insanların sayı ilə buna imkanı olanların arasında 

böyük fərq var. Nə orta, nə də ali təhsil sistemi təhsilə daim artan 

tələbi ödəyə bilmir; 

peşə-ixtisas təhsili sürətlə dəyişən texnologiyalarla 

ayaqlaşa bilmir, başqa sözlə, təhsil sistemi konservativ 

(latınca 




Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə